İki ölkəni üz-üzə qoyan casus qız – Sevimli liderin "xüsusi" tapşırığı...
Oxunub: 2591
20 Jan 2021 | 01:19
İki ölkəni üz-üzə qoyan casus qız –  Sevimli liderin
1987-ci il noyabrın 29-da içərisində 115 sərnişin olan Vyana-Bağdad-Əbu-Dabi-Seul marşrutu üzrə hərəkət edən Cənubi Koreyaya məxsus bir təyyarə qəfil radarlardan itdi və ehtimal ki, Andaman dənizinin üstündə partladı.

Sərnişinlərin yoxlanılması vaxtı özünü “yapon ailəsi” kimi təqdim edən iki şübhəli dərhal ələ keçdi: Bağdadda təyyarəyə minmişdilər və tezliklə qəzaya uğrayacaq təyyarənin son dayanacağında - Əbu-Dabidə düşmüşdülər və oradan Bəhreynə uçmuşdular. Bəhreyn polisi onları tez bir zamanda saxladı –saxta Yaponiya pasportları diqqəti cəlb etdi.

Tutulma prosesində “ata” bir zəhər kapsulu ataraq intihar etdi, “qızını” isə sağ ələ keçirmək mümkün oldu, bir müddət sonra Seula aparıldı. Ələ keçdikdən sonra özünü gah “şimali koreyalı”, gah “çinli”, gah da “yapon” kimi təqdim etdi. Amma sonda onun KXDR-dan (Şimali Koreya) olduğu, adının Kim Xyun-Xi olduğu ortaya çıxdı.

Kim Çen İrin tapşırığı

İstintaq zamanı edilən etiraflar şəxsən Şimali Koreya lideri Kim Çen İrdən bir təyyarəni partlatmaq tapşırığı almış bir qadın casusun melodramatik hekayəsini əks etdirdi. Məlum oldu ki, təyyarə partlayışı “Cənubi Koreyadakı daxili terrorizm”i təqlid etməli, əcnəbiləri Seula gəlməkdən çəkindirməli və ümumiyyətlə Seul üçün çox vacib olan 1988-ci il Olimpiadası ərəfəsində mənfi imic yaratmalı idi.

Kim Xyun-Xinin ifadələri Pxenyandakı rejimə dair bir sıra qorxunc dəlillərin dövriyyəyə buraxılmasına səbəb oldu. Kimin ifadələri qaranlıq cinayətlərin təfərrüatları ilə doluydu. Nüfuzlu bir diplomatın ailəsində necə yaşadığını və kəşfiyyatçı olmaq imkanı qazandığını, Şimali Koreya xüsusi xidmət orqanları tərəfindən qaçırılan əsl bir yapon qadından necə yapon dilinin incəliklərini öyrənərək səylə çalışdığını, sevimli lideri Kim Çen İr tərəfindən şəxsən ona verilən “xüsusi tapşırıq” üçün necə seçildiyini etiraf etdi.

Edam kürsüsündən azadlığa

Kim Xyun-Xi 1988-ci ilin martında edama məhkum olundu. Ancaq 1990-cı ilin aprelində əfv edildi. Bu gün cənubi koreyalı əri (iddiaya görə, keçmiş kəşfiyyatçı) ilə Seulda yaşayır, elmi mühazirələr və ədəbi fəaliyyətlərindən pul qazanır. Hətta Yaponiyaya da gedib, burada Pxenyandakı rejim tərəfindən qaçırılan yaponların yaxınlarına Şimali Koreyadakı həyatın dəhşətləri haqqında həqiqətləri danışıb. İddiaya görə, yazdığı kitablardan əldə etdiyi gəlir bir milyon dollara yaxındır.

Şübhə toxumları

Bağışlanılmaz cinayətə imza atmış Kim Xyun-Xinin gözlənilmədən əfv edilməsi və Cənubi Koreyada evlənməsi, habelə qəribə bir qərarla Seulda “kommunist terrorçu”dan mühafizəkar protestanta çevrilməsi bunun bir təxribat olması ehtimalını gücləndirdi. Vaxtilə SSRİ-də də, bu cür casusları asanlıqla “müqəddəs su”ya çəkib bağışlayırdılar. Habelə Bəhreyndə saxta pasportla çox asanlıqla özünü ələ verməsi də, Şimali Koreya kəşfiyyatınının casuslarının peşəkarlığına dair ciddi şübhələr yaratdı. Ancaq ortada başqa qəribəliklər də vardı. Bəzi mənbələr Kim Xyun-Xinin məhkəmədəki çıxışında Şimali Koreya ləhcəsində danışmadığını deyirlər. Daha doğrusu, çıxışında həm Şimali Koreya dilinin, həm də Cənubi Koreyanın xarakterik sözləri olub.

Bundan əlavə, istifadə etdiyi bomba qurğusu ilə bağlı etirafları texniki mütəxəssislər arasında ciddi şübhələr yaratdı. Yapon hərbi mütəxəssisləri Kim Xyun-Xinin çamadanda yerləşdirdiyi partlayıcı maddənin təyyarəni partlatmaq üçün yetərli olub-olmadığına dair suala mənfi cavab veriblər. İddiaya görə, pilotlar hadisə baş verən vaxt rabitə mərkəzinə həyəcan siqnalı göndərməyə vaxt tapa biliblər.

Yenidən açılan dosye

2006-cı ildə Cənubi Koreyada Kim Xyun-Xinin cinayət dosyesi yenidən açıldı. Danışdıqlarının nə qədər doğru olduğunu öyrənməyə çalışan gizli xidmət qadını dindirilməyə dəvət etdi. Lakin bu işə qayıtmaq siyasi mübarizə fonunda baş verdi və o zaman hakimiyyətin cəmiyyətdə şok effekti yaradacaq açıqlamalara ehtiyacı vardı. Mühafizəkarlar şübhəlinin tərəfində durdular. Sorğular çox sərt olduğundan və güclü psixoloji təzyiqdən istifadə edildiyindən, baş verənlər etirafların bir qədər də şişirdilməsi səyləri kimi göründü. Beləliklə, keçmiş illərin versiyasından rəsmi şəkildə şübhə etmək cəhdi heç bir şeylə nəticələnmədi.

Məsələ növbəti dəfə 2012-ci ildə - ABŞ-ın bu məsələ ilə əlaqədar bir sıra sənədləri məxfilikdən çıxarması ilə gündəmə gəldi. Cənubi Koreya mətbuatı dərhal Amerikanın hadisə ilə bağlı əlavə bir araşdırma apardığını və eyni nəticələrə gəldiyini yazdı, yəni terror aktında Şimali Koreyanın iştirakı bir daha təsdiqləndi.

Şimali Koreyadan şübhələnmək

Seul ABŞ-dan gələn mütəxəssislərin köməyindən imtina etdi və amerikalılar müstəqil istintaq aparmadılar. Sadəcə Cənubi Koreyanın rəsmi versiyasını passiv şəkildə yayımladılar. Kim Xyun-Xinin açıqlamalarına əlavə olaraq, saxta pasportlar, əvvəlki terror hücumları və digər KXDR agentlərinin həbs edilərkən zəhərli ampulalardan istifadə etməsi də, “Şimali Koreya izi”nin sübutu kimi qəbul olundu.

Digər terror hücumlarına gəldikdə, 15 sentyabr 1986-cı il tarixində Ximpxo Beynəlxalq Hava Limanında baş verən partlayışdan söhbət gedir. Hadisədə beş Cənubi Koreya vətəndaşı həlak oldu, 19 nəfər yaralandı. Terror aktı Asiya Oyunlarına 6 gün qalmış baş verdi və Cənubi Koreya polisi dərhal Şimali Koreyanı ittiham etdi. Cinayətkarların kimliyi açıqlanmasa da, əsas şübhəli yenə Şimali Koreya idi. Bir il sonra bu barədə fərziyyə rəsmi şəkildə sübut kimi təsdiq edildi.

“Mayumi”

Sənədlər əvvəlcə özünü “yapon qadını Mayumi” kimi təqdim edən Kim Xyun-Xinin bir əcnəbi kimi səlis yaponca danışdığını göstərir. Lakin bu, Yaponiyadakı etnik koreyalılara mənsub olmasına uyğundur. Ölkədə daimi yaşamalarına baxmayaraq, yapon dilini Koreya ləhcəsi ilə danışırlar və bu səbəbdən yapon dili müəllimi ola bilməzlər. Kim Xyun-Xi isə Bəhreyndə ələ keçərkən, özünü “yapon dili müəllimi” kimi təqdim etmişdi. Sui-qəsd nəzəriyyəçilərinə görə, bu, rəsmi sənədlərə etiraz edənlərin dəlil kimi irəli sürdüyü versiyalardan biridir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) öz araşdırmasını aparmadı. “Təyyarə Qəzaları Qeydi”ndə digər hadisələrin geniş təfərrüatlı təsvirlərindən fərqli olaraq, bu hadisə ilə bağlı məlumatlar çox qısadır. ICAO sadəcə qəza barədə Cənubi Koreya tərəfindən verilən məlumatlarla kifayətlənib.

36 min saatlıq uçuş

Sui-qəsd nəzəriyyəçiləri bu seriyadakı təyyarələrlə bağlı hadisələrin tez-tez baş verdiyinə də diqqət çəkirlər. 1010 ədəd “Boinq 707”-dən 192-si müxtəlif hadisələr nəticəsində istismardan çıxıb. Onların təxminən yarısı terrorçular tərəfindən partladılsa da və ya döyüş əməliyyatları zamanı zədələnsə də, yerdə qalan say bu təyyarələrin texniki səbəblərdən sıradan çıxmasının kifayət qədər yüksək olduğunu göstərir. Bundan əlavə, partlayan təyyarənin artıq çox böyük bir uçuş vaxtı (36 min saat) vardı, yəni risk altında olub. Buna görə də, sui-qəsd nəzəriyyəçiləri hadisənin texniki qəza olması versiyasını istisna etmirlər. Lakin bununla bağlı da bir araşdırma aparılmayıb.

İddiaya görə, qəzadan sonra təyyarənin bəzi hissələri Myanma sahillərinə atılmışdı. Amma dəqiq olaraq bunların hansı hissələr olduğu və hansı vəziyyətdə olduğu və ya bunlarla bağlı araşdırmanın hansı nəticələr verdiyi barədə məlumat yoxdur. Hadisə barədə yeganə dəlil isə Kim Xyun-Xinin ziddiyyətli ifadələridir.

Əbu-Dabidə təxirə salınan səfər

Kim Xyun-Xinin ifadələri Pxenyanda Cənubi Koreya xüsusi xidmət orqanlarının təxribatı kimi xarakterizə olunur. Burada diqqət yalnız Kim Xyun-Xinin Cənubi Koreya kəşfiyyat xidmətindəki işinə deyil, danışdıqlarının və “xüsusi peşman olma anı”nın tamamilə oyun olmasına da yönəldilib.

Şimali Koreya mütəxəssisləri aktın çox əlverişli bir şəkildə baş verdiyinə diqqət çəkir. İddiaya görə, 1987-ci ildə Cənubi Koreyada prezident seçkiləri ərəfəsində sol müxalifətin qalib gəlmə şansı olduqca yüksək idi. Məlumata görə, təyyarənin sadəcə radardan itməsinə və qalıqlarının heç vaxt tapılmamasına baxmayaraq, dönəmin Prezidenti Çon Du Xvan demək olar ki, dərhal bütün bunların “Şimaldan gələn agentlərin” işi olduğunu bildirdi. Qəribə bir təsadüf nəticəsində 11 cənubi koreyalı dövlət adamı və iki kəşfiyyat zabiti Əbu-Dabidə təyyarədən düşmüşdü.

Kim Xyun-Xi

Yaponiyanın sol mətbuatına görə, “Mayumi” öz tərcümeyi-halını təqdim edərkən, danışdıqları yaşına uyğun gəlməyib, o, dediyindən bir neçə yaş böyük olmalı idi və məşhur diplomatlar arasında atasının kimliyini müəyyənləşdirmək cəhdləri də sınaqdan keçməyib. Qız tərəfindən dəfələrlə təkrarlandığı iddia edilən “agent telefon nömrəsi”nin axtarışlarında da problemlər ortaya çıxdı, bu, Budapeştdə bir məktəbə aid telefon nömrəsi idi.

34 il əvvəl baş verən dəhşətli qəzanın bütün təfərrüatı yalnız bir şəxsin ifadələri ilə müəyyən edilib – “yapon Mayumi” və ya “şimali koreyalı Kim Xyun-Xi”nin danışdıqları əsasında…(teleqraf.com)
Oxşar xəbərlər
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:42
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:42
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO