Məlum olduğu kimi, ölkə başçısı 10 noyabr tarixinin Zəfər Günü kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
Moderator.az-a açıqlamasında bu tarixi sərəncamı şərh edən millət vəkili Elman Məmmədov, istər Zəfər Gününün, istərsə də Anım Gününün keçirilməsinin önəminə diqqət çəkib:
“27 sentyabr hər il ölkəmizdə Anım Günün kimi qeyd olunacaq. Bu gün Vətən Müharibəsində döyüşən, öz həyatını qurban verən əziz şəhidlərimizin xatirəsinə həsr olunub. Vətən Müharibəsində əldə etdiyimiz zəfəri isə 10 noyabr tarixində qeyd edəcəyik. Hesab edirəm ki, ölkə başçısının məlum sərəncamları xalqımızın ürəyindən keçən sərəncamlardır.
Baxın, II Dünya Müharibəsinin başa çatmasından illər ötsə də, biz 9 may tarixini Qələbə Günü kimi qeyd edirik. 10 noyabr tarixində isə biz öz doğma torpaqlarımız uğrunda apardığımız müharibəni qələbə ilə başa çatdırmışıq. Buna görə də 10 noyabr tarixi Zəfər Günü kimi qeyd olunmalıdır və olunacaq.
Həm 10 noyabr, həm də 27 sentyabr tarixi hər birimiz üçün müqəddəs günlərdir və bu günlər xalqımız tərəfindən dərin hörmət və ehtiram hissi ilə qeyd olunacaq”.
Seymur ƏLİYEV