Qarabağın Alban kilsələri və bitməyən Erməni yalanları
Dr. Telman Nüsrətoğlunun mövzuya dair dəyərləndirməsini təqdim edirik.
Dağlıq Qarabağın ətrafında
yerləşən və Birləmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə görə
də 27 il əvvəl Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan əraziləri
olduğu təsdiq edilən Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan, Qubadlı , Kəlbəcər
rayonlarında məktəblər, məscidlər, kitabxanalar, mədəniyyət mərkəzləri,
muzeylər başda olmaqla insan nəfəsi dəyən bütün məkanları misilsiz bir
vandallıqla yer üzündən silən Erməni işğlçılarının IX əsrdən bu
yana Azərbaycan Türklərinin zəngin tarixi-mədəni irslərinin, insanlıq mirasının
bir parçası olaraq görüb göz bəbəyi kimi qoruyaraq günümüzə qətirdikləri Alban
Xudavəng ( Dadıvəng) Monastırı üzərindən yeni qlobal manipulyasiyaya
başladıqlarına şahid oluruq. Əvvəlcə qeyd edək ki, bu kilsə kompleksi ətrafında
erməni yalan makinası işə düşməmişdən illər əvvəl tarixi davamlılıq içində Azərbaycan
Türk mədəniyyət ənənələrinin də ruhuna uyğun olaraq Xudavəng
monastrının qorunmasıyla bağlı Azərbaycan Mədəniyyət Nazirliyi
önəmli qərarlar almış, Xudavəng ölkə ərazisindəki dünya əhəmmiyətli abidələr
siyahısın daxil etmişdi. Fəqət monastırın yerləşdiyi Kəlbəcər rayonu ermənilərin
işğalı altına düşdüyü üçün oranın muhafizəsi faktiki olaraq təmin edilə bilməmişdi.
Qarabağın işğaldan azad edilməsiylə birlikdə
Murovdağ yaylasında yerləşən Azərbaycan Albanyası dövrünün mükəmməl memarlıq
incilərindən sayılan bu monastır külliyəsinin də üzərinə azadlıq günəşi
doğmuş, əsl sahibinə qaytarılmışdır. Nəhayət Azərbaycan dövlətinin önündə o məkanları
şovinist Erməni dini komitələrinin silahlı mübarizə mərkəzləri olmaqdan
çıxararaq bütün insanlığa açıq etno-turizm, multukultural dəyərlər
məkanı halına gətirmək imkanı doğmuşdur. Lakin Alban kilsələrini
silah deposu halına gətirən Erməni keşişlərin son yalan kampanyası “məzlum
qədim millət” qiyafətinə bürünərək Cənubi Qafqazın Xristiyanlıq tarixini də
ciddi şəkildə saxtalaşdırıb nüvəsində Ermənilərin yer aldığı bir insanlıq və
xristiyanlıq tarixi uyduran Erməni yalanlarını qlobal səviyyədə ifşa etmək
üçün də bizlərə fürsət vermişdir.
Ermənilərin məkrli niyyətlərlə özününküləşdirməyə
çalışdığı Qarabağ Alban monastırlarının tarixinə bir az sonra
toxunacağıq, amma bütün dünyanın gözü önündə cəryan edən əsrimizin mədəniyyət
düşmənçiliği, barbarlıq hadisəsi üzərində də durmaq lazımdır. Üçtərəfli
anlaşma Bəyanatından sonra Azərbaycana geri qaytarılan 200 min əhalisi
olan Ağdamı 28 il sonra yenidən ziyarət edən dünyaca məhşur “National
Geografic” jurnalının fotoreportyoru Reza Deqati gördüyü mənzərədən dəhşətə
gələrək şəhəriatom bombası nəticəsində məhv edilmiş Yaponiyanın Hirosima şəhərinə
bənzətmişdir. İşğaldan azad edilmiş Füzuli şəhərini ziyarət edən Azərbaycanda
akkreditasiya olunmuş xarici ölkə səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri,
hərbi attaşelər də yerlə-yeksan edilmiş şəhər mənzərəsi qarşısında heyrətlərini
gizlədə bilmədilər. İşğalçılar tərəfindən dağıdılan, talan edilən bütün o şəhərlər,
kitabxanalar, muzeylər Azərbaycan torpaqlarındadır. Ermənistanı idarə edənlər də
Dağlıq Qarabağ ətrafındakı o yeddi rayonu guya təhlükəsizlik tədbirləri çərçivəsində
işğal etdiklərini etiraf etmişdilər. Azərbaycana geri qaytarılan Ağdamı ziyarəti
sırasında prezident İ. Əliyev bütün bu vandallıqlara etiraz edərək sanki
buralardan vəhşi bir qəbilə keçib demişdi.
Şəhərlərimizi, kəndlərimizi viran qoyanları, Zəngilan,
Qubadlı, Ağdamdakı məscidləri heyvan tövləsinə çevirənləri
görməməzlikdən gələn Rusiya və Qərbdəki dairələrin Erməni yalan və
alqı makinalarının paralelində hərəkət edərək Azerbaycanın öz tarixi-mədəni
mirası olan Qarabağdakı Alban (Ağvan) kilisələrinin idarəsiylə
bağlı bir qaşıq suda fırtına qoparma cəhdləri, o monastırların qoruma
altına alınmasıyla bağlı UNESCO-ya edilən müraciətlər də dünyada ikili
standart siyasətinin gəldiyi nöqtəni göstərmək baxımından mühümdür. Ancaq ədalətin
yer üzündə mühafizə edilməsi, Erməni yalanlarının ifşa edilməsi adına tarixi həqiqətləri
israrla insanlığın vicdanına duyurmaq məcburiyyətindəyik.
Hər kəs bilməlidir
ki, Laçın rayonundakı Ağoğlan monastrı, Kəlbəcərin Xudavəng (Dadıvəng)
külliyəsi, Ağdərə rayonundakı Müqəddəs Yelisey məbəd kompleksi, yenə
eyni rayondakı Gəncəsər (Qandzasar) monastrı Cənubi Qafqazın ilk xristiyan
dövləti olan, irmidən çox Türk və Qafqaz soylu xalqı bayrağı altında birləşdirmiş,
Azərbaycan Türklərinin etnogenezinin formalaşmasında da mühüm rol oynayan
Qafqaz Albaniyasının tarixi mirasıdır. E. ə. IV əsrdən başlayaraq min illik bir
dövlətçilk yolu keçən Albaniya dövlətiylə bağlı başda bölgənin tarixini
aydınlatan Moisey Kalankatuklunun ilk mənbə əsəri Ağvan Tarixi olmaqla zəngin
tarixi ədəbiyyat formalaşmışdır. 313-314- cü illərdə Alban (Ağvan) çarı Urnayır
Roma İmperiyasıyla eyni vaxtda Xristiyan dinini qəbul etmişdir. Azərbaycan
torpaqlarında açılan ilk kilisələr, monastrlar işğal dövrü Çarlıq Rusiyasının
arxiv sənədlərində də göstərildiyi kimi Erməni Qriqoryan kilsəsi kimi sektant
xarakterli deyil Apostol kilisələridir. Memarlıq üslubu, kilsə iyerarxiyası və
ayin sistemiylə də tamamən Ağvan tarixi-mədəni ənənəsi üzərində inkişaf edən
Mehranilərin tikdirdiyi Gəncəsər (Qandzasar) monastırı da əsrlər boyu bölgənin
xristiyanlıq mərkəzi olma misyasını davam etdirmişdir. 1441-ci ildə yenə bir Azərbaycan
Türk dövləti olan Qaraqoyunluların himayəsi altında Kilikya bölgəsindən Eçmiədzinə
köçən Erməni kilsəsinin də uzun dövr Gəncəsərin dini təsir dairəsində fəaliyyətinə
davam etdiyi də Erməni tarixçilərinin qəbul etdiyi tarixi həqiqətdir. Hətda
1766-cı ildə Həştərxan yeparxiyası da Gəncəsərə (Qandzasar) tabe olmaq haqqında
qərar almışdır. Lakin imperialist mərkəzlərin Anadolu və Qafqaz
coğrafiyasında Erməni kartından aktiv istifadə etmə siyasəti çərçivəsində Eçmiədzin
kilsəsinin önəmi artınca 1836-cı ildə yenə Tiflisdə Ermənilərdən ibarət
bir heyətinin təklifi üzərinə Çar fərmanıyla Alban katolikosluğu ləğv edilərək
Alban kilsələri Erməni Qriqoryan kilsəsinə bağlanınca bu monastırlar üzərində
də Erməniləşdirmə oyunları başlamışdır. Azərbaycanın müstəqilliyinə
qovuşması prosesiylə birlikdə Qəbələdə yaşayan Alban-Udin Xristyan icması da zəngin
Alban dini-mədəni irsinin varisi olaraq güclü şəkildə fəaliyyətinə davam etməyə
başlamışdır. Hazırda icmanın tabeçiliklərində müqəddəs Yelisey, Kiş məbədi kimi
bir neçə tarixi Alban məbədi də bulunmaqdadır. Yeri gəlmişkən qeyd edək ki,
oralarda görülən üçləçəkli, yarımdairəvi xaçlar tamamən Alban kilsələrinə
özgündür. Tarixi–mədəni aspektdə Qarabağdakı Alban kilsələriylə bağlı vəziyyət
açıq bir şəkildə ortada ikən, böyük Türk xoşgörüsü, yaradılanı Yaradandan ötrü
sev fəlsəfəsi çərçivəsində İslami dövrdə də Səlcuqlu, Ağqoyunlu, Qaraqoyunlu,
Səfəvi, Osmanlı, Əfşarlar kimi Türk dövlətləri Alban kilsələri də daxil
olmaqla hakimiyyət sahələri içində yer alan bütün kilsə və məbədləri
ehtiramla qoruyub saxlayaraq günümüzə çatdırmışkən cəmi 27 il əvvəl var
olan şəhər və kəndləri bütün mədəniyyət abidələriylə birlikdə yox edən Ermənistan
və havadarlarının Azərbaycana mədəniyyət dərsi keçməsi tarixi ironya
deyilmi? Çarlıq rejimindən Sovetlərə bir nəfər də olsun Erməninin yaşamadığı
işğal edilmiş Cəbrayıl rayonunda 2017-ci ildə tikilən kilsə binasında işğal
sonrası Azərbaycanlıların əzan oxuma görüntülərini dünyaya servis etmək hansı
hiyləgər ağla xidmət edir görəsən? Xüsusiylə Avropada Erməni yalanlarına uyaraq
haqsız hay-həşir salan Farnsaya elə özlərinin məhşur tarixçisi Jean- Paul
Rouxun sözləriylə cavab vermə ehtiyacı hiss etdim. O, “Türklərin Tarixi,
Sakit Okeandan Aralıq Dənizinə 2000 il“ adlı əsərində yazırdı: “Türklərin
insanlıq tarixindəki yeri təməl xarakterlidir, onlara böyük bir yer ayırmadan
insanlıq tarixini yazmaq, Babür Hindistanındakı Tac Mahaldan Osmanlı
Balkanlarındakı Mostar körpüsünə qədər böyük mədəniyyətlərinin izlərini
görmək mümkün deyildir”.
www.trt.net.tr









