Xəbər lenti
17/01/2021 [09:00]:
Qan təzyiqini sadə idman hərəkəti ilə  azaltmaq üsulu açıqlandı...
17/01/2021 [08:41]:
Dünyada ən son kim öləcək?..
17/01/2021 [00:44]:
Angela Merkeli əvəz edəcək şəxsin adı məlum oldu
17/01/2021 [00:06]:
Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması
17/01/2021 [00:04]:
Kəlbəcərdə ev yandı - FHN söndürdü
16/01/2021 [23:54]:
ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldı
16/01/2021 [23:51]:
Dörd bədii gimnastımız “Fəxri İdman ustası” adına layiq görülüb
16/01/2021 [23:11]:
Gülay Zeynallı görün geyiminə nə qədər pul xərcləyib - Foto
16/01/2021 [23:00]:
"Siyasi riyaziyyat tələb edir ki, Ermənistan Türkiyə ilə dostluq münasibətləri qurmalıdır"
16/01/2021 [22:57]:
“Qarabağın azadlığını göz yaşları ilə izləyirdik” - Şimali Kiprin Bakı təmsilçisi...
16/01/2021 [22:46]:
Paşinyanın oğlu da Moskvaya qaçdı - VİDEO
16/01/2021 [22:41]:
Penitensiar xidmət qətlə yetirildiyi iddia edilən məhkumun ölüm səbəbini açıqlayıb
16/01/2021 [22:38]:
Hirkan Milli Parkındakı yanğın lokallaşdırılıb
16/01/2021 [22:37]:
Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi
16/01/2021 [22:29]:
Qatarın üzərinə çıxan azyaşlının ayaqları qopdu - DƏHŞƏT... + FOTOLAR
16/01/2021 [22:20]:
Qarabağa bu gün gətirilən ermənilərin sayı açıqlandı
16/01/2021 [22:11]:
Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi
16/01/2021 [22:10]:
Bayden mühüm vəzifələrə namizədlərini açıqladı
16/01/2021 [22:00]:
"Laboratoriyaların Çin ordusu ilə gizli əlaqəsi var" - Mayk Pompeodan şok ittiham...
16/01/2021 [21:34]:
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
16/01/2021 [21:31]:
"Şuşada elə bir əzəmətli "Dəmir yumruq" ucaldılsın ki, Xankəndindən də görünsün..."
16/01/2021 [21:13]:
İvanka Tramp bu dəfə "tualet zülmü" ilə gündəmə gəldi...
16/01/2021 [21:10]:
Səhiyyə, fərdlərin önəmliliyi və elmin ona dəstəyi...
16/01/2021 [20:55]:
Filippində hərbi helikopter qəzaya uğradı, ölənlər var
16/01/2021 [20:53]:
Atadan QANDONDURAN CİNAYƏT: Körpə qızını və yoldaşını...
16/01/2021 [20:44]:
Zamana MEYDAN OXUYAN 50 yaşdan yuxarı qadınlar - Pəhriz saxlamır, makyaj etmir və...
16/01/2021 [20:39]:
Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı
16/01/2021 [20:37]:
Ağdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
16/01/2021 [20:30]:
"Hər iki lider eyni gündə də Şuşaya gələ bilərlər"
16/01/2021 [19:50]:
Onlara “İmam Hüseyn əsgərləri” deməklə vətən savaşını zərərli dini müstəviyə çəkirlər...
16/01/2021 [19:42]:
Rotşild infarktdan öldü - 175 milyard dollar onu qurtarmadı... - FOTOLAR
16/01/2021 [19:38]:
Qurban Qurbanovdan transfer açıqlaması
16/01/2021 [19:34]:
Prezidentin köməkçisi veteranlarla görüşdü - FOTO
16/01/2021 [19:16]:
Balqabaq tumları ilə qurdlardan NECƏ QURTULMALI...
16/01/2021 [19:14]:
Ərdoğan: "Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək"
16/01/2021 [19:10]:
Ağstafada ağır qəza: Bir nəfər öldü
16/01/2021 [19:02]:
“İki ildir ki, küçələrdə yatıram” - VİDEO
16/01/2021 [18:58]:
DİN-dən Xızıda şəhid plakatlarının sökülməsi iddialarına cavab - YENİLƏNİB + VİDEO
16/01/2021 [18:56]:
İlham Əliyev Ərdoğanla danışdı - Təfərrüat
16/01/2021 [18:53]:
"Laçın dəhlizi terrorçuların nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır"
16/01/2021 [18:46]:
“Nəyə görə həbs olunduğumu bilməliydim...”
16/01/2021 [18:44]:
Türkiyənin vitse-prezidenti peyvənd olundu
16/01/2021 [18:28]:
İlham Əliyevin açıqlamalarından sonra İrəvanda ara qarışdı: “Uşaqlarımızı Qarabağdan qaytarın”
16/01/2021 [18:24]:
Ağdaşda dördotaqlı evdə yanğın
16/01/2021 [18:07]:
Onları kim və necə qoruyur? - Ordusu olmayan ölkələrin SİYAHISI
16/01/2021 [18:03]:
Azərbaycanda koronavirusa 402 yeni yoluxma qeydə alınıb, 15 nəfər vəfat edib
16/01/2021 [18:00]:
İlham Əliyev Ərdoğanla telefonla danışdı
16/01/2021 [17:59]:
FHN-dən Hirkan Milli Parkındakı yanğınla bağlı yeni məlumat - VİDEO
16/01/2021 [17:55]:
“Ermənistan sözün həqiqi mənasında bədbəxt ölkədir”
16/01/2021 [17:35]:
Aktyorlardan Operativ Qərargaha "üsyan": “Bəs bizim səsimizə kim səs verəcək...?”
16/01/2021 [17:15]:
Əhməd Londonda qida bankının rəhbəri təyin olundu...-FOTOLAR
16/01/2021 [17:15]:
“Elə bir ənənə yaranıb ki, kim rəhbərliyə pul verir, onu efirə aparıcı kimi çıxarırlar...”
16/01/2021 [17:12]:
“Avropa Məhkəməsi həqiqətən də ədalətlidirsə, Azərbaycanın iddiasını təmin etməlidir”
16/01/2021 [17:06]:
"Prezident yarandığı torpaqlara həsrət qalan şəhid abidələrimizi də özü ilə Şuşaya apardı"
16/01/2021 [17:04]:
Beynəlxalq insan haqları təşkilatları David Tonoyanın cinayətlərini sənədləşdirib - Gəncəyə, Bərdəyə, Tərtərə görə cavab verəcək
16/01/2021 [16:59]:
Ali Baş Komandanın Şuşa səfəri, 9 yaşlı məktəbli və ... - “Şuşa-sən ən böyük möcüzəsən!”
16/01/2021 [16:57]:
Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:45]:
"İlham Əliyevin ötən gün Şuşadan etdiyi xəbərdarlıqlar tam hədəfinə dəyib"
16/01/2021 [16:42]:
Millət vəkili şəhid zabitin atası ilə görüşdü
16/01/2021 [16:22]:
Üç əsrin şahidi: Lənkəranın 130 yaşlı ağbirçəyi (VİDEO)
16/01/2021 [16:19]:
Dövlət Bahçeli: "Ülkü Ocaqları Şuşada məktəb tikəcək"
16/01/2021 [16:17]:
Ağdamın Şelli kəndindən görüntülər - VİDEO
16/01/2021 [16:15]:
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilib
16/01/2021 [16:13]:
Şuşanın icra başçısı onu tənqid edənlərə "kor" dedi
16/01/2021 [16:08]:
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib
16/01/2021 [16:07]:
“Kamaz” helikopterlə toqquşub
16/01/2021 [15:53]:
Avtomobil Daşıyıcıları Assosiasiyasının fəxri prezidenti vəfat etdi
16/01/2021 [15:48]:
GM elektrikli mikroavtobusların istehsalına investisiya yatıracaq
16/01/2021 [15:44]:
Ötən il Azərbaycan 51 milyon dollardan çox məbləğdə metanol ixrac edib
16/01/2021 [15:40]:
Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirilib
16/01/2021 [15:35]:
"Alibaba" elektromobil bazarına daxil oldu
16/01/2021 [15:26]:
Bakıda koronavirus ən çox bu rayonda yayılıb
16/01/2021 [15:24]:
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16/01/2021 [15:23]:
Xalq artisti Səyavuş Aslanın oğlu: "Qalmağa yerim yoxdur, küçədə yaşayıram..."
16/01/2021 [15:18]:
“Vaxtiylə “güllələnmiş heykəllər”ə mahnı oxumuşam, bu gün isə sevinirəm ki...”
16/01/2021 [15:17]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [15:16]:
İsmayıllı sakinlərindən qanunsuz saxlanılan silahlar götürülüb
16/01/2021 [15:14]:
Postlardan keçməyə cəhd göstərən 1 751 nəqliyyat vasitəsi geri qaytarılıb
16/01/2021 [15:10]:
"Yəqin bu toxumlar öz doğma torpaqları üçün qəribsəyiblərmiş..."
16/01/2021 [15:06]:
Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunub - VİDEO
Bütün arxiv bir sırada
08/01/2021 [12:27] - Araşdırma - ( 4222 dəfə baxılıb)

