Əvəllər də, rəqəmsalxa0 maliyyə və rəqəmsal ödənişlar haqqında eşitmişdim. Ammaxa0 bu haqda ümumi bir məlumatım yox idi . Prof. Saleh Məmmədovunxa0 seminarından sonraxa0 bu haqda xeyli məlumat topladım və ölkəmizdə və dünyada rəqəmsal maliyyə mühitində nələr baş verir , necə qurulur, gələcək hara gedir və s. haqqında məlumatlandım. Bu bilgilərin və sistemin gələcəyi haqqında məlumatları sizinləxa0 bölüşməyə çalışdım.xa0 xa0
xa0xa0
Müasir, inkişaf edən dünyamızda demək olar ki, hər şey rəqəmsallaşmaq üzərədir.Və bu da təbiidir ki, maliyyənin də rəqəmsallaşmasıxa0 mütləqdir və bu baş verməkdədir. Artıq bildiyimiz kimi, dünyanın bir çox qabaqcılxa0 ölkələri elektron hökümət sistemindən istifadə edirlər . Prof.Saleh Məmmədovun seminarındaxa0 ölkə miqyasında ilk dəfə rəqəmsal maliyyəni vəxa0 bu sahədəkixa0 problemləri müzakirə etdik. Azərbaycan Elektron Hökümət sisteminin qurulmasına 2003-cü ildə strat verilmişdir. Və bizə bəllidir ki, maliyyəxa0 hər bir ölkənin əsasını təşkil edir,bunula isə onu demək olar ki, Azərbaycanın Elektron hökümətə keçməsi üçün ən əsas addımlardan biri və mən deyərdim birincisi Elektron maliyyənin tətbiqidir. Elektron maliyyənin tətbiqixa0 isə özü-özlüyündəxa0 şəffaflığın təmin olunması deməkdir. Azərbaycanda Elektron maliyyəyə keçid üçün ikinci addım 2018-ci ildə atılmış və 2003-cü ildə qəbul olunmuş proqram yenilənmişdir. 2019 cu ildə isə bu sahədə bir addım da irəli gedilmiş və ASAN FİNANC yaradılmışdır. ASANxa0 FİNANC-ın yaradılması vətəndaşlarınxa0 asan şəkildə rəqəmsal , virtualxa0 əməliyyatları icra edə bilməsi üçün yaradılmışdır. Elektron maliyyənin gətirəcəyi rahatlığı düşündükdə, insan indiyə qədər ( rəqəmsal maliyyəyə qədər) nə qədər vaxt itirdiyinin fərqində olur. Axı bu danışdığımız Elektron maliyyə bizə nə verir? Elektron (rəqəmsal) maliyyənin tətbiqi ,demokratik idarəçilik və şəffaflıq gətirir. Demokratik dünya ölkələrinə baxsaq bir çoxunda artıq elektron maliyyə tamxa0 tətbiq olunub. Bura İsveç, Almaniya, Lüksenburg və s ,kimi avropa ölkələrini misal gətirə bilərik.Elektron maliyyənin ikincixa0 xa0bəxş etdiyi üstünlük ekoloji faydalılıqdır ki, bu da qlobal dünyanın ən vacib problemlərindəndir. Bildiyimiz kimi ozonxa0 təbəqəsinin deşilməsi məhz ağacların kəsilməsi ilə bağlıdır. Kağız əskinasların aradan çıxarılması, əməliyyatlar və uçot zamanı kağızdan istifadənin dayandırılması insanlığın biraz daha çox sağlam yaşayacağınaxa0 təminatdır. Elektron maliyyənin digər üstünlüklrərinə səmərəlilik, sürətlilik , rahatlıq və vaxta qənati əlavə etməyə heç ehtiyac da qalmır. Çünki bu amillərlə biz elektron maliyyənin tətbiqi ilə tanış ola bilərik. Bildiyimiz kimi, rəqəmsal ödənişlər üçün , sərhəd amili aradan qalxır və elə bu da elektron maliyyənin insanlığa bəxş etdiyi digər bir faydadır. Elektron maliyyənin həll etdiyi digər bir problem isə, hansı ki, bu həll ilə biz digər sadaladığımızxa0 faydaları göz ardında qoymuş oluruq. Bu korrupsiya problemidir ki, bir çox İEOÖ-lərdə və elə bir çox İEÖ –lərdə də bu problemlə qarşılaşırıq. Bildiyimiz kimi , elektronxa0 köçürmələrxa0 zamanı şəxslər bir –birinixa0 görmədikləri üçünxa0 korrupsiya halı da azalmış olur və hər bir əməliyyat qeydiyyatdan keçir, iz hər zaman qalır. Eletron əməliyyatlar zamanı səmərəlilik , 99.8% -ə qədər artır.Elektron tranzaksiyalar 78 % məsrəfləri azaldır. Vaxt sərfi 80% azalır , təhlillərin ümumi səviyyəsi isə 78 % artır.Bildiyimiz kimi böyük baş bəlası olan korrupsiya halı nəğd ödənişlər zamanı mümkündür , biz rəqəmsal maliyyə ilə korrupsiya halını 90% -ə qədər azaldıb, korrupsionerlərin sonuna çıxa bilərik.
Bəs sual yarana bilər ki, elektron maliyyə vasitələri hansılardır? Bu suala biz belə cavabxa0 verə bilərik; bank kartları, e-pul kisələri, şəbəkə pul,mobil və elektron bank, bankomatlar , atmlər, kriptovalyutalar, SWIFT, üz tanıma sistemi və sairə . Təbii ki, bu vasitələrədən istifadə üçün , insanlar arasında həm maliyyə savadlılığı artırılmalı və ən əsası buxa0 vasitələrəxa0 etibar yaradılmalıdır. Azərbaycandakıxa0 elektron maliyyə ilə bağlı əsas problemlərdən biri soft elektron maliyyə proqram təminatlarının və texnologiyalarının heç birinin ölkə daxilində istehsal oluna bilməməsidir. İkinci ən əsas problem kimi isə korrupsiya halının və qeyri-şəffaflıq halının hələ də bir sıra sahələrdə qaldığınıxa0 deyə bilərik. Azərbaycanda Elektron maliyyə üçün zəruri olan data science, maliyyə mühəndisliyi, maliyyə texnologiyaları üzrəxa0 təlimlərinin, universitetlərədə bu sahənin tədrisinin, kadr hazırlığınınxa0 olmaması bu sahədə inkişaf etməmizin qarşısını alan amillərdəndir. Nəzərə almaq lazımdır ki, data science özü artıq tarixə qovuşmaq üzrədir, ama Azərbacanda hələ biz bunu öyrənə bilmirik. Maliyyə mühəndisliyi kimi , vacib elm sahəsindən də hələ də demək olar ki, xəbərdar olmamağımzxa0 bizim elektron maliyyəyə keçiddə qarşılaşacağımızxa0 baryerlərdəndir.NFC( yaxın ətrafdakı əlaqə ) vasitəsi ilə şübhəsiz ki, yaxın gələcəkdə döymələr , qolbağları , maşın açarları və s iləxa0 maliyyəxa0 əməliyyatlarını icra etmək olacaqdır. İVR sistemlərinin köməkliyi ilə isəxa0 rahat bir şəkildə,maliyyə əməliyatlarını icra etmək mümkün olacaqdır.Kriptovalyuta 2008 ci ilə tədavülə buraxıldıqdan sonra, buraxıldığıxa0 vaxtla indiki dövr arasındaxa0 qiymətixa0 min dollarlarla ölçüləcək dərəcədə dəyişmişdir. Azərbaycanda Kriptovalyutanın analoqu olan AZCOİN yaradılmşdır. AZCOİN-inxa0 var olmasına rəğmən Azərbaycanda hələ də istifadəsinə icazə yoxdur. Bildirmək istərdim ki, elektron maliyyə üçün önəmli problemlərdən biri də, nəğd vəsaitlərinxa0 hələ dəxa0 tədavüldə olmasıdır. Azərbaycanda rəqəmsal maliyyə üçün zəruri zəmin var ama söyləninənxa0 yuxarıdakı problemlər hələ də rəqəmsal maliyyənin ölkəmizdə tam tətbiqinin qarşısını alır. Digər problem isə internetin sürətinin zəyifliyi halıdır ki,xa0 bu da elektron tranzaksiyaların icrasınaxa0 real maneədir. Amma Azərbaycandaxa0 rəqəmsal hökumət üçünxa0 real zəmin var , bunun üçün isə yalnız yuxarıda söylənənxa0 problemlərin həllini reallaşdırmaq lazımdır.Statistik analitiklərin araşdırmalarına görə Azərbaycanda yaxın 5 il ərzində nəğdi hesablaşmaların aradan qaldırılması gözlənilmir. Amma bunlara rəğmən rəqəmsallaşma müasir dünyanın tələbidir və qaçılmazdır. Əlavə olaraq bildirmək istərdim ki , rəqəmsal maliyyə ilə bağlı ilk addımlar Azərbaycanda 90-cı illərədə atılmışdır. 1992-ci ildə Azərbaycan Maliyyə Nazirliyinin ilk kollegiyalarından biri Elektron maliyyənin qurulmasına həsr olunmuşdur. İlk mərhələdə Maliyyə nazirliyinin, Vergi Müfəttişliyinin və Kömrük Komitəsinin bütün təşkilatlarının lokal netvörk şəbəkəsində birləşdirilməsi, ikinci mərhələdə bu şəbəkəyə bütün bankların birləşdirilməsi qərarı verilmişdir. Hələ o vaxtlar əlaqələrin qurulması üçün elektron rabitə xidmətlərinin olmaması işi bir qədər ləngitdiyinə görə Respublikanın Rabitə nazirliyi ilə ciddi hazırlıq işi aparıldı və bütün ATS-lərin elektron sistemə keçilməsi qərarlaşdırıldı. Məsələ burasındadır ki, o zaman internet yox idi, Maliyyənin elektronlaşdırılması yalnız ABŞ müdafiə nazirliyinin daxili netvork sistemi əsasında planlaşdırılırdı. Məsələ yenidən aktuallığını 2000-ci illərdə yenidən əldə etdi.Bu yolda müxtəlif layihələr hazırlandıxa0 və tətbiqi yolunda addımlar atılmaqdadır. Son dövrlərdə COVİD-19 virusunun yayılmasıxa0 rəqəmsal maliyyəyə nə dərəcədə ehtiyac olduğunu sübut etdi. Nə qədər də COVİD-19 virusu böyük fəsatlara səbəb olsa da , rəqəmsallaşma prosesi üzərində müstbət təsirxa0 yaratdı. Bununlaxa0 bir çox ölkələrdə , o cümlədən Azərbaycanda da bu proses (yəni, rəqəmsallaşma ) sürətləndi.Prof. Saleh Məmmədovun bu istiqamətdə bizimləxa0 təşkil etdiyixa0 seminarda yuxarıda qeyd olunan məsələlərəxa0 toxunulmuş və ifadə olunan təkliflər verilmişdir. Bu təkliflərə nəğd hesablaşmalara son qoyulması, internetin sürətinin artırılması, insanlar arasında rəqəmsal vəxa0 maliyyə savadlılığının artırılması, soft proqramların və texnoloji avadanlıqların ixtirası və istehsalı və şəffaflığın təmin olunması olmuşdur. Biz hər birimiz ,yəni bu mövzunu müzakirə edənlər , güman edirik ki,qısa zamanda Azərbaycanda yuxarıda sadalanan problemlər həll olunacaq və rəqəmsal maliyyə Azərbaycanda da tam tətbiq olunacaq .xa0
xa0
Rəşid Bayramlı,
Bakı Mühəndislik Universiteti 3 kurs tələbəsi