“Bu gün bizə mütləq Qərbi Azərbaycan İnstitutu lazımdır” -MÜSAHİBƏ!
Son vaxtlar Ermənistanda yeni işğal və qisas əməliyyatları ilə bağlı çağırışların artması, bununla bağlı bəzi təşkilatların yaradılmasıl müşahidə edilir. Moderator.az olaraq millət vəkili Əziz Ələkbərli ilə söhbətimizdə bu və digər məsələləri şərh etməyə çalışdıq.
-Əziz bəy, müharibədə məğlub
olmasına baxmayaraq, Ermənistanda Hadrutu, eləcə də digər torpaqlarımızı yenidən
zəbt etməyi qarşılarına məqsəd qoyan müxtəlif təşkilatlar, qurumlar
yaranmaqdadır. Bilmək istərdik ki, sizcə, ermənilərin bu təşəbbüsü ciddiyə
alınmalıdırmı? Bu cür təşəbbüs və addımlara qarşı paraktiki olaraq hansısa addımların
atılmasına ehtiyac varmı?
-Kimsə
deyirsə ki, 44 günlük müharibədən sonra ermənilərin ağlı başına gələcək, demək,
o, erməniləri yaxşı tanımır və ya heç tanımır. Deyirsiniz ki, 44 günlük bu
müharibədə erməni darmadağın olsa da, Hadrutu, eləcə də digər torpaqlarımızı
yenidən zəbt etməyi qarşılarına məqsəd qoyan müxtəlif təşkilatlar, qurumlar
yaranmaqdadır. Təbii ki, yaranacaq. Bu, Cənubi Qafqazda heç bir qarış torpağı
olmadan bu bölgədə dövlət yaratmaq üçün yüzillər boyu bütün şərəfsiz yollara
baş vuran, onun-bunun maşası olub, yerli xalqlara qarşı deportasiya və
soyqırımları törədən, törədilməsinə nail olan, bunun üçün müxtəlif terror təşkilatları
yaradan, saxta tarix düzüb-qoşan, onu dünyaya sırıyan ermənidir. İndi güman
edirsiniz ki, bu əxlaqsız, şərəfsiz, yaramaz, xəstə toplum birdən-birə dönüb mələk
olacaq? Olmayacaq, olması da mümkün deyil. Bunlar qonşularla normal şərtlərlə
yaşamaq iqtidarında deyillər. Bunların gərək həmişə başlarının üstündə dəmir
yumruq ola. Artıq bu yumruq var və bundan sonra da həmişə olması vacibdir. Bu
yumruq aşağı düşən kimi bunlar quduzlaşacaq.
Soruşursunuz
ki, ermənilərin bu hərəkətləri ciddiyə alınmalıdırmı? Əlbəttə alınmalıdır. Həm
də hər gün, hər saat, hər an! Mirzə Cəlilin bir “Kamança” pyesi var. Bu, çox
ibrətamiz bir əsərdir, əslində, bizi ayıq saxlamaq üçün “sos” siqnalıdır. Əsərdən
çıxan nəticə odur ki, bu ermənilər bizim havamızı, yəni zəif cəhətimizi yaxşı bilir,
dara düşəndə o havanı çalıb, insanlıq duyğularımızı oyadıb, canlarını
qurtarırlar. Artıq birdəfəlik bilmək lazımdır ki, ermənidən nəinki dost, hətta
heç vaxt insan belə olmaz. Ola bilər gələcəkdə yanaşı da, lap iç-içə də
yaşayaq, amma unutmamalıyıq ki, onlar ermənidir və hər an bizə xəyanət edə,
arxasında gizlətdiyi xəncəri kürəyimizə saplaya bilər. Ona görə də “müharibə
bitdi”, “torpaqlarımız işğaldan azad olundu”, “erməni tövbə etdi” və c. deyib
keçmək lazım deyil. Biz gələcək erməni təxribatlarına, erməni hücumlarına
özümüzü hər gün hazırlamalıyıq. Belə bir gürcü xalq məsəli var: “Erməni gəldi,
özü ilə təzə bəla gətirdi”. Əgər bölgədə erməni varsa, bilin ki, bu bəla ocağı
həmişə olacaq.
-Deməli, belə hesab
edirsiniz ki, hər an yeni bir qarşıdurmaya hazır olmalıyıq?
-Bütün
bunlar o demək deyil ki, biz işimizi-gücümüzü buraxıb, hər gün müharibəyə
hazırlaşmalıyıq. Yox, biz, sadəcə, bu müharibəyə həmişə hazır olmalıyıq. Bəli,
Azərbaycan 44 gündə möhtəşəm bir qələbə qazandı, bununla bütün dünya
hesablaşmaq məcburiyyətində qaldı, erməni də hesablaşdı, bundan sonra da
hesablaşacaq. Amma biz ermənini hərbi cəhətdən məğlub etdik, ideoloji,
diplomatik müharibə hələ davam edir və edəcək də. Hələ də sülməramlı qüvvələr
bölgədəki xristian məbədlərini azərbaycanlılardan qorumaq zərurətindən danışır,
hələ də dünya erməninin bölgədəkə qədim tarixə, qədim mədəniyyətə malik xalq
olmasından bəhs edir, hələ də xristian dövlətlər erməni xristianlığına dəstək
aksiyası həyata keçirir. Bütün bunlar o deməkdir ki, bizim bütün bu erməni
yalanlarını tutarlı elmi faktlarla ifşa etmək istiqamətindəki fəaliyyətimiz hələ
də qənaətbəxş deyil. Mən bu sahə ilə məşğul olan tədqiqatçı alim kimi deyirəm
ki, hələ də biz erməninin Qafqaz coğrafiyasındakı tarixi barədə kifayət qədər
aydın elmi qənaətə malik deyilik. İndiki Ermənistan son qarışına qədər tarixi
Azərbaycan torpaqlarıdır, bunu hamımız bilirik, amma biz bu coğrafiya haqqında
hələ də çox az məlumata malikik.
-O zaman deyə bilərikmi ki,
alimlərimizin bu sahədə ciddi iş aparmasına ehtiyac var?
-Təəssüf
ki, şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin 44 gündə cəbhədə, torpaqlarımızın işğaldan
azad olunması yolunda axıtdığı qan qədər alimlərimiz erməni yalanlarını ifşa
etmək üçün arxivlərdə, yazı masaları arxasında tər axıtmamışdır. Lakin bu, o
demək deyil ki, alimlərimizin buna potensialı yoxdur, var, həm də artıqlaması
ilə var, amma bu istiqamətdə sistemli fəaliyyət yoxdur. Bu gün Azərbaycana mütləq
bir Qərbi Azərbaycan İnstitutu lazımdır. Ora toplaşacaq alimlərimizə normal iş
şəraiti, maddi təminat yaradılmalıdır, dünyanın bir çox ölkələrinin arxivlərində
işləməsi üçün onların imkanı olmalıdır. Bu İnstitut Qərbi Azərbaycan dediyimiz
indiki Ermənistanın hər cığırı, hər daşı, hər izi uğrunda erməni və dünya alimləri
ilə mübarizə aparmalıdır və o torpaqlardakı dəyərlərimizə sahib çıxmalıdır. Biz
silah gücünə ermənini işğal altındakı torpaqlarımızdan qova bildik və ancaq
bunu edə bilərdik və etdik. Amma bu İnstitut erməninin bütün dünyadakı
dayaqlarını darmadağın edə bilər, erməninin Cənubi Qafqazdakı kökünü qazıya bilər.
Çünki bu kök tarixi yalanlar üzərində qurulub, heç bir özülü yoxdur”.
Seymur ƏLİYEV








