“8 noyabr zəfərində ən böyük pay sahibi şəhidlərimizdir”
Məlum olduğu kimi, ölkə başçısının sərəncamına əsasən Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq.
Moderator.az-a açıqlamasında bu sərəncamın
önəminə diqqət çəkən millət vəkili Naqif Həmzəyev, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılmasının son dərəcə vacib
olduğunu vurğuladı:
“Azərbaycan 44 günlük müharibəni qələbə ilə başa vurdu. Şükürlər olsun
ki, ərazi bütövlüyümüz bərpa olundu. Bu zəfərdə ən böyük pay bizim şəhidlərimizin,
yaralılarımızın, bütövlükdə ordumuzun üzərinə düşür.
Ali Baş Komandanın rəhbərliyi
ilə əldə olunan bu zəfərin əbədiləşdirilməsi üçün həqiqətən də Vətən müharibəsi
memorial kompleksi və Zəfər muzeyinə
ehtiyac var idi. Bildiyiniz kimi, 2783 nəfər şəhidimiz var. İtkin düşən əsgərlərimiz,
yaralılarımız mövcuddur. Bu şəhdilərimizin, qəhrəmanlarımızın hər biri üçün
ayrı-ayrılıqda müəyyən abidələrin ucaldılması praktiki baxımdan çətin olardı. Bu
baxımdan vahid kompleks və muzeyin yaradılması daha düzgün və faydalı bir
addımdır.
Bakıda Vətən müharibəsi
memorial kompleksi və Zəfər muzeyinin
yaradılması şəhdilərimizin, qəhrəmanlarımızın, vətən uğrunda döyüşən igidlərimizin
xatirəsinin əədiləşdirilməsi baxımından olduqca təqdirəlayiq bir addımdır. Hesab
edirəm ki, qələbənin bir illiyinə qədər Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşasını başa çatdırmaq
olar.
Mən və bütün gəncəlilər
möhtərəm prezidentimiz tərəfindən belə bir sərəncamın verilməsinə çox sevindi. Bu
gün biz bütün şəhidlərimizi saat 12:00 radələrində andıq. Allah şəhidlərimizə rəhmət
etsin. Biz onların ruhu qarşısında baş əyirik. Allah yaralılarımıza şəfa versin”.
Seymur ƏLİYEV







