Azərbaycan ordusunun 8 noyabr zəfəri erməni işğalına son qoysa da, Ermənistanda bəzi hərbi-siyasi ideoloqlar yeni işğal və əməliyyatlar haqqında gülünc bəyanatlar səsləndirməkdə davam edir.
Maraqlıdır, Ermənistanın iqtisadi durumu onun müharibə və hərbi əməliyaytlar aparmasına imkan verirmi? Ümumiyyətlə, düşmən ölkənin müharibədən sonrakı vəziyyəti necə qiymətləndirilir?
Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov Ermənistan iqtisadiyyatının müharibədən sonra daha acınacaqlı vəziyyətə düşdüyünə diqqət çəkdi:
“Ermənistanda iqtisadiyyatın vəziyyəti müharibəyə qədərki dönəmdə də qənaətbəxş deyildi və ciddi problemlər mövcud idi. Müharibə isə Ermənistan iqtisadiyyatına daha böyük zərbələr vurdu. Bu gün Ermənistan iqtisadiyyatının müharibədən sonra tənəzzül dövrü başlayıb. Ermənistan hökuməti hətta sosial öhdəliklərini yerinə yetirməkdə belə çətinlik çəkir. Biz növbəti dönəmlərdə Ermənistan iqtisadiyyatındakı tənəzzülün dərinləşməsinə şahid olacağıq”.
Seymur ƏLİYEV