Laçını işğala qədər görmüş cavanların da hamısı yurd yerlərini yaxşı xatırlamırdı...
Oxunub: 1025
01 Dec 2020 | 13:56
Laçını işğala qədər görmüş cavanların da hamısı yurd yerlərini yaxşı xatırlamırdı...

Moderator.az kulis.az-a istinadən yazıçı-publisist Azər Qaraçənlinin “Can Laçın” yazısını təqdim edir.

Laçın rayonu diri xəritəyə bənzəyirdi.

Mən Laçının yenicə azad olunduğu vaxtlardan danışıram.

Qarabağın işğaldan qurtulmuş hər yerinə, eləcə də Laçına böyük köç başlanmışdı. Neçə il başqa şəhərlərə, qəsəbələrə, kəndlərə sığınmış laçınlılar iri köç maşınlarında doğma yurd-yuvalarına qayıdırdılar.

İşğalın ağlagəlməz yönləri də var.

El-oba yerləşdikcə bəlli olurdu ki, neçə-neçə laçınlı öz dədə-baba yurdunda neçə-neçə yerin adını bilmir. Çünki cavanların bəzisi, yeniyetmələrin, uşaqlarınsa hamısı işğal illərində dünyaya gəlmişdi. Onlar Laçını görməmişdilər.

Laçını işğala qədər görmüş cavanların da hamısı yurd yerlərini yaxşı xatırlamırdı. Bəzisi heç xatırlaya bilmirdi, çünki işğal bu torpağa ayaq açanda onlar çox uşaq olmuşdular. Bəzisi də adda-budda xatırlayırdı, çünki işğal onları ağlı kəsən yaşda haqlasa da, onda hələ yurd yerlərinin hamısını tanıya biləcək yaşda olmamışdılar.

Ona görə yurd yerlərində yaddaşı oyatmaq, bütün adları yerinə qaytarmaq vəzifəsi əsas orta yaşlı, bir də yaşlı adamların çiyninə düşmüşdü. Onlar cavanları da uşaq kimi öyrədirdilər. “Bura Qızıl qayadı”, “Ora Qızartı dağıdı”, “Bura İsələrin yurdu deyirlər”, “Bu, Sarı bulaqdı”, “O, Turş sudu”.

Rayon mərkəzində, yəni Laçın şəhərində küçə adlarının bir qismini bərpa eləmişdilər, bəzi küçələrə də yeni ad vermişdilər. Ancaq Laçın kimi şəhərlərdə heç də hər yer küçə adıyla tanınmır, burda Yuxarı Laçın, Poçtun dairəsi, Şəhərin başı, Bazarın üstü, Şəlvə yolu, Dağdağan bulağı, Dal küçə, Çay yolu, Abdallar, Qızılca məhləsi, Hoçaz məhləsi, Salmanın bağı, Aptekin qabağı, Yanan klub var. Belə yerlərin də adlarını bilməyənlərə nişan vermək lazım gəlirdi.

Çox tezliklə bəlli oldu ki, yer adlarını eləcə deməklə iş düzəlməyəcək, burda nəsə başqa yola da əl atmaq gərəkdi. Qərara alındı ki, rayon boyu bütün yerlərin adlarını küçə adları, qəsəbə, kənd adları kimi yazıb vursunlar. Laçın şəhərində iri bir emalatxana işə düşdü.

Bu emalatxanada şəhərin təkcə küçələrinin yox, şəhərdəki başqa yerlərin də adları dəmir lövhələrə həkk olunmağa başlandı: “Yuxarı Laçın”, “Poçtun dairəsi”, “Şəhərin başı”, “Bazarın üstü”, “Şəlvə yolu”, “Dağdağan bulağı”, “Dal küçə”, “Çay yolu”, “Şəhərin ayağı”, “Abdallar”, “Qızılca məhləsi”, “Hoçaz məhləsi”, “Yuxarı məhlə”, “RTS məhləsi”, “Çay məhləsi”, “Ardıclıq məhləsi”, “Nurunun çayxanası”, “Salmanın bağı”, “Humayın bulağı”, “Aptekin qabağı”, “Yanan klub”… Şəhərdə rəsmi küçə-meydan adlarından çox bu cür qeyri-rəsmi adların yazıldığı lövhələrə rast gəlmək olurdu. Demək olar, şəhərdə dolaşan hər kəs bilirdi ki, indi hansı küçədə, hansı meydanda, həm də hansı məhlənin böyründə, hansı kişinin evinin qabağında dayanıb, bu cökə ağacı olan yeri adamlar necə adlandırırlar, o çinar görünən yerə nə deyirlər, bu enişin adı nədi, o yoxuşun adı nə.

İşğala qədər Laçının heç də hər kəndinə, qəsəbəsinə ad nişanı qoyulmazdı. Rayon işğaldan qurtulandan sonrasa qəsəbələrin, kəndlərin nəinki girəcəyinə-çıxacağına, içərilərinə, böyür-başına, bütün ərazisinə yer-yurd adları yazılmış lövhələr vurulmağa başlandı.

Məhlələrə, tirələrə, comalaqlara adları yazılıb vuruldu. Dağlara, dərələrə, təpələrə, düzlərə, yaylaqlara, örüşlərə, biçənəklərə adları yazıldı. Tək çayların yox, çay qollarının, çay qovuşuqlarının da adı lövhələrə yazılıb suqırağı yerlərə vuruldu. Hər bulağın başına adı həkk olundu.

Körpülərdə, keçidlərdə, aşacaqlarda lövhələr asıldı: “Ulu körpü”, “Seyid Əmir körpüsü”, “Dar keçid”, “Aşacaq”…

Meşələri ad yazılmış lövhələr dövrəyə aldı: “Qədimin meşəsi”, “Ayıboğan meşə”…

Talalara, ovlaqlara, göllərin, gölməçələrin qırağına adı yazıldı.

Laçın – mərkəzindən ucqarınacan üstünə yer-yurd adı, dağ, dərə, təpə, meşə, çay, göl, bulaq, biçənək adı yazılmış lövhəylə doldu.

Hara tərpənsən lövhə görürdün: ya divara, daşa-qayaya bərkidilib, ya ağacdan asılıb, ya da dəmir dirəkdə torpağa sancılıb.

Laçın başdan-başa canlı xəritəyə bənzəyirdi. Rayonda gəzəndə elə bilirdin xəritənin içində gəzirsən.

“Zabux kəndi” – indiki kimi kəndin girəcəyində bu lövhəyə rast gəlirdin. Ancaq bununla bitmirdi. Kəndin yurd yerlərinə də lövhələr sancılmışdı: “Yal sümüklü”, “Çay sümüklü”… Hər tirəyə lövhə qoyulmuşdu: “Yerli Zabuxlu”, “Bağırbəyli”, “Xallanlı”, “Sümüklü”. Bağ yerlərindən keçəndə nabələd adam da bilirdi hardan keçir. Hamısına adı yazılmışdı: “Qızxanımın bağı”, “Göyüşün bağı”, “Düz bağ”, “Çınqıllı bağ”… Hansı bulağa əyilirdin lövhə görürdün: “Qızlar bulağı”, “Zoğal bulağı”, “Çömçəli bulaq”… Örüşlər lövhəylə doluydu: “Topatılan”, “Zallar”, “Küllü kaha”… Dərəyə enirdin, lövhə: “Xırda bağın dərəsi”, “Quru dərə”… Təpəyə qalxırdın, lövhə: “Qurban təpəsi”… Quzeydə dururdun, lövhə: “Mehdinin quzeyi”. Güneyə adlayırdın, lövhə: “Daşlı güney”. Bədəlin yolarasına adı yazılıb vurulmuşdu. Xırman düzünə adı yazılmışdı. Ağca yazıda üç lövhə vardı – bir “Ağca yazı”, bir də bu yerin ikiyə bölündüyünü nişan verən lövhələr: “Böyük yazı”, “Xırda yazı”.

Hər kənd, hər qəsəbə beləydi. Qarıqışlaq kəndinə girəndə indiki kimi səni kəndin adı yazılmış lövhə qarşılayırdı. Sonra da kənd uzunu lövhələr vardı: “Çinar düzü”, “Böyük düz”, “Göl yerinin düzü”, “Əli bulağı”, “Fındıqlının bulağı”, “Təzirin bulağı”, “Qara göl”, “Cilli göl”, “Soltan baba piri”, “Dəmirovlu pir”, “Ağzıbir kahası”, “Çinar qaya”…

Hansını deyim? Hoçaz kəndində təkcə bir lövhə yoxudu ki. “Köhnə Hoçaz”, “Dev damları” lövhələri, neçə-neçə başqa lövhə vardı.

Piçənisdə Sərin bulağı, Pəri bulağı – hamısının üstünə adı həkk olunmuşdu.

Daşlıda indi bircə lövhə görərsən: “Daşlı kəndi”. Onda kənd lövhəylə doluydu: “Abbasın hasarı”, “Bağırın tapı”, “Köhnə yurd”, “Qabırğa yurdu”, “Qaranlığın dərəsi”, “Göy bulaq”, “Kor bulaq”, “Çömçə göl”, “Tək ağac”, “Kolluq”, “Çırpılıq”, “Çeyillik”…

Ərikli də beləydi: “Çuxurlar”, “Sarı daş”, “Göy tap”, “Qarı qışlağı”, “Aralıq yurdu”, “Çınqılın yalı”, “Arpa gədiyi”, “Çaşırlı güney”, “Köhnə pəyə”…

Oğuldərə beləydi. Kəndin girəcəyində: “Oğuldərə kəndi”. Kəndlə üzbəüz yoxuşda: “Sarı yoxuş”. Çalbayır dağında: “Çalbayır dağı”. Calbayırın dərəsində: “Çalbayırın dərəsi”. Qarağac düzündə: “Qarağac düzü”. Sarı bulaq, Ağ bulaq, Gur bulaq, Bitli bulaq – hamısının üstü yazılmışdı. Həsənağa meşəsinin qırağı “Həsənağa meşəsi” yazılmış lövhəylə doluydu. Araba yolu, Haça yal, Çobanboğulan göl, Qoyun gölü – hamısına adı yazılmışdı. Yaylaqlar başdan-başa nişanalanmışdı: “Pirin boynu”, “Yal yurd”, “Yaz yurdu”, “Yelli gədik”, “Ayı çiləsi”, “Dəmirçi dağı”, “Ağ duzdaq”, “Atçapılan düz”, “Qatar qaya”, “Buzxana”…

Laçın rayonu diricə xəritəyə çevrilmişdi. Hara ayaq bassan o yerin adını görürdün.

Lövhələr vurula-vurula müzakirələr də gedirdi. Tutalım, “Cəhənnəm dərəsi” lövhəsi harda sancılsa yaxşı olar? Çullu yurdu hardan haracandı? “Ağalı yurdu” nişanını harda qoymaq düzgündü? “Susa yol dönən” lövhəsi düz qoyulubmu?

Ayrı müzakirələr də vardı. Lövhənin üstünə “Qunça uçan”, yoxsa “Qönçə uçan” yazılmalıdı? “Avışın yurdu”, yoxsa “Abışın yurdu” yazılsın? “Calaxlıq”, yoxsa “Calaqlıq”? “Eylaslar”, yoxsa “İlyaslar”, “Möjdünlər”, yoxsa “Məcnunlar”? “Dərvişalı bulağı”, yoxsa “Dərvişəli bulağı”? “Namazalının suyu”, ya “Namazəlinin suyu”? “Novlu”, yoxsa “Navlı”? Hərə bir söz deyirdi. Kimi deyirdi “Şanazəryüyürən”, “Qoyudqıran”, “Şavağatbiçən” yazılmalıdı, kimi də deyirdi adları ədəbi dilə uyğun yazmaq gərəkdi.

Belə yerdə bir yazıyla can qurtarmaq olarmı? Bir də görürdün lövhəni dəyişib ədəbi dilə uyğun yazdırdılar. Ya da əksinə – dəyişib şivəyə uyğun yazdırırdılar.

Dava-şava? Onsuz olarmı heç. Yox, dava təkcə necə yazılmalıdı üstündə düşmürdü. Dava harda yazılmalıdı üstündə düşürdü. Biri deyirdi Mehdili yurdu beş addım o yandan başlayır, o biri deyirdi on addım bəridən. Biri deyirdi Atakişinin biçənəyi burda qurtarır, o biri deyirdi, yox, orda qurtarır. Biri deyirdi bura Qardaşxan biçən deyil, o biri deyirdi ora Zeynal biçən deyil.

Elə olurdu deyirdilər burda heç belə adda yer yoxdu. “Seyidin binəsi” yazılmış lövhəni çıxarıb atmışdılar ki, bu kənddə nə vaxtdan seyidin binəsi olub? Seyidlər də lövhəni yenidən dirəyə bərkitmişdilər, üstəlik, gecələr qarovulunu çəkib xəbərdarlıq eləmişdilər ki, cəddimiz haqqı, bu nişanı burdan çıxarıb atanı beşatılanla atacağıq.

Zarafat-zarafat, əməlli-başlı qovğalar düşürdü.

Zarafat? Onsuz olarmı heç. Zarafatcıllar dinc durarmı? Durmazlar! Biri gedib emalatxanada “Malqırılan” lövhəsi sifariş eləyibmiş. Emalatxanadan maraqlanıblar ki, filan kənddə Malqırılan adında yer varmı? Deyiblər, var. Amma emalatxananın fəhlələri lövhəni vurmağa gələndə lotular onları Malqırılana yox, bineyi-qədimdən mal oğrusu kimi tanınan tirəyə aparıb çıxarıblar. Deyiblər dirəyi bura sancın. Özləri əkiliblər, fəhlələr qalıb. İşin qızğın çağında tirənin adamları fəhlələrin başının üstünü alıblar ki, köpək uşağı, bu saat sizi qıracağıq! Aləm dəyib bir-birinə. Məsələ rayon rəhbərliyinəcən gedib çatıb. Rəhbərlikdən emalatxanaya tapşırıblar ki, sifariş qəbul eləyəndə daha diqqətli olsunlar, kənd hökumətindən sifarişi təsdiqləyən sənəd istəsinlər, bir də fəhlələr lövhə vurmağa gedəndə cavanları yox, ağsaqqalları eşitsinlər.

Deyilənə görə, belə zarafat çox olub. Yalan-gerçək, deyirlər emalatxananın ustaları arasında bu zarafatlardan babat pul qazananlar varmış, əl altdan qurama lövhələr düzəldib satırmışlar. Hələ deyirlər bir dəfə iki fəhlə babat qonaqlıq vədinə bilərəkdən gedib bir evin divarına “qanlıq” lövhə döşəyib. Fəhlələr özlərini elə aparıblar ki, guya heç nədən xəbərləri yoxdu. Amma bəxtləri gətirməyib. Ev yiyələrinə yaxşı bələd deyilmişlər. Qonaqlıq burunlarından gəlib. Düzü, heç bilən yoxdu yazıqlar (yalansa onları yazıq ilan vusun!) o qonaqlığı yeyə biliblər, ya yox. Çünki birinin dişlərini qırıblar, o birinin burnunu.

Rayonda hər yeri lövhələyib bitirhabitirdə bir məsələ üzə çıxdı. Aydın oldu ki, Laçında təzə yer adı da yaranıb. İşğaldan qabaq Laçın şəhərinin girəcəyində, yol qırağında, qaya üstündə iri dəmir şriftlərlə köhnə əlifbada (kiril qrafikasında) “Laçın” yazılmışdı. İşğal illərində bizimkilər Laçın haqqında videosüjet verəndə, məqalə, xəbər dərc eləyəndə bir vaxtlar orda aparılmış çəkilişdən – videodan, fotodan çox istifadə eləyərdilər. Laçın işğal olunanda düşmən o yazını qırıb töküb dəmirini də talamışdı.

Laçın azad olunanda rayona qayıdanlar o yerə çatanda istər-istəməz “Can Laçın” deyirdilər. Laçının adının boş qalmış yeri də adamları göynədirdi. O yeri görəndə hamının dilindən istər-istəməz bu nida qopurdu: “Can Laçın!”

Laçında yer adlarını yazmağa başlayanda birinci elə şəhərin, yəni həm də rayonun adını yazıb vurdular. Eyni yerdə, bu dəfə yeni əlifbada – latın qrafikasında iri dəmir şriftlərlə “Laçın” yazdılar. Amma bir az keçdi, aydın oldu ki, hamı o yerə “Can Laçın” deyir, oranın adı belə qalıb. Onda məsələ qalxdı: bəlkə “Laçın” sözü çıxarılsın, yerinə “Can Laçın” yazılsın, çünki yerin adı belədi. Ancaq bu da düz gəlmirdi, çünki yerin adı Can Laçın olsa da, şəhərin, rayonun adı Laçındı. Axırda ortaq variant tapıldı. “Laçın” sözünün aşağısından, bir az kiçik şriftlərlə üstünə “Can Laçın” yazılmış lövhə qoyuldu. O vaxtdan ordan keçəndə bu sözlər istər-istəməz qoşa oxunur: “Laçın – Can Laçın”.

Aylar, illər ötdü, yavaş-yavaş yaddaş bərpa olundu, möhkəmləndi, yer-yurd adlarını bilməyənlər də bildi, öyrəndi, yaddaşına hopdurdu. Kəndlərin, qəsəbələrin girəcəkdə adları saxlansa da, qalan lövhələrə ehtiyac qalmadı. O lövhələr köhnəldi, yerinə təzəsi vurulmadı. Yazılarını yağış yudu, dolu döydü, üstünü yenidən yazan olmadı. Ağacdan düşdü, divardan uçdu, dirəkdən qopdu, qaldırıb yerinə qoyan tapılmadı. Sel apardı, heç kim dalına düşmədi, qoy aparsın, – dedilər, – nolacaq. Neçəsini də adamlar özləri çıxarıb atdılar. Daha bu eldə Qızılboğaz dağını, Haça qayanı, Ər təpəni, Qızlar bulağını, Buzlu dərəni, Kölgəli gölü, Yal yurdu, Arpa gədiyi, Göy gavı, Qara güneyi, Cəfərin körpüsünü, Sultanbud günbəzini, Çala biçənəyi, Xırman yerini, Muncuqlu düzü, Alçalı barmağı, Dəyirmanın başını, Hörgünün içini, At damını, Qarğa meşəsini, Quzğun yuvasını tanımayan yoxdu, – dedilər, – bu yazılar nəyə gərək.

Lövhə yazan emalatxana bağlandı, ustaları, fəhlələri özlərinə ayrı iş tapdılar.

İndi o lövhələrin bir neçəsi Laçının tarix muzeyində, orta məktəblərin tarix siniflərində saxlanır. Bəziləri ölkənin mərkəzi muzeylərinə verilib. Arada o lövhələri Qarabağın işğal altında olduğu illərdən bəhs eləyən tədbirlərdə, sərgilərdə görmək olur.

Beləcə, yaddaşımız yerinə qayıdandan sonra yaddaş üçün düşünülmüş lövhələrin hamısı yox olub getdi: ya öz-özünə sıradan çıxdı, ya da bilərəkdən götürüldü. Amma bir lövhə var ki, indiyəcən qorunur, yazısı solanda yenidən yazılır, yeri boşalanda yerinə bərkidilir. O da “Can Laçın” yazısıdı. Bu yazıya heç kim toxunmayıb, indi də toxunmur. Laçının adı yenə Can Laçınla qoşa oxunur.

O yazıya siz də toxunmayın, Toğrul, atam nəvəsi, bu yerlər, bu ellər sizə əmanətdi. Bilirsənmi o üç hərflik “Can” sözündə necə dəhşətli bir sevinc, bir də necə dəhşətli kədər yaşayır. Bilirsənmi nə deməkdi sevinclə kədərin qoşa yaşanması – necə çətindi, necə çətindi… Bilirsənmi necə çətindi bir yandan torpağın işğaldan azad olunduğuna sevinən ananın o biri yandan da azad olunmuş torpaqda oğlunun şəhid olduğu dağa baxıb o dağı balasının adıyla çağırması. Bilirsənmi necə çətindi işğaldan qurtulmuş kəndinə sevindiyindən dizin-dizin gedən bacıların sonra itkinlərimizin son dəfə göründüyü dərəyə yığılıb dizinə döyə-döyə ağı deməsi…

Gallery

Oxşar xəbərlər
21:43, Bu gün
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
21:42, Bu gün
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
21:41, Bu gün
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
21:40, Bu gün
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
21:22, Bu gün
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
21:21, Bu gün
İraq Prezidenti COP29-a dəvət olunub
21:12, Bu gün
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
21:09, Bu gün
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
20:56, Bu gün
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
20:47, Bu gün
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
20:45, Bu gün
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
20:42, Bu gün
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
20:38, Bu gün
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
20:32, Bu gün
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
20:30, Bu gün
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
20:25, Bu gün
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
20:20, Bu gün
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
20:14, Bu gün
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
20:08, Bu gün
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
20:05, Bu gün
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
20:02, Bu gün
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
19:59, Bu gün
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
19:54, Bu gün
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
19:51, Bu gün
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
19:48, Bu gün
Əskiparaya gedən yol açıldı - VİDEO
19:45, Bu gün
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
19:43, Bu gün
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
19:40, Bu gün
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
19:37, Bu gün
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
19:30, Bu gün
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
19:24, Bu gün
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
19:21, Bu gün
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
19:19, Bu gün
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
19:17, Bu gün
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
19:16, Bu gün
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
19:09, Bu gün
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
18:58, Bu gün
Krım körpüsü bağlanıb
18:54, Bu gün
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
18:48, Bu gün
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
18:42, Bu gün
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
18:37, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
18:33, Bu gün
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
18:28, Bu gün
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
18:20, Bu gün
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
18:15, Bu gün
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
18:11, Bu gün
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
18:02, Bu gün
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
17:59, Bu gün
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
17:58, Bu gün
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
17:55, Bu gün
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
17:53, Bu gün
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
17:52, Bu gün
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
17:48, Bu gün
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
17:44, Bu gün
BDU-da Karyera Festivalı keçiriləcək
17:40, Bu gün
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
17:36, Bu gün
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
17:33, Bu gün
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
17:30, Bu gün
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
17:27, Bu gün
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
17:24, Bu gün
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
17:19, Bu gün
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
17:18, Bu gün
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
17:16, Bu gün
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
17:12, Bu gün
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
17:10, Bu gün
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
17:08, Bu gün
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
17:04, Bu gün
Büdcəyə yenidən baxılacaq? - FOTO
17:00, Bu gün
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
16:56, Bu gün
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
16:52, Bu gün
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:50, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
16:48, Bu gün
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
16:46, Bu gün
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
16:44, Bu gün
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
16:40, Bu gün
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
16:37, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
16:36, Bu gün
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
16:33, Bu gün
Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
16:29, Bu gün
Londonda qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
16:27, Bu gün
İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı
16:25, Bu gün
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
16:20, Bu gün
Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalandı - FOTO
16:17, Bu gün
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
16:15, Bu gün
Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO
16:10, Bu gün
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
16:05, Bu gün
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
16:03, Bu gün
"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb
16:00, Bu gün
Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirildi
15:57, Bu gün
Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
15:53, Bu gün
Ayxan Hacızadə: "Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verir" - FOTO
15:49, Bu gün
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirildi - FOTO
15:45, Bu gün
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
15:41, Bu gün
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
15:40, Bu gün
Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ
15:38, Bu gün
Bakı birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində üçüncü yerdə qərarlaşıb - FOTO
15:35, Bu gün
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
15:32, Bu gün
Xankəndi şəhərindən yeni görüntülər - VİDEO
15:29, Bu gün
ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycanda - Bakı-Vaşinqton münasibətləri müzakirə olundu - FOTO
15:25, Bu gün
Azərbaycan – Rusiya münasibətlərinin sürətli inkişafı...
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir