Ehtiramlı davranışla yaltaqlıq arasında sərhədlər...
Oxunub: 1318
22 Jan 2021 | 07:55
Ehtiramlı davranışla  yaltaqlıq arasında sərhədlər...
Bismilləhir-Rahmənir-Rahim!

İnsanlıq, bəşəriyyət üçün bütün əxlaqi mövzular hər zaman üçün aktualdır. Amma, bəzi əxlaqi rəzilətlər və fəzilətlər müəyyən dönəmlərