“5 km-lik Laçın dəhlizi ilə bu cinayətkarlara ərzaq, silah-sursat daşınmasına son qoy!”
Oxunub: 2971
15 Jan 2021 | 22:32
“5 km-lik Laçın dəhlizi ilə bu cinayətkarlara ərzaq, silah-sursat daşınmasına son qoy!”
Elman Məmmədov: “Çox təəssüf ki, Allah bizə belə qonşular qismət edib...”

“Azərbaycanda Qayıdış prosesi ilk deyil. Bu proses hələ 1994-95-ci illərdə oldu. Füzulinin Horadiz qəsəbəsi və xeyli kəndi işğaldan azad olundu və qayıdış prosesi reallaşdı. İkinci dəfə 2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya qayıdış məsələsi oldu. Yəni Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var”.

Deputat, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsini Milli Məclisdə təmsil edən Elman Məmmədov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd etdi ki, indi də hər şey dövlət başçısının nəzarəti altında, dövlət problemi səviyyəsində, xüsusi ciddi qrafiklə, rejimlə, xüsusi göstərişlərlə həyata keçirilməyə başlayıb: “Əslində xeyli müddətdir başlayıb, hələ müharibə getdiyi bir vaxtda bu proses başlamışdı. Müəyyən istiqamətdə yolların bərpasına, rabitə qurğularının istifadəyə verilməsinə, enerji təminatı və s. işlərə başlanmışdı. Ancaq bu işlər gərgin, müharibə dövrünə məxsus idi. İndi bu işlər daha sürətlə həyata keçirilir və keçiriləcək”.

Xocalı Rayon İcra Hakimiyyətinin sabiq başçısı olmuş, həmçinin birinci Qarabağ müharibəsində iştirak etmiş E.Məmmədov qeyd etdi ki, qayıdış üçün ilk şərtlər məlumdur: “Düşmən məkrlidir, hiyləgərdir, çox murdardır. Məsələn, məlumatlar var ki, 28 illik işğal dövrü ərzində düşmən ölkəyə məxsus Atom Elektrik Stansiyasının radioaktiv tullantılarının Azərbaycanın müxtəlif ərazilərində basdırılıb. Çox təəssüf ki, Allah bizə belə qonşular qismət edib. Bizim istifadə etdiyimiz irili-xırdalı çayların, su mənbələrinin əksəriyyəti Ermənistan ərazisindən götürür. Yəni onlar su hövzələrinin başına nə oyunlar açıblar, işğal altında olmuş ərazilərimizdə olan bulaqlarımızı, kəhrizlərimizi, su quyularımızı, müxtəlif su mənbələrini necə çirkləndiriblər, zəhərləyiblər, hələ bilmək olmur. Həmçinin torpağın başına nə oyun açılıb, təbii ki, bunların hamısı araşdırılmalıdır. Bunlardan da əvvəlki ilkin şərt təhlükəsizliyin təmin olunmasıdır”.

Millət vəkili fikirlərini bir az da konkretləşdirdi: “Görürsünüz, bu günlərdə bizim Xocalı rayonunun yol idarəsinin işçisi minaya düşdü. Tez-tez mina partlayışları baş verir, hərbçilərimiz şəhid olur, yaralanır, müxtəlif ziyanlar dəyir. O məsələ mənim səlahiyyətimdə deyil, bəlkə də bu istiqamətdə işlər görülür. Düşməni məcbur etmək lazımdır ki, minalanmış ərazilərin xəritəsini təqdim etsin. Deyək ki, bizə vermək istəmirlərsə, heç olmasa dostları Rüstəm Muradova təqdim etsinlər. Ancaq bu da yoxdur.

Ona görə də ilk növbədə təhlükəsizlik məsələləri çox ciddidir. Hələlik müəyyən səbəblər ucbatından, xüsusilə də ərazimizdə vasitəçi rolunu oynayan sülhməramlıların dövləti bunu etməlidir. Burada onların üzərinə böyük məsuliyyət düşür. Hələ ki, təkcə Dağlıq Qarabağda olan cinayətkar separatçı rejim yox, hələ onların yalançı “Dağlıq Qarabağ ordusu”nun tör-töküntüləri, quldur dəstələri də ərazimizdə qalmaqdadır. Üstəgəl, hələ ki, keçmiş Ağdərə rayonu ərazisində, Xocavənd rayonunun bir hissəsində, Xocalı rayonunun ərazisində Ermənistan Müdafiə Nazirliyinin silahlı birləşmələrinin müəyyən hissəsi qalmaqda davam edir. Bunu gizlətmək lazım deyil. Çünki bunu sülhməramlılar da bilir, biz də bilirik ki, orda mövcuddurlar. Onların mövcudluğuna son qoymaq lazımdır. Onların zərərsizləşdirilməsi, ərazilərin onlardan təmizlənməsi, həmin qanunsuz dəstələrin, tör-töküntülərin silahsızlaşdırılması təhlükəsizliyin təminatı üçün çox vacib şərtlərdəndir”.

Elman Məmmədov - "Xocalı soyqırımına Haaqa məhkəməsində baxmağa imkan  vermirlər" | Reaksiya

E.Məmmədov erməni terrorçularının bir ay-ay yarım ərzində neçə dəfə təxribatlar törətdiklərini də xatırlatdır: “Təbii ki, onlar məhv edildilər, ancaq biz də bunun müqabilində itki verdik. İndi ora dinc əhalinin qayıtmasının şərtlərindən biri də odur ki, əhalinin təhlükəsizliyi təmin olunsun, həmin bölgədəki silahlı quldur dəstələrinin, birləşmələrinin qalması əlavə problemlər, təhlükələr yaradır. Təbii ki, bu proseslərdən sonra bütün infrostruktur yaradılacaq. İcra orqanları gedib orda yerləşəcək, əhalinin qayıdışı başlayacaq. Şərait yaratmaq tez başa gələn bir şey deyil. Bunların hamısı xeyli vaxt aparan bir prosesdir. Yolların çəkilməsi, evlərin tikilməsi, elektrik enerjisi, qaz, rabitə təminatı məsələləri uzun zaman tələb edir. İlk növbədə isə söhbət təhlükəsizlik tədbirlərindən gedir. Bax, bunlar həyata keçiriləndən sonra əhalinin mütəşəkkil, kütləvi qayıdışı başlanacaq. Biz məcburi köçkünlər də 28 ildən artıq bir müddətdə çox həsrətlə gözləyirik ki, nə vaxt yurd-yuvamıza qayıdacağıq. Bu proses baş verəcək, olacaq, lakin bir az zamana ehtiyac var”.

E.Məmmədovun sözlərinə görə, üçtərəfli Moskva görüşü də bunu sübut etdi ki, irəliləyiş, inkişaf yavaş-yavaş gedir, sürətlənir: “Mən hesab edirəm ki, hələlik müəyyən məsələlərdə Azərbaycan haqlı olaraq çox kəskin hərəkət etmək istəmir. Deyək ki, düşmən tərəfə xəbərdarlıqlar edir, məsuliyyətli olmağa çağırış edir. Bir də vasitəçilik, sülhməramlılıq missiyasını öz üzərinə götürən dövlətdən hələlik gözləyirik ki, bunları etməlisən, et! 5 km-lik Laçın dəhlizi ilə bu cinayətkarlara ərzaq, silah-sursat daşınmasına son qoy! Yəni Azərbaycan ərazisində qalan o silahlı quldur dəstələrinin yeganə təminat yolu bu gün Laçın dəhlizi ilə həyata keçirilir. Laçın dəhlizinin Azərbaycan-Ermənistan sərhəd hissəsinə də biz nəzarət etməliyik. Azərbaycanın sərhəd buraxılış məntəqəsi olmalıdır orda. Azərbaycan sərhədçisi, gömrüyü olmalıdır. Hələlik yoxdur. Hələlik yoxdursa, ordan kimin gəlib-getməsinə nəzarət etmək sülməramlıların vəzifəsidir. O gün məğlub olmuş dövlətin xarici işlər naziri Xankəndiyə gəlmişdi, ardınca da hərbi prokuroru gəldi. Hələ gəlib sülhməramlıları təltif də edib ki, sağ olun, bu quldur dəstələrinə yaxşı şərait yaradırsınız. Əgər bu qış günündə o təminat ordan kəsilsə, onların ərzaq təminatı, silah-sursat, ya tibbi təminat olmasa, orda necə qalıb fəaliyyət göstərə bilərlər? Heç cür, məhv olmalıdırlar o halda. Bu təminatı kəsmək üçün tədbirlər görülməlidir. Çox təəssüf ki, hələ ki, nə məqsədləsə sülhməramlılar bunu etmirlər. Yəqin ki, belə olan halda Azərbaycan özü bu işi görməyə məcbur olacaq. Necə ki, 27-28 il ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri yerinə yetirilmirdi, Azərbaycan ordusu 44 gündə o qətnamələri icra etdi. Eləcə də Azərbaycan bunu da edəcək. Çünki Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın bir gün səbri tükənəcək və razı olmayacaq ki, onun ərazisində hələ də terror, quldur dəstələri, başqa dövlətin silahlı qüvvələri yerləşsin. Buna son qoymaq üçün hesab edirəm ki, tədbirlərini görəcək”.
Oxşar xəbərlər
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər