Xəbər lenti
23/01/2021 [17:40]:
Kəlbəcərin Qamışlı kəndi - VİDEO
23/01/2021 [17:31]:
“Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
23/01/2021 [17:29]:
Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 162 yeni yoluxma - FOTO
23/01/2021 [17:16]:
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub
23/01/2021 [17:14]:
Moskvada polislə qarşıdurma oldu, yaralananlar var - FOTOLAR
23/01/2021 [17:12]:
"Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir” - Türkiyə prezidenti
23/01/2021 [17:10]:
“Cəsarətli ol, gəl, bu, məni xoşbəxt edəcək” - Xanım deputatdan eks-prezidentə
23/01/2021 [17:05]:
"Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
23/01/2021 [17:04]:
“Vətən Müharibəsi ilə bağlı yüksək səviyyəli filmlərin çəkilməsinə ciddi ehtiyac var”
23/01/2021 [17:04]:
İlham Əliyev Zelenskiyə başsağlığı verdi
23/01/2021 [16:59]:
Qənirə Paşayeva gəncləri Nizamini daha dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
23/01/2021 [16:54]:
“Bu belə davam edə bilməz...”
23/01/2021 [16:41]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
23/01/2021 [16:37]:
Navalnının həyat yoldaşı da həbs olundu
23/01/2021 [16:12]:
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI
23/01/2021 [16:11]:
SOCAR-ın Müşahidə Şurası yaradılır - FƏRMAN
23/01/2021 [16:03]:
BDU-nun magistrantları: “Ötən semestr əldə edilən təcrübə öz bəhrəsini verir”
23/01/2021 [15:53]:
Polad Bülbüloğlu atasının Şuşadakı evində - FOTO
23/01/2021 [15:53]:
“Qarabağda ermənilərlə qonşuluqda  necə yaşayacağıq?..”- Deputat cavab verir
23/01/2021 [15:30]:
İsmayıl Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib
23/01/2021 [15:27]:
İstanbuldan Bakıya qızıl sikkələr gətirən ələ keçdi - VİDEO
23/01/2021 [15:13]:
Nümayəndə heyətimiz AŞPA-nın qış sessiyasında iştirak etməyə hazırlaşırlar...
23/01/2021 [15:02]:
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub
23/01/2021 [15:00]:
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
23/01/2021 [14:59]:
2783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub - Nazirlik
23/01/2021 [14:48]:
Şimal-Cənub Nəqliyyat Dəhlizinin inşasının sürətləndirilməsi təklif edilir
23/01/2021 [14:45]:
Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı - RƏSMİ
23/01/2021 [14:40]:
Rusiyada saxlanılanların sayı 230-a çatdı - VİDEO
23/01/2021 [14:26]:
Moskvada təhlükəsizlik tədbirləri gücləndirildi - aksiyalara görə
23/01/2021 [14:25]:
“Təəssüf ki, özəl televiziyalarda daha çox şübhəli imici olan adamlar efirə dəvət olunur”
23/01/2021 [14:25]:
İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
23/01/2021 [14:19]:
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23/01/2021 [14:15]:
“Hər qadına sevdiyi insanla bir ömür xoşbəxt həyat yaşamasını arzu edirəm...”
23/01/2021 [14:14]:
Azərbaycanda neft hasilatı artacaq
23/01/2021 [14:13]:
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23/01/2021 [14:12]:
Nazir Rövşən Əkbərovun bacısı oğlunu işdən çıxardı
23/01/2021 [14:08]:
Qeqam Nazaryan: "Nikol, Abqarımı və digər 5-7 min oğullarımızı sən öldürdün"(VİDEO)
23/01/2021 [13:54]:
“Qalatasaray”ın yeni transferi İstanbula gəlib
23/01/2021 [13:49]:
Azərbaycan Ordusunun şəhid olmuş zabiti Qubada dəfn edilib - VİDEO
23/01/2021 [13:34]:
DİN əməliyyat keçirib, 22 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb - FOTO
23/01/2021 [13:25]:
Prezidentin köməkçisinin təqdimatında vebinar təşkil edildi
23/01/2021 [13:22]:
“Düşmən ölkəni xilas etmək, ona nəfəslik vermək hələ tezdir”
23/01/2021 [13:21]:
"Düşünür ki, polisin hətta istirahət etdiyi zamanda şəkilini çəkib ictimailəşdirsə..."
23/01/2021 [13:20]:
TƏBİB-dən tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına CAVAB
23/01/2021 [13:15]:
Sevinc Ağaşirinova: “Bizim yüksək əhval-ruhiyyəyə ehtiyacımız var, vaksinə deyil...”
23/01/2021 [13:08]:
"Görəsən bizim babalarımız İranı idarə ediblər, yoxsa İrana xidmət ediblər..?"
23/01/2021 [13:05]:
“Sosial şəbəkə və dünya mediasında erməni vandalizminin ifşası prosesi gücləndirilməlidir”
23/01/2021 [12:58]:
Erməni millət vəkili: "Bu məsələ tez bir zamanda həll olunmalıdır"
23/01/2021 [12:50]:
ABŞ-da lotereya iştirakçısı 1 mlrd. dollar udub
23/01/2021 [12:48]:
Ermənistanda Rusiya hərbçisi ölüb
23/01/2021 [12:47]:
Daha 5 erməni hərbçinin qalıqları tapıldı
23/01/2021 [12:42]:
“Ekrana çıxan qadınlar boğazlarındakı, biləklərindəkiləri qızılları nümayiş etdirirlər...”
23/01/2021 [12:41]:
Vüqar Səfərli barəsində ev dustaqlığı seçilməsi üçün məhkəməyə müraciət edib
23/01/2021 [12:35]:
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
23/01/2021 [12:33]:
Tünzalə Ağayeva TƏBİB-ə üsyan etdi: “Nə vaxta qədər... "
23/01/2021 [12:31]:
“Ermənilərin türklərə nifrət strategiyasına dəstək  ABŞ-ı çox çətin duruma sala bilər...”
23/01/2021 [12:19]:
Evdə yanğın baş verərsə, nə etməliyik? 
23/01/2021 [12:08]:
Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişlənir
23/01/2021 [12:06]:
Azərbaycanda ər arvadını qəddarlıqla öldürdü - RƏSMİ
23/01/2021 [11:54]:
Prokurorluq Cəlilabadda qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb
23/01/2021 [11:53]:
Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
23/01/2021 [11:48]:
DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara MÜRACİƏT
23/01/2021 [11:46]:
Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olundu
23/01/2021 [11:43]:
Rusiyalı hərbçi Ermənistanda öldü
23/01/2021 [11:42]:
“Bəzi müğənnilərə xalq elə ad yapışdırır ki, nə təmizləyə, nə də yuya bilir...”
23/01/2021 [11:35]:
ABŞ Senatında Trampın impiçment prosesinin tarixi bəlli olub
23/01/2021 [11:22]:
Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur - XİN siyahını yenilədi
23/01/2021 [11:19]:
“Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək” - Amerikalı həkim
23/01/2021 [11:13]:
Putin məmur təyinatında yaş həddini ləğv edir
23/01/2021 [11:10]:
Qanunsuz ov edən şəxs cəzalandırıldı
23/01/2021 [10:58]:
Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb
23/01/2021 [10:55]:
Rusiya bankları Xankəndində filiallarını açır?..
23/01/2021 [10:52]:
Ermənistanda koronavirusa yoluxanların sayı 165 909-a yüksəlib
23/01/2021 [10:50]:
"Çox keçməz, sizi sevindirərəm" - Aygün Kazımova gəlinlikdə
23/01/2021 [10:48]:
Zərifdən Baydenə çağırış
23/01/2021 [10:45]:
Qənirə Paşayeva şəhid Elvin Şəriflinin anası ilə görüşüb
23/01/2021 [10:44]:
Rusiya çalxalanır - Putinin sonunun başlanğıcı gəldi
23/01/2021 [10:42]:
Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək
23/01/2021 [10:32]:
NATO Rusiyanı Cənubi Osetiya və Abxaziyanın tanınmasına son qoymağa çağırdı
23/01/2021 [10:11]:
Neftin ucuzlaşması davam edir
Bütün arxiv bir sırada
07/01/2021 [06:45] - Kriminal - ( 12552 dəfə baxılıb)

“Elnurun mənimlə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını ata-anama bildirmədim"



Lerik rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan 1994-cü il təvəllüdlü Elnur Məmmədovun məhkəməsi yekunlaşıb.

Lerik şəhər sakini Elnur Məmmədov 2018-ci il may ayının əvvəlində gecə saat 1-2 radələrində onunla qonşuluqla yaşayan 2004-cü il təvəllüdlü Lalə Babayevanın (cinayət işində zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) valideynləri ilə yaşadığı evdə 2007-ci il təvəllüdlü bacısı Tamara, 2010-cu il təvəllüdlü bacısı Səbinə və qardaşı Bahadurla birlikdə yatdığı otağın pəncərəsinin önünə gəlib.

Pəncərəni döyüb, qızı yuxudan oyatdı

Elnur Məmmədov pəncərəni döyüb, Lalə Babayevanı yuxudan oyadıb. O, əli ilə işarə edərək Lalənin evin həyətinə çağırıb. Lalə əynində şortik və gecə köynəyi ilə yataqdan durub, onunla bir otaqda yatan qardaş-bacılarına və qonşu otaqda olan ata-anasına hiss etdirmədən evin giriş qapısından bayıra çıxaraq həyətdə onu gözləyən Elnur Məmmədovun yanına gəlib, ondan nə istədiyini soruşub.

Elnur Məmmədov Laləyə ona qarşı hissləri olduğunu deyib, onunla öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqəyə girməklə seksual xarakterli hərəkətlər edib. Cinsi əlaqədə olandan sonra Lalə eyni qayda ilə evə qayıdaraq yatdığı otağa gedib.

Bir həftə sonra Elnur Məmmədov gecə saatlarında yenidən Lalə Babayevanın yaşadığı evin həyətinə, onun qardaş-bacıları ilə yatdığı otağın pəncərəsinin önünə gəlib. Pəncərəni döyüb, Laləni yuxudan oyadaraq yenidən evin həyətinə çağırıb. Lalə Babayeva yenə də heç kəsə hiss etdirmədən yataqdan durub, evdən bayıra çıxaraq həyətdə onu gözləyən Elnur Məmmədovun yanına gəlib.

Elnur Məmmədov onunla öz razılığı ilə təkrar qeyri-təbii yolla cinsi əlaqəyə girib.

Daha sonra Elnur Məmmədov 2018-ci ilin may ayının axırlarında gecə saatlarında Lalə Babayevanın yaşadığı evin həyətinə gəlib, onun bacısı və qardaşları ilə yatdığı otağına pəncərədən daxil olub. Həmin otaqda yatan qardaş-bacılarına hiss etdirmədən təkrarən yatağında qeyri-təbii yolla cinsi əlaqəyə girməklə seksual xarakterli hərəkətlər edib.

Sərxoş oldu, qızın yatağında yatdı

Sonra Elnur Məmmədov pəncərədən evin həyətinə düşüb. Lalə Babayeva da onun ardınca yatdığı otağın pəncərəsindən düşərək evin həyətində olan Elnur Məmmədovun yanına gəlib.

Elnur Məmmədov yenidən evin həyətində Lalə Babayeva ilə sonuncunun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqəyə girib.

Elnur Məmmədov 2018-ci il iyun ayının 5-dən 6-na keçən gecə, saat 1-2 radələrində sərxoş vəziyyətdə Lalə Babayevanın ailə üzvləri ilə yaşadığı evin həyətinə gəlib. O, pəncərədən Lalə Babayevanın qardaş-bacıları ilə yatdığı otağa daxil olaraq onunla yatdığı çarpayıda qeyri-təbii yolla cinsi əlaqəyə girib.

Daha sonra sərxoş vəziyyətdə olduğundan Lalə Babayevanın çarpayısında yataraq orada qalıb.

Qız ata-anasına xəbər verdi

Lalə Babayeva Elnur Məmmədovun onun çarpayısında yatıb qaldığını, evi tərk etmədiyini görərək çıxılmaz vəziyyətdə qalıb, valideynlərinin yataq otağına gələrək anasına Elnur Məmmədovun onun çarpayısında yataraq qaldığını deyib.

Lalənin atası Adil kişi yuxudan oyanaraq qızının yatdığı otağa gəlib. O, Elnur Məmmədovun sərxoş vəziyyətdə olmaqla qızının çarpayısında yatdığını görüb.

Ata onu qaldırıb evindən həyətə çıxarıb və onunla dalaşıb. Qızın anası Afət Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bir nəfəri evdə yaxaladıqlarını bildirib.

Polisə təkrar zəng

Bundan sonra Elnur Məmmədovun anası və bacıları Adil kişinin həyətinə gəlib, oğullarını evlərinə aparıblar. Elnurun valideynləri Adil Babayevdən şikayət etməməyi, məsələni özlərinin aydınlaşdırmalarını xahiş etdiklərindən sonuncu polisə zəng edib həyətinə guya mal-qara girdiyini, qonşusu Elnur Məmmədovun mal-qaranı aparmaq üçün gəldiyini bildirib. Beləliklə Elnur Məmmədovun qızın çarpayısında yatdığı gizli saxlanıb.

Ata-ana qızdan Elnur Məmmədovun ona qarşı nə kimi hərəkətlər etdiyini, onunla cinsi əlaqədə olub-olmadığını soruşublar.

Lalə Babayeva baş verənləri, yəni gecə onlar yatdıqları zaman dəfələrlə evdən həyətə çıxaraq Elnur Məmmədovla görüşməsini, həm evin həyətində, həm də yataq otağında dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmalarını gizli saxlayıb, Elnur Məmmədovun ona qarşı hər hansı qeyri-əxlaqi hərəkətlər etmədiyini bildirib.

Lakin Adil Babayev və Afət Babayeva qızlarının dediklərinə inanmayıb, onu həkim müayəinəsindən keçirmək qərarına gəliblər.

Evlilik razılığı

Bu məqsədlə Adil Babayev 6 iyun 2018-ci il tarixdə Lerik rayon məhkəmə-tibb eksperti Cavid Fətəliyevə zəng etməklə qızı Lalənin qızlıq bəkarətinin pozulub-pozulmamasını müəyyən etmək üçün onu müayinə etməyi xahiş edib.

Cavid Fətəliyev isə prokurorluğun və ya polisin qərarı olmadan qızlıq bəkarətini yoxlaya bilməyəcəyini bildirib.

Lakin Adil qızını Lənkəran şəhərinə gətirməklə həmin vaxt “Buta” tibb mərkəzində olan Cavid Fətəliyevlə görüşüb. Cavid Fətəliyevin xahişi ilə həkim Laləni ulturasəs müayəinəsindən keçirib, onda hər hansı dəyişiklik müəyyən edilməyib.

Amma Adil Elnur Məmmədovun Lalə ilə təbii yolla cinsi əlaqədə olmasından, qızının qızlıq pərdəsinin zədələnməsindən şübhəli qalaraq bu barədə qohumlarına və Elnur Məmmədovun valideynlərinə məlumat verib.

Elnur Məmmədovun valideynləri Lalə Babayevanı valideynləri ilə baş verənləri gizli saxlayıblar, Laləni Elnura ərə vermək barədə razılığa gəliblər.

Sosial şəbəkədə yayılan məlumatlar...

16 iyun 2018-ci il tarixdə Elnur Məmmədovun valideynləri Lalənin yaşadığı evə gələrək onu Elnur Məmmədovla evləndirməyə bir daha razılıq əldə ediblər.

Bu məqsədlə Elnur Məmmədovun valideynləri həmin gun Laləni öz evlərinə aparıblar. Məqsəd Lalənin nikah yaşına çatana kimi öz evlərində saxlamaq, sonra isə onu Elnur Məmmədovla evləndirmək olub.

İyunun 19-dan başlayaraq sosial şəbəkələrdə Lalənin Elnur Məmmədov tərəfindən zorlanması, hamilə qalması barədə məlumatlar yayılıb. Buna baxmayaraq, valideynlər hadisəni gizli saxlamaqla ört-basdır ediblər.

Bu məqsədlə Laləni öz atasının evinə qaytarıblar. Eyni zamanda həmin məlumatları yaymış sosial şəbəkələrə qarşı məhkəmədə mülki qaydada iddia qaldırıblar.

2018-ci ilin avqust ayında məhdud sayda ailə üzvləri və qohumların iştirakları ilə Lalə və Elnurun nişan mərasimi keçirilib. Elnur Məmmədovun valideynləri Lalənin nişan üzüyü gətiriblər.

Evlilik razılığı niyə pozuldu?..

Bundan sonra 10 sentyabr 2018-ci il tarixdə Elnur Məmmədovun valideynləri Laləni yenidən öz evlərinə aparıblar. Həmin vaxtdan etibarən Lalə gələcək gəlin kimi Elman Məmmədovun evində yaşamağa başlayıb.

Lakin Elman Məmmədovun ailəsi Lalənin məktəbə buraxmadığına və onunla pis davrandıqlarına görə ailələr arsında narazılıq yaranıb. Lalənin atası Adil kişi 2 oktyabr 2018-ci il tarixdə Lerik rayon prokurorluğuna qızınını Elnur Məmmədov tərəfindən zorlanması barədə şikayət ərizəsi yazıb.

