Azərbaycan Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq.
Moderator.az-a
açıqlamasında bu mühüm hadisəyə münasibət bildirən millət vəkili Ceyhun Məmmədov,
məlum yeniliyin bölgənin inkişafına töhfə verəcəyini vurğuladı:
“Qarşıdakı prioritet məsələlərdən biri Dağlıq
Qarabağda infrastrukturun yaradılması, yeni müəssisələrin fəaliyyətinə nail
olunmasıdır. Yəni işğaldan azad edilən bölgələrdə məskunlaşacaq insanların işlə
təminatının həyata keçirilməsi diqqət mərkəzində saxlanılan mühüm məsələdir və
bu yöndə müəyyən addımların atılması planlaşdırılır. Bu, hökumətimiz tərəfindən
gerçəkləşdiriləcək mühüm addımlardan biridir.
Bu gün dünyada
informasiya texnologiyaları prioritet sahələrdən biri sayılır. Ölkəmizdə də
yüksək texnologiyalar sahəsində bir sıra ciddi və zəruri addımlar atılır. Bu istiqmaətdə
işlər gedir. Bu baxımdan Qarabağda Yüksək Texnologiyalar Parkının yaradılması
xüsusi əhəmiyyət daşıyır. Bu, Qarabağın sürətli inkişafına da öz töhfəsini verəcək.
Biz Dağlıq Qarabağda yeni
zavodların, fabriklərin açılması istiqamətində ciddi addımlar atmalıyıq. Müxtəlif
müəssisə və qurumların çoxşaxəli fəaliyyətinə nail olmalıyıq. Bu baxımdan
Qarabağda Yüksək Texnologiyalar Parkının yaradılması qarşılıqlı birgə fəaliyyətə
öz töhfəsini verəcək. Bu park həm Azərbaycan və Türkiyə tərəfinin birgə əməkdaşlığını
genişləndirəcək, həm də vətəndaşlarımızın işlə təminatına kömək edəcək.
Biz birgə müəssisələrin
yaradılmasına öz dəstəyimizi verməliyik. Davamlı olaraq bu istiqamətdə addımlar
atmalıyıq. Güc və imkanlarımızın bu yöndə səfərbərliyə alınması olduqca
vacibdir”.
Seymur ƏLİYEV