Moderator.az qurumun saytına istinadən xəbər verir ki, Abbasov təbrikində Araz Ağalarova möhkəm can sağlığı, Rusiyanın xeyri naminə yeni ideyaların həyata keçirilməsi və səmərəli iş arzu edib:“Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti və şəxsən öz adımdan sizi dövlət çükafatı olan “Şərəf” ordeni almanız münasibəti ilə ürəkdən təbrik edirəm.
Bu mükafat şəxsən sizin ölkənin sosial-iqtisadi inkişafındakı, onun gücünün daha da artmasındakı töhfələrinizə, sizin parlaq sahibkarlıq istedadınıza, “Krokus İnterneşnl” şirkətinin rəhbərinə və xeyriyyəçiyə verilən layiqli və qazanılmış qiymətdir.
Əminəm ki, sizin yüksək peşəkarlığınız, əməksevərliyiniz, məqsədyönlülüyünüz, işə yaradıcı yanaşmanız, tükənməyən enerjiniz gələcəkdə də qarşınıza qoyulan tapşırılqarı uğurla həll etməyə yardım edəcək”.