Xəbər lenti
19/01/2021 [15:36]:
Laçının Zabux kəndindəki Qaregin Njde adına məktəb işini bərpa etdi?...-FOTOLAR
19/01/2021 [15:28]:
"20 Yanvarla bağlı bədii film üçün ssenarilər Mədəniyyət Nazirliyi tərəfindən qəbul olunmadı"
19/01/2021 [15:09]:
"Hələ ki əxlaqsızlıq et, pul yığ, sonra evlənərik" - FOTO
19/01/2021 [15:05]:
Şəhidlər Xiyabanını ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN-dən XƏBƏRDARLIQ
19/01/2021 [15:01]:
Rusiyada ölümlə nəticələnən qar uçqunu qəsdən yaradılıb – ANBAAN VİDEO
19/01/2021 [14:57]:
"Kəlbəcərdə ekoloji monitorinqlər davam etdirilir" - Nazir müavini
19/01/2021 [14:54]:
Bakı Slavyan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO
19/01/2021 [14:49]:
Robert Köçəryan yenidən hakim qarşısına çıxarılıb
19/01/2021 [14:48]:
“Zəfər yolu” bu ilin sentyabr ayına qədər asfaltlanıb istifadəyə veriləcək - FOTO
19/01/2021 [14:42]:
Xan kəndimiz, Xanımızın kəndi necə Stepanakert oldu
19/01/2021 [14:40]:
“Gizlində oğlumun çəkmələrini öpürdüm” - Şair-əsgər anası
19/01/2021 [14:34]:
Sabah paytaxtda hansı küçələr bağlı olacaq? - AÇIQLAMA
19/01/2021 [14:32]:
“Vətəndaşlarımıza dəyən maddi-mənəvi ziyan Ermənistan tərəfindən hökmən ödənməlidir”
19/01/2021 [14:31]:
Azərbaycan Tibb Universitetində vaksinasiya prosesinə başlanılıb - FOTO
19/01/2021 [14:28]:
Mirdaməd Sadıqovun vəziyyəti ağırlaşdı
19/01/2021 [14:26]:
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq – FƏRMAN
19/01/2021 [14:02]:
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
19/01/2021 [13:43]:
Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib
19/01/2021 [13:39]:
Uşağın adını Mətanət qoymuşdular, boşanandan sonra dəyişdi
19/01/2021 [13:37]:
2020-ci ildə transferlərə ən çox pul xərcləmiş KLUBLAR
19/01/2021 [13:34]:
Türkiyə hökuməti yerli şirkətlərə “Twitter”də reklam verməyi qadağan etdi
19/01/2021 [13:23]:
Siyavuş Novruzov: "Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra işləsinlər"
19/01/2021 [13:22]:
Poliklinika: "İndiyədək 16 nəfər peyvəndlənib, vəziyyətləri yaxşıdır"
19/01/2021 [13:16]:
Füzulinin Şəkərcik kəndindən görüntülər - VİDEO
19/01/2021 [13:09]:
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
19/01/2021 [13:08]:
“Heydər Əliyevin sifarişi ilə rus hərbçilərindən aldığım silah-sursatı  Naxçıvana  yolladım...”
19/01/2021 [13:07]:
Bəzi şəxslərin evdə peyvəndlənməsi mükündür - TƏBİB
19/01/2021 [13:06]:
Qənirə Paşayeva qırğızca nəşr edilən “Qarabağ hekayələri”-nin təqdimatında Türk dünyasına çağırış edib
19/01/2021 [12:58]:
“30 ildir İlhamı yanımda axtarıram, amma tapmıram...”
19/01/2021 [12:52]:
“Əfv Komissiyası yaxın vaxtlarda toplaşacaq”
19/01/2021 [12:47]:
Quba polisi gücləndirilmiş iş rejiminə keçdi - FOTO
19/01/2021 [12:43]:
Həyatda 50, sənətdə 40 yaşlı sənətkar...
19/01/2021 [12:43]:
Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri açıqlanıb
19/01/2021 [12:40]:
Sarıbaşda qarın hündürlüyü 42 santimetr olub - FAKTİKİ HAVA
19/01/2021 [12:39]:
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
19/01/2021 [12:38]:
2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyin olunub
19/01/2021 [12:36]:
BDU-nun müəllimləri imtahan sessiyasında onlayn təhsildə qazanılmış təcrübənin əhəmiyyətindən danışır
19/01/2021 [12:32]:
“Gözləntilərimiz hər hansı bir proqnozdan deyil, rəsmi məlumatlardan qaynaqlanmalıdır”
19/01/2021 [12:30]:
“20 Yanvar haqqında həqiqi bir dastana çevrilə biləcək filmin çəkilməsi çox önəmlidir”
19/01/2021 [12:23]:
Şəhid ailələrinə ödənişlər təyin olundu
19/01/2021 [12:20]:
Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır - BANM-in Prezident təqaüdçüsü
19/01/2021 [12:15]:
Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
19/01/2021 [12:12]:
Vüqar Səfərli apelyasiya şikayəti verməkdən imtina etdi
19/01/2021 [11:59]:
Qazaxlı müharibə iştirakçısı: “Ailəlikcə Kəlbəcərə köçmək üçün icazə istəyirik”
19/01/2021 [11:55]:
Nazirdən dərslərin başlanması ilə bağlı AÇIQLAMA
19/01/2021 [11:49]:
Azad olunmuş torpaqlarda yeni inkişaf modeli qurulacaq - Deputat
19/01/2021 [11:47]:
Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB açıqladı
19/01/2021 [11:47]:
Erməni jurnalist: “Ermənistan vətəndaşları Qarabağ varlıları üçün ölməməlidir”
19/01/2021 [11:44]:
Qənirə Paşayeva qəhrəman şəhid Nurlan Ağakişiyevin atası ilə görüşüb
19/01/2021 [11:41]:
Nüfuzlu almaniyalı professorlar Azərbaycan xalqını təbrik edib
19/01/2021 [11:37]:
Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq
19/01/2021 [11:36]:
Bulvarda özünü dənizə atan qız xilas edildi - VİDEO
19/01/2021 [11:33]:
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
19/01/2021 [11:26]:
"Həmin dəhşətli hadisələrdən 30 il keçsə də, o məşəqqətli gecə heç vaxt unudulmur"
19/01/2021 [11:23]:
İndi isə şaquli enib-qalxan “Bayraktar”lar gəlir... - Türkiyə təəcübləndirməkdə davam edir
19/01/2021 [11:21]:
Ağır yaralanmış Qazimizin anasından YAŞAT Fonduna ürəkdağlayan MÜRACİƏT...
19/01/2021 [11:18]:
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
19/01/2021 [11:15]:
"Paşinyanın həbsi edilməsi üçün yetərincə dəlil var" - Ermənistanın baş prokuroru
19/01/2021 [11:14]:
Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin rəisi cərimələnib - FOTO
19/01/2021 [11:13]:
Dünyada ilk “COVİD-19” xəstəsi sayılan alim qadın itkin düşdü... 
19/01/2021 [11:10]:
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötüb
19/01/2021 [11:07]:
DİN: Sosial şəbəkələrdə narkotik satan şəxslərdən 131 kq heroin götürülüb
19/01/2021 [11:03]:
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
19/01/2021 [10:57]:
Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib
19/01/2021 [10:54]:
Cəlilabadda avtomobildən 32 kq-dan çox narkotik aşkarlanıb
19/01/2021 [10:52]:
Yaponiyada güclü qar 60 nəfərin ölümünə səbəb oldu
19/01/2021 [10:50]:
Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi TAPILDI
19/01/2021 [10:39]:
Milli Məclis lombardlarla bağlı qanun layihəsini müzakirə edəcək
19/01/2021 [10:38]:
Abdin Fərzəliyev yeni şöbə müdiri təyin etdi
19/01/2021 [10:33]:
"Mart və aprelə qədər mina təmizlənməsi başa çatmasa 2021-ci il itirilmiş olacaq..."
19/01/2021 [10:29]:
20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək
19/01/2021 [10:27]:
“Rusiya Azərbaycan əleyhinə hər hansı bir addım atmayacaq”
19/01/2021 [10:24]:
Vilayət Eyvazovdan yeni təyinat
19/01/2021 [10:22]:
Millət vəkilinin məqaləsi “Global Media”-da yayımlanıb
19/01/2021 [10:16]:
Milli Məclisin iclası Şuşada keçirilə bilər...
19/01/2021 [10:13]:
Goranboyda yol polislərinə müqavimət göstərən şəxs həbs edilib
19/01/2021 [09:59]:
Da Vinçinin oğurlanmış əsəri tapıldı
19/01/2021 [09:50]:
AMEA qurumlarında yoxlamalar aparılır - RƏSMİ
19/01/2021 [09:49]:
Koronavirusla bağlı SON STATİSTİKA
19/01/2021 [09:44]:
Hindistanda yük avtomobili azı 15 nəfəri vuraraq öldürüb, yaralılar var
Bütün arxiv bir sırada
02/12/2020 [10:59] - Cəmiyyət - ( 797 dəfə baxılıb)

"Cənubi Qafqazda qlobal siyasi oyun başa catdı"



Bu gün Laçın rayonu Azərbaycana təhvil verildi. 30 il ərzində məhz Laçın dəhlizi vasitəsilə Ermənistandan hərtərəfli dəstək alan və Qarabağ bölgəsində pozuculuq fəaliyyətilə məşğul olan erməni separatçı və terrorçu qruplaşmaları üçün sonuncu nəfəslik də belə bağlandı. Bununla da işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsi yerinə yetirildi və tarixə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir etno-siyasi qarşıdurma başa çatdı. 
İlk baxışdan görünən odur ki, iki qonşu ölkə arasında ərazi iddialarına əsaslanan 30 illik münaqişə tərəflərdən birinin məğlubiyyəti və digərinin qalibiyyəti ilə sona çatıb. Hər iki ölkənin vətəndaşları tərəfindən  münaqişənin sadə qavrayışı baxımından bu belədir, amma qlobal siyasi anlamda daha böyük, daha mürəkkəb və daha ciddi siyasi bir hadisədir. Bu hadisənin əsl mahiyyəti nədən ibarətdir?
Dünyanın müxtəlif bölgələrində alovlanan istənilən münaqişə əslində ilk baxışdan göründüyü kimi ikitərəfli deyil, çoxtərəfli münaqişədir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Münaqişənin başlandığı illər dünya miqyaslı bir siyasi hadisə ilə – SSRİ-nin dağılması prosesi ilə üst-üstə düşürdü. Həmin tarixi zamanda dünya güc mərkəzlərinin marağı heç də yeni yaranan müstəqil dövlətlərin qısa müddətdə dünya siyasətinə qoşulmasını dəstəkləmək deyildi. Onların marağı ilk növbədə SSRİ-nin dağıntıları üzərində özlərinin ekspansionizminə yeni yollar açmaq və  hələ müstəqil siyasi-iqtisadi inkişaf yollarını müəyyən etməyə macal və imkan tapmamış yeni dövlətləri dərhal öz təsir dairəsinə salmaq və daha sonra həmin bölgənin bütün dövlətlərini öz maraqlarına uyğun yönləndirməkdən ibarət idi. Ermənistanın çoxdan qonşu torpaqlarına göz dikməsi isə dünyaya yenicə açılan bölgədə - Cənubi Qafqazda uzunmüddətli bir münaqişəni alovlandırmaq üçün əlverişli bir fürsət verirdi. Taktiki olaraq ilk növbədə bölgənin ən çox potensiala malik olan ölkəsini – Azərbaycanı ələ keçirmək daha cəlbedici görünürdü. Ermənistan isə öz iddiaları ilə bu məqsədə nail olmaq üçün ən uyğun və ən rahat bir vasitə ola bilərdi və oldu da. 
Strateji baxımdan isə Cənubi Qafqazda möhkəmlənmək bütün Avrasiya ərazisində regional güc sahiblərini nəzarətdə saxlamaq və lazım gəldikdə onlara təzyiq göstərmək üçün ən əlverişli plasdarm qazanmaq demək idi. 
Düşünülmüş ssenariyə görə Ermənistanın “yarımçıq uğurları”, Azərbaycanın isə hər vəchlə “uğursuzluqdan çıxmaq çabaları” hər iki dövləti qlobal güc mərkəzlərindən (ABŞ, Fransa və Rusiya) asılı vəziyyətə salmalı idi. Beləliklə, realpolitikin  ssenarisində Azərbaycan da, Ermənistan da qurbanlar rolunda nəzərdə tutulmuşdu. Müstəqilliyin ilk illərində Cənubi Qafqazda oynanılan qlobal siyasi oyunun əsl mahiyyəti məhz bundan ibarət idi. 
Buna nail olmaq üçün münaqişə tərəflərinə müvafiq sənədlər imzalatmaqla münaqişənin hərbi həll yolu istisna edildi,  sülh yolu ilə həll perspektivləri isə ATƏT-in Minsk Qrupunun timsalında beynəlxalq güc mərkəzlərindən asılılıq vəziyyətinə salındı.  Dağlıq Qarabağ münaqişəsi  məqsədli şəkildə  “dondurulmuş” hala gətirildi və uzun müddət üçün beləcə saxlanıldı. Beləliklə, münaqişə qurbanları - Ermənistan və Azərbaycan dünya nəhənglərinin oyun masası üzərində əl-qolu bağlı vəziyyətdə nə irəli, nə də geri gedə bilirdilər. Ermənistan çox tezliklə “hərbi uğurlarını” rəsmiləşdirərək münaqişəni qalib rolunda başa vuracağına inanır və  özünün oyun qurbanı olduğunu heç ağlına da gətirmirdi. Ermənistandan fərqli olaraq oyunun mahiyyətini yaxşı anlayan Azərbaycan çıxılmaz vəziyyətdən çıxış yolu tapmaqda israrlı idi. Oyunun müəllifləri isə 1994-cü ildə yaranmış status-kvo-nun ATƏT-in Minsk Qrupunun nəzarəti altında hələ uzun müddət davam edəcəyinə əmin idilər. Qlobal güc sahiblərindən kiminsə oyun qaydalarını pozması gözlənilmirdi, çünki mövcud vəziyyət onların maraqlarını tamamilə qane edirdi. Yaxın Şərq, Afrika və Asiya bölgələrində uzun illər davam edən münaqişələrin tarixi də məhz bunu göstərir.
Amma Cənubi Qafqazda belə olmadı. Heç gözlənilmədiyi kimi qlobal güclərin oyun qaydalarını  Azərbaycan pozdu. Azərbaycan buna necə nail oldu - bu çox geniş mövzudur və uzun-uzadı bir izaha ehtiyac var. 
Amma nəticədə Azərbaycanın nəyə nail olduğunu qeyd etmədən yazımı tamamlaya bilmərəm.
1. Azərbaycan beynəlxalq güclər tərəfindən Cənubi Qafqaz ətrafında qurulmuş möhkəm bir siyasi oyun torunu dağıdaraq 30 il işğal altında qalmış ərazilərini işğaldan azad etdi, tam həcmdə özünün ərazi bütövlüyünü təmin etdi. 
2. 1 milyondan çox məcburi köçkünün öz doğma torpaqlarına qayıda bilməsini təmin etdi.
3. Bölgədənkənar güc mərkəzlərinin siyasi oyununa aldanan acgöz və xain qonşusunu – Ermənistanı ibrətamiz şəkildə cəzalandırdı. 
4. Oyunun ssenari müəllifləri heç gözləmədikləri halda heç cür yol vermək istəmədikləri bir vəziyyətlə üz-üzə qaldılar – Cənubi Qafqazın gələcəyində Azərbaycanın maraqları baxımından  mühüm rol oynaya biləcək  bölgə gücü Türkiyənin Cənubi Qafqazın siyasi həyatına girişi təmin olundu. 
5. Azərbaycan dünya miqyasında heyranlıq və rəğbət doğuran qeyri-adi tarixi bir uğura imza atdı: bölgədənkənar güclərin Cənubi Qafqaza hibrid müdaxiləsini aradan qaldırdı və bu bölgədə sülhün və sabitliyin başlanğıcını qoydu.
6. Münaqişənin başlanğıcında qurban roluna layiq görülmüş Azərbaycan dünyanın ən böyük güc və söz sahiblərinin qurduğu məkrli bir siyasi oyunu 30 il sonra ƏN BÖYÜK QALİB kimi tərk etdi.

Cavanşir Feyziyev
1 dekabr 2020
       

loading...
Ən ağır xəstələri çiy su və duz ilə müalicə edən həkimdən MARAQLI RESEPTLƏR...
Koronavirus qorxusu ilə 3 ay hava limanında yaşadı - MARAQLI
Peyvənd vurulan 10 nəfər həyatını itirdi - FOTO
Ayaqyoluna telefon yerləşdirib şagirdlərinin uyğunsuz görüntülərini çəkdi... RƏZALƏT
Donmuş mağara adamı çaşqınlıq yaratdı - MARAQLI...+ FOTOLAR
N.Tusi adına Klinika

Cəmiyyət
Saatlıda sakinlər həyətlərindəki meyvə ağaclarını kəsirlər... - QAZ BOYDA DƏRD...
Cəmiyyət
“O vaxt televiziyaya çox insan gəlib-gedirdi, hamısı da cavan qızlara diqqət edirdi..."
Cəmiyyət
“5 ildən sonra problem yaratdığına görə insanlar hibrid avtomobillərinə nifrət edəcək”
Cəmiyyət
Aqil Məmmədov Ağdabana getdi – 28 ildən sonra İLK FOTOLAR
Araşdırma
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”

Yazar
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Zülfüqar Hüseynzadə
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
İlham İsmayıl
Vətən yarası öz-özünə qaysaqlanıb sağalmır, onu sağaltmaq lazımdır...
Həftənin ən çox oxunanları
Bu şəxslərə hər ay 130 manat veriləcək - NAZİRLİK AÇIQLADI
“Kəlbəcər və Laçındakı SES-lərə xərclədiyimiz 200 milyon dollar batdı...”
Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? - Alimlərdən AÇIQLAMA
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
Ermənilər Xankəndini tərk edir - FOTOLAR
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
"Xeyli sayda at Kəlbəcər tərəfə keçsə də onları qaytarmaq imkanı yoxdur...
"Çox şadam ki, bu mükəmməl struktur onun kimi vətənpərvərə həvalə edilib" - FOTOLAR
“Şuşada Malıbəyli ilə qonşu kənddəki ermənilər bizə bir güllə də atmamışdı, amma...”
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}