“Qohumları əzizlərini geyim parçaları ilə tapırdılar” - 20 Yanvar faciəsinin şahidləri
Oxunub: 1024
20 Jan 2021 | 15:44
“Qohumları əzizlərini geyim parçaları ilə tapırdılar” -  20 Yanvar faciəsinin şahidləri
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə “Zərbə” adlı əməliyyat keçirmək üçün Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir sıra şəhərlərinə Sovet ordusunun 26 000 nəfərdən ibarət bölməsi göndərildi. Hərbi istila nəticəsində 147 dinc sakin öldürüldü və 744 nəfər yaralandı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” adı ilə düşdü.

Media.Az bu hadisələrin şahidləri ilə danışıb.

“O zaman yeddi yaşım var idi. 16 yanvarda bacımı uşaq bağçasından götürdüm, evə getdik, anamın işdən gəlməsini gözlədik. Hələ o vaxt şəhərdə mitinqlər keçirilirdi, Bakıdan çıxış bağlanmışdı və anam o vaxt yaşadığımız Xırdalana piyada gəlirdi. Atam məsul bir vəzifə tuturdu, bu səbəbdən işdən evə gələ bilmirdi. Ertəsi gün valideynlərim Bakıdakı qohumlarını ziyarət etmək qərarına gəldilər. Hələ uşaq olduğuma baxmayaraq, böyüklərin baş verənlərdən nə dərəcədə narahat olduqlarını görürdüm”, - deyə Əşrəf Həsənzadə olanları danışır.


Qeyd etmək lazımdır ki, bu faciəli hadisələrdən əvvəl Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, erməni şovinistlərinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Bölgəsindəki təcavüzkar separatçılıq fəaliyyəti və sovet rəhbərliyinin bu qanunsuz fəaliyyətlərə biganə qalması, habelə yüz minlərlə azərbaycanlının Ermənistandan məcburi şəkildə deportasiyası baş vermişdi. Bütün bunlar Azərbaycanda sovet rejiminə qarşı hərəkatın güclənməsinə cəbəb oldu.

1990-cı ilin yanvarın 19-da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu maddəsini və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq 20 yanvar tarixindən etibarən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında bir fərman imzaladı.

“Sıravi vətəndaşlar Bakıda fövqəladə vəziyyətin nə vaxt tətbiq olunduğunu belə bilmirdilər. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi bölməsi olan “Alfa” Azərbaycan televiziyasının enerji blokunu partlatdı, bununla əlaqədar televiziya yayımı dayandırıldı. Hər şey sovet qoşunlarının Bakıya girməsi və mülki insanları amansızcasına qətlə yetirməsi ilə sona çatdı”, - deyə Ə.Həsənzadə olanlar barədə danışır.

O, vurğuladı ki, insanlar onlarla niyə belə rəftar edildiyini anlamırdılar, sanki Bakı qanlı bir örtüklə örtülmüşdü.

“Yanvarın 20-də atam bizi evimizə, Xırdalana aparmağa qərar verdi. Və biz tam olaraq qırğın baş verən yerlərdən keçdik. Xırdalanın girişində üstündən tank keçmiş maşın gördük. Ölənlərin cəsədləri avtomobildə idi, ətrafda hər şey qan içində idi. Sonradan ölən dörd nəfərin alim olduğu ortaya çıxdı”,  - deyə Əşrəf Həsənzadə sözlərini yekunlaşdırdı.

“Anam Gülmira Bağırova o dövrdə təcili tibbi yardım stansiyasında həkim işləyirdi. 1990-cı ilin yanvarın 19-da o, bizimlə sağollaşaraq işə getdi. Həmin vaxt iki yaşım var idi, nə baş verdiyini anlayacaq yaşda deyildim. Bacım və mən böyüdükdən sonra anam həkimlərə yaralıları daşıma imkanının verilməməsindən danışırdı. Onun sözlərinə görə, Filarmoniyanın yaxınlığında təcili yardım maşının qabağını bir tank kəsib, onlara yol verilməyəcəyi barədə təhdidlər irəli sürüb, sonra isə onlara atəş açılıb. Anam da güllə yağışına tutulanlar arasında olub. Həmin vaxt onun həmkarı – həkim Aleksandlr Marxevka həlak olub. Anam hər zaman onu dərin kədərlə xatırlayır. Marxevkanı az adam tanıyır, halbuki, o, zərərçəkən dinc sakinləri xilas edənlərdən biri olub… 


Anamın dediklərini eşidəndə insanın damarlarında qanı donur: həkimlər ölənlərin qalıqlarını toplayıblar, qohumları isə əzizlərinin qalıqlarını geyim parçaları ilə tapıblar... Anam indi də bu barədə danışmağı sevmir, baş verənləri xatırlamaq onun üçün ağırdır”, - deyə paytaxt sakini Elvira Bağırova danışır.

“O günü yaxşı xatırlayıram. Bakı Dövlət Universitetində birinci kursda təhsil alırdım və həmin gün ilk imtahanımı verməliydim. Mən o zaman qanlı hadisələrin baş verdiyi yerlərdən birinin yaxınlığında, Hüseyn Cavid prospektində yaşayırdım, həmin vaxt ora Nəriman Nərimanov prospekti adlanırdı”, - deyə İlqar Vəlizadə xatırlayır.


“Televiziya yayımı olmadığı üçün nə baş verdiyini yalnız təxmin edə bilirdik. Yanvarın 19-dan 20-nə keçən gecə saat 03:00 radələrində bir səs eşitdim, eyvana çıxanda küçə boyu tankların hərəkət etdiyini gördüm. Bir çox yaşayış binası atəşə tutulmuşdu. Başa düşmədiyim səbəbdən  hərbçilər eyvanlara və pəncərələrə atəş açırdılar, nəticədə insanlar öldü. Anam məni eyvana buraxmırdı, amma mən gənc idim, mənə maraqlı gəlirdi və əlbətdə ki, onun məsləhətlərinə əhəmiyyət vermədim. Təsəvvür edin, eyvana çıxdım və iki güllə yanımdan keçdi”, - deyə İ.Vəlizadə bildirir.

Onun dediyinə görə, ertəsi gün universitetə gələndə tələbələrin artıq qiymətlərinin yazıldığını öyrənib.

“Müəllimə müraciət etdim və o, mənə maraqlı bir cümlə dedi: “İndi xalqımız imtahan verir, sən isə artıq keçmisən”. Sonradan anladıq ki, imtahana getməklə həyatımızı riskə atmışdıq, çünki neçə-neçə vətəndaşımız güllə yarasından ölmüşdü, sovet ordusunun tankları altında qalmışdı. Onların hamısı şəhərlərini silahsız qorumağa çalışan mülki şəxslər idi”, - deyə İlqar Vəlizadə sözlərini yekunlaşdırıb.

Sonda qeyd edək ki, 31 il əvvəl törədilmiş qanlı 20 Yanvar hadisələri beynəlxalq birlik tərəfində siyasi və hüquqi qiymətləndirilməlidir. Bu dəhşətli faciə nəticəsində BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub. Beynəlxalq hüquq normalarına görə, 20 Yanvar hadisələri bəşəriyyətə qarşı cinayət kimi xarakterizə olunmalı, onun təşəbbüskarları və icraçıları cəzalandırılmalıdır.
Oxşar xəbərlər
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi