Bunu yalnız şəhidlər arzulayar...
Oxunub: 1385
04 Dec 2020 | 08:29
Bunu yalnız şəhidlər  arzulayar...
Şəhid sözü ərəbcə bir kəlmədir. Mənası öz gözləri ilə görən, şahidlik edən deməkdir. Bu söz Quranda 50 yerdə keçir. Şəhid sözünün Allah yolunda canından keçən mənası da var ki, bu Hz. Peyğəmbər tərəfindən işlədilmişdir: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”.

Termin olaraq isə, Allah yolunda canından keçən müsəlmana şəhid deyilir. Şəhid sözünün kəlmə mənası ilə termin mənası haqqında müxtəlif izahlar mövcuddur. Bunlardan bəziləri,
Mələklər şəhidin Cənnət əhli olduğuna şahidlik edəcəyi üçün belə deyilmişdir.
Onlar Allahın əmrində haqq uğrunda şahidlik elədiklərinə və bunun üçün canlarından keçdiklərinə görə bu ada layiq görülmüşlər.


Şəhidlərin zahirən dünyadan imanla köçdüklərinə və ən gözəl şəkildə öldüklərinə şahidlik edildiyinə görə belə adlandırılmışlar.


Ali-İmran surəsindəki şəhidlər haqqında olan ayənin səbəb-nüzulu (nazil olma səbəbi) belədir: Uhud müharibəsindən sonra Rəsulullah (s.ə.s) Cabir ibn Abdullahla qarşılaşdı. Onu kədərli görüb:
“Niyə belə kədərlisən? Buna səbəb nədir?”, – deyə soruşdu. Cabir: “Atam şəhid oldu. Baxıma ehtiyacı olan uşaqları və borcları qalıb. Bunun üçün kədərliyəm.” – dedi. Rəsulullah (s.ə.s) ona: “Allahın atanı necə mükafatlandırdığını sənə xəbər verimmi?” – dedi. Cabir: “Bəli”, – deyincə, Rəsulullah (s.ə.s) belə buyurdu: “Allah atan xaricindəkilərlə pərdə arxasından danışdı. Lakin atanla heç bir pərdə olmadan danışaraq ona belə dedi: “Ey bəndəm! Məndən nə istəyirsən dilə sənə verim. Abdullah ibn Cahş: “Ey Rəbbim! Məni yenidən dirilt ki, sənin yolundan yenidən canımdan keçə bilim”, – dedi. Allah ona: “Dünyada ölən kəsləri yenidən dünyaya qaytarmayacağımı əvvəlcədən bildirmişdim. Buna görə səni geri dünyaya qayıtmağın mümkün deyil.” – buyurdu. Abdullah ibn Cahş: “Ey Rəbbim! Onda mənim halımı və mənə lütf elədiyin nemələri mənim kimi şəhid olanlara da bildir.” – dedi. Bunun üzərinə Allah Ali imran surəsinin 169-cu ayəsini nazil etdi.”


Uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik  rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.”


Hz. Peyğəmbər (s.ə.s) isə şəhidlər haqqında belə buyurmuşdur: “Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra dünyaya geri dönməyi şəhidlərdən başqa heç kim arzulamaz. Yalnız şəhidlər qiyamət günündə gördükləri lütflərin çoxluğuna görə yenidən dünyaya qayıtmağı arzularlar.”


“Məhəmmədin nəfsi qüdrət əlində olan Allaha and olsun ki, Allah yolunda savaşmaq və öldürülmək, sonra savaşmaq və yenə öldürülmək, sonra yenə savaşmaq və öldürülmək istərdim.”
Quranda şəhidlərin günahlarının bağışlandığı bildirilmişdir: “Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin (şəhid olanların) günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!””


Peyğəmbərimiz (s.ə.s) də peyğəmbər olmağına baxmayaraq şəhid olmağı arzulamış və bir hədisində, “…Muhammədin (s.ə.s) canı qüdrət əlində olan Allaha and olsun ki, nə qədər arzu edirəm, Allah yolunda səfərə çıxan hər orduya qoşulum, hər döyüşə gedən orduya qatılım və layiqincə mücahidə edəndən sonra öldürülüm. Sonra Allah məni yenidən diriltsin, yenə öldürülüm, sonra yenə diriltsin, yenə öldürülüm”. – buyurmuşdur.

Şəhidləri üç qrupa ayrılır: 1. Həqiqi şəhid, 2. Dünya şəhidi, 3. Axirət şəhidi.


