Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın Şuşa səfəri, ölkə başçısının səfər əsnasında səsləndirdiyi mesajlar, “güllələnmiş heykəllər”in yenidən öz yerinə qaytarılması, şəhərin dini, tarixi və mədəni məkanlarına edilən ziyarətlər bütün Azərbaycan xalqı tərəfindən böyük sevinc və məmnunluqla izlənilib. Ölkə başçısı mədəniyyət paytaxtımızda səsləndirdiyi tarixi bəyanatlarda Şuşanın Azərbaycan üçün həyati önəminə bir kəs daha diqqət çəkib, onun xalqımız, dövlətimiz üçün vazkeçilməz olduğunu, bu qədim şəhərin əbədi olaraq xalqımıza məxsus olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin Şuşa səfəri böyüklərlə yanaşı, uşaqlar tərəfindən də sevgi və rəğbətlə qarşılanıb. 9 yaşlı məktəbli Zəhra İmranlı “Şuşa – sən ən böyük möcüzəsən!” adlı çıxışında Şuşaya uşaqların gözü ilə nəzər salıb, qədim mədəniyyət mərkəzimizin dünəni və bu gününü yada salmaqla yanaşı, Şuşanın sabahına, gələcəyinə olan inamını da ifadə edib. Prezident İlham Əliyevin səyi ilə Şuşanın yenidən dirçələcəyini, layiq olduğu şöhrət və xoşbəxtliyə qovuşacağınına əminliyini ifadə edən Zəhra İmranlı, bu tarixi şəhəri ən böyük möcüzə kimi xarakterizə edib.
Zəhra İmranlının sözügedən çıxışını oxucularımıza təqdim edirik.
Seymur ƏLİYEV