"Görəsən, gələn Rusiyanın 367-ci alayıdır?..” - TARİXİ-SİYASİ ARAŞDIRMA

Kremlin bağladığı müqavilələrə, üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ənənəsinin tarixi...
“...Kin-küdurət, nifrət saxlamayan xalqımız Rusiya “sülhməramlıları” torpaqlarımıza girib yenidən ermənipərəst mövqe tutduqdan sonra tərəddüd edərək özünə sual verməyə məcbur qaldı: “Axı kim və niyə bizə Rusiyanı ürəkdən, sona qədər sevməyə mane olur?..”


Tanımış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz  Moderator.az-a son vaxtlar cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş Rusiya ordusunun “sülhməramlı” adı altında Azərbaycana növbəti gəlişi mövzusunu tarixi-siyasi baxımdan təhlil etdiyi araşdırma yazısını təqdim edib. Aktuallığını nəzərə alıb həmin materialı dəyərli oxucularımızın müzakirəsinə buraxırıq:
“Biz hələ orta məktəbdə oxuyarkən böyük rus yazıçıları Dostoyevskinin, Çexovun, Şoloxovun əsərlərini böyük maraqla oxumuş, M.Ə.Rəsulzadənin sözləri ilə desək, ”Lermontovun tağlarda ucan ruhu,  Puşkinin su kimi axan nitqi, Tolstoyun məsihanə fəlsəfəsinə vurul”muşduq(1,17). Nəticədə bizdə rus xalqına və mədəniyyətinə bir sevgi yaranmış, məhəbbət formalaşmışdı...

Müstəqilliyimizin indiki dövründə bu gün postsovet respublikaları içərisində ən çox rusdilli orta məktəblər, ali məktəblərdə rus bölmələri monoetnik respublika olan Ermənistanda deyil, məhz bizim Vətənimizdədir. Ölkəmizdə  dövlət dili Azərbaycan dili olsa da, bir çox hallarda elmi iş və dissertasiyalar yenə də rus dilində yazılır...

Biz obyektiv mövqe tutan, neo-müstəmləkəçilik düşüncəsindən uzaq rus bilim adamlarının, ziyalılarının, jurnalistlərinin mövcudluğunu, çəkinmədən obyektiv mövqelərini ortaya qoyduqlarını da məmuniyyətlə qeyd edirik.  Ancaq belə şəxslər az sayda olmaqla siyasi qərarlara təsir etmə imkanına malik deyillər...
 
İnsanlarımız bu sevdada ikən Rusiyanın rəsmi və qeyri-rəsmi şəxslərinin əksəriyyətinin, o cümlədən erməni kökənli, yaxud valideynlərindən biri erməni olan yüksək vəzifə tutan Rusiya siyasi xadimlərinin ölkəmizin ərazi bütövlüyünü pozan ,torpaqlarımızı işğal edən, insanlarımızı doğma torpaqlardan qovan, maddi-mədəniyyət abidələrimizi dağıdan ,məscidlərimizdə donuz, inək saxlayanları - erməni faşistlərini müdafiə etmələri, silah-sursatla təmin etmələri, ərazisi işğal olunanla işğal edəni bərabərləşdimələri, rəsmi dövlət kanallarında işğalçıya haqq qazandıran verilişləri faktiki hər gün yayınlamaları bizdə təəccüb və təəssüf doğurdu. Bu cür hallar haqlı olaraq adamlarımızı həqiqətin belə kobud şəkildə təhrif edilməsinin səbəblərini bilmək, araşdıraraq düşünmək məcburiyyətində qoyur. Adamlarımız “nədən bizə qarşı belə təbliğat aparan qonşu okələlərin  telekanalları bağlanmır” düşüncəsindən sonra “səni sevəcəyəm sən sevməsən”də aforizminin artıq arxada qaldığını bildirirlər. İnsanlarımızda ölkəmizə qarşı düşmənçilik münasibətinin əsas səbəbini türk-müsəlman olmağımızda görmələri isə tarixən tolerant, beynəlmiləl ruhlu olan bizləri dərindən düşünməyə məcbur edir...

Hər gün qarşılaşdığımız qonşular, zəngləşdiyimiz dostlar belə verilişlərdən, ədalətsiz münasibətlərdən sonra dərhal xalqımızın sovet dönəmində Rusiyanın faşist Almaniyasına qarşı apardığı ölüm-dirim savaşında etdikləri ağlagəlməz fədakarlıqdan bəhs edirlər. Uşaqdan- böyüyə bizdə hər kəsə məlumdur ki, II Dünya müharibəsi illərində Azərbaycandan Sovet adlanan rus ordusu sıralarında 11 mini qadın olmaqla 700 minə yaxın adam vuruşmuş, onlardan 300 mindən çoxu həlak olmuşdu. Minlərlə adam isə şikəst halda, əmək qabiliyyətini itirmiş formada Azərbaycana dönmüşdü...

Rusiyanın faşist Almaniyası üzərindəki qələbəsində Bakı neftınin əhəmiyyəti isə xüsusi qeyd edilməlidir. Günün 18-20 saatını fədakarlıqla çalışan Azərbaycan neftçiləri təkcə 1941-ci ildə 23,5 milyon ton neft çıxarıb Rusiyaya göndərmişdir. Bütövlükdə müharibə illərində SSRİ sənayesinin və hərbi texnikasının istifadə etdiyi 110 milyon ton neftin 75 milyon tonu, təyyarə benzininin isə 85-90 faizi Bakıdan göndərilmişdi. Bundan başqa, xalqımız müharibə fonduna 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat pul vermiş, 20 mindən çox azərbaycanlı yaralı sovet əsgəri üçün könüllü olaraq qan vermiş, cəbhəyə 135 vaqon isti paltar göndərmişdir(2,310-311).  (Belə köməkliklər xeyli çox olsa da, hələlik bununla kifayətlənirik)...  

Bəs bizim Vətən müharibəmizdə Rusiyanın siyasi xadimləri nə etdi? Yeri gəlmişkən, erməni xalqı  Rusiyaya  Qaregin  Nijdeni  və onun kimilərini verdi...

Təəssüf ki, belə hörmət və ehtirama, inam və etibara qonşu dövlətin bir sıra siyasi xadimlərinin əməyi nəticəsində necə deyərlər, süni şəkildə“qar yağdırıldı”. Bu cür haqsız yanaşmalardan, faktiki olaraq anti-Azərbaycan siyasətindən sonra insanlarımız soyuq başla xanlıqlar dövründən müasir zamana qədər - çar, bolşevik-sovet və indiki Rusiya ilə bağlanmış müqavilələr və onlara “böyük qardaş”ımızın necə əməl etməsini ibrətamiz olduğu ücün xatırlamalı olur..
 
1805-ci ilin mayından dekabrına qədər Qarabağ, Şəki və Şirvan xanlıqları ilə Rusiya imperatorluğu arasında 11 maddədən ibarət “Andlı öhdəlik”imzalandı(3,588-593). Müqavilələr çar xəzinəsinə veriləcək xəracın həcmi istisna olmaqla, demək olar ki, eyni idi. Orada xanların və Rusiya hökumətinin üzərinə götürdüyü öhdəliklər var idi. Müqavilənin 2-ci maddəsində Rusiya öhdəsinə götürürdü ki, xanlıqların daxili idarəetmə işlərinə qarışmayacaq, daxili idarəetmə xanın ixtiyarında qalacaqdır. Bundan başqa, Çar özünün və vəliəhdlərinin adından xan və onun varislərinin ölkəsinin(yəni xanlıqların-B.Ə)bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir”.
Bundan başqa, 5-ci maddədə Rusiya öhdəsinə götürürdü ki, xanın varis və arxasının xanlığın üzərində hakimiyyəti dəyişməz  saxlanılacaq, məhkəmə və divanxana, ölkədən yığılan gəlir xanın səlahiyyətində qalacaqdır. Maraqlıdır ki, xanlar üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirdikləri halda Rusiya tam tərsinə hərəkət etdi. Belə ki, onlar Qarabağ xanı İbrahimxəlil xanla imzaladığı Kürəkçay müqaviləsindən bir il on doqquz gün sonra -1806-cı il iyun ayının 2-də imzaladığı müqaviləyə, üzərinə götürdüyü öhdəliyə tüpürərək mayor Lisaneviçin rəhbərliyi altında 200 nəfərlik rus əsgəri  onun ailə üzvlərini 18 nəfərlə birlikdə gecə ikən qətlə yetirdilər. Bununla da kifayətlənmədilər. Xanlıqların daxili işlərinə qarışmayacağına, təhlükəzliyinə zəmanət vermələrinə baxmayaraq 1819-1826- cı illərdə onları ləğv etdilər. Bununla da, birincisi, Rusiya dövlətində bağladığı müqaviləyə əməl etmək əxlaqının, düşüncəsinin və ənənəsinin olmadığı üzə çıxdı. İkinci, Azərbaycan tarixinin bütöv bir dönəmi sona yetmiş oldu. Çarlıq Rusiyası Quzey Azərbaycanın siyasi fəthini başa çatdırmaq üçün özünə yol açdı. Bununla yanaşı, quzey xanlıqların bütün var-dövlətini, bütün təsərrüfatını öz əlinə keçirərək, buranın iqtisadi fəthi qarşısında duran xanlıq idarəçiliyini aradan götürmüş oldu. Azərbaycanın dövlətçilik qurumlarının yox edilməsi ilə ölkənin büsbütün sümürgəçilik meydanına çevrilməsi üçün yol açıldı”(3,612)...

1816-1827-ci illərdə Qafqazın baş komandanı olmuş general  A.P. Yermolov və onun Azərbaycandakı ən inanılmş, etibarlı adamı olan erməni Rustam Qriqoryeviç Mədətovun Vətənimizdə etdikləri qanunsuzluqların, vəhşiliklərin, hiyləgərliklərin həddi-hüdudu olmamışdır. Onlar  bağlanan müqavilələrin şərtlərini heçə sayaraq xanlıqların daxili işlərinə kobudcasına, çəkinmədən qarışırdı(Geniş məlumat üçün bax:8). Bu cəhətdən rus məmurlarının  Qarabağ xanlığındakı qanunszluqları daha ibrətamizdir. Belə qanunsuzluqların həyata keçirilməsində çar generalına əslən Qarabağın sadə erməni kəndli ailəsindən olan, Yermolovun yaxından köməyi sayəsində general rütbəsinə  və knyaz tituluna layiq görülmüş Mədətov yaxından kömək etmişdi. Həm də bu zaman o, öz xeyirini heç vaxt unutmamışdı. Belə ki,  Mədətov “1818-ci ildən Mehdiqulu xanın İrana qaçdığı 1822-ci ilədək ...1500 dən çox ailənin yaşadığı kəndlərin guya dədə-baba mülkü kimi ona qaytarılması haqda xandan zorla, hədə-qorxu gəlməklə təliqələr” almışdı. Bunun nəticəsində o,1821-ci il aprelin 20-də çar fərmanı ilə həmin kəndlər üzərində daimi və nəsli sahiblik hüququna sahib olmuşdu(7,80-81)... 
Rustam Mədətov  bununla da kifayətlənməmişdi.  Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu ağanı öyrətmişdi ki, əmisindən  çara və Qafqazın baş komandanına “danos” yazsın ki, guya o, əhalini çara qarşı qaldırır, Osmanlı sultanı və Qacar şahı ilə əlaqə saxlayır. Bundan istifadə edib onu qovduqdan sonra isə Cəfəqulu ağanı onun yerinə qoyarlar. Bu şirnikləndirici vədə inan Cəfərqulu ağa ona deyildiyi kimi edir. Hər tərəfdən müxtəlif əsassız bəhanələrlə Yermolov və Mədətov tərəfindən sıxışdırılan Mehdiqulu xan ona olan təzyiqlərə dözməyib 1822-ci ildə Qacar səltənətinə gedir. Bunu eşidən Cəfərqulu ağa sevincək Mədətovun yanına gedib əmisinin qaçdığını, razılaşdıqları kimi onu xan kimi tanımalarını bildirir. Mədətov razılaşırb bildirir ki, bunun üçün Cəfərqulu ağa əvvəlcə burada olan iki oğlan  uşağının da xan nəslindən olduğunu təsdiqləsin. Amma o bir neçə səbəbdən bunu təsdiq  etməkdən imtina edir. Əvvəla, bu uşaqlar Qafqazın Baş komandanı Yermolov Azərbaycanda olarkən ona axşamlar yaxşı qulluq etmək üçün Mədətov tərəfindən ayrılmış erməni xanımından doğulmuşdu və onların adını da qəsdən Bəxtiyar və Allahyar qoymuşdular. Digər tərəfdən,o anlamışdı ki,bunu təsdiq edəcəyi halda onun özünü də aradan götürüb adı, soyadı azərbaycan ,əslində isə  rus və ermənidən olan bu uşaqları xanın qanuni varisi kimi tanıyacaqlar...

Bunu bildikdə hər bir normal adamda sual yaranır: görəsən, XIX əsrin birinci yarısından xalqımızın genefondunu məhv etməyə hesablanmış olduqca  hiyləgər metoddan istifadə edən məkrli düşmənlərimiz  bu gün cəmiyyətimizə nə qədər belə “azərbaycanlı”yerləşdirə bilmişdir?..
Bağladığı müqavilələrə, üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ənənəsinin tarixini  öyrənmək baxımından bolşevik Rusiyasının fəaliyyəti  xüsusilə ibrətamizdir. 1920-ci il Aprel ayının 27-də Cümhuriyyət  parlamentinə bolşeviklərin əlaltıları, indi deyildiyi kimi, “5-ci kolon”un nümayəndələri tərəfindən ultimatum təqdim olunub. Orada deyilirdi: 

“Azərbaycan Sovet Sosialist Respublikasının Qırmızı Donanması hakimiyyəti dərhal yol. N.Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-kəndli hökumətinə təhvil verməyi Sizə təklif edir. Bu halda Qırmızı Donanma milli mənsubiyyətindən asılı olmayaraq Bakının bütün əhalisinin təhlükəsizliyinə təminat verir. Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı Ç.İldırım”(5,203).
Onlar iddia edirdilər ki, guya XI Qırmızı Ordu Vətənimizi işğal etməyə  gəlməyib, Bakıya daxil olmadan Anadoluda ölüm-dirim savaşı aparan türklərə köməyə gedəcək. M.Ə.Rəsulzadə bu fikirlərin yalan olduğunu bildirərək demişdir:

”Əfəndilər! Amansız bir ultimatum qarşısında qalmışıq.  Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək? Kimə təslim oluruq?... Bizi inandırırlar  ki,  Rusiyadan gələn bu təcavüzkar ordu ölüm-dirim mücadiləsində bulunan Türkiyəni xilas etməyə gedir.
...Əfəndilər, bizdən soruşmadan sərhəddimizi keçən hər hanki bir qüvvə dostumuz deyil, düşmənimizdir...

Duyduğumuz bu təbliğat da düşmən təbliğatıdır. Bizi aldadırlar. Yalandır. Gələn ordu rus ordusudur...İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qonmaqdır...
Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir”(6,145)...

Doğrudan da  xalqımız işğalçıları  on minlərlə qurban verdikdən, sürgünlərdə ömür çürüdəndən, repressiyaya, deportasiyaya məruz qaldıqdan, xeyli əzəli torpaqlarımızı itirdikdən 71 il sonra çətinliklə olsa da, Vətənimizdən qova  bildi. Bolşevik  Rusiyası Cümhuriyyət  ordusunu ləğv edərkən  həm 1920-ci ilin 30 sentyabrında Azərbaycan SSR ilə RSFSR arasında bağlanan müqavilədə,  həm də 1922-ci ilin dekabrında  SSRİ yaranarkən öhdəsinə götürdü ki, Azərbaycanın ərazi bütövlüyünü, burada yaşayan əhalinin təhlükəsizliyini təmin edəcək. Cümhuriyyət zamanı ölkəmizin mübahisəsiz ərazisi 97,3 min kv.km, Ermənistanın ərazisi isə 9 min kv.km olmuşdur. Bolşevik işğalından sonra Azərbaycan SSR-in ərazisi azalaraq 86,6 min kv.km, Ermənistan SSR-in ərazisi isə bizim torpaqlarımızın hesabına  artaraq 29 min kv.km oldu. Azərbaycan SSR Xalq Torpaq Komissarlığının  25 oktyabr 1921-ci il tarixli arayışına görə, keçmiş Zəngəzur qəzasından 405000 desyatin (4,424,6 kv.km), Qazax qəzasından 379 984 desyatin(4151,3kv.km) ərazi bolşevik  Rusiyasının tələbi ilə ErmənistanSSR-ə verilmişdi.(4,53-55;Həmçinin bax:Azərbaycan Tarixi Atlası.B.,2007,s.48).
Bolşevik Rusiyasının imzaladığı müqavilələri kobudcasına pozub torpaqlarımızı öz ata-baba törpaqlari kimi qonşulara “pay” verməsi bununla da yekunlaşmadı. 1920-ci illərdə Sovet Rusiyası Bakını Azərbaycandan ayırıb Rusiyaya vermək planını da hazırlamışdı. Lakin bu çirkin niyyət müxtəlif səbəblərdən baş tutmamışdı. Ancaq işğalcılar torpaqlarımızı qonşu ermənilərə vermək siyasətini yenə davam etdirmişdilər. Belə ki,  SSRİ rəhbərliyi  Moskva və Qars müqavilələrinin şərtlərini  18 fevral 1929-cu ildə pozaraq Naxçıvan MSSR-in 9 kəndindən ibarət  657 kv.km ərazini Ermənistana verdi. Nəticədə Naxçıvan MSSR yaranakən 5988,5 kv.km –lik ərazisi azalaraq 5,5 min kv.km qaldı...
Bütün bunlardan sonra tolerant düşüncəyə, multikultural təfəkkürə malik olan adamlarımızı bir sual ciddi şəkildə maraqlandırır: bizi Rusiyanı səmimi, içdən gələn bir məhəbbətlə sevməyə kimlər və niyə imkan vermir?..
Beləliklə, rus-sovet hökuməti nə ərazimizin bütövlüyünü,  nə də əhalimizin təhlükəsizliyini təmin etdi. 1990-cı il yanvarın 20-də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın Xocalıda törətdikləri qətliam isə uşaqdan böyüyə hər bir azərbaycanlıya məlumdur. Ancaq bunlara baxmayaraq ürəyində  Rusiya dövlətinə, onu idarə edənlərə kin-küdurət, nifrət saxlamayan xalqımız Rusiya “sülhməramlıları” torpaqlarımıza girib yenidən ermənipərəst mövqe tutduqdan sonra tərəddüd etməyə başladı. O, özünə sual verməyə məcbur qaldı: “Görəsən gələn  Rusiyanın 367-ci alayıdır? Axı kim və niyə bizə Rusiyanı ürəkdən, sona qədər sevməyə mane olur?....

Ədəbiyyat:
 
1.Rəsulzadə M.Ə.Azərbaycan Cümhuriyyəti.B.,1990.
2.Azərbaycan tarixi. Dərslik.(Yeniləşdirilmiş üçüncü nəşri)B.,2016
3.Azərbaycan tarixi Uzaq keçmişdən 1870-ci ilə qədər.B.,2009.
4.Əziz Boran.Cümhuriyyətə gedə yol:milli azadlıq hərəkatının aktuallığı,mənbələri, dövrləri və cərəyanları.B.,2020.
5.Balayev A.M.Ə.Rəsulzadə(1884-1955).B.,2011.
6.Məmmədzadə M.B.Milli Azərbaycan hərəkatı.B.,1992.
7.Abdullayev M.Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər(XIX əsrin 40-cı illərinə qədər).B.,2005”. 



loading...
"Şuşada elə bir əzəmətli "Dəmir yumruq" ucaldılsın ki, Xankəndindən də görünsün..."
İvanka Tramp bu dəfə "tualet zülmü" ilə gündəmə gəldi...
"Laçın dəhlizi terrorçuların nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır"
Erməni kilsəsi “Qarabağ ordusu”na göndərdiyi ekskavatorların ünvanını səhv salıb...
"Ceyhun Bayramov türkiyəli həmkarının sürəti ilə ayaqlaşa bilmir..."
N.Tusi adına Klinika

Siyasət
"Siyasi riyaziyyat tələb edir ki, Ermənistan Türkiyə ilə dostluq münasibətləri qurmalıdır"
Dünya
Qatarın üzərinə çıxan azyaşlının ayaqları qopdu - DƏHŞƏT... + FOTOLAR
Dünya
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
Dünya
Əhməd Londonda qida bankının rəhbəri təyin olundu...-FOTOLAR
Cəmiyyət
“Təəssüf ki, bu gün televiziyaların bəziləri işlərini bayağı reytinq üzərində qururlar...”

Yazar
Zülfüqar Hüseynzadə
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
İlham İsmayıl
Vətən yarası öz-özünə qaysaqlanıb sağalmır, onu sağaltmaq lazımdır...
Seymur Verdizadə
Məmurların “qoruyucu qalxan”ı güllə keçirməyə başlayıb...
Sultan Laçın
“Paşinyanın başına “dəmir yumruq” düşsün...- Hələ statusdan danışır...”
Həftənin ən çox oxunanları
Bu şəxslərə hər ay 130 manat veriləcək - NAZİRLİK AÇIQLADI
“Kəlbəcər və Laçındakı SES-lərə xərclədiyimiz 200 milyon dollar batdı...”
Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? - Alimlərdən AÇIQLAMA
"Azərbaycan hərbi əsirləri Ermənistan tərəfinə daha yüksək qiymətə "satmağa" çalışır..."
Putin sabahkı görüşdən əvvəl Ərdoğanla da danışsaydı, Makrona olan zəngdən heç də narahat olmazdıq...
"Xeyli sayda at Kəlbəcər tərəfə keçsə də onları qaytarmaq imkanı yoxdur...
Ermənilər Xankəndini tərk edir - FOTOLAR
"Çox şadam ki, bu mükəmməl struktur onun kimi vətənpərvərə həvalə edilib" - FOTOLAR
“Şuşada Malıbəylə qonşu kənddəki ermənilər bizə bir güllə də atmamışdı, amma...”
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}