Naxçıvan dəhlizi Cənubi Qafqazda dəngələri necə dəyişə bilər?
Siyasət
Oxunub: 2751
04 Dec 2020 | 22:05
Naxçıvan dəhlizi Cənubi Qafqazda dəngələri necə dəyişə bilər?
Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında bağlanan üçtərəfli Bəyənat bir çox cəhətdən mübahisəyə açıqdır. Rus ordusunun Cənubi Qafqaza, xüsusilə ölkəmizin ayrılmaz hissəsi Dağlıq Qarabağa yerləşdirilməsini legitimləşdirən bu sənəd, sözsüz ki, bəzi yeni təhdidləri gündəmə gətirir. 
 
Bununla belə, sənədə yalnız qara eynəklə baxmaq da ədalətli yanaşma deyil. Bəyanatda regionun geosiyasi və iqtisadi xarakterini ölkəmizin xeyrinə dəyişən mühüm müddəalar var. Bu müddəaların ən önəmlisi açılması nəzərdə tutulan Naxçıvan koridoru ilə bağlıdır.
 
Bəyanatın 9-cu bəndində deyilir:
 
“9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
 
Maddədən də göründüyü kimi, Naxçıvan MR ilə Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan bu dəhlizin yaranmasına və təhlükəsizliyinə Ermənistan tam zəmanət verir. Üstəlik, həmin dəhlizin mühafizəsi də İrəvanın əlindən çıxacaq və Rusiyanın nəzarətinə keçəcək. Bu isə düşmən ölkənin əsas iqtisadi nəfəsliyi sayılan İran xəttinin Rusiyanın pəncəsi altına düşməsi deməkdir. Başqa sözlə, Ermənistanın boğazı Rusiyanın əlində olacaq və yolunu azan kimi ipi çəkib hər an xəyanətə meylli “müttəfiqi”ni boğa biləcək.


 
 Nəzəri baxımından, Naxçıvan dəhlizinin Moskvanın əlində olması bizim üçün də eyni təhlükəni yaradır. Amma pratik olaraq, Rusiyanın bu silahdan bizə qarşı istifadə etmək şansı azdır. Nədən ki, dəhlizin Azərbaycan istiqamətində fəaliyyətinin dondurulması Rusiyanın da Şimal-Cənub nəqliyyat xəttinin bağlanması anlamına gəlir və son zamanlar Qərblə ticari münasibətlərində problem yaşanan Moskvanın bu kimi alternativlərə ehtiyacı get-gedə artır. 
 
Digər tərəfdən, Cənubi Qafqazdakı hegemoniyasını Türkiyə ilə paylaşmaq məcburiyyətində qalan Moskvanın bu cür risklərə getməsi Ankara ilə qurulan kövrək əlaqələri qopara və Rusiyanın təcridolunma prosesini daha da gücləndirə bilər. Nəzərə alsaq ki, Türkiyənin Orta Asiyaya açılan qapısı rus sülhməramlılarının əlində olduğu kimi, Rusiyanın Qara dənizdən Aralığa açılan boğazı da Türkiyənin əlindədir. Münasibətlərin gərginləşməsi durumunda Ankaranın Aralıq dənizindəki gərginliyi əsas gətirib boğazları bağlamaq imkanları var və bu da Rusiya üçün həyati önəm daşıyır. Məhz bu qarşılıqlı asılılıq şəraitində Moskvanın eyni kartdan bizə qarşı istifadəsi imkansız kimi görünür.
 
Bəs, yaxın zamanlarda işə düşəcəyi gözlənilən Naxçıvan dəhlizi region ölkələrinə nə vəd edir? Bu əlaqələrdən ən çox kim qazana, kim itirə bilər?
 
Türkiyə
 
Proyektin ən çox qazananı, sözsüz ki, Türkiyə olacaq. Türkiyə faktiki olaraq bu dəhlizlə Xəzər dənizinə ən qısa yol əldə edəcək, Xəzərdən Orta Asiyanın digər bölgələrinə keçiş imkanı qazanacaq. Məhz bu səbəbdən Naxçıvan dəhlizini “Turan yolu” adlandıranlar da az deyil. 


 
Düzdür, 2017-ci ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyə faktiki olaraq, bu yolu təmin etmişdi. Fəqət həmin qapı əsasən Türkiyənin Qərb bölgələrinə açılır. Naxçıvan dəhlizi isə ölkənin şərq vilayətlərinə açılan ən yaxın qapı olacaq. 
 
Təsadüfi deyil ki, Türkiyə hələ Dağlıq Qarabağdakı son müharibə başlamamışdan əvvəl bu perspektivə hazırlaşır, zəruri addımlar atırdı. Bu ilin fevral ayının 25-də Bakıya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanlı həmkarı İlham Əliyevlə bərabər “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandum” imzalamışdır. Bu razılığa əsasən, Qarsdan Naxçıvana 160 km-lik dəmir yolu çəkilməsi nəzərdə tutulurdu və artıq bu istiqamətdə mühüm addımlar atılmağa başlanılıb. Naxçıvan dəhlizinin açılmasıyla bu layihə transmilli nəqliyyat xəttinə çevriləcək. 
 
Yeri gəlmişkən, layihənin ilk hissəsinin Dağlıq Qarabağ savaşından əvvəl hazırlanması onun beynəlxalq qurumlar tərəfindən razılaşdırıldığı qənaəti yaradır və 44 günlük müharibənin əsl mahiyyətinə də işıq tutur. Belə görünür ki,  İrəvan Qərb və Asiya ölkələri arasında ən qısa yol üzərində əngəlləyici ünsür kimi ortaya çıxdığından və bu inteqrasiya prosesinə qoşulmaq istəmədiyindən, beynəlxalq qüvvələr Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə yaşıl işıq yandırmış və Paşinyanın “telefon diplomatiyası”na gözlədiyi cavabı verməmişlər. Nəticədə ölkə başçı İlham Əliyevin dediyi kimi, Ermənistan öz taleyinə qərar verən subyekt olmaqdan çıxmış və beynəlxalq güclərin ümidinə bel bağlayan obyekt durumuna düşmüşdür.


 
Naxçıvan dəhlizi Türkiyəyə təkcə “Bir kəmər - bir yol” layihəsində tranzit ölkə olmaq özəlliyi qazandırmayacaq. Türkiyə bu yoldan həm də özünün şərq vilayətlərinin enerji təhlükəsizliyini təmin etmək üçün faydalanmağı düşünür. Məlum olduğu kimi, Türkiyə bu ilin əvvəllərinə qədər əsasən 3 ölkədən təbii qaz alırdı: Rusiya, İran, Azərbaycan. Rusiya və Azərbaycandan aldığı qazla əsasən ölkənin mərkəzi və qərb hissəsi mavi yanacaqla təchiz olunurdu. İrandan aldığı qaz isə ölkənin şərq vilayətlərinin ehtiyaclarına sərf edilirdi. Ankaranın iddialarına görə, qaz alışında ən çox problemlərlə qarşılaşdığı tərəfdaş İran idi. İran yaz-yay aylarında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, havalar soyuyanda isə daxili ehtiyaclarının artdığını əsas gətirib Türkiyəyə verdiyi mavi yanacağı kəsirdi. Nəticədə Türkiyənin qış ayları xeyli soyuq keçən şimali şərq bölgəsi ciddi enerji böhranı ilə üzləşirdi. Bunu əsas gətirən Ankara bu ilin ilk yarısında İrandan aldığı qaz miqdarını 46% azaltdıAprel, may, iyul aylarında isə ondan ümumiyyətlə qaz almadı. Sözsüz ki, bu məsələdə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların da mühüm rolu vardı. Görünür, Ankara onsuz da etibarsız tərəfdaş kimi baxdığı İranın enerji şirkətləriylə əməkdaşlığı davam etdirib özünü də sanksiyalarla üz-üzə qoymaq istəmirdi. 
 
Əslində Rusiya ilə enerji tərəfdaşlığı da Ankara üçün ciddi risk doğururdu. Nədən ki, ABŞ administirasiyası öz müttəfiqlərini Rusiya qazından imtina etməyə çağırır, əks halda onları da sərt  sanksiyalar gözləmələ hədə-qorxu gəlirdi. Yəqin Ankara da bu təhdidləri nəzərə alıb bu ilin ilk yarısında Rusiya ilə də qaz alış-verişini 41% azaltmışdı: bu ilin ilk 6 ayı ərzində İrandan 2 milyard 29 milyon kub metr, Rusiyadan isə 4 milyard 468 milyon kub metr qaz almışdı. Hər iki ölkədən kəsdiyi qaz idxalını isə Azərbaycanın təbii və Əlcəzayirin dondurulmuş qazıyla əvəzləmişdi. 


 
Bununla yanaşı, Ankara Türkmənistan və Qazaxıstan qazının Türkiyəyə gətirilməsində maraqlıdır. Şərq vilayətlərinin Orta Asiya qazı ilə təchizi Ankaraya İrandan aldığı qazla müqayisədə xeyli qənaət etmək fürsəti verəcək. Məlumata görə, Türkiyə 1996-cı ildə İranla bağladığ qaz satış müqaviləsinə görə, hər min kubmetr üçün 490 dollar ödəyir. Qaz Azərbaycandan tədarük edilərsə, bu məbləğ 335 dollara düşə bilər. Hardasa hər min kub metrdə 155 dollar qənaət etmək, sözsüz ki, az məbləğ deyil. 
 
Bundan əlavə, Orta Asiya qazının Türkiyəyə gətirilməsinin ciddi geosiyasi əhəmiyyəti də var. Bu yolla Orta Asiya qazının Avropaya nəqli istiqamətində mühüm addım atılacaq və “qoca qitəni” Rusiyanın enerji asılılığından qurtarmaq mümkün olacaq. Sözügedən planın arxasında nəyin dayandığını hiss edən Moskvanın Dağlıq Qarabağ uğurumuzun qarşısını almaq üçün dərhal bölgəyə “sülhməramlı” qoşunlarını göndərməsi təəccüblü deyil. Rəsmi Bakı əslində bu işğal faktını etiraf edib güclü rəqibinin qəzəbini üzərinə çəkmək istəməsə də, məqsədin sülhməramlı olmadığı gün kimi aydındır. 
 
Əslində üçtərəfli müqavilədə Naxçıvan dəhlizinə nəzarətin Rusiyaya həvalə edilməsi də bu baxımdan başadüşüləndir. Belə görünür ki, Rusiya ən azı Avropanı təchiz edəcək miqdarda qaz axışının qarşısını almağa səy göstərmək üçün Naxçıvan dəhlizində dayanmaq istəyir


 
Azərbaycan
 

Üçtərəfli bəyanatın digər qazananı isə, sözsüz ki, Azərbaycandır. Azərbaycan bu dəhlizlə təkcə uzun illər iqtisadi blokadada qalan Naxçıvanla əlaqələrini bərpa etməyəcək. Həm də istər Şərq-Qərb, istərsə də Cənub-Şimal nəqliyyat xəttində tranzit ölkəyə çevriləcək. Bu kommunikasiya əlaqələri ölkəyə ciddi kapital gətirməklə yanaşı, həm də bizi bölgənin vacib oyunçusuna çevirəcək. Orta Asiyanın enerji ehtiyatlarının Qərbə nəqli layihələri də reallaşsa, Azərbaycan qlobal enerji bazarında paylaşdırma mərkəzi halına gələcək ki, bu da bizim müstəqilliyimizin qarantıdır.

Rusiya
 
Hər nə qədər Cənubi Qafqaz üzərində oynanılan oyunlar nəticə etibarilə Rusiyanı hədəf alır, Moskva incə düşünülmüş manevrlərlə vəziyyəti öz xeyrinə dəyişə bilər. Bunun üçün isə o, regionun digər ölkələri ilə münasibətlərinə yenidən baxmalı, imperialist yanaşma tərzini qarşılıqlı iqtisadi əməkdaşlıqla əvəz etməlidir. Əks halda, bölgə xalqlarının nifrətini öz üzərinə çəkməklə status-kvonu yalnız bir zamana qədər qoruyub saxlaya bilərlər. Perspektivdə isə bu narazılıqlar onun öz itkisiylə nəticələnər, bölgə ölkələrini daha çox digər cinahlara meylləndirər.


 
Zənnimizcə, Rusiyanın getdikcə sürükləndiyi dalandan ən optimal çıxış yolu bölgə dövlətlərini onlarla paritet əsaslı münasibət qurmağa maraqlı olduğuna inandırmaqdan keçir. Əks halda, “böyük qardaş” tövrləri hətta slavyan ölkələrdə heç bir nəticə vermədiyi kimi, Azərbaycan və Orta Asiya kimi türkdilli ölkələrdə də ciddi müqavimət doğura bilər. 

İran
 

Naxçıvan dəhlizi layihəsində, ilk baxışda əsas itirənlərdən biri də İran olacaq. Artıq yuxarıda da qeyd etdiyimiz kimi, İranın uzun illərdən bəri yaxın müttəfiq kimi baxdığı Ermənistanla əlaqələrində ciddi maneələr yaranacaq. Sərhəddə rus əsgərlərinin dayanması belə, İran üçün yaxşı heç nə vəd etmir. Belə ki, son zamanlarda Suriyada İranla Rusiya ilə münasibətlərin korlandığının şahidi oluruq. İŞİD-ə qarşı mübarizə bitdiyindən artıq köhnə “Bəşər Əsəd dostları” koalisiyasının da arasında ixtilafların yaşandığına dair məlumatlar gəlməkdədir. Yeni mərhələdə Suriyaya kimin nəzarət etməsi problemi ortaya çıxıb ki, bu da Rusiya ilə İran arasında ziddiyyətləri körükləyir. Məlumatlara görə, Rusiya İranı bölgədən sıxışdırılması ilə əlaqədar İsraillə müəyyən anlaşmalara gedib. Faktiki olaraq, Suriyada hava hücumundan müdafiə yükünü boynuna götürən Moskvanın İsrail tərəfindən bölgədəki İrana bağlı qüvvələrə endirilmiş aviazərbələrı laqeydliklə izlədiyi bildirilir. Mümkündür ki, İranın Suriyadan çəkilməsi və bölgənin Rusiya və ABŞ arasında bölüşdürülməsi qarşılığında Kreml Ermənistanla İran arasında əlaqələri kəsmək məsələsində Təl-əvivlə ortaq məxrəcə gəlib. Zira qərbdə Yaxın Şərqdən uzaqlaşdırılan İranın şimalda Rusiya ilə əlaqələrinin soyuması Təl-Əvivin maraqlarına tam cavab verir. İsrail üçün Suriyanın tapşılacağı ən təhlükəsiz qüvvənin İrandansa, Rusiya olduğu da şübhə doğurmur.
 
Rusiyanın İrana açılan əsas qapılardan biri Ermənistandır. Odur ki, Ermənistanın İranla əlaqəsinin sonlandırılması və ya nəzarətə götürülməsi işini ən yaxşı həyata keçirəcək qüvvə də elə Rusiyadır. Görünür, məhz bu səbəbdən də həmin missiya da Moskvaya həvalə olunub. Necə deyərlər, “iti öldürənə daşıtdırarlar”.


 
İstisna olunmamalıdır ki, İran da eynilə Rusiya kimi, incə siyasətlərlə bu problemdən çıxış yolu tapa bilər. Bu da ölkədə aparılacaq demokratik islahatlardan və türk açılımından keçir. İran bu iki amildən istifadə edə bilsə, həm yeni kimliklə Orta Asiyaya açılar, həm də regionun yenidən formalaşmasında öz layiqli yerini tutar. Yeni reallıqlarla razılaşmamaq isə eynilə Ermənistanda olduğu kimi ağır nəticələr doğura bilər. 

Ermənistan 

Ermənistana gəlincə, sirr deyil ki, regional beynəlxalq münasibətlərin yenidənformalaşma prosesinin ən zəif həlqəsi bu ölkədir. Bütün qonşularına qarşı ərazi iddialarına düşəcək qədər harınlayan Ermənistan Dağlıq Qarabağdakı son məğlubiyyətdən sonra iqtisadi cəhətdən də sarsıldı. Onun bir də özünə gəlməsi üçün bəlkə də 10 illər lazım olacaq. Ölkənin indi son nəfəsliyi də bağlanır. Ya bu “havasızlıq mühiti”ndə tamamilə boğulmalı, ya da özünə yeni müttəfiq axtarmalıdır. Çünki Rusiyadan ona haray yoxdur. İqtisadi cəhətdən xeyli zəifləyən şimal qonşumuz artıq bahalı “gizli sevgili” saxlayacaq gücdə deyil. Onun üçün pul hər şeydən daha qiymətlidir. Bu zamanadək Ermənistanı sığallaya-sığallaya özünəqapanmaya sürükləyən Rusiya bəlkə də Cənubi Qafqazda ən böyük zərbəni də elə ona vurdu. Bütün regional və beynəlxalq iqtisadi layihələrdən kənarda qalan İrəvanın bundan sonra üz tutacağı yer yalnız Türk dövlətləri ola bilər. İranın da yaxın zamanlarda Türk kimliyini ön plana çıxarmaq məcburiyyətində qalması, Gürcüstanın Azərbaycan və Türkiyənın iradəsinə qarşı mövqe sərgiləmək şansının olmaması İrəvanı tamamilə yalnızlaşdırır. Belə vəziyyətdə onun Türkiyənin qucağına sığınmaqdan başqa çarəsi yox kimidir


 
Dərd burasındadır ki, İrəvan qarşı-qarşıya qaldığı bu zərurət üçün də üz yeri qoymayıb. Onun yenidən türk dostu ola bilməsi üçün özünü xeyli zora salması gərəkəcək. İndiyədək dörd tərəfdən dünyaya qapılarını bağlayan, indisə türk qucağına sığınmaq məcburiyyətində qalan ermənilər coğrafiyamızın  qloballaşma prosesinə qədəm qoyması nəticəsində öz ölkələrində belə, etnik azlığa çevrilmək təhülkəsi ilə üzləşə bilərlər
 

Ovqat.com
Oxşar xəbərlər
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 14:47
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 14:47
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib