"Xüsusi təyinatlılarımız insanın ağlına gəlməyəcək qəhrəmanlıq nümayiş etdirdilər...”
Oxunub: 3522
16 Jan 2021 | 14:57
Oktyabrın 14-ü səhər zəng gəlir və Vətən Müharibəsində iştirak etmək üçün səfərbərliyə cəlb olunur. Sentyabr ayında əməliyyat olunduğunu, həkimin "bir neçə ay özünü soyuqdan, ağır yük qaldırmaqdan qorumalısan” tapşırığını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bildirmir. "Vətənin dar günündə "mən əməliyyat olunmuşam” deyərək xidmətdən yayınmağı özümə sığışdırmadım” - deyir. Vətən Müharibəsinin iştirakçısı, baş leytenant Ağaz Ağayevdən söhbət gedir. 
 
Qeyd edək ki, A.Ağayev hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşıdır. Bundan öncə "Kaspi” qəzetində baş redaktorun müavini, "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi və s. vəzifələrdə çalışıb.
 


A.Ağayev bu savaşla əyninə 3-cü dəfə hərbi forma geyindiyini bildirdi: "İlk dəfə hərbi formanı tələbə olarkən daşımışam. İnstitutumuzda hərbi kafedra var idi və müvafiq fəndən dövlət imtahanı verməliydik. Qaydalara əsasən, hərbi hazırlıq üzrə təcrübə də nəzərdə tutulurdu. Bəzi ali təhsil müəssisələrində təcrübə elə kafedradaca keçirilirdi. Lakin bizim kafedranın müdiri müharibə görmüş peşəkar hərbçi idi. O dedi ki, çalışacağam siz birbaşa hərbi hissədə staj keçəsiniz, o mühitdə yaşayasınız, əsgər sıyıqının dadına baxasınız. Beləliklə, 1995-ci ilin yayında bizi hərbi hissələrə böldülər, hərbi and içdik və 1 ay müddətində ordumuzun bir parçasına çevrildik. 

İkinci dəfə hərbi formanı 1997-ci ildə, institutu bitirəndən sonra, həqiqi hərbi xidmətə çağırıldığım gündən daşımışam. Həmin vaxt leytenant rütbəsində xidmətə başladım. Müddətli həqiqi hərbi xidmətin müddəti 1 il 6 ay olsa da, o dövrdə orduda kadr çatışmazlığı səbəbindən 2 il 6 ay xidmət etdim. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi xidmət edərək baş leytenant rütbəsi ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxıldım. Nəhayət, üçüncü dəfə hərbi formanı hamımıza qürur və fəxarət hissi yaşadan Vətən Müharibəsində geyindim”.
 


"Bu faktdan istifadə etmək düz çıxmır”

A.Ağayev deyir ki, müharibə başlayan andan etibarən yaxınları və doğmaları ilə söhbətlər edib, müharibəyə gedəcəyini bildiyi üçün bir növ ailədə psixoloji iş aparıb: "Sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng edildi və mən də səfərbərliyə cəlb olundum. Həmin gün daha çox sənədlərin və komandaların dəqiqləşdirilməsi aparıldığından, mənə də bildirdilər ki, gözləyin, ehtiyac olacaqsa, çağırılacaqsınız. Bu səbəbdən də artıq müharibə başlayanda cəbhəyə gedəcəyimi bilirdim. Ona görə də, ailə üzvlərimi psixoloji cəhətdən hazırlayırdım ki, çağırış gözləniləndir, yəqin ki, çox tezliklə mən də hərbi xidmətə yollanacağam. 

Oktyabrın 14-də işdə idim, səhər zəng vurdular ki, hazırlaşın, idarəyə gəlin və hərbi xidmətə yollanacaqsınız. Ailədə apardığım psixoloji hazırlığın rolu o oldu ki, evdəkilər məni stressiz və belə deyim ki, ağlayıb-sızlamadan yola saldılar. Onu da qeyd edim ki, bu stressiz yolasalma hərbi xidmət boyunca insana xeyli kömək edir”.
 


Müsahibimiz orduya çağırılmazdan bir müddət əvvəl, sentyabrda cərrahiyyə əməliyyatı keçirsə də, bunu səfərbərlik xidmətində bildirmir: "Düşünürəm ki, orada cərrahiyyə əməliyyatı olunduğumun qabardılması düzgün olmazdı. Sadəcə, əməliyyatdan öncə, təxminən 3 ay müddətində xroniki ağrılar olduğundan orqanizmim zəifləmişdi. Hələ əməliyyatdan öncə özümdə yorğunluq hiss edirdim. Təbii olaraq, əməliyyatdan sonra da bir müddət reabilitasiyaya ehtiyac var idi. Həkim ciddi tapşırmışdı ki, bir neçə ay özünü soyuqdan, ağır yük qaldırmaqdan qorumalısan. Amma müharibə dövründə səfərbərliyə cəlb olunanda bu faktdan istifadə etmək düz çıxmır. Pafoslu çıxmasın, amma Vətənin dar günündə "mən əməliyyat olunmuşam” deyərək xidmətdən yayınmağı özümə sığışdırmadım. Hələ müharibə başlamamışdan öncə də istər evdə, istərsə də dost-tanışla söhbətlərdə deyirdim ki, Qarabağ problemi gələcək nəsillərə miras qalmamalı, bizim tərəfimizdən həll olunmalıdır. İndi məhz bu düyünü bizim çözməyimiz üçün fürsət yaranmışdı  və mən də bu müqəddəs missiyada iştirak etməyə yollandım”.
 


"Ordudakı həmrəylik daha böyük, daha əzəmətli idi”

A.Ağayev savaş dövründə "indiki gənclər korlanıb” kimi stereotiplərin onun üçün tamamilə qırıldığını deyir: "Müharibədə gördüyüm gənclərin hər biri davranışı, əməlləri ilə özlərini sübut edən, tarix yazan igidlərdir. Düzü, bir neçə il öncəyədək bir qayda olaraq daha yaşlı nəslin istifadə etdiyi "indiki gənclər korlanıb” fikri bəzən məndə də yaranırdı. Amma son bir neçə ildə mənim üçün bu kimi yanlış stereotiplər yoxa çıxıb. Müharibə dövründə isə buna bir daha əmin oldum. Çünki müharibə bütün digər proseslərin, hərbi sahə isə digər sahələrin fövqündə dayanır. Adi həyatda müşahidə etmədiklərinlə müharibədə qarşılaşırsan. Bu müharibədə də gənclər və daha yaşlı olanlar, zabit və əsgərlər bir-birlərinə söykəndilər, bir-birlərinə dayaq oldular. Düzdür, müharibə dövründə xalqımızın hər bir nümayəndəsi həmrəy oldu,  amma ordudakı həmrəylik daha böyük, daha əzəmətli idi”.

A.Ağayevin sözlərinə görə, qələbəni şərtləndirən əsas amillərdən biri döyüşçülərin ruh yüksəkliyidir: "Belə bir fikir var ki, mənəvi-psixoloji hazırlıq zəfərin dörddə üçünü təmin edir. Bu mənada döyüşçünün ruh yüksəkliyi qələbəni şərtləndirən əsas amillərdən, bəlkə də, birincisidir. Xoşbəxtlikdən, ordumuzda böyük ruh yüksəkliyi vardı. Ələ keçirilən, məhv edilən düşmən texnikalarını gördükcə, işğaldan azad olunan torpaqların hər qarışından keçdikcə bu ruh yüksəkliyi daha da artırdı. Digər tərəfdən, mənəvi dəstəyi qeyd etməliyəm. Döyüşçülər ailə üzvləri, yaxınları ilə əlaqə saxladıqları zaman doğmalarının onlara necə dəstək olduqlarını hər birimiz görürdük. Ah-uf etmək, ağlayıb-sızlamaq yox, məhz dəstək göstərmək, ruhlandırmaq hərbçilərə əlavə güc verirdi”.
 


A.Ağayev deyir ki, müharibədə çətinliklər adiləşir, heç kim yaşadığı çətinliklərdən şikayət etmir: "Müharibədə vəzifən budur ki, səngər qazasan, qorunasan, hücum üçün mövqe hazırlayasan. Hansısa  binada yerləşib rahat yatmaqla bunları etmək mümkün deyil. Meşələrdə, dağlarda, çöllərdə qalmaq, səngər qazmaq müharibənin tələblərindən biridir. Müharibə və komfort anlayışları bir araya sığmır. Məsələn, biz Füzulidə olarkən gecə işıq yandırmadan 7 saat piyada yol getdik. Müharibənin siması budur, bu, məhz belə olmalıdır. Müharibədə çətinlik yaşamaq, soyuq yerdə yatmaq, bir şüşədən on nəfərin su içməsi, ağır yük daşıması təbiidir. Burada əsas məsələ səngərdə olanların mənəvi-psixoloji hazırlığı, ruh yüksəkliyi, bir-birinə güvənidir. Ona görə də heç kəs ən çətin anlarda belə şikayətlənmirdi ki, soyuqdur, ağırdır, çətindir, dözə bilmirəm”.
 
"Mübaliğəsiz olaraq ən böyük zəfərlərdən biridir”

Döyüş yolu Füzulidən başlayan, müharibə boyunca bir çox yerlərdən keçən A.Ağayev Şuşanın azad edilməsinin canlı şahidi, bu şanlı zəfər yolunun iştirakçısı olan döyüşçülərdəndir. Deyir ki, Azərbaycan hərbçiləri Şuşada qızıl hərflərlə tarix yazıblar: "Mənim döyüş yolum Füzulidə başladı və briqadamızın tərkibində Şuşaya qədər gedib çıxdım. Bu müddətdə hər bir gün yaddaqalan və qəhrəmanlıqlarla dolu olub. Noyabrın 2-də biz Tuğ kəndindən çıxaraq meşə yolu ilə Şuşa istiqamətində irəlilədik. Bizim bölmələrin əsas döyüş tapşırığı Şuşanın azad olunmasında iştirak edəcək digər bölmələrə hücumda dəstək vermək, eləcə də müdafiə olunaraq düşmənin içərimizə sızmasının qarşısını almaq idi. Noyabrın 2-də axşam artıq Daşaltı ətrafındakı meşələrdə cəmləşdik. Orada döyüş tapşırıqları verildi və hər bir qrup ona tapşırılanı yerinə yetirməyə başladı. Xoşbəxtəm ki, komandir müavini olduğum bölük də Şuşaya daxil olan ilk bölüklərdəndir və bu, mənim üçün ömürlük fəxarət hissidir. Onu da deyim ki, Azərbaycan hərbçiləri Şuşada həqiqətən də qızıl hərflərlə tarix yazdılar. Adını tariximizə qızıl hərflərlə yazanlar içərisində ilk yerə isə xüsusi təyinatlıları qoyardım. Həqiqətən də xüsusi təyinatlılarımız bəzən insanın ağlına gəlməyən fədakarlıq, qəhrəmanlıq nümayiş etdirdilər. Digər bölmələrimizin də zəhməti danılmazdır, onlar da verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdilər. Yeri gəlmişkən, bir daha qeyd edim ki, müharibədə hər bir bölmənin, qrupun öz döyüş tapşırığı var idi. Belə bir tapşırıq yox idi ki, məsələn, 1000 nəfərin hamısı əlbəyaxa döyüşə girməlidir. Kimsə əlbəyaxa döyüşə girməli, kimsə qayalara dırmanmalı, başqa birisi daha arxadakı mövqeyi qoruyub düşmənin sızmasının qarşısını almalı idi. Yəni bölmələrdən asılı olaraq döyüş tapşırıqları da dəyişirdi. Və hər bir hərbçi bu tapşırıqları fədakarlıqla yerinə yetirməklə qələbəmizə öz töhfəsini verib. Bu mənada Şuşanın azad olunması Azərbaycan hərbçilərinin hər biri üçün böyük şərəfdir. Bu, hərb tariximizdə mübaliğəsiz olaraq ən böyük zəfərlərdən biridir. Mən əminəm ki, Şuşadakı hərbi əməliyyatlar hərb sənəti üçün öyrəniləcək məktəbdir”.
 


Həm xidmət keçdiyi müddətdə telefonla, həm də tərxis olunduqdan sonra döyüşlərlə bağlı çoxsaylı suallar ünvanlanıb və bu, hələ də davam edr. Ən yadında qalanı isə kiçik qızı Ayanın sualıdır: "Böyüklərin verdiyi suallar aydındır, çox vaxt eyni məzmunlu, oxşar xarakterli olur. Kiçik qızımın verdiyi sual isə məncə, daha orijinaldır. Bir gün dedi ki, ata, sən heç orda ermənilərlə güləşibsən? Düzü, məni gülmək tutsa da, suala cavab verdim. Dedim ki, orda ermənilərlə güləşməmişəm, amma uşaq vaxtı yaylaqda idik, orada ermənilərlə güləşib onları yıxmışam”.

"Bunu yada saldıqca insan çox təsirlənir”

A.Ağayev bildirdi ki, müharibə həm də ağrı-acı dolu prosesdir, orada gördüklərin evə qayıdandan sonra insanı daha çox düşündürür: "İstər hərbi əməliyyatların getdiyi, istərsə daha sonrakı dövrdə hiss etmədiyim bəzi şeyləri evə gələndən sonra daha çox hiss etməyə başlamışam. Yəqin ki, bu, müharibədən qayıdan döyüşçülərin hər birində baş verir. Bəzən, bəlkə də haqlı olaraq deyirlər ki, müharibədən qayıdanların psixoloji reabilitasiyasına ehtiyac var. Həqiqətən də evə döndükdən sonra buna daha çox ehtiyac hiss edirsən. Səngərdə hərbçi yoldaşların yanında olur, onlarla bir mühitdə yaşayırsan və bəlkə də çox şeyi dərindən dərk etmirsən. Sonradan bəzi məqamlar sənə xüsusilə ağır təsir etməyə başlayır. Ən ağırı da eyni qabdan yemək yediyimiz, su içdiyimiz, çiyin-çiyinə dayandığımız yoldaşlarımızın yanımızda olmamağıdır... Bunu yada saldıqca insan çox təsirlənir, kövrəlir, ağrıyır. Çox gənc yaşlarında şəhid olan əsgərlərimiz yadıma düşür, o ağrını yenidən, daha dərindən yaşayıram. Amma digər tərəfdən də fikirləşirəm ki, onlar ən ali məqama – müqəddəs şəhidlik zirvəsinə yüksəliblər. Bu böyük zəfər onların qanları ilə qazanılıb. Allah onlara rəhmət eləsin!”. 
 


A.Ağayev deyir ki, müharibədə hər bir döyüşçü üçün ən ağır məqam yanındakının yaralanması, həyatını itirməsidir: "Evlə telefonla danışırdın, amma növbəti dəfə zəng edib-etməyəcəyin sual altında idi. İndi bəziləri, xüsusən də uşaqlar elə bilir ki, müharibədə hamı əlində avtomat üz-üzə dayanıb, yaxud daşın arxasında gizlənib döyüşür. Amma indiki müharibənin xarakteri də dəyişib, bu, daha ağır, PUA-lar, ağır artilleriya, minaatanların müharibəsidir. Bəzən ağlına gəlməyən yerdə minaatan mərmisi yanına düşə və həyatına son qoya bilər. Daşaltına gedərkən hərəkət etdiyimiz yolu minaatanlarla intensiv şəkildə vururdular. Düzdür, nəhəng ağac deyildi, amma bir ağac qopub başıma düşdü. Belə məqamda tam hərbi geyimdə, zirehli gödəkcə, dəbilqədə olmağın üstünlüyünü hiss edirsən. Minaatan mərmisi bir neçə dəfə çox yaxınlığa düşüb. O an hamı özünə və yanındakılara baxır ki, görsün qəlpə kiməsə dəyibmi?”

A.Ağayev döyüşçülərdə heç vaxt pessimistlik müşahidə etmədiyini, sadəcə, çox kövrəldici anların şahidi olduğunu da bildirdi: "Döyüşə girməzdən öncə bir-birindən yadigar əşya istəyənlər olurdu. Bəzən bir əsgər telefonunu, yaxud özü üçün qiymətli saydığı əşyanı yoldaşına verirdi ki, mənə nəsə olsa, bunu evə çatdır. O, yoldaşının deyil, məhz özünün şəhid olacağını düşünərək bunu edirdi. Bir əsgərimiz şəhid olanda demişdi ki, anama deyin məni bağışlasın, onu çox incitmişəm. Bu kimi ağır anlar heç vaxt unudulmayacaq. Əsgərlərin yaşı zabitlərlə müqayisədə daha az idi. Bir çoxunun övladı azyaşlı idi. Döyüşlərin arasında ən çox uşaqlarından danışırdılar. Yəni hətta, səngərdə də duyğusallıq var. Amma bu kimi duyğusal anlar səni həm də sağ qalmağa ruhlandırır, başa düşürsən ki, səni sevənlər və öz sevdiklərin naminə sağ qalmağa, qalib gəlməyə borclusan. İlk borcun isə Vətənədir”.

Qeyd edək ki, Araz Ağayev Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə  "Füzulinin azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə tətif olunub. Ukrayna Qarapapaq Türkləri Milli Şurası isə onu "Şərəf” ordeninə layiq görüb.(Kaspi.az)

Aygün Asimqızı
Oxşar xəbərlər
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:10
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
19 Apr 2024 | 12:38
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:10
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
19 Apr 2024 | 12:38
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi