Xəbər lenti
21/01/2021 [18:18]:
“Paşinyanın Şuşa etirafı onun məğlubiyyətinin, bizim qələbəmizin nəticəsidir”
21/01/2021 [18:17]:
“Snayper başımdan vurdu, 53 gün komada qaldım, o vaxta qədər ailəm məni axtarıb”
21/01/2021 [18:17]:
Ohanyan Paşinyana cavab verdi: "Bunkerdə gizlənən ali qorxaq..."
21/01/2021 [18:16]:
Vətən müharibəsi qaziləri paralimpiyaçı olacaqlar
21/01/2021 [18:06]:
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
21/01/2021 [18:03]:
Vilayət Eyvazov Daxili Qoşunların şəhid olan çavuşunun vida mərasiminə qatılıb
21/01/2021 [17:34]:
“Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq”
21/01/2021 [17:31]:
"Ümid edirəm ki, o günü görmək bizə qismət olacaq"
21/01/2021 [17:28]:
İran XİN başçısının Azərbaycana səfərinin tarixi və proqramı açıqlanıb
21/01/2021 [17:26]:
Azərbaycanda koronavirusa 218 yeni yoluxma qeydə alınıb, 9 nəfər vəfat edib
21/01/2021 [17:25]:
Fatih Dönməz: “Türkiyə-Naxçıvan qaz xətti üzrə işlər tam sürətlə aparılır”
21/01/2021 [17:23]:
Makgregor Porye qarşıdurmasına "1xBet"dən "Risk etmədən mərc"
21/01/2021 [16:58]:
Abituriyentlərin nəzərinə: İmtahanlarda güzəştlər olacaq
21/01/2021 [16:44]:
Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirilib
21/01/2021 [16:36]:
"Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir" - İlham Əliyev
21/01/2021 [16:29]:
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
21/01/2021 [16:28]:
Qiymətləndirmədən keçən şagirdlərə iki dəfə qiymət yazılacaq
21/01/2021 [16:25]:
"Qiymətləndirmədən narazı qalan şagirdlərə ikinci şans veriləcək" - Şöbə müdiri
21/01/2021 [16:24]:
ABŞ-ın vitse-prezidenti rəsmi iqamətgahına köçə bilmədi
21/01/2021 [16:21]:
Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO
21/01/2021 [16:20]:
2 858 şəhidin şəxsiyyəti tam müəyyən edilib - Hərbi Prokurorluq
21/01/2021 [16:17]:
Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb - YENİLƏNİB
21/01/2021 [16:14]:
Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər
21/01/2021 [16:07]:
Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı
21/01/2021 [16:06]:
Azərbaycanda iki hərbi prokurorluq işçisi işdən çıxarılıb - RƏSMİ
21/01/2021 [16:02]:
Qərbi Kaspi Universiteti Tarix müəllimlərinin Onlayn Forumunu keçirəcək
21/01/2021 [16:01]:
Qışda doğulmağım bəs edir mənə, məni öldürəndə yaz öldür, Allah...
21/01/2021 [15:57]:
"Bu layihə geniş ixracat imkanları açır"
21/01/2021 [15:44]:
Postlardan 2315 maşın geri qaytarıldı - 3 nəfər həbs olundu
21/01/2021 [15:41]:
Rövşən Rzayev Vətən Müharibəsi iştirakçısı olan işçilərilə görüşüb - FOTO - VİDEO
21/01/2021 [15:34]:
“Ağdərə yolunu kəsməyinizi, Kəlbəcərə 120 əvəzinə, 500 km getməyimizi də unutmamışıq”
21/01/2021 [15:28]:
Müğənnilərdən aparıcılara şok təkliflər: “Ölüm xəbərlərini yaymaq üçün...”
21/01/2021 [15:25]:
"İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq"
21/01/2021 [15:19]:
Bağdadda onlarla insanın öldüyü terrorun görüntüləri - ANBAAN VİDEO
21/01/2021 [15:16]:
Bu ölkə başçısı Navalnıya görə Putinə zəng etdi
21/01/2021 [15:13]:
Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür
21/01/2021 [14:56]:
28 illik hazırlıq və ermənilərə verilən 44 günlük dərs...
21/01/2021 [14:49]:
"Xaricdə səfərlərdə olanda Qarabağla bağlı suallara bilmirdik nə cavab verək..."
21/01/2021 [14:42]:
Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı
21/01/2021 [14:41]:
Azərbaycanın ticarətini artıran yeni dəmir yolu layihəsi reallaşacaqmı?
21/01/2021 [14:37]:
Zülfuqarovdan Laçın dəhlizi ilə bağlı Lavrova sual: "Ona xatırlatmaq yerinə düşərdi ki..."
21/01/2021 [14:30]:
Ermənilər ruslara müraciət etdi: Qarabağda 2320 sorğu...
21/01/2021 [14:27]:
26 yaşında general-mayor rütbəsi alan GÖZƏLÇƏ KİMDİR? - SİRLƏR AÇILIR - FOTOLAR
21/01/2021 [14:21]:
İşğaldan azad edilmiş ərazilərimizdə ekoloji çirklənmənin ölçülməsində dronlardan istifadə olunacaq
21/01/2021 [14:20]:
Üç Avropa ölkəsi 20 Yanvarı birlikdə andı - FOTOLAR
21/01/2021 [14:03]:
Bağdadda partlayış: 21 nəfər ölüb, 44 nəfər yaralanıb
21/01/2021 [13:37]:
Agentlik 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib
21/01/2021 [13:34]:
Qırğızıstan hökuməti istefaya getdi
21/01/2021 [13:33]:
“Türkiyənin ölkəmizə verdiyi dəstək bizi daha güclü edir”
21/01/2021 [13:32]:
“Ali təhsil haqqında” qanunun tələblərini pozanlar cəzalandırılacaq
21/01/2021 [13:28]:
Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu - AÇIQLAMA
21/01/2021 [13:25]:
Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək
21/01/2021 [13:21]:
Saxta yolla verilən evlər jurnalistlərdən bu yolla alına bilər
21/01/2021 [13:11]:
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
21/01/2021 [13:08]:
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
21/01/2021 [12:58]:
Vətən müharibəsinin daha bir qəhrəmanı... - FOTOLAR
21/01/2021 [12:54]:
BSU-nun müəllim və tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR
21/01/2021 [12:48]:
“Köhnə avtomobillərin utilizasiyası proqramı avtomobilləşmiş ölkələrdə çoxdan var...”
21/01/2021 [12:46]:
"Azəriqaz"ın Gəncədə "metallom" qaz xətti sakinlərin etirazına səbəb oldu - FOTO + VİDEO
21/01/2021 [12:38]:
“Allah onları bütün bunlara görə elə cəzalandırdı ki, heç vaxt yaddan çıxarmasınlar”
21/01/2021 [12:37]:
“Türkiyə Qarabağdakı layihələrdə iştirak etməyə digər dövlətlərdən daha çox layiqdir, çünki...”
21/01/2021 [12:25]:
Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
21/01/2021 [12:24]:
Sabahdan Azərbaycanda ov mövsümü açılır
21/01/2021 [12:22]:
“Elə bilirəm ki, buna görə ona borclu qaldım...”
21/01/2021 [12:17]:
Rusiyada son sutka ərzində koronavirusdan 612 nəfər ölüb
21/01/2021 [12:11]:
"Bu gün hər hansı bir ehtimala əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq"
21/01/2021 [12:03]:
Liviyada həbsdə olan Azərbaycan vətəndaşları ölkəyə gətirilib
21/01/2021 [12:01]:
Vilayət Eyvazov rəisi sərəncama göndərdi
21/01/2021 [11:56]:
Azərbaycanda ali təhsil müəssisələrinin işçilərinin attestasiyası keçiriləcək
21/01/2021 [11:50]:
Xəzərdə dalğanın hündürlüyü 4.2 metrə çatıb - FAKTİKİ HAVA
21/01/2021 [11:46]:
Lerik və Yardımlıya gedən sürücülərin nəzərinə: Yollar buz bağlayıb
21/01/2021 [11:45]:
DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi
21/01/2021 [11:42]:
İcra hakimiyyətinin şöbə müdiri işdən azad edilib
21/01/2021 [11:22]:
Laçın “Google” xəritələrində  hələ də “Berdzor” adlandırılır...-XİN-dən münasibət...
21/01/2021 [11:21]:
Nazirlikdən Vətən müharibəsinin daha bir qazisi ilə bağlı addım - FOTO
21/01/2021 [11:13]:
ABŞ milli kəşfiyyatına Heyns rəhbərlik edəcək
21/01/2021 [11:06]:
Bayden administarsiyasının əməkdaşları hər gün koronavirus testindən keçəcəklər
21/01/2021 [11:02]:
Azərbaycanda Prezident təqaüdü alanların SAYI
21/01/2021 [10:59]:
Qax sakinindən narkotik vasitə və pnevmatik tapança götürülüb
21/01/2021 [10:56]:
Qar nə vaxt kəsiləcək?
Bütün arxiv bir sırada
03/12/2020 [20:46] - Maraqlı - ( 4217 dəfə baxılıb)

Andranikə qan uddurdu, dostu kürəyindən vurdu, Atatürk ona malikanə bağışladı...



Laçın elindən olan, uzun illər ermənilərə qarşı döyüşən xalq qəhrəmanı Sultan bəy Sultanov haqqında maraqlı faktları təqdim edirik.

Sultan bəy Əlipaşa bəy oğlu Muradov Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (Hazırkı Laçın rayonunun Kürdhacı kəndində) doğulub. Paşa bəyin oğlu olub. Sultan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanovun qardaşı olub.

Sultan bəy ilk təhsilini evdə xüsusi müəllimlərdən aldıqdan sonra Paşa bəy onu Gəncəyə gimnaziyaya qoyur. Gimnaziyada təhsilini başa vuran Sultan bəy daha mükəmməl hərbi təhsilə yiyələnmək arzusu ilə Sankt-Peterburqa üz tutur. Burada bir neçə ay yaşadıqdan sonra Sankt-Peterburq Hərbi Akademiyasına daxil olur. Sultan bəy haqqında olan mənbələrdən belə bəlli olur ki, o, hərbi təhsilini başa vura bilmir. Bu haqda müxtəlif fikirlər söylənilir. Bəzi mənbələrdə göstərilir ki, guya təhsilini atasının xahişi ilə yarımçıq qoyub vətənə qayıdır. Bəzilərində isə qeyd edilir ki, o zaman rusların qafqazlılara, müsəlmanlara qarşı apardıqları şovinist münasibətə dözə bilmədiyi üçün müəllimləri ilə arasında münaqişə yananır və nəticədə Sultan bəy Akademiyadan xaric edilir.

O, Laçına qayıdandan sonra bir müddət maldarlıqla məşğul olur. Fransadan avadanlıqlar gətizdirən Sultan bəy ilk olaraq Laçında yağ-pendir zavodu açır, taxta istehsal edən sex yaradır. Teymur bəy Həsənbəyovun qızı Dilruba xanımla ailə həyatı qurur. Bu nikahdan onun Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı oğulları və Bəyim xanım adlı qızı dünyaya gəlir.

Əslən Laçınlı olan Cəfərqulu Həsənovun xatirələrində Sultan bəy haqqında yazır:

“Laçın rayonu Qarakeçdi kəndində Sultan bəyin qardaşı İsgəndər bəylə yerli orqanlar arasında anlaşılmazlıq yaranır. Pristav İsgəndər bəyi nəzarətə saldırır. Sultan bəy tək-tənha, heç kimə xəbər vermədən atı minib Qarakeçdi kəndinə gəlir. Pristav onu görəndə həyəcanlanır və səhv etdiyini düşünür. Hər kəs Sultan bəyin qardaşını azad edəcəyini gözləyərkən, Sultan bəy tamamilə başqa addım atır. O, pristava deyir: “Qanun hamı üçün qanundur. Əgər qardaşım səhv edibsə, cəzasını çəkməlidir. Mən bura ona görə gəlmişəm ki, el-obam deməsin, Sultan bəy qardaşının yanına gəlmədi”. Bu sözləri eşidən pristav Sultan bəyin qardaşını azad edir”.

1905-ci ildə Qarabağda erməni-müsəlman münaqişəsi dözülməz həddə çatır. Bu zaman Paşa bəy könüllü dəstələr yaradaraq ermənilərlə vuruşmağa başlayır. Belə dəstələrin birinə oğlu Sultan bəy rəhbərlik edir. Günü-gündən bu könüllü dəstələrin sayı artır. Onlar Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarında düşmənə layiq olduğu cəzanı verirlər.

Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Laçın bölgəsinin bir çox kəndlərində aparılan görüşlər sayəsində top və dövrün yaxşı silahlarını almaq üçün insanlar Sultan bəyin dəstəsinə kömək etməyə başlayırlar. Qaratel xanım Paşa bəy qızı danışırmış ki, Sultan bəyə bir ətək qızıl-gümüş verdik ki, top ala bilsin. Bu yardım sayəsində Sultan bəy bir ədəd top alıb Qaragöl tərəfdə qoymaqla Andranikin qoşunlarını Laçın (Abdallar kəndi) şəhərinin ətəyindəki Zabux çayında məhv edənə qədər Gorus şəhərini nəzarətdə saxlamaq mümkün olmuşdu. Elə bu top da Andraniki məcbur etmişdi ki, Sultan bəylə danışığa getsin.

Tədqiqatlara görə, 1918-ci ildə erməni quldur dəstəsinin rəhbəri Andranik Dağlıq Qarabağa keçmək üçün Qarabağ general-qubernatoru Xosrov bəy Sultanova icazə məktubu göndərir. Xosrov bəy qardaşı Sultan bəylə məsləhətləşir. Sultan bəy qardaşından icazə verməsini xahiş edir. İcazə alan Andranik tez bir zamanda 30 minlik ordu ilə müsəlmanlara qarşı hücuma kecir. Hərbi təhsilə yiyələnmiş Sultan bəyin uzaqgörənliyi nəticəsində Andranikin ordusu Zabux dərəsində mühasirəyə düşür və düşmən darmadağın edilir. Deyilənlərə görə, cəmi üç nəfər erməni qacıb canını qurtara bilir.

Sultan bəy igidliyinə və qoçaqlığına görə dastanlaşan qəhrəmanlarımızdandır. O, ədəbiyyatımıza mərd, qoçaq bir obraz kimi daxil olub. Yazıçı Süleyman Rəhimov özünün nəhəng epopeyası “Şamo”da Sultan bəy haqqında bəhs edib.

Azərbaycanda Şura hökuməti qurulduğu ilk gündən əsas diqqəti Sultanovlara yönəldir, onlarla haqq-hesab çürütmək əsas məqsədə çevrilir. 1921-ci il iyulun 23-də sovet qoşun hissələrinin dəstəsi Sultan bəyin üzərinə göndərilir, onun tərəfdarları tərksilah edilir, özü isə naməlum istiqamətdə yoxa çıxır.

Sultan bəy özünün qaldığı dağ evinin ətrafındakı təpələrə 12 pulemyot düzdürür. Sovet hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində "Gorgahat"ın meşəsində, dağda, yarğanda gizlənir.

Ermənilərin hiylələri ilə ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırlar. Hər tərəfdən təqib olunduğunu bilən Sultan bəy, əvvəllər onun yanında xidmət göstərmiş Bülövlük bəylərindən olan Museyib bəyi çağırır, bir-birlərinə sədaqətli olacaqlarına and içirlər. Sultan bəy öz andına sadiq qalır. Museyib bəy isə sovet hökumətinin verdiyi vədlərə uyur, bolşeviklərə qoşulur. Sultan bəyi aradan götürəcəyinə söz verir. Bu məqsədlə silahlanıb Sultan bəyin olduğu "dağ evi"nin yaxınlığında ona atəş açır. Güllə Sultan bəyin çiynini yaralayır. Hava işıqlanan kimi ruslar həmin yeri mühasirəyə almağı planlayırlar. Elə həmin gecə Sultan bəyi götürüb Qırxqız dağının dibində, qayaların içərisindəki bir kahaya gətirirlər. Vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy getməzdən əvvəl Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə İrana keçmək qərarına gəlir.

Sultan bəy dostlarının bələdçiliyi və köməyi ilə Qarqar çayını keçərək dağ cığırları vasitəsilə Qarabulaq-Malaqan istiqamətilə irəliləyir. Sultan bəyi sağ-salamat Araz çayından İrana keçirirlər. Orada onun qardaşı İsgəndər bəy öldürülür. Sultan bəy gizləndiyi yer isə mühasirəyə alınır. Həmin günü Sultan bəyin ailə üzvlərini, həyat yoldaşı Dilruba xanımı və övladlarını həbs edərək Laçından çıxarırlar.

İran şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Müraciətə görə, türk dövləti 1923-cü ildə Sultan bəyi və Xosrov bəyi rəsmi keçidlə qarşılayır. Mustafa Kamal Atatürkün Sultan bəyə böyük hörməti olub. Bir bəy kimi yaşamasını təmin edib, ona Qars vilayətinin Köçqoy kəndində mülk və malikanə verərək təhlükəsiz həyat şəraiti yaradır.

Sultan bəyin mühacir həyatı barədə məlumat olduqca azdır. Bircə o məlumdur ki, 1955-ci ildə Qars ətrafında, Köçqoy kəndində vəfat edib. Bu barədə Türkiyə radiosu belə bir xəbər verib: "Tacirlər-taciri Sultan bəy 1955-ci ildə 79 yaşında vəfat etdi. Tanrı ona rəhmət etsin".

Sultan bəyin qızı Bəyim xanım anasına istinadən deyirmiş ki, atam bir dəfə Atatürkün görüşünə getmişdi. Bu o vaxt idi ki, Andranikin qoşununu məğlub etmiş, xeyli döyüş sursatı ələ keçirmişdi. Görüş vaxtı Atatürk deyib ki, "Yaşa, Sultan bəy, sən qurd dərisindən papaq qoyan əsgərlərinlə Andranikin anasını ağlatmısan. Ona görə də Türkiyənin qapıları sənin üzünə həmişə açıqdır".

Sultan bəy mühacirətdə olarkən onun ailəsi olmazın müsibətlər çəkir. 1923-cü ildə onlar bəyin Ağdamda olan mülklərinin birində qohumlarının himayəsində yaşayırlar. 1930-cu ildə bəyin qardaşı Rüstəm bəy ailəni Bakıya gətirir. Sultan bəyin xanımı ziyalı və qoçaq qadın olduğundan xeyli vaxt məsul vəzifələrdə işləyib. Bir müddət Bakı Şəhər Sovetinin deputatı da olub. 1937-ci ilə qədər kirayədə qalıblar. Otuzuncu illərin həyəcanlı gecələrinin birində qapı döyülür və Bəyim xanıma bildirirlər ki, həbs olunursunuz.

1937-ci il noyabrın 2-dən 3-nə keçən gecə Sultan bəyin ailə üzvləri, Leninqraddan yenicə qonaq gəlmiş qızı Bəyim xanım və hələ bir yaşı tamam olmamış uşağı həbs edirlər. Onları aparanlar yalnız evdən paltar və yatacaq götürməyə icazə verirlər. Bir də Sultan bəydən yadigar qalan Quranı və balaca xurcunu götürə bilirlər. Əvvəlcə Bayıl türməsinə, oradan Gəncə türməsinə və bir ay sonra isə Gəncədən əsgərlərin müşayiəti altında yük qatarı ilə bir ay səkkiz gün yol gedib Qazaxıstanın Çimkənd vilayətində, Suzak rayonunda Çulakkurqan kəndində yerləşirlər. Bəyim xanımın dediyinə görə, M.Ə.Rəsulzadənin ailəsi də onlarla həmin kənddə bir müddət qonşu olub. Sultan bəyin arvadı, üç oğlu və bir qızı 1955-cı ilə qədər Qazaxıstanda sürgün həyatı keçirdikdən sonra 1956-cı ildə Azərbaycana qayıda bilirlər. (kulis.az)

loading...
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
"Əminəm ki, yaxın zamanlarda Ağdərə-Kəlbəcər yolu məsələsi də öz həllini tapacaq"
Köhnə avtomobillər utilizasiya ediləcək, qarşılığında sahibinə ödəniş olunacaq - VİDEO
Sevgilisinin öldüyünü öyrənən qadın bu cür intihar etdi - QORXUNC... + VİDEO
Boğulma təhlükəsi yaşayan iti bu cür xilas etdi - MARAQLI... + VİDEO
N.Tusi adına Klinika

Cəmiyyət
Zülfuqarovdan Laçın dəhlizi ilə bağlı Lavrova sual: "Ona xatırlatmaq yerinə düşərdi ki..."
Cəmiyyət
“Allah onları bütün bunlara görə elə cəzalandırdı ki, heç vaxt yaddan çıxarmasınlar”
Siyasət
“Paşinyan Putinə erkən seçki keçirmək istəyini bildirib,  o da “Get, keçir”- deyib...”
Müsahibə
"Bilməyərəkdən Milli Qəhrəmana şillə vurdum, gözlərinin qızartısından hiss etdim ki..."
Siyasət
Ermənilərə yol vermək yox, yol göstərmək lazımdır...

Yazar
İlham İsmayıl
Vətən yarası öz-özünə qaysaqlanıb sağalmır, onu sağaltmaq lazımdır...
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Zülfüqar Hüseynzadə
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? - Alimlərdən AÇIQLAMA
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
Ermənilər Xankəndini tərk edir - FOTOLAR
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
Onlara “İmam Hüseyn əsgərləri” deməklə vətən savaşını zərərli dini müstəviyə çəkirlər...
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}