Giresun Universitetinin Tribolu İşletim Fakültəsinin (Xalqla Əlaqələr) açılış mərasimi keçirilib. Mərasimdə Universitet rəhbərliyi tərəfindən dəvət edilən Millət vəkili Azərbaycan- TürkiQənirə Paşayeva də iştirak edib. Əvvəlcə universitetin rektoru Prof.dr. Aygün Attar və fakültənin yaranmasında böyük əməyi olan prof.dr. Tamer Karahasan, Jalə Sarmaşıkla görüşüb. Onlarla qarşılıqlı fikir mübadiləsi aparılıb. Fakültə binası ilə tanış olub.
Mərasimi çıxış sözü ilə açan rektor prof. dr. Aygün Attar fakültənin yaranmasında universitet olaraq xeyli əmək sərf etdiklərini və bu yolda prof. Taner Karahasan və dekan Jalə Sarmaşığın xüsusi rolundan bəhs edib. “Əvəllər hər hansı bölgədə işlətmə fakültəsinin açılması xəyal kimi gəlsə də bizim səyimizlə nəinki bölgə dah kiçik bir ərazidə bu fakültəni açmağa müvəffəq olduq. Həm müəllimlər həm də tələbələr üçün xeyirli olsun”.
A.Attar çıxışı zamanı ölkələrimiz arasındakı bağlılıqdan danışıb.Onun sözlərinə görə bu bağlılığı 1918-ci ildə Qafqaz-islam ordusunun heç bir qarşılıq gözləmədən Azərbaycana köməyə gəlməsi sübut edir. Təsadüfi deyil ki, Azərbaycana köməyə gedənlər arasında 8 nəfər Giresun Qazisi də olub. Bir qazi-şəhidimizin nəvəsi ilə bu yaxınlarda görüşmüşdük.
Biz həmin səfərdən gözü yaşlı döndük. Vətəninə millətinə qardaşlığına bu qədər sahiblənən bir şəxs hər halda insanı duyğulandırır. . Hətta yeni açılan Fakültənin sərgi salonu onun adını daşıyır.
Rektorun ardınca çıxış edən millət vəkili Qənirə Paşayeva İşletmə fakültəsinin açılış mərasimində iştirak etməkdən qürur duyduğunu deyib. Universitetdə təhsil alan azərbaycanlı tələbələrin saylarının artacağına ümid etdiyini bildirib. O müasir dövrdə iletişimin mühüm olduğunu vurğulayıb. “Əlaqələrin gücləndirilməsi xüsusilə də Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi mühüm məsələdir”.
“Qardaş ölkənin inkişafı bizim inkişafımız, onların uğuru bizim uğurumuzdur” deyən millət vəkili bu birliyin tarixin hər dövründə özünü göstərdiyini bildirib. “Çanaqqala savaşı zamanı azərbaycanlılar könüllü olaraq Çanaqqala uğrunda döyüşməyə yollanmışlar. Həmin qazilərimizin məzarlarını ziyarət edərkən qürur hissi keçirdik. Bizim birlik və bərabərliyimizin tarixin hər dövründə ortaya qoyulması gələcək nəsillərin də bu yolda düzgün tərbiyyə olunmasına şərait yaradacaq”. ..
Millət vəkili Qənirə Paşayeva çıxışında Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb.
“Hazırda Aygün Attarın doğulduğu ərazi işğal altındadır. Həmin ərazilərdə nəinki təhsil obyektləri, evlər hətta camilər məscidlər də Ermənistan tərəfindən dağıdılıb. İnşaallah gələn tədbirlərimizi birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və digər o gözəl torpaqlarımız keçirək”. Millət vəkili Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda da gələcəkdə Giresun Universitetinin İletişim fakültəsinin açılmasını arzuladığını dilə gətirib.
Millət vəkili Qənirə Paşayeva Giresun Universitetinə və onun yeni açılan İletişim fakültəsinə Azərbaycan həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan mədəniyyəti ilə bağlı materiallar və filmlər hədiyyə edib.
Mərasimin sonunda Prof.dr. Aygün Attar Qənirə Paşayevaya xatirə plaketi təqdim edib.
Açılışın ardınca qonaqlar üçün yemək ziyafəti təşkil edilib.
Qafar Ağayev
-Foto" src="//old.moderator.az/fotobaza/original/668.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/669.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/670.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/671.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/672.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/673.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/674.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/675.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/676.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/677.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/678.jpg">-Foto" src="//old.moderator.az/fotobaza/original/678.jpg">