Ruhu Savalan dağında gəzən xəyallar şairi
Ədəbiyyat
Oxunub: 3208
15 Dec 2020 | 19:58
Ruhu Savalan dağında gəzən xəyallar şairi

Zaman-zaman Azərbaycan şairləri, ozan aşıqlar, ədəbi mühitin digər nümayəndələri Vətənimizin bütövlüyü, itirilmiş torpaqlarımız, o taylı-bu taylı həsrətimiz, Araz nisgili kmi mövzularda minlərlə ədəbi nümunələr yaratmışlar. Bu ədəbi nümunələr Azərbaycan millətinin qan yaddaşının qorunub saxlanılmasında, vətən həsrəti, bütövlük hisslərinin nəsildən-nəsilə ötürülməsində əvəzolunmaz rol oynamışdır. Vətən həsrətini, yurd birliyini nəzmə çəkən, Bakılı, Dərbəndli, Təbrizli, İrəvanlı Azərbaycanımızı arzularında yaşadaraq qələmi ilə nəzmə çəkən ədəbi mühitin nümayəndələrindən biri də Vüqar Xəyalidir. Vüqar Xəyalinin Azərbaycanın bütövlüyü, dahi şəxsiyyətlərimiz, torpaq həsrəti və digər bu məzmunlu şeirləri xalqımızın milli-mənəvi düşüncəsinin qorunub gələcək nəsillərə ötürülməsində önəmli rola malikdir. Onun “Qoşa zirvə - Savalanım, Şahdağım” kitabı Azərbaycanın bütövlüyünün mənəvi rəmzi hesab oluna bilər.

 

Vüqar Xəyali öz düşüncələrini, duyğu və yaşantılarını, mə­nə­vi dünyasını oxucusuna səmimiyyətlə və çəkinmədən təqdim edir. İkiyə bölünmüş vətənimizə, Bütöv Azərbaycana çox şeirlər ya­zılıb. Amma Vüqar Xəyalinin yazdığı şeir oxucuda yaratdığı psi­xoloji ovqatına görə seçilir:

 

Oğlun, qızın qalıb səndən uzaqda,

Gözlər intizarda, qəlblər soraqda,

Ola  bilməyirlər, sənə qonaq da,

Olublar uzaqda, aralı, Vətən!

Ürəyi yaralı, yaralı Vətən!

 

Xoyda hələ qalıb yaranın izi,

Hələ mən demirəm, qəlbim Təbrizi,

Gör kimlər salıbdır, bu hala bizi,

Kimə ünvanlayım, sualı, Vətən!

Ürəyi yaralı, yaralı Vətən!

 

Bəsrə heç vaxt sənsiz, olunmur qəbul,

Fizulinin ruhu Kərkükdə, oğul,

Səsimi eşitmir, çağırsam Mosul,

Hələ mən demirəm şimalı, Vətən!

Ürəyi yaralı, yaralı Vətən!

 

Dərbənd getdi əldən, bil zaman-zaman,

Bəs hanı Borçalı, hanı İrəvan?

Yaman parçalandın, yaman, sən yaman,

Hər yandan olmusan, qapalı, Vətən!

Ürəyi yaralı, yaralı Vətən!

 

Əlçatmaz olubdur, demə Zəngəzur,

Qarabağ fəxrimdir, o qəlbimdə nur,

Daha bəsdir dözdün, qalx ayağa dur!

Qopart o ləkəni, o xalı Vətən!

Ürəyi yaralı, yaralı Vətən!

 

Qəlbi Savalanla döyünən şair Vətənin ayrı düşmüş övladlarının, dağlarının, çaylarının, ikiyə bölünmüş xəritəsinin acı aqibətini iki zirvənin - Savalanın və Şahdağın simasında böyük həsrət və yanğıyla təqdim edir:

 

Qoymusan qəlbimdə sağalmayan iz,

Olmusan övladdan sən mənə əziz,

Bu tayında Bakı, o tayda Təbriz,

Biri göz qarası, o biri ağım.

Qoşa zirvəm, Savalanım, Şahdağım.

 

Vüqar Xəyali Azərbaycana olan sevgisini qəlbində mənəvi simvol olaraq yaradığı Təbriz gözəli formasında əks etdirir:

 

Araz ayırdı bizi, o tay, bu tay yaratdı.

Uzandı əllərimiz, əlim əlinə çatdı.

Bizim ilk görüşümüz, bizdə sevgi oyatdı.

Gedişin gözlərimə, saldı yaman qaranlıq.

Sən, ey Təbriz gözəli, yuxuma gir bir anlıq.

 

Xəyali, bu yaşında, kimə saldın meylini,

Düşünürsən sevgidə, tapmısan öz Leylini.

Birləşdir öz eşqinlə, Azərbaycan elini,

Qərarını tez ver ki, qurtarsın nigaranlıq.

Sən, ey Təbriz gözəli, yuxuma gir bir anlıq.

 

 Vüqar Xəyalinin ürək ağrısı və qəmgin notlarla yazdığı “Urmiya gölü” şeiri, Azərbaycanımızın qədim dövlətçilik beşiyi olan Urmiya gölü və çevrəsinin bu günkü acınacaqlı durumu, suyu qurumuş Urmiyanın sanki hayqıraraq azadlıq istəyi milli dövlətçilimizin bütövləşməsinə bir çağırışdır:

 

Başlayıb solmağa qəlbimin gülü,

Quruyur, susursan Urmiya gölü,

İmdada çatmasan olacaq ölü,

Sənin əvəzinə yad fərman verir.

Quruyur Urmiya axı can verir.

 

Quruyan su millətimin qanıdır,

Almaq istədiyin insan canıdır,

O, ölkəmin tarixi ünvanıdır,

Xalq yeni sınaqla imtahan verir.

Quruyur Urmiya axı can verir.

 

Şairin şəhidlərimiz haqqında, onların vətən uğrunda canlarını fəda etməsini əks etdirən onlarla şeirləri vardır. Vüqar Xəyalinin mil­li qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən şeir­ləri bu silsilənin məntiqi davamı kimi görünür və çox tə­sir­li­dir:

 

        Sevin! qəmgin olma sən, mənə matəm saxlama,

        Mübariz tək oğlun çox, ürəyini dağlama,

        Qara örpək bağlayıb gecə-gündüz ağlama,

        Görünməsin heç zaman göz yaşı yanağında,

        Şəhid olmazdım, ana, ölsəydim qucağında.

 

Vüqar Xəyalinin Azərbaycanın birlik, bütövlük rəmzi olan Xudafərin kğrpüsü haqqında yazdığı şeirlər o taylı bu taylı soydaşlarımızın arzusunun, istəklərinin bariz ifadə formasıdır:

Araz ayırdı bizi, şimal, cənub yarandı,

Arazdan axan sular, göz yaşı həm də qandı.

Demək Azərbaycanım, o al-qana boyandı.

Yoxdu bu dərdlərimin, nə sayı, nə ölçüsü.

Başında çox bəla var, Xudafərin körpüsü.

 

Çıxdığım uca zirvə, Savalan, Şah dağıdır,

Seyr etdikcə həsrətim, ürəyimi dağıdır.

Qəmli-qəmli hıçqıran, qəlbimin fəryadıdır,

Hələ bu dərdlərimin, kiçik bir görüntüsü .

Başında çox bəla var, Xudafərin körpüsü.

 

Şairin yaradıcılığında yer alan mövzular içərisində qardaş Türkiyə, Anadolu türklərinə sevgi hissləri də yer almaqdadır:

 

Küləklər şəhəridir mənim Bakım baxanda,

İstanbulum gözəldir ay-ulduzlar axanda,

Yenə boylan bir də bax, günəş üzə çıxanda,

Necə gözəl olurmuş qardaşların səhəri,

Oğuz soylu qardaşlar, Türkiyə və Azəri.

 

Həmişə yüksəklərdən gəlmişdi türkün səsi,

Geniş meydan olmuşdur dostlarına sinəsi,

Hansı gözəllikdədir Türkiyə Mərmərəsi,

Ona bir sirdaş kimi Azəbaycan Xəzəri,

Oğuz soylu qardaşlar, Türkiyə və Azəri.

 

Azərbaycanın Müzəffər Ordusunun müqəddəs Qarabağda şanlı qələbəsi, Can Azərbaycanımızın nisgillərinə, yaralarına su səpdi, məlhəm oldu. Bu son deyil, böyük bir başlanğıcın müjdəsidir. Artıq Azərbaycan ədəbi mühitin nümayəndələri həsrətdən, yanğıdan, üzüntüdən deyil, qəhrəmanlıq sədalarına köklənmiş zəfər motivli ədəbi nümunələr yaradacaqdır.  Ruhunuza və qələminizə qüvvət...

 

Mübariz Ağalarlı

Tarix üzrə fəlsəfi doktoru, dosent

 

 

 

Oxşar xəbərlər
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
GÜNLÜK
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO