Şəhidləri yaddaşında daşıyan Şeyxülislam - 20 Yanvarın Qələbə çiçəyinə çevrilən qərənfil...
Cəmiyyət
Oxunub: 2525
19 Jan 2021 | 22:40
Şəhidləri yaddaşında daşıyan Şeyxülislam  - 20 Yanvarın Qələbə çiçəyinə çevrilən qərənfil...

1990-cı ilin 20 Yanvar Bakı qırğını Azərbaycan tarixinin ən ağır və qanlı səhifəsi olaraq xalqın yaddaşına yazılıb. Ermənilərin Dağlıq Qarabağda başladığı separatçı hərəkata etiraz edən azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünün pozulmasına göz yuman SSRİ rəhbərliyindən ədalətli yanaşma tələb edirdilər.

Moskva isə bu etirazı qanla boğdu.

Azərbaycana soxulan sovet ordusu heç bir xəbərdarlıq etmədən dinc sakinləri gülləbaran etdi. Bakıya, Lənkərana, Neftçalaya yeridilən sovet ordusunun hissələri qanlı qırğına əl ataraq mülki şəxsləri qətlə yetirdilər. Yüzlərlə insan həlak oldu, minlərlə sakin yaralandı.

Bu cəza ilə Azərbaycanı qorxutduğunu guman edən SSRİ rəhbərliyi və Mixail Qorbaçov tezliklə yanıldığının şahidi oldu. Azərbaycanda müstəqillik uğrunda milli azadlıq hərəkatı geniş vüsət aldı. Bir ildən sonra -1991-ci ildə artıq müstəqil Azərbaycan dünya siyasi sisteminə qədəm qoydu.

O ağır ildən 31 il ötür.

Bu illər ərzində Azərbaycan daim 20 Yanvar Şəhidlərinin xatirəsini əziz tutub, hadisələrin şahidləri hər zaman bu qanlı cinayətin səbəbkarlarını lənətləyib, cəzalandırılmasına çağırıb. Azərbaycan dövləti qanlı cinayətdə əli olan sabiq sovet rəhbərləri haqqında cinayət işi qaldırıb, faciənin səbəbkarlarının hüquqi müstəvidə cəzalandırılması üçün əlindən gələni edib.

Hər il 20 yanvar ərəfəsində Yanvar qırğınının şahidləri ötən günü xatırlayırlar.

Hadisələrin episentrində olmuş Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də qanlı cinayətin təşkilatçılarını ilk gündən açıq lənətləyən ictimai və dini liderimiz olub. Hər il yanvar ayının əvvəlindən başlayaraq sosial şəbəkədəki rəsmi hesabında “Unutmadıq” həştəqi ilə 20 yanvar hadisələrinin Şəhidlərini yad edir, o tarixin ən ağır səhifələrinə ayna tutur. QMİ sədri bəyanatlarında daima SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov başda olmaqla bu qanlı cinayətin təşkilatçılarının cəzalandırılmasını tələb edir. Belə mövqe ilə hələ SSRİ zamanından, 1990-cı ildən tanınan QMİ sədrinin Bakı qətliamı ilə bağlı sovet rəhbəri Mixail Qorbaçovu ittiham edən müraciəti dünyada böyük rezonans vermişdi.

Azərbaycanda Dağlıq Qarabağdakı separatçılara qarşı etiraz hərəkatı başlananda ateist cəmiyyətdə böyümüş sovet azərbaycanlıları tribunada durmuş gənc Şeyxülislamın çıxışını maraq və təəccüblə dünləmişdilər. “Torpaqdan pay olmaz!” şüarına dəstək verən QMİ sədri bu etiraz dalğasının aparıcı fiqurlarından oldu. Məhz onun sədrlik etdiyi QMİ sovet rejiminin Təzəpir məscidinin bir künücünə sıxışdırdığı dini inancı cəmiyyət üçün haqqa olan inam meyarına çevirdi və Azərbaycanın bütün siyasi tarixində aparıcı xəttə çıxartdı.

Sovet rəhbərliyi üçün gənc Şeyxülislamın belə əks mövqeyi gözlənilməz idi. SSRİ-də dindarlar ya passiv, ya da proseslərə çox məhdud müdaxilə imkanlarına malik idilər. Dağlıq Qarabağda separatizm hərəkatı başlananda Erməni kilsəsi və onun katolikosu bu avanturaya dəstək verən başlıca qüvvə oldusa,  Şeyxülislam Azərbaycanın haqq işinin ardıcıl müdafiəçisi və xalqlar arasında nifaq salanları lənətləyən müqəddəs yazıları əsas şüara çevirdi.

O illərdəki siyasi böhran vaxtlarında xalqın yanında olan A.Paşazadə 20 Yanvar qırğınına yol verməmək üçün göstərilən bütün səylərin önündə gedib.

Həmin dönəmdə Azərbaycanın tanınmış elm adamları, yazıçıları, ictimai xadimləri ilə sovet rəhbərliyinin Bakıya gəlmiş nümayəndələri ilə görüşlərdə iştirak edən QMİ sədri bütün bacarığını fəlakəti önləməyə, ölkəsinin haqq səsinin eşidilməsinə yönəltmişdi.

Bununla bağlı tarixin şahidlik etdiyi faktlar kifayət qədər maraqlıdır.

SSRİ rəhbərliyi üçün Bakıda keçirilən çoxmilyonlu etiraz aksiyaları böyük təhlükə idi. Kreml hər vəchlə Bakıda baş verən hadisələri məcrasından çıxarmaq üçün təxribatlara əl atmadan çəkinmirdi. Qanlı qırğından əvvəl Bakıya gəlmiş SSRİ İttifaqlar Sovetinin sədri Yevgeni Primakov, SovİKP-nin katibi Girenko və digər yüksək rütbəli məmurlar yerli sovet rəhbərləri ilə görüşlərində Qarabağla bağlı istənilən narazlığı eşitmək belə istəmir, şəhərdə sakitliyin bərpası üçün əlindən gələni edəcəkləri ilə hədələyirdilər.

Yanvarın 17-də Azərbaycan SSR-nin Kommunist Partiyasının Mərkəzi Komitəsində xalq şairi Bəxtiyar Vahabzadə, xalq yazçısı İsmayıl Şıxlı, QMİ sədri Allahşükür Paşazadə ilə 1-ci katib Vəzirov, Y.Primakov və şöbə müdiri Mixaylovla keçirilən görüşdə ordunun Bakıya girməməsi istənilirdi.

Mübahisələrlə keçən bu görüşdə QMİ sədri Yevgeni Primakovun üzərinə yeriyərək sərt şəkildə ondan ordunun şəhərə girməməsini tələb edib və əks təqdirdə bunun pis nəticə verəcəyini bildirmişdi.

Kreml öz cinayətinə bəraət qazandırmaq üçün islam dini faktorundan istifadəyə də əl atır. Yevgeni Primakov Şeyxülislama Azərbaycanda hakimiyyəti ələ alacağı təqdirdə sovet ordusunun Bakıya girməyəcəyini vəd edir. Bu, rus imperializminin üfünətli, klassik təxribatı idi. Bunu dərhal başa düşən QMİ sədri təklifə sərt reaksiya verir və Primakova deyir ki, o “komsomol məktəbinin yox, Buxarada dini məktəbin məzunudur”.

SSRİ rəhbərləri bu təxribata qanlı qırğına bəraət qazandırmaq üçün bir daha əl atdılar.

Bütün cəhdlərə baxmayaraq sovet ordusunun hissələri gecə Bakıya daxil oldu. Azərbaycan üçün o qanlı günlər xalqın və onun önündə gedən oğulları üçün bir sınağa çevrildi.

Bakı qırğınından dərhal sonra sovet rəhbəri Mixail Qorbaçov dünyaya bəyan etdi ki, Azərbaycanda dini ekstemist fanatiklər sovet hakimiyyətini devirməyə cəhd ediblər və guya bunun qarşısı alınıb. Bu açıq-aydın ağ yalana ilk reaksiya verən QMİ sədri Allahşükür Paşazadə oldu. Qorbaçovu “fitnəkar” adlandıran Şeyxülislam 20 Yanvar qanlı qırğını ilə bağlı bəyanat verdi. Bu, 70 illik SSRİ tarixində din xadiminin sovet rəhbərini açıq mətnlə ittiham edən ilk bəyanat idi.

A.Paşazadə öz müraciətində Mixail Qorbaçovu Bakıda baş vermiş qanlı qırğının əsas təşkilatçısı elan edərək onu qatil adlandırdı: “Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikəparça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanədə puç oldu. Çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı “Sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin, azərbaycanlılarla silah gücüylə danışmaq olmaz”-deyə bəyanatında Şeyxülislam bildirirdi.

Moskvanın bu böhtanı Şəhidlərin çoxmilyonlu dəfni zamanı bir daha üzə çıxdı. Şeyxülislamla yanaşı Azərbaycanda pravoslav kilsəsinin rəhbəri və yəhudi ravvini irəliləyirdi. İçərisində qanlı qırğının qurbanı olmuş rus, ukraynalı, yəhudi, tatar xalqlarına mənsub şəxsər olan Şəhid tabutlarını xalq öz çiyinlərinə almışdı.

Şəhidlərlə bağlı yaradılmış İctimai Dəfn Komissiyasının Kremlin  Azərbaycanda “islam təməlçiliyi”nə dair əsassız iddiaları ilə bağlı “Nyu-york tayms” (ABŞ) qəzetinin müxbirinin sualın cavabı birmənalı olmuşdu:  “Şəhidlər Xiyabanı”nda azərbaycanlılarla bir məkanda, yan-yana rus, tatar, yəhudi, ləzgi millətindən olanlar da dəfn olunub. Bizi islam təməlçiliyində günahlandırırlar. Biz fundamentalist olsaydıq, yəhudiləri və rusları burada dəfn edərdikmi?”

Şəhidlərin dəfni də sovet rəhbərlərinin ciddi müqaviməti ilə rastlaşmışdı.  Yanvarın 21-də “Təzəpir” məscidinə gələn sovet hərbi komendantının nümayəndələri həlak olmuş şəxslərin meyitlərinin dərhal məsciddən çıxarılaraq qeydiyyada olduqları rayonlar üzrə aparılmasını tələb etdilər. Bu tələbi rədd edən Allahşükür Paşazadə din xadimləri ilə keçidiyi toplantıda bəyan edir ki, Şəhidlərin dəfni ilə bağlı İctimai Komissiya yaradılıb. Şəhidlərin Dağüstü Parkda dəfn olunması qərara alınıb.

Şəhidlərin nəşinin müsəlman qaydalarına uyğun hazırlanması üçün iş başlanır.  Tikə-parça olmuş, güllələrin parçaladığı meyitləri göz yaşları içində cənazə törəninə hazırlayan ruhanilər üçün mənzərə dəhşətli idi. A.Paşazadə müsahibələrinin birində demişdi ki, “kəfən çatdırmaq olmurdu, dəfn olunmaq üçün gətirilmiş tək insan qolunu indi də unuda bilmirəm”.

Dağüstü Parkda Şəhidlərin dəfn üçün rəsmi  icazənin alınması da çətinliklə başa gəlib. Fövqəladə vəziyyət elan olunduğu üçün bütün idarə, təşkilat, qurumların səlahiyyətləri Bakı şəhər komendantlığına keçmişdi. O zaman 26-lar rayonunun (indiki Səbail) birinci katibi  olan mərhum Vəli Məmmədov və İcraiyyə Komitəsinin sədri Əli Məmmədov kabinetdən gizli yolla əldə etdikləri  rəsmi blankda şəhidlərin Dağüstü parkın ərazisində dəfn olunmasına icazə verilməsi barədə sərəncam imzalayırlar.

Şeyxülislam bütün din xadimlərinin şəhid cənazələrinin yanında olmasına göstəriş verir. Şeyxin xüsusi tapşırığı isə vəziyyətin mürəkkəbliyini bir daha açıb göstərir: Allahşükür Paşazadə din xadimlərinə evdən ailə üzvləri ilə halallaşaraq çıxmalarını tapşırır. Hər şey gözlənilən idi.

Kütləvi dəfnin qarşısını ala bilməyəcəyini hiss edən sovet hərbi komendantlığı ordu hissələrini Bakının mərkəzinə çıxarmaq qərarına gəlir. Şeyxülislam mərasim zamanı bir əsgərin də gözə görünməməsini tələb edir. Yaranacaq dəhşətli böhranı başa düşən hərbçilər dəfn törənində gözə görünmürlər.

Yanvarın 22-də Bakıda Şəhidlərin dəfni başlanır. Milyonlarla insan küçələrə, meydanlara çıxaraq öz azadlıq uğrunda həlak olan qəhrəmanlarına son borclarını verməyə gəldilər.  Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın azadlıq uğrunda nümayişinə çevrilir.

O dövrün informasiya blokadası Azərbaycanda baş verən hadisələri dünyaya çıxarmaq üçün əngələ çevrilmişdi. “Azadlıq” radiosunun əməkdaşı Mirzə Xəzərin sayəsində ilk informasiyalar yayılsa da digər əli çatanlar da qanlı qırğın barədə daha çox bilginin yayılmasına çalışırdılar.

Bu baxımdan Vatikan dövlətinin Şeyxülislamla əlaqə yaratması maraqlı və mühüm detal oldu. Qanlı qırğından cəmi bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığına əsasən, Moskvaya ezam olunmuş İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro çətinliklə Dəfn Komissiyasının üzvü olan Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaradaraq  Bakıda baş verənlərlə bağlı ətraflı mlumat alır. 40 dəqiqəlik telefon danışığı əsasında hazırlanan müsahibə «Reppublika» qəzetində çap olunur. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur.

Bütün informasiya agentliklərinin ciddi  nəzarətdə olduğu bir vaxtda QMİ sədri “Vətən” cəmiyyətinin teleksi ilə gizli şəkildə BMT-nin baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova etiraz bəyanatını göndərə bilir.

1990-cı ilin mart ayında isə A.Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edərək, SSRİ xalq deputatı mandatından imtina etmişdi.

Üstündən 31 il ötməsinə baxmayaraq Azərbaycan xalqı azadlığı uğrunda öz canını fəda etmiş əziz Şəhidlərini unutmur. Hər il yüz minlərlə insan övladları, nəvələri ilə Şəhidlər Xiyabanına üz tutaraq bu Qəhrəmanları xatırlayır, onların nakam ruhuna dualar oxuyurlar. Qarabağ uğrunda canlarını qurban vermiş Şəhidlərimizin narahat ruhu bu gün sevinir. Azərbaycanın müzəffər ordusu 44 günlük müharibədə Ermənistanı darmadağın edərək torpaqları işğaldan azad edib. Bu gün Şəhidlər Xiyabanını ziyarətə gedəcək insan selinin qəbirlər üzərinə qoyacağı qərənfil təkcə kədər rəmzi yox, həm də qələbə simvolu olacaq.

Bu tarixi yaşadanlar isə 20 Yanvar qırğınını, Azərbaycan xalqının qəhrəmanlığını nəsillərdən-nəsillərə ötürülməsində müstəsna rol oynayır.

Əfqan ABBASLI

Oxşar xəbərlər
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?