11 yanvar-Azərbaycanın dünyada tanınması günüdür - Nəsiman Yaqublunun araşdırması
Oxunub: 4741
11 Jan 2021 | 11:27
11 yanvar-Azərbaycanın dünyada tanınması günüdür  - Nəsiman Yaqublunun araşdırması
1920-ci ilin yanvarın 11-də Azərbaycan Cümhuriyyəti tarixdə ilk dəfə olaraq dünyada tanındı.Bu həqiqətən böyük tarixi hadisə idi. M.Ə.Rəsulzadə yazırdı:“Cümhuriyyətlərin dövlətlər tərəfindən tanınması Qafqasiyalı xalq kütlələrində böyük bir sevinc doğurdu. Azərbaycan ilə Gürcüstanda bütün xalq günlərlə şadlıq nümayişləri etdi”.
       
Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması xəbəri yanvarın 12-də axşam saat 6-da Azərbaycan hökumətinə çatdı. Bu xəbərin sabahı günü Bakıda bayram əhvalı hiss edilməyə başladı. Yanvarın 14-ü isə Azərbaycan hökuməti tərəfindən rəsmi elan edildi. Bayram tədbirləri belə sıralanmışdı: saat 11-də Təzəpir məscidində dua edilir, saat 12-də Azərbaycan Parlamentinin iclası keçirilir, saat 13-də Hürriyyət meydanında qoşunların rəsmi keçidi olur, saat 14-də Xarici İşlər Nazirliyi binasında hökumət tərəfindən təbriklər qəbul edilir, gecə şəhər çırağban bəzədilir.
    
Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi. 
Bəs bu tanınma prosesi necə baş verdi və Azərbaycan Cümhuriyytəinin ilk atdığı addımlar hansı oldu? 
1918-ci ilin avqustunda Nazirlər Kabinetinin sədri F.X.Xoyskinin verdiyi 1144 saylı qərar bu məzmunda idi: “Azərbaycan Sülh Nümayəndə heyətinin  cənab sədrinə. Hökumətin 1918-ci ilin 20 avqust tarixli qərarına əsasən Azərbaycan Respublikası hökumətinin üzvü, nazir Əlimərdan bəy Topçubaşov Azərbaycan Respublikasının maraqlarına aid olan bütün məsələlərlə bağlı fövqəladə səlahiyyətlə Osmanlı hökuməti imperatorluğuna göndərilir. Hökumət qərara aldı ki, sədrlik etdiyiniz nümayəndələri məlumatlandıraq ki, əgər Beynəlxalq konfrans baş tutarsa, Ə.M.Topçubaşovla əlaqədə olun və o, Azərbaycan Sülh Nümayəndəliyinin tamhüquqlu üzvü kimi orada iştirak etmək hüququna malikdir”.
O, Bir müddət Tiflisdə qalıb əhəmiyyətli görüşlər keçirdikdən sonra o, İstanbula getdi.
Ə.M.Topçubaşov fövqəladə nümayəndə və səlahiyyətli nazir kimi 1918-ci il sentyabrın 28-də İstanbula gəldiyindən bir neçə gün sonra rəsmi görüşlərə başlayır. Maraqlıdır ki, o, bu görüşləri ilə bağlı daima qeydlər aparırdı. Həmin qeydlərdən məlum olur ki, Ə.M.Topçubaşov burada Azərbaycan dövləti üçün çox vacib görüşlər keçirmişdir.
Ə.M.Topçubaşovun qeydlərindən məlum olur ki, o, İstanbulda ilk görüşünü Türkiyənin Sədrəzəmi (Baş Naziri) Tələt Paşa ilə keçirir. Tələt Paşa həmin görüşdə Berlinə olan səfəri haqqında məlumat verir və orada Azərbaycanın maraqlarından çıxış etdiyini söyləyir. O, deyir ki, Avstriya-Macarıstan, Almaniya hələlik Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmirlər. Tələt Paşa Rusiyanın mövqeyini açıqlayan səfir İoffenin isə “Müsəlmanlar Qafqazda Türkiyənin təzyiqi ilə müstəqil dövlətlərini yaradırlar” fikrini diqqətə çatdırır.
Ə.M.Topçubaşov cavabda deyir: “Mən bir qədər Rus bolşevizmi ilə tanışam, Sizi inandırıram ki, indiki Rusiya hökuməti də müsəlmanlara yaxşı münasibətdə deyil. Bunu bolşeviklər, tanınmış millətçi-şovinistlər olan və bir gündə bolşeviklərə çevrilən erməni daşnaklarını Bakıda özlərinə köməyə dəvət edərkən sübut etdilər”.
Sonra Ə.M.Topçubaşov Bakının azad olunmasında göstərilən köməyə görə Türkiyə hökumətinə təşəkkürünü bildiri.
Ə.M.Topçubaşov oktyabrın 2-də eyni gündə Türkiyənin Xarici İşlər Naziri Əhməd Nəsimi bəylə də görüş keçirir. Bu görüşdə də Əhməd bəy Ə.M.Topçubaşova Ə.M.Topçubaşova Türkiyənin Azərbaycana kömək etməyə hər zaman hazır olduğunu qeyd edir və ölkənin erməni və gürcülərlə sərhədləri məsələsinə toxunur .
Ə.M.Topçubaşov İstanbulda uğurlu görüşlərini davam etdirir. Eyni gündə iki görüş keçirir, Türkiyənin dövlət rəsmilərində Azərbaycana diqqəti artırmağa çalışır. Həmin görüşlərin ümumi xronologiyasından: “1) 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:40-da Türkiyənin Ədliyyə Naziri Xəlil bəylə görüş; 2) Eyni gündə saat 12:50-də Hərbi Nazir Ənvər Paşa ilə görüş; 3) 1918-ci il, 21 oktyabr, birinci gün, saat 14:15-də Türkiyənin yeni Sədrəzəmi (Baş Naziri) İzzət Paşa ilə görüş; 4) 1918-ci il, 27 oktyabr, bazar günü, saat 12-də Türkiyənin yeni Xarici İşlər Naziri Nəbi bəylə görüş; 5) 1918-ci il, 28 oktyabr, birinci gün, saat 12:15 dəqiqədə Türkiyənin Xalq Maarif Nazirinin yardımçısı ilə görüş; 6) Eyni gündə Türkiyənin yeni Şeyxülislamı ilə görüş; 7) 1918-ci il, 3 noyabr, saat 21:30-da Türkiyənin Dəniz Naziri və Türkiyənin Batum və Trapezund konfransındakı nümayəndə heyətinin sədri Rauf  bəylə görüş; 8) 1918-ci il, 4 noyabr, saat 12:10-da Türkiyə Xarici İşlər Nazirinin yardımçısı Rişad Hikmət bəylə görüş; 9) 1918-ci il, 5 noyabr, saat 11:20-də Türkiyə Xarici İşlər Nazirliyinə Nəbi bəylə görüş; 10) 1918-ci il, 8 noyabr, saat 14-də, Türkiyənin Maliyyə naziri Hüseyn Cavid bəylə görüş”. 
Ə.M.Topçubaşov İstanbulda müxtəlif xarici ölkələrin təmsilçiləri ilə də görüşlər keçirir: Ukraynanın Türkiyədəki təmsilçisi Sukovkin, İranın Türkiyədəki təmsilçisi Mirzə Mahmud xan, ingilis polkovniki (albayı) Tamp, Rusiya Müvəqqəti hökumətinin keçmiş Xarici İşlər Naziri P.N.Milyukov, Amerika rəsmisi, Prezident Vilsonla yaxınlığı ilə seçilən cənab Braun, İtaliya Krallığının Türkiyədəki nümayəndəliyinin katibi qraf Sfort, İsveçin Türkiyə təmsilçisi Ankarxberd, Rusiya imperiyasının keçmiş Xarici İşlər Naziri S.D.Sazonov, Amerikanın Türkiyədəki diplomatik təmsilçisi Heyk, İranın Xarici İşlər Naziri Muşavərəl Məmalək xan, Hollandiyanın Türkiyə təmsilçisi (naziri) Van Der Does de Villebua, Ukraynanın Bolqarıstan təmsilçisi A.Sulqin, Erməni Milli Şurasının sədri və Erməni nümayəndələrinin Paris Sülh Konfransındakı başçısı A.Aqoronyan”.
Ə.M.Topçubaşov bu görüşlərdə həmin ölkə təmsilçilərinə Azərbaycanla bağlı məlumatlar verir, onların münasibət və yanaşmalarını öyrənir. İngilis polkovniki Tampla görüşdə o, deyir: “Admiral Londondan formal tapşırıq alıb ki, Rusiya imperiyasından ayrılmış dövlətlərin təmsilçilərini qəbul etməmək”.
Görüşdə Rusiya imperiyasının keçmiş Xarici İşlər Naziri S.D.Sazonov bu fikri Ə.M.Topçubaşova çatdırır: “Mən Sizə deməliyəm ki, eşitdiyimə görə Qafqaz müsəlmanları ruslara çoz yaxındırlar və Rusiyadan ayrılmaq istəmirlər”.
Ə.M.Topçubaşovun keçirdiyi digər görüşdə İranın Xarici İşlər Naziri Muavərəl  Məmalək Əli Qulu xan belə demişdi: “Bu da doğrudur ki, Azərbaycan bizim şahların hakimiyyətinə tabe olmuşdu”.
Bu görüş və söhbətlərdən Ə.M.Topçubaşova aydın olurdu ki, Azərbaycanın dünyada müstəqil dövlət kimi tanınmasında ciddi problemlər olacaq. 
1918-ci ilin 23 dekabrında Ə.M.Topçubaşovun Fransa Respublikasının Türkiyədəki diplomatik təmsilçisinə, Fransa Fransa hökumətinə memorandumun çatdırılması ilə bağlı məktubu çatdırılır. Həmin məktub ABŞ-ın və İtaliyanın Türkiyədəki təmsilçilərinə də verilir. O, bu məktuba əlavə olunmuş memorandum haqqında məlumat verir. Qeyd edir ki, memorandumda Qafqaz Azərbaycanı ilə bağlı, onun bolşeviklərə qarşı apardığı mübarizə, Müstəqil Azərbaycan Respublikası, əhalisi, ərazisi, gələcək quruluşu haqqında məlumatlar vardır. Ə.M.Topçubaşov məktubunda Fransa Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyacağına ümid etdiyini bildirir.
Qeyd edək ki, Ə.M.Topçubaşov Türkiyədə olarkən, 1918-ci ilin dekabrın 7-də açılan Azərbaycan Parlamentində sədr vəzifəsinə seçilmişdi.
Ə.M.Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Ə.M.Topçubaşovun 1919-cu ilin 22 fevralında göndərdiyi teleqramda yazılırdı: “Konstantinopoldan Bakıya − İngilis Qərargahına teleqramma. Hökumətin sədrinə çatdırmağı xahiş edirəm ki, icazə verilmədiyindən hələ Parisə gedə bilməmişəm”.
Ə.M.Topçubaşovun Azərbaycan Nazirlər Sovetinin sədri F.X.Xoyskiyə yazdığı 1919-cu il, 17 mart tarixliməktubundan məlum olur ki, Müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətindən yalnız iki yaxud 3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilir.
Azərbaycan Nümayəndə Heyətinin Parisə − Sülh Konfransına getməsi ciddi problemə çevrilmişdi. İngilis nümayəndəliyi Ə.M.Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri üç nəfərin Parisə getməyinə razılaşırdı.
Həmin dövrdə gözlənilmədən Azərbaycan Nümayəndə Heyətinin Parisə getməsi mümkün olur. ABŞ prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alıb, nümayəndələrin Parisə getməsinə icazə verildi.
Azərbaycan nümayəndə heyəti Parisə gəldiyi ilk gündən gərgin fəaliyyətə başladı. İlk görülən işlərdən biri Ə.M.Topçubaşov, Ə.Ağayev və C.Hacıbəylinin birgə hazırladıqları “Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu” adlı sənəd fransız və ingilis dillərində nəşrə hazırlandı. Azərbaycanın tanıdılması baxımından nümayəndə heyətinin hazırladığı “Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi, “Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti” adlı sənədlər də (onradan kitabça kimi nəşr olundu) əhəmiyyətli rol oynadı.
1919-cu ilinmay ayında Ə.M.Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Polşa, Gürcüstan, Dağlılar Respublikası, Ermənistan və İran nümayəndə heyətləri ilə görüşmüşdülər (qısa müddətdə).
Eyni zamanda nümayəndə heyəti 12 informasiya bülleteni hazırlayıb nəşr etdi.
1919-cu ilin sonunda C.Hacıbəylinin fransız jurnalı olan “Revyu dyu Mond Myuzyulman”da “İlk müsəlman respublikası Azərbaycan” məqaləsi çap olundu. Bu məqalədə Azərbaycanın tarixi coğrafiyası və inkişafı işıqlandırılırdı.
Nümayəndə heyətinin nəşr etdiyi bülletenlərdə erməni işğalçılarının Naxçıvanda azərbaycanlıları sıxışdırması, Ermənistandakı müsəlman əhalinin vəziyyəti, general Denikinin Qafqaza doğru irəliləməsi (Bülleten №3) ilə bağlı yazılar çap edilib.
Bülletenin 7-ci sayında Britaniya siyasi xadimi S.Lidellin Bakıya səfəri və sonda Rusiya, eləcə də dünya mətbuatının Azərbaycanla bağlı məlumatların icmalı verilib.
Bülletenin 9-cu sayında 1919-cu ilin dekabrında Bakıda keçirilən Azərbaycan-İran konfransı haqqında məlumat və Azərbaycan Cümhuriyyətinin bir illik fəaliyyəti haqqında yazılar vardır.
Bülletenin 10-cu sayında Rusiyanın Xarici İşlər Komissarı Çiçerinin F.Xoyskiyə 1920-ci ilin yanvarın 2-də göndərdiyi nota haqqında məlumat, Parisdə Zaqafqaziya ilə bağlı keçirilən konfransın materialları, Azərbaycanın Cənub-Qərbində qaçqınların vəziyyəti ilə bağlı yazılar dərc olunub.
Bülletenin 11-ci sayında Azərbaycanın Xarici ölkələr tərəfindən tanınması ilə bağlı materialları, 12-ci sayda isə Qars hadisələri ilə bağlı məlumatlar, F.X.Xoyskinin Ermənistanın xarici İşlər Nazirinə notası, Çiçerinə isə üçüncü notası çap edilib.
Qeyd olunmalıdır ki, Azərbaycan nümayəndə heyətinin fransız dilində hazırladığı mətnlərin tərtibində və redaktəsində fransız şərqşünası Lyusen Byuvanın (1877-1942) böyük rolu olmuşdu.
Azərbaycan nümayəndə heyətinin Azərbaycanın tanınması istiqamətində gördüyü ən əhəmiyyətli çalışmalardan biri də ABŞ prezidenti V.Vilsonla görüş oldu. 1919-cu ilin Mayın 28-də günün ikinci yarısı V.Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı Ə.M.Topçubaşov ABŞ Prezidentinə müraciət etdi.
 Ə.M.Topçubaşov çıxışından sonra Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu ABŞ Prezidentinə təqdim etmişdi.
V.Vilsonla görüşdə Azərbaycan nümayəndə heyətinin altı bənddən ibarət olan tələbləri ABŞ Prezidentinə təqdim edildi: 1) Azərbaycanın müstəqilliyi tanınsın; 2) Vilson prinsipləri Azərbaycana da şamil edilsin; 3) Azərbaycan nümayəndələri Sülh Konfransına buraxılsın; 4) Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin; 5) ABŞ-ın hərbi departamentliyi Azərbaycana hərbi yardım göstərsin; 6) ABŞ-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın”.
Ə.M.Topçubaşov Prezidentə bildirdi ki, bu tələblər qəbul olunarsa, Azərbaycan keçmişdə tərkibində olduğu Çar Rusiyasının borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi.
ABŞ Prezidenti V.Vilson söhbətdə bu fikirləri diqqətə çatdırdı: “1) Amerikalılar dünyanı kiçik hissələrə bölmək istəmirlər; 2) Azərbaycan məsələsi “rus məsələsi”ndən əvvəl həll edilə bilməz”.
Ə.M.Topçubaşovun Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə Parisdən 1919-cu ilin 22-25 sentyabrında göndərdiyi məktubda Azərbaycanın tanınması ilə bağlı ciddi çətinliklərin olduğu qeyd edilir: “Müttəfiqlər bizim müstəqilliyimizlə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, hər şeydən göründüyü kimi, heç bunu etmək belə istəmirlər”.
Ə.M.Topçubaşovun Azərbaycanın tanıdılması istiqamətindəki fəaliyyətini onun Parisdən Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə göndərdiyi məktublardan oxumaq mümkündür. O, bu məktublarda həm də demokratik Azərbaycan dövləti quruculuğunun mütləq vacibliyini qeyd edirdi. 
Ə.M.Topçubaşovun 1919-cu ilin 6-10 noyabr tarixli göndərdiyi məktubda yazılıb: “...Doğrudur, bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq ilyarımdan bəri bir dövlət kimi faktiki mövcudluğumuzu bildirir, öz Parlamenti, hökuməti, inzibatçılığı, məhkəməsi,məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi özümüzün müstəqil ictimai-siyasi və iqtisadi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. İnanıram ki, buna gücümüz çatacaq. Çünki, xalqımız doğrudan da qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin bizdə indiyə qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki sınaq anının bütün ciddiyyətini dərk etmsəi çox zəruridir. Paytaxt və rəhbər xadimlər bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Çünki, biz artıq şüurlarda geriyə dönüş üçün yer olmadığına və ola bilməyəcəyinə əminik. 
Qarşımızda yalnız bir yol var − bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur! Bu yolu təhlükəsiz şəkildə keçmək üçün ilk növbədə ölkənin daxili vəziyyətini sahmana salmaq və möhkəmləndirmək zəruridir. Ölkənin özündə, onun inzibati qurumlarında və məhkəmələrində qayda-qanun yaratmaq və ümumən qanunçuluğa hörmət zəruridir. Ümumi mənafelərə qayğı və onlara sevgi hissi ilə yanaşmaq zəruridir. Dövlət mənafelərini qorumaq yolunda xalqın mütəşəkkilliyi və birliyi zəruridir. Azərbaycan yalnız öz daxili həyatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə bir dövlət ola bilər ki, artıq heç kəsin onu tanımasına möhtac qalmaz. Çünki, daxilən güclü, sabit Azərbaycan artıq öz-özlüyündə real və inkaredilməz bir fakt kimi tanınmış olacaqdır. Daxildə dövlətçilik baxımından möhkəmləndikdə o, xaricdən gələn hər cür təhdidə layiqli cavab vermək üçün fiziki və mənəvi qüvvə əldə edəcəkdir. 
Biz əminik ki, hökumət özünün mövcud qüvvələrini dövlət quruculuğunun bütün sahələrində Azərbaycanın daxili vəziyyətinin möhkəmləndirilməsinə sərf edəcəkdir. Biz hökumətimizdən onun məhz ölkənin daxili həyatını nizama salmaq yolunda atdığı hər yeni addım, verdiyi hər yeni sərəncam barəsində xəbərlər almaq arzusu ilə yaşayırıq. Hökumət yalnız bu yolla indiki vaxtda xalqın rəğbətini qazanmaq, eyni zamanda bizim də müstəqil dövlətçilik şəraitində yaşamağa qabil olduğumuzu nümayiş etdirmək iqtidarına malikdir. Yalnız daxildən güclü Azərbaycanın mövcudluğu şəraitində Nümayəndə heyətinin buradakı fəaliyyətinin səmərə verəcəyinə ümid bəsləmək olar. Nümayəndə heyəti isə öz növbəsində qarşıya qoyulan məqsədə çatmaq yolunda hər cür fədakarlığa hazırdır”.
Vəziyyətin belə gərginliyinə baxmayaraq, Azərbaycan Nümayəndə heyəti çalışmalarını davam etdirirdi. Bu fəaliyyətlər və yaranmış beynəlxalq ictimai-siyasi şərtlər, Cənubi Qafqazda Denikin təhlükəsi, bolşevik işğalının reallaşması Azərbaycanın, eləcə də Gürcüstanın müstəqilliyinin tanınmasına şərait yaradırdı.
1920-ci ilin yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olundu. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin Xarici İşlər naziri lord Kerzonun təklifi ilə belə bir qərar qəbul etdi: “Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”. 
1920-ci ilin yanvarın 11-i Azərbaycanın müstəqil bir dövlət olaraq tanınması günü olaraq tarixə yazıldı.
Oxşar xəbərlər
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOlar
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
27 Mar 2024 | 22:43
Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 22:35
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:30
Qərbi Azərbaycan Xronikası: Daşnaklar türkləriı Oxçu məscidində diri-diri yandırıblar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA