"İlham Əliyevin ötən gün Şuşadan etdiyi xəbərdarlıqlar tam hədəfinə dəyib"
Oxunub: 1835
16 Jan 2021 | 16:45
Xatırlayırsınızsa, dövlətimizin başçısı 44 gün davam edən İkinci Qarabağ savaşı zamanı möhtəşəm bir ənənənin, yeni davranış tərzinin, cəmiyyətlə yeni ünsiyyət formasının əsasını qoymuşdu. Həmin vaxt  Prezident demək olar ki, hər gün bu və ya digər şəhərimizin, qəsəbəmizin, kəndimizin, strateji yüksəkliklərimizin düşmən işğalından azad edilməsi barədə “tvit”lər paylaşırdı. Bu, gündəlik ənənəyə çevrilmişdi və insanlarımız da hər gün Prezidentin növbəti qələbə “tvit”lərini xüsusi səbirsizliklə gözləyirdilər. Doğrudan da çox gözəl ənənə idi. İlham Əliyev bu son zamanlarda daha bir ənənənin  əsasını qoyub. Belə ki, dövlət başçısı xanımı ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza vaxtaşırı səfərlər edir, o yerlərdən millətə və dünyaya, qonşularımıza, dostlarımıza və düşmənlərimizə bir-birindən önəmli, vacib mesajlar verir. Bu da artıq növbəti ənənə halını almaqdadır və biz heç şübhəsiz ki, Prezidentin bu taktikasını təqdir edirik. Prezident dünən də bu yeni ənənənin növbəti səhifəsini çevirdi, Şuşaya səfər etdi. Və Prezidentin bu səfəri sözün əsl mənasında HADİSƏyə çevrildi. İndi təkcə Azərbaycan mediası yox, bütün Ermənistan KİV-ləri, Rusiya telekanalları, qardaş Türkiyənin, qonşu İranın dünyanın xəbər agentlikləri , siyasi şərhçiləri və köşə yazarları bu səfərin bu və ya digər məqamları barədə danışır və ya yazırlar.  

Onu da deyim ki, Prezidentin bu səfərini ölkədə hər kəs gözləyirdi. Çünki bu səfər 30 illik müstəqillik tariximizdə Azərbaycanın dövlət başçısının Şuşaya ilk səfəri kimi çox əhəmiyyətli idi. Vətənin işğaldan azad edilmiş ərazilərini kənd-kənd, rayon-rayon gəzərək o yerlərin dağlarını, meşələrini həm azərbaycanlı kimi, həm də dövlət başçısı kimi seyr etmək, o yerlərin bizə mənsubluğunu xüsusi vurğu ilə vurğulamaq əlbəttə ki, torpağının hər qarışına sahib olmağın göstəricisi və eyni zamanda gücün nümayişidir. Bu səfər həmçinin azərbaycanlıların Qarabağa Böyük Qayıdışının möhtəşəm və əbədi olacağını göstərmək baxımından əhəmiyyətli idi. Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 30-cu ili tamamlanarkən İlham Əliyevin Şuşaya gedən ilk Prezident kimi verdiyi ismarıclar, atdığı addımlar, etdiyi ziyarətlər Dağlıq Qarabağ separatçılarının, Ermənistan rəhbərlərinin,  xaricdən gələn cürbəcür ermənipərəst alimlərin, siyasətçilərin, blogerlərin son illərdə Şuşa üzərindən bizim milli qürururmuzu aşağılamağa hesablanan hərəkətlərinin, bizə meydan oxumalarının hamısının əvəzini çıxdı. Düşmənin bütün murdarlıqlarının layiqli cavabı verilmiş oldu. Hətta Cıdır düzündə paxlavalı çay süfrəsinin təşkili də düşmənə və düşmənimizin havadarlarına sözün əsl mənasında göz dağı idi. Prezident bütün bunları dəqiq hesablamışdı. 

İlham Əliyevin Şuşadakı hər bir hərəkəti, hər addımı, hər sözü bir ismarıc idi, bir xəbərdarlıq idi, bir nida idi. Onun xəbərdarlıqları, nidaları ilk növbədə revanşa, qisasa can atan, yenidən müharibənin alovlanmasından dəm vuran Ermənistan rəsmilərinə, siyasi qüvvələrinə, Qarabağda gizlənməkdə davam edən separatçılara, erməni silahlılarına ünvanlanmışdı. Prezident bildirdi ki, bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar, lakin onlar dəmir yumruğu unutmamalıdırlar. Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək. Prezident əvvəlki çıxışlarında da revanşistlərə xəbərdarlıqlar etmişdi. Lakin dövlət başçısının bu dəfə bu xəbərdarlığı məhz Şuşadan – son 27 ildə ermənilərin hər cür vasitələrlə “erməniləşdirməyə” çalışdıqları tarixi Azərbaycan şəhərindən etməsi tamamilə fərqli anlam daşıyır və daha böyük təsir gücünə malikdir. 27 il işğal altında qalandan sonra Azərbaycan Ordusunun Şuşanı savaş yoluyla azad etməsi revanşistlərə ən yaxşı cavabdır və Prezident də dünənki çıxışlarında bunu birmənalı şəkildə vurğuladı, Xüsusi Təyinatlılarımızın şüvaətini qeyd etdi, düşmənin başına yenə dəmir yumruğun endirilə biləcəyini bir daha bəyan etdi.  
Eyni zamanda Azərbaycan torpaqlarında törədilən vəhşiliklərin əsas müəlliflərinin məhz  Köçəryan- Sarkisyan cütlüyünün olduğunu qeyd edən Azərbaycan Prezidenti onların  bu əməllərinə görə cavab verməli olacaqlarını vurğuladı və bundan sonra Azərbaycan torpaqlarında bu cür vəhşiliklərin törədilməsinə yol verilməyəcəyini hər kəsin diqqətinə çatdırdı. Qoy hər kəs bilsin ki, Şuşa bir daha işğal altına düşməyəcək və hər zaman Azərbaycan şəhəri olub, belə də olmağa davam edəcək. Çünki Azərbaycan Ordusu Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qoruyur. Məlumdur ki, kim Şuşaya nəzarət edirsə, Qarabağa və ətrafdakı digər bölgələrə də məhz o nəzarət edir. Odur ki, ölkə başçımızın bu tarixi şəhərimizə səfəri Azərbaycan dövlətinin savaşın qalibi və torpağın sahibi kimi Qarabağa qayıdışını, Şuşanın yenidən Azərbaycanın suverenliyi altına keçməsini ehtiva edir, təsdiqləyir. 

Bu səfər hər bir azərbaycanlıya böyük qürur hissi yaşatdı. Dünən ölkədə hər kəs Prezidentin Şuşaya səfəri haqqında danışırdı. Mən dünən həmsöhbət olduğum insanların hamısının üzündə, gözlərində Şuşa sevincini gördüm, Şuşa sevgisini sezdim. Sosial şəbəkələrdə isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşadakı foto-videogörüntüləri sözün əsl mənasında paylaşım rekordu qırırdı. Dünən Şuşa səfərinin görüntülərini paylaşmaq trendə çevrilmişdi. Bu həm millətin Şuşa sevgisini, həm də Prezidentə dəstəyini göstərirdi. Ancaq öz soydaşlarımızla bərabər, düşmən ölkədə də dünən hər kəs İlham Əliyevin və xanımının səfərindən danışırdı. Prezidentin və Birinci vitse-prezidentin Şuşaya səfər etməsi erməni cəmiyyətinə və siyasi qüvvələrinə ağır psixoloji sarsıntı yaşatdı. Bunu onların öz açıqlamalarından və paylaşımlarından da görmək mümkündür.  

Misal üçün, gəlin Ermənistan Müdafiə nazirinin sabiq müavini Artak Zakaryanın öz Facebook səhifəsində Ermənistanın Baş nazirinə ittihamlı suallarla dolu müraciətini birlikdə oxuyaq:  “Pənah xan (indiki Əliyev) xain Melik-Şahnazarın (indiki  xain Nikolun) gözü qarşısında tarixdə ikinci dəfə özünü Şuşada tapdı. Bununla da “Şuşa kimindirsə, Qarabağ onundur” mesajını verdi. Nikol, babalarının Şuşadan gəldiyinə görə öyünürdün və Qarabağ köklərinə sahib olduğuna görə fəxr edirdin? Cənab, “ali komandan” demək yaxşı çıxmır. Səninləyəm! Əliyevlərin Şuşa ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı? Yoxsa hakimiyyəti davam etdirmək üçün keçirəcəyin seçkilərə görə “cib” və korrupsiyalaşmış “partiyalar”la görüşlərdəsən? Yoxsa Əliyevlərin Azərbaycan bayrağını qaldırmaq üçün Verin və ya Nerkin Voskepar, Tavuş bölgəsi, Sofula və Barxudarlu, Ararat bölgəsinin Tigranaşen, Sünik bölgəsinin Şurnux, Ardaniş və Geğarkunik bölgəsinin Sotk mədənlərinə gələcək günü gözləyirsən? Ermənilərin taleyi, ümumiyyətlə, ətrafında baş verənlər səni heç maraqlandırırmı? Sabah və ya birisi gün ev tikib uşaq böyüdəcək, kilsəyə gedib facebookda toy edə biləcəksənmi? Hələ də bu xalqın tək bir probleminin Nikol Paşinyan olduğuna əmin deyilsən?”

Revanş çağırışlarına qarşı olduğunu bildirən və bunu açıq şəkildə dilə gətirən Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan isə dünənki müraciətində “ərazilərin geri qaytarılmasına”, yəni hərbi revanşa çağıranları “ziyanlı və reqressiv” adlandırıb: “Bu gün bir çox ekspertlər, müxtəlif xadimlər deyirlər ki, bilirsiniz, bir neçə illik dinc həyatdan sonra biz güclü olarıq, silahlanarıq və sonra qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm ki, mənə barmaqla göstərsinlər, onlar kimin 18 yaşlı oğlunun hesabına bunu etmək istəyirlər. Ermənistanın bütün qonşuları ilə uzunmüddətli və ya hətta daimi sülhün təmin edilməsinə can atmaq lazımdır. Region sonda nəhayət insani sifətə malik olmalıdır”.

Göründüyü kimi düşmən ölkədə Azərbaycanın dövlət başçısının ismarıclarını, xəbərdarlıqlarını doğru-düzgün dəyərləndirən, rasional yanaşma sərgiləyən fərdlər və qüvvələr də var. Bu isə bir daha onu göstərir ki, deməli, Prezident İlham Əliyevin ötən gün Şuşadan səsləndirdiyi fikirlər, etdiyi xəbərdarlıqlar tam hədəfinə dəyib. Qoy olsun. Biz də elə bunu istəyirdik. Bu bizim istədiyimiz bir nəticədir. Bəli, ermənilər bu gün miskin və məğlub Nikol Paşinyanın, hakimiyyətə can atan Vazgen Manukyan, Edmon Marukyan kimi revanşistlərin, yenidən səfir olmağın xiffətini yaşayan Mikael Minasyan (Serj Sərkisyanın kürəkəni) kimi xəyalpərəstlərin xəstə təfəkküründən doğan zəhərli fikirləri deyil, məhz İlham Əliyevin ismarıclarını, xəbərdarlıqlarını müzakirə etməli, düzgün nəticələr çıxarmalı, ağıllı mövqe nümayiş etdirməlidirlər ki, Lena Nazaryan demişkən, region sonda nəhayət insani sifətə malik olsun. Ermənilər öz faşist mahiyyətlərindən, millətçi hədəflərindən, revanşist çağırışlarından əl çəkib insanlığa qayıtmalı, insani sifət almalıdırlar. 

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı

Oxşar xəbərlər
19:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
19:30, Bu gün
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
19:27, Bu gün
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
19:23, Bu gün
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:13, Bu gün
Bakıda hoteldə yanğın başlayıb
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
GÜNLÜK
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev