“Yeni kitabım “Dinlər, təriqətlər, peyğəmbərlər” adlanır. Kitaba qeyri-ənənəvi dinlər və təriqətlər, saxta peyğəmbərlər və batil inanclar haqqında zaman-zaman kulis.az saytında çap olunan araşdırmalarım daxil edilib. Kitab din haqqında maraqlı məlumatlar əldə etmək istəyən oxucular üçün nəzərdə tutulub. Kitabda səmavi dinlərdən sonraya ortaya çıxan, daha çox islamı təhrif üzərində qurulan dinlərin yaranması, inkişafı haqqında maraqlı məlumatlar var. Eyni zamanda islamdakı bəzi təriqətlər haqqında da araşdırmalarımı bu kitaba daxil etmişəm.”
Müəllifin
onu da bildirib ki, kitabın çap olunması ilə bağlı təşəbbüs “Hədəf”
nəşriyyatından gəlib: “Hədəf” nəşriyyatı ilə uzun müddətdir ki, əməkdaşlıq edirəm. Bu nəşriyyatda iki tərcümə
kitabım işıq üzü görüb. Eyni zamanda bu nəşriyyatda çap olunan bir neçə kitabın
redaktoruyam. Bir sözlə bu nəşriyyatla peşəkar münasibətlərimiz var.
Hazırda
bir neçə kitabım çapa hazır olsa da, müxtəlif səbəblərdən çapı ləngiyir.
“Dinlər, təriqətlər, peyğəmbərlər” adlı bu kitabımın çapını isə “Hədəf”
rəhbərliyi öz üzərinə götürdü. Mən də sevə-sevə təklifi qəbul etdim.
Kitabın ərsəyə gəlməsində əziyyəti olan bütün
dostlara təşəkkür edirəm.”
Kitabın
redaktoru və ön sözün müəllifi yazıçı Müşfiq Xandır.