Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, məhkum Axundov Məstavər Zuber oğlu KİV- ə müraciət edib. Müraciətdə deyilir; “Hörmətli mətbuat, mən Axundov Məstavər Zuber oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.01.2013-cü il tarixli hökmü ilə AP.C.M.-nin 234.4.1 və 317 .1.1 maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilmişəm.
İndiyə
qədər susmağımın bir çox subyektiv və obyektiv səbəbləri var ki, bunları
açıqlayacağam. Şərlənərək qondarma ittihamla həbsə atılmağıma səbəb mənim
siyasi fəaliyyətim olub ki, hamıya bəlli olduğu kimi Azərbaycan xalq hərəkatının
fəallarından biri, Azərbaycan Xalq cəbhəsinin Abşeron rayon təşkilatının sədri
(1989-1993-cü illərdə) Xalq cəbhəsinin Abşeron rayon könüllülərindən ibarət batalyonunun yaradıcılarından biri, 1995-ci
ildən indiyədək Azərbaycan Kəndlər Birliyinin sədrinin təşkilati məsələlər üzrə
müavini, eyni zamanda sadə azərbaycanlıyam. Bu səbəbdən siyasi sifariş əsasında
qondarma ittihamla şərlənərək həbs edilmişəm. Baxmayaraq ki, ittihamın qondarma
olmasını təsdiq edən möhtəbər və dəqiq sübutlar olsa da məhkəmə instansiyaları
həmişəki kimi qanunları yox, sifarişi ali tutub qanunsuz hökm və qərar
çıxartdılar.
2005-ci
ildə keçirilən Parlament seçkilərində 45-ci dairə və 2006-cı ildə Milli Məclisə
keçirilən təkrar seçkilərdə 4-cü dairənin
27-ci səsvermə məntəqəsində baş vermiş total saxtakarlıqları müşahidə etməyim,
bunu təsdiq edən sübutları əldə etməyim, 2008-ci il tarixində xüliqanlıq cinayəti
ilə 3 il müddətinə azadlıqdan məhrum edilməyimlə nəticələndi.
Hazır
ki məhkum edilməyimə dair qondarma, çirkin iddihamı isə 2013- cü ildə keçirilən
Prezident seçkilərində məni zərərsizləşdirmək, siyasi fəaliyyətimi əngəlləmək məqsədilə
hazırlayıb həyata keçirmişlər. Ancaq onlar tam əmin olsunlar ki, canım qədər
sevdiyim vətənimin azadlıqı, suverenliyi yolunda mən həmişə mübarizə
aparacağam. Mənim həyatımın mənası budur. Bu çirkin alçaldıcı şərləmə əməllərindən
hələ özümə gələ bilməmişəm. Çünki narkotika alveri, qəbulu mənim nəslimin
adına, səviyyəsinə qətiyyən yaraşmayan bir əməldir ki, Qaradağ polisi bu səviyyəsiz
əməliyyatı qurub, sifarişi həyata keçirmişdilər. Onların məqsədi məni bu üsulla
ləkələmək, gözdən salmaq olmuşdur.
Ancaq
el-oba, məni tanıyanlar yaxşı bilirlər ki, mən 1937-ci ilin represiya qurbanı Məsi
Axundovun nəvəsiyəm. Vətənpərvər ziyalı, xaincəsinə öldürülmüş Şixəli
Qurbanovun yaxın qohumuyam ki, narkotika alveri, əyilmək, təslim olmaq bizim nəslin
adına yaraşmayan bir haldır.
Həbsdən
əvvəl mənə siyasi fəaliyyətdən əl çəkməyimə dair xəbərdarlıq edildi, təkliflər
olundu.
Bəyan
edirəm ki, vətənimin azadlığı, suverenliyi yolunda mən nəinki azadlığımı, hətta
həyatımı itirməkdən belə qorxmuram.
Mən
mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edirəm.
Cənab
Prezident mən heç vaxt cinayət törətməmişəm. Ancaq siyasi fəaliyyətlə məşqul
olmağı, vətəni sevməyi cinayət əməlinə çevirənlər var ki, bu məxluqlar başda
sizin də olmaqla hamımızın düşmənləridirlər.
Mən
əminəm ki, siz mənim müraciətimin obyektiv
araşdırılıb, ədalətin bərpa edilməsində mənə yaxından kömək edəcəksiniz.
Sizdən xahiş edirəm haqqı nahaqqa qurban verilməsinə imkan verməyin.