“Medianın İnkişafı Agentliyinin yaradılması mediamızın tərəqqisinə böyük töhfələr verəcək”
Xəbər verdiyimiz kimi, ölkə başçısının 12 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.
Medianın İnkişafı
Agentliyinin yaradılması mediamızın bu günü və gələcəyinə nə vəd edir? Ekspertlərin
məlum dəyişikliklərədn gözləntiləri nədən ibarətdir?
Moderator.az-a
açıqlama verən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı,
filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu,
Medianın İnkişafı Agentliyinin yaradılmasının
medianın inkişafına böyük töhfə verəcəyini qeyd edib:
“Ölkə başçısının məlum fərmanı
olduqca əhəmiyyətli bir fərmandır. Hesab edirəm ki, Medianın İnkişafı
Agentliyinin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında
baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini
daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə böyük töhfələr verəcək.
Fərmanda da qeyd edildiyi
kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini
yeni tələblər əsasında qurmaqdan gedir. Medianın İnkişafı Agentliyinin
yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə
bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir.
Media hər zaman dinamik və
dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü
simasını dəyişir və s. Bu gün biz XIX əsrdəki jurnalistika iləXX əsr
jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XX əsr jurnalistikası ilə
XXI əsr jurnalistikası arasında o qədər
böyük fərq var. Bu fərq getdikdə daha qabarıq şəkildə özünü göstərir. Çünki janrlar
dəyişir, jurnalistikanın prinsipləri, jurnalistikanın fəlsəfəsinə baxış dəyişir.
Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması son dərəcə əhəmiyyətli və
ciddidir.
Bu baxımdan hesab edirəm
ki, cənab prezidentimizin imzaladığı bu fərman mediamızın bu günü və gələcəyi
baxımından böyük əhəmiyyətə malikdir. Odur ki, məlum yenilik mediamız və
jurnalistlərimiz üçün xeyirli-uğurlu olsun deyirəm. İnanıram və əminəm ki,
Medianın İnkişafı Agentliyi öz fəaliyyəti ilə mediamızın inkişafına çox böyük dəstək
verəcək.
Ölkə başçısının sərəncamı
ilə Əhməd İsmayılovun Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsinə
təyin edilməsi də təqdirəlayiqdir. Əhməd müəllim media və jurnalistika sahəsində
mütərəqqi, yenilikçi baxışlara sahib olan,
mediamızın fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq potensialına
malik olan bir kadrdır. İnanıram ki, biz yaxın gələcəkdə Əhməd müəllimin və
onun rəhbərlik etdiyi Agentliyə olan ümidləri artıqlaması ilə doğruldacağına
şahid olacağıq.
Mən Medianın İnkişafı
Agentliyinə, onun bütün kollektivinə və hörmətli Əhməd müəllimə bu mühüm fəaliyyətdə
uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.
Seymur ƏLİYEV








