“Erməni vəhşilikləri – dinc əhaliyə tutulan divanlar, Bərdəyə, Gəncəyə, digər şəhərlərimizə atılan raketlər bütün vasitələrlə, o cümlədən mədəniyyət və incəsənət vasitəsi ilə ifşa edilməlidir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev bildirib. Xalq artisti Vətən Müharibnəsi tarixinin mədəniyyət və incəsənət vasitəsi ilə təbliğ etməyin önəminə diqqət çəkib:
“Müharibədən bir çox şəhərlərimiz, rayonlarımzı zərər gördü ki, bunlardan biri də Tərtərdir. Tərtər Vətən Müharibəsi dönəmində düşmən tərəfindən ağır bombardımana məruz qaldı. Təsadüfi deyil ki, Tərtəri Stalinqrada bənzədirdilər. Bunların hamısı bir tarixdir. Bu tarixin dünya ictimaiyyətinə çatdırılması vacibdir.
Ermənilər hər zaman özlərini məzlum xalq kimi qələmə veriblər. Hər zaman təzyiqə məruz qaldıqları ilə bağlı yalanlar uydurublar. Əslində isə zülm edən də, terror törədənlər də məhz ermənilər olub. Dünya bu həqiqəti bilməlidir. Düşmən mədəniyyət və incəsənətin bütün imkanları çərçivəsində ifşa edilməlidir”.
Seymur ƏLİYEV