İstintaq orqanı tərəfindən Elnur Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

“Hər hansı münasibətim olmayıb”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, qeyd edib ki, Lerik şəhərində yaşamaqla Cənub Regional Elektrik Təchizatı Stansiyasında elektrik çilingəri işləyib: “Adil Babayev mənim yaxın qonşumdur, onu və ailə üzvlərini tanıyıram, əvvəllər aramızda düşmənçilik və ziddiyyət olmayıb. Qonşuluqda həmişə mehriban olmuşuq.

Yaşadığımız evlərin həyətini dəmir tordan olan çəpər ayırır, yaşadığım evin həyətindən Adilin yaşadığı evin həyəti görünür. Qonşu kimi Adilin evinə gediş-gəlişim olmayıb. Onun qızı Laləni tanımışam. Lalə ilə hər hansı münasibətim olmayıb”.

“Arvadının polisə məlumat verdiyini dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ilin iyun ayının 5-dən 6-na keçən gecə saat 2 radələrində təsərrüfalarında olan mal-qaranın qonşu həyətə girdiyini bilib: “Adilin həyətinə gedərək heyvanlarını çıxardığım zaman məni həyətində gördü və aramızda mübahisə yarandı.

Adilin arvadının mənim haqqımda Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə məlumat verməsini ertəsi gün bildim”.

“Cinsi əlaqədə olmamışıq...”

Elnur Məmmədov qeyd edib ki, 2018-ci ilin iyun ayının 19-dan başlayaraq müxtəlif saytlarda və kütləvi informasiya vasitələri ilə onun 13 yaşlı Laləni zorlaması və Lalənin dörd aylıq hamilə qalması barədə həqiqətdən uzaq məlumatlar yayılıb: “Bu məlumatlar yayıldıqdan sonra rayon prokurorluğunda müvafiq arşdırma aparıldı, hətta Lalə məhkəmə-tibb ekspertizası müayinəsindən keçirildi. Lalə ilə cinsi əlaqəyə girmə faktı təsdiq olunmadı.

Bundan sonra Adil və atam Elman həmin məlumatları yayanlar haqqında müvafiq qaydada məhkəmədə birgə iddia qaldırdılar. Heç vaxt Laləni zorlamamışam və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam.

Lalənin atası Adilin haqqımda rayon prokurorluğuna ərizə yazaraq mənim qızı zorlamağım barədə şikayət etməsinin səbəbini bilmirəm. Lalənin göstərdikləri tam yalan və böhtandır. Heç vaxt Lalənin yataq otağının pəncərəsini döyməmişəm, pəncərədən içəri onun yanına getməmişəm, onunla heç vaxt təbii, yaxud qeyri-təbii yolla cinsi əlaqədə olmamışam”.

“Evimizdə yaşamasından xəbərim olmayıb”

Elnur Məmmədovun sözlərinə görə, əmisi Aydın Adilin həyətinə getməyib: “Lalənin mənimlə nişanlanmasını valideynlərimiz təşkil ediblər. Həmin vaxtlarda işimlə əlaqədər Lənkəran şəhərində olmuşam, Lalə ilə heç vaxt görüşməmişəm. İşimlə əlaqədar Lənkəran şəhərində yaşamışam, Lalənin evimizdə yaşadığını bilməmişəm”.

Elnur Məmmədov qeyd edib ki, Bakı şəhərində müalicə olunub, 14 sentyabr 2018-ci il tarixdə işə çıxıb: “2018-ci ilin oktyabr ayının əvvəlində evimə gəldim. Axşam saatlarında Lalənin bizim evimizdə olduğunu bildim. Səhəri gün atam Laləni Lerik rayon pokurorluğuna izahat vermək üçün apardı. Atam evə gəldikdən sonra Laləni valideynlərinin öz evlərinə apardıqlarını dedi. Həmin faktla bağlı Lerik rayon prokurorluğuna gedərək izahat yazdım”.

“Həyətə gəlir, atamla söhbət edirdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lalə Babayeva bildirib ki, Elnur Məmmədov yaxın qonşularıdır: “Yaşadığımız evin həyətindən Elman Məmmədovun yaşadığı evin həyəti görünür. Elnur yaxın qonşu kimi bəzi hallarda həyətimizə gəlib, atamla söhbət edib.

2018-ci ilin may ayının əvvəlinə kimi Elnurla heç bir əlaqəm olmayıb, heç bir-birimizlə danışmamışıq da. Evimiz birmərtəbəli olmaqla kürsülüdür. Çölə açılan pəncərələr yerdən 15-20 sm hündürlükdədir. Pəncərələrin qoruyucu barmaqlıqları yoxdur.

İki bacım, bir qardaşım ilə bir otaqda yatmışıq, anam və atam isə digər otaqda yatıblar”.

“Mənə qarşı hisləri olduğunu dedi”

Lalə Babayevanın sözlərinə görə, 2018-ci ilin may ayının əvvəlində gecə saat 1-2 radələrində otaqda bacıları və qardaşı ilə yatdığı zaman kiminsə yataq otağının pəncərəsini döydüyünü eşidib:

“Yuxudan oyanıb pəncərəyə tərəf baxdıqda Elnur Məmmədovun bayırda, pəncərəmin qarşısında duraraq mənə baxdığını gördüm. Elnur əli ilə işarə edərək məni çölə çağırdı. Mən də həyətimizdə olan Elnurun yanına getdim. Mənim həyətə çıxdığımı eyni otaqda yatan bacısılarım və qardaşım, həmçinin valideynlərim hiss etmədilər.

Elnurun yanına gedib ondan nə istədiyini soruşdum. Elnur mənə qarşı hisləri olduğunu dedi. Ondan gecənin bu saatında bunumu deməyə gəldiyini soruşdum. Sonra Elnura evə getmək istədiyimi, onun da həyətlərindən çıxıb getməsini söylədim. Elnurdan ayrılıb evə getmək istədiyim zaman qolumdan tutdu. Ona "qolumu burax" dedim, amma buraxmadı”.

“Qışqırsan sənin üçün pis olacaq!”

Lalə Babayeva qeyd edib ki, Elnura hərəkətləri barədə atasına xəbər verəcəyini deyib: “O isə mənə “cürətin varsa, get de, gəlib atanın başını kəsərəm" - bildirdi. Elnurdan qorxaraq ona şillə vurmaq istədim. Lakin qolumu tutub sıxdı, sonra məni arxadan qucaqladı, özünə tərəf çəkdi. Qışqırmaq istədim, Elnur ağzımı əli ilə qapayaraq mənə “qışqırsan sənin üçün pis olar” - söylədi.

Onun əlindən çıxa bilmədim, gücüm çatmadı. Elnur qarnını sıxaraq, şortikimi aşağı çəkərək əynimdən çıxarmaq istədi. Ona imkan vermədim, şortiki yuxarı çəkdim.

Elnura mənə buraxmasını, evə getmək istədiyimi dedim. Elnur mənə “buraxmaram” - dedi. Qışqırmaq istədim, ağzımı əli ilə qapadı. Mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Bədənimdə ağrılar hiss edərək qışqırmaq istədim. Ancaq Elnur ağzımı tutduğuna görə qışqıra bilmədim. Təxminən iki dəqiqə qeyri-təbii yolla mənimlə cinsi əlaqədə oldu. Cinsi əlaqədə olandan sonra şortikimi yuxarı çəkərək Elnura tərəf döndüm, ona şillə vurmaq istədim. Elnur qolumu tutaraq “cürətin varsa, bu barədə kiməsə de, əgər desən, başınızı kəsərəm”, - söylədi.

Elnur evinə getdi. Mən də evə daxil olaraq yataq otağına gəldim. Həmin gecə ağrıdan yata bilmədim. Elnurun mənə qarşı etdiyi hərəkətlər barədə valideynlərimə demək istədim. Lakin Elnurun hədələri yadıma düşdüyünə görə susdum, mənə və ailəmə zərər vuracağından qorxdum”.

“Elnura dedim, get, bir daha gəlmə...”

Lalə Babayeva deyib ki, bu hadisədən təxminən bir həftə sonra, yəni mayın 14-də nənəsinin ölümünün il mərasimindən sonrakı günlərdə, gecə saatlarında yataq otağında bacıları və qardaşı ilə yatdığı zaman yenə otağın pəncərəsinin döyüldüyünü eşidib:

“Yuxudan oyananda Elnurun pəncərənin qabağında dayandığını gördüm. Yenə də mənə işarə edərək həyətə çağırdı. Pəncərəyə yaxınlaşaraq “mən sənə demişdim axı bir də evimizə gəlmə”, - dedim. Elnur “sən nə qədər desən gəlmə, mən yenə gələcəm”, - dedi, məni bayıra çağırdı.

Elnurdan qorxduğuma görə yenə bayıra çıxdım. Onun yanına gedib, boğazından tutaraq sıxdım, “sən kimsən mənə və yaxud valideynimə nəsə edə biləsən” - dedim. Elnurun boğazını buraxaraq evə qayıtmaq istədim. O, çiyinlərimi tutaraq özünə tərəf çəkdi, başımı qoltuğuna salaraq sıxdı. Dedi, sən gördün mən kiməm? Mənə qarşı gəlmə, mən nə desəm, o da olmalıdır.

Sonra əynimdəki şortikimi aşağı çəkdi, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Elnurun belinə yumruqla vurdum, onu itələdim, həyətdən kənara çıxardım, darvazanı bağladım. Dedim, get, bir daha gəlmə. Bundan sonra yataq otağına getdim. Elnurun mənə qarşı hərəkətlərini görən olmadı, özüm də heç kəsə demədim”.

“Atamla əlbəyaxa oldular”

Lalə Babayevanın ifadəsinə görə, iyun ayının 5-dən 6-na keçən gecə, həmişəki kimi, yataq otağında bacıları və qardaşı ilə yatdığı zaman saat 1-2 radələrində yatağında kiminsə olduğunu hiss edib: “Yuxudan oyandıqda Elnurun yanımda uzandığını, arxadan məni qucaqladığını gördüm. Elnurun əvvəlki kimi pəncərədən evə daxil olduğunu bildim.

Onu itələdim, çarpayıdan yerə düşdü, qalxaraq təkrar yanımda uzandı. Ondan spirtli içki iyi gəlirdi, sərxoş idi. Valideynlərim yatdığı otağa gedərək onları çağırmaq istədim. Elnur məni tutaraq saxladı, üzü üstə uzatdı, arxadan üzərimə çıxdığı üçün tərpənə bilmədim. Mənimlə qeyri-təbii yolla zorla cinsi əlaqəyə girdi. Sonra çarpayıda yuxuya getdi.

Elnurun yatdığını, evdən getməyəcəyini gördüm. Ata-anamın yatdıqları otağa getdim. Ağlaya-ağlaya anamı oyatdım, Elnurun yataq otağına girib, çarpayımda yatdığını dedim. Atam yuxudan oyandı, dərhal yatdığım otağa gəldi. Elnuru otaqdan çıxardı, həyətdə əlbəyaxa oldular”.

“Bu qız bizim gəlin oldu...”

Lalə Babayeva qeyd edib ki, həmin vaxt anası ev telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib: “Həmçinin Elnurun atası Elmanın evinə zəng edərək oğlunun evimizə girdiyini dedi. Elnurun anası və bacıları gəldi, onu həyətdən apardılar.

Elnur evlərinə getdikdən sonra anası zəng etdi, polisin həyətlərinə gəldiyini dedi. Atam mənim biabır olmamağım üçün polisə zəng etdi, qonşunun oğlu Elnurun mallarını aparmaq üçün həyətimizə girdiyini bildirdi.

İyunun 6-da səhər tezdən Elnurun əmisi Aydın evimizə gəldi, atamla söhbət etdi. Aydın evdən gedərkən məni yanına çağırdı, “nə yaxşı qızdır”, - dedi. Sonra dönüb atama “bir daş altda, bir daş üstdə, qızın adını çıxartma, bu qız bizim gəlin oldu”, - dedi, sonra evdən getdi”.

“Məni müayinədən keçirdilər”

Lalə Babayevanın sözlərinə görə, ata-anası ondan Elnur Məmmədovun ona qarşı nə kimi hərəkətlər etdiyini soruşublar: “Elnurla aramızda olanları, onun mənimlə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını ata-anama bildirmədim. Lakin valideyinlərim dediklərimə inanmadılar.

Həmin gün günortadan sonra atam-anam məni Lənkəran şəhərinə həkimə apardılar. Atam sonradan adını bildiyim Cavid adlı həkimlə danışdı, Lənkəran şəhərində tanımadığım klinikada onunla görüşdük. Məni UZİ müayinəsindən keçirdilər”.

“Bibim məcbur etdi ki, məni evinə aparsın”

Lalə Babayeva qeyd edib ki, həmin gün axşam saatlarında Elnurun atası Elman və anası onlara gəliblər:

“Həmin vaxt xalam və yoldaşı da bizə gəldilər. Valideynlərimlə söhbət etdilər. Hansı mövzuda söhbət etmələrini bilmədim. İyunun 7-də əmilərim və bibim atamın çağırışı ilə Bakı şəhərindən bizə gəldilər. Elman və qardaşı Aydın da gəldi, bir yerdə oturaraq mənim taleyimlə bağlı söhbət etdilər.

Onların danışığında iştirak etmədim. Sonradan mənə məlum oldu ki, bibim Elmanı məni evinə aparmağa məcbur edib. İyunun 7-də axşam saatlarında ailəvi olaraq Bakı şəhərinə, əmilərimin evinə getdik. Bir həftə Bakıda qaldıq. İyunun 14-də Lerikə qayıtdıq”.

“Elnur mənə yaxınlaşmadı”

Zərərçəkmişin ifadəsinə görə, valideynləri də onu Elnura ərə verməyə razılaşıblar: “Həmin gün axşam saatlarında Elman və Kinəvəs bizə gəldi, valideyinlərimin razılığı ilə məni evlərinə apardılar. Altı gün Elmanın evində gəlin kimi yaşadım.

Həmin günlərdə bir-iki dəfə Elnur sərxoş vəziyyətdə otağına daxil olaraq başıma yumruqla vurub, “dur evdə işlə” – dedi. Lakin Elnur mənə yaxınlaşmadı, mənə qarşı hər hansı bir hərəkət etmədi. O cümlədən təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmadı".

“İş bağlandı”

Lalə Babayeva bildirib ki, onun haqqında sosial şəbəkələrdə məlumatlar yayıldığına görə 22 iyun 2018-ci il tarixdə axşam saatlarında Elman onu atası evinə qaytarıb: “İyunun 23-də rayon prokurorluğuna gedərək izahat verdik. İzahatımda Elnurun mənə qarşı etdiyi hərəkətlər barədə yazmadım. Elnur tərəfindən zorlanmadığımı bildirdim. Prokurorluqda mənə ekspert tərəfindən yoxlanılmalı olduğu bildirildi. Səhəri gün ata-anam, Cavid həkimlə birlikdə onu Masallıya ekspertə gətirdilər. Bundan sonra iş bağlandı”.

Lalə Babayeva qeyd edib ki, 2018-ci ilin avqust ayında Elman, arvadı və yaxın qohumları onlara gəlib, nişan mərasimi keçiriblər: “Nişan mərasimində yaxın qohumlarım iştirak etdilər. Nişan mərasimindən sonrakı günlərdə Elnur həyətimizə gəldi. Bunu valideynlərimə bildirdim. Bundan sonra atam Elmanı çağırdı, məni evlərinə aparmasını dedi.

Sentyabrın 10-da Elmanın evinə qayıtdım, gəlini kimi evində yaşadım. Dərslər başlasa da, Elmangil məni məktəbə göndərmədilər. Məni məktəbə göndərməmələrinə və mənə qarşı münasibətləri pis olduğuna görə atam rayon prokurorluğuna Elnurun mənə qarşı etdiyi hərəkətlər barədə şikayət etdi”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədova istintaq orqanı tərəfindən verilən maddə dəyidirilib. Elnur Məmmədov Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib və 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Elnur Məmmədovun Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsini, onun cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin zərərçəkmiş Lalə Babayeva da apelyasiya şikayəti verib. O da Elnur Məmmədovun barəsində olan cəzanın ağırlaşdırılmasını xahiş edib.

Eyni zamanda Elnur Məmmədovun vəkili də apelyasiya şikayəti verib. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını, ona bəraət verilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmişin və təqsirləndirilən şəxsin vəkilinin isə şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən isə kasasiya şikayəti verilib.

Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan iclasda kasasiya protesti və şikayəti araşdırılıb, sonda şikayətlərin təmin olunmaması barədə qərar verilib. (teleqraf.com)

loading...
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
İranlı liderdən dünyanı şoka salacaq paylaşım: "İntiqam qaçılmazdır"
Mənfi 25 dərəcə soyuq havada başlarından aşağı buzlu su boşaltdılar - MARAQLI... + VİDEO
N.Tusi adına Klinika

Müsahibə
“Bu belə davam edə bilməz...”
Cəmiyyət
“Təəssüf ki, özəl televiziyalarda daha çox şübhəli imici olan adamlar efirə dəvət olunur”
Cəmiyyət
"Görəsən bizim babalarımız İranı idarə ediblər, yoxsa İrana xidmət ediblər..?"
Cəmiyyət
"Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər"
Cəmiyyət
Azad Rəhimov barəsindəki iddiya aydınlıq gətirdi: “Narahatlığa heç bir əsas yoxdur...”

Yazar
İlham İsmayıl
“Kişi evin, sərhəd də dövlətin çəpəridir...”
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
Onlara “İmam Hüseyn əsgərləri” deməklə vətən savaşını zərərli dini müstəviyə çəkirlər...
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
"Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında pilləkən və qapı hazırlamışam"
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}