Həqiqi şəhid

Həqiqi şəhidə dünya və axirət şəhidi də deyilir. Bu qrupa qeyri-müsəlmanlarla və ya quldurlarla döyüşdə, malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən, zülm və haqsızlıqla öldürülənlər aiddir. Müharibədə yaralanan və bu yara səbəbilə (başqa yerə aparılmadan) elə həmin yerdə ölənlər də bu qrupa aiddir. Bunlar həqiqi şəhidlərdir. Heyz, nifas və cünubluqdan təmiz olaraq şəhid olanların üstündəki kürk, palto, gödəkcə, silah, məst və buna oxşar şeylər çıxarılır cənazəsi yuyulmur, kəfənlənmir və qanlı paltarları ilə dəfn olunurlar. Hədisdə: “Şəhidləri yumayın. Çünki hər yara və hər qan damlası qiyamət günü ətrafa müşk qoxusu saçar.” – buyrulmuşdur. Hz. Peyğəmbərin əmri ilə Uhud şəhidləri yuyulmamış, qanlı patlarları ilə dəfn olunmuş və onlara cənazə namazı da qılınmamışdır.

Həqiqi şəhid sayılmaq üçün aşağıda sadalanan şərtlər olmalıdır:
Müsəlman olmaq.
Mükəlləf olmaq.
Təmiz olmaq.
Zülmə məruz qalaraq öldürülmək.
Yaralandığı yerdə şəhid olmaq.
Qan bədəlinin olmaması.
Dünya şəhidi 
İnsanların şəhid bildiyi hər kəs əslində şəhid deyildir. Allah yolunda mübarizədə iştirak eləməyinə baxmayaraq, Allah rizası üçün yox, hər hansı başqa məqsəd üçün öldürülənlər dünya şəhidi sayılır. Ancaq onların həqiqətən şəhid sayılıb sayılmadığını Allah bilir. Dünyəvi olaraq şəhid statusunda olduqlarına görə, həqiqi şəhidə aid hökmlər dünya şəhidi üçün də keçərlidir. Bu cür şəhid olanların həqiqi məqsədini ancaq Allah bilir. Əgər məqsədləri həqiqətən Allah rizasını qazanmaq olmayıbsa həmin şəhidlər axirət müafatından məhrum olarlar. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “Qiyamət günü ilk hesaba çəkilən bir şəhid olacaq. Hesaba çəkilmək üçün Allahın hüzuruna gətiriləcək. Allah-Təala verdiyi nemətləri ona xatırladacaq, o da bunların verildiyini etiraf edəcək. Allah: “Yaxşı, bütün bunların əvəzində sən nə etdin?” – buyuracaq. O da: “Şəhid olanacan Sənin yolunda cihad etdim”, – deyə cavab verəcək. Bu zaman Allah buyuracaq:
– Yalan deyirsən! Sən, sənə “necə igid adamdır” desinlər deyə vuruşdun və elə də dedilər”.
Sonra əmr edəcək ki, onu Cəhənnəmə atsınlar…
Axirət şəhidi
Həqiqi şəhidlərdə olan şərtlərdən ən az birini daşımayan və dünya şəhidi qrupuna aid olmayan şəhidlər axirət şəhidi sayılırlar. Döyüşdə yaralanan və həmin yerdə ölməyən, yeyib-içdikdən, dərman qəbul etdikdən və üstündən bir namaz vaxtı keçdikdən sonra başqa yerdə həyata göz yumanlar bura daxildir. Müxtəlif hədislərdə Allah Rəsulunun (s.ə.s) xəbər verdiyi, müəyyən səbəblərdən ölənlər də bu qrupa daxildir. Axirət şəhidlərinə cənazə üçün lazım olan bütün qaydalar tətbiq olunmalıdır. Yəni yuyulmalı, kəfənlənməli, cənazə namazı qılınmalı və dəfn olunmalıdır. 
Şəhidlər haqqında bəzi hədislər
“Şəhidlər beş cürdür: vəba kimi yoluxucu xəstəliklərdən ölənlər, daxili xəstəliklərə tutulanlar, suda boğulanlar, (zəlzələ və s. səbəblərdən) uçqun altında qalanlar və Allah yolunda canından keçənlər”.
  “Malını qoruyarkən haqsız yerə öldürülənlər, canını qorumaq üçün özünü müdafiə edərkən haqsız yerə qətlə yetirilənlər, dinini tərk etmədiyi üçün öldürülənlər və ailəsinin namusunu və şərəfini qoruyarakən öldürülənlər şəhiddir”.
 “Bir nəfər Allah Rəsulunun (s.ə.s.) yanına gələrək:
– Ey Allahın Rəsulu! Malımı qəsb etmək və ələ keçirmək istə­yən adam mənə ilişsə, nə edim? – deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s.):
– Malını ona vermə! – deyə cavab verdi. Adam:
– Əgər mənimlə vuruşmağa cəhd göstərərsə? – deyə soruşdu.
– Sən də ona cavab ver! – dedi. Adam:
– Əgər məni öldürərsə? – dedi. Allah Rəsulu (s.ə.s.):
– Onda sən şəhid sayılırsan, – buyurdu. Adam:
– Yox əgər mən onu öldürsəm? – deyəndə Peyğəmbərimiz (s.ə.s.):
– O, Cəhənnəmdədir! – buyurdu”.
Rəsulullah (s.ə.s) səhabələr, “Kimə şəhid deyirsiniz?” – deyə soruşdu. Səhabələr:
“Ey Allahın Rəsulu! Allah yolunda öldürülən şəhiddir”. Rəsulullah (s.ə.s) buyurdu: 
“Elə isə ümmətimin şəhidləri azdır”. Səhabələr:
“Ey Allahın Peyğəmbəri! Bəs kimlər şəhiddir”, – deyə soruşdu.
Rəsulullah (s.ə.s): “Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, taun xəstəliyindən ölən şəhiddir, qarnı səbəbi ilə ölən şəhiddir”. – buyurdu.
 “Kim malını müdafiə edərkən öldürülərsə şəhiddir. Kim qanını müdafiə edərkən öldürülərsə şəhiddir. Kim dinini müdafiə edərkən öldürülərsə şəhiddir. Kim ailəsini müdafiə edərkən öldürülərsə o da şəhiddir”.
Kimlər şəhid sayılır?
Döyüş meydanından başqa yerlərdə ölüb şəhid hökmündə olanların bəziləri hədisi-şəriflərdə qeyd olunur. Bunlar axirət şəhidləri sayılırlar.
Malını qoruyarkən
Canını qoruyarkən
Ailəsini və ya dinini qoruyarkən öldürülənlər.
Haqsız yerə və ya haqqını müdafiə edərkən öldürülənlər
Taun və qarın xəstəliyindən ölənlər.
Boğularaq ölənlər.
Uçqun altında qalanlar.
Hamilə ikən və ya doğum əsnasına ölən qadınlar.
Yanğın zamanı ölənlər.
Heyvanın üzərindən yıxılaraq və ya heyvan tərəfindən tapdanaraq ölənlər.
Səhər üç dəfə “Əuzu billəhi minəş şeytanir racim” deyərək Həşr surəsinin son üç ayəsini oxuyan və həmin gün ölən şəxs (eyni hədis bunu axşam oxuyan üçün də keçərlidir).
Xəstəlikdən ölən
Zəhərli heyvan tərəfindən zəhərlənərək ölən.
Qürbətdə ölən
Səhvən özünü öldürən şəhid sayılırmı?

Səhvən özünü öldürənin şəhid sayıldığı bildirilir. Xeybər müharibəsində Amir ibn Əkva qılıncı ilə bir yəhudini vurmaq istədi. Qılınc qısa olduğundan özünün diz qapağına dəydi və qanaxmadan vəfat elədi. Bəzi şəxslər Amirin intihar elədiyini deyirdi. Əmisi haqqında deyilənlər Sələmə ibn Əkvanı narahat edirdi. Xeybərdən qayıdarkən Rəsulullah (s.ə.s) Sələmədən soruşdu: “Ey Sələmə! Sənə nə olub?”. Sələmə cavabında: “Atam anam sənə fəda olsun ya Rəsulallah! Bəzi şəxslər əmimin şəhid savabından məhrum olduğunu deyirlər. (Buna görə narahatam)”, – dedi. Rəsulullah (s.ə.s), “Bunu iddia edən yalan deyir. Amir üçün iki savab var. (Bunu deyərkən iki barmağını birləşdirərək) O, cahid və mücahiddir (yəni Allah yolunda mübarizə apardığı üçün bir, əlindən gələni elədiyi üçün də iki savab qazanmışdır). Ərəblərdən onun kimi olanlar çox azdır.” – buyurdu.


Xülasə, şəhidlik böyük nemətdir. Bir müsəlmanın İslamın hökmlərinə əməl edərək yaşaması və şəhid olaraq vəfat etməsi onun üçün böyük səadətdir. Ancaq şəhidlik çox az insana qismət olur. Ancaq qəlbində bu istəyin olması da şəhid savabı qazanmaq üçün kifayətdir. “Uca Allah səmimi qəlbdən şəhid olmağı istəyən şəxsi, yatağında ölsə belə şəhidlər dərəcəsinə yüksəldər.”

Meneviyyat.az
Oxşar xəbərlər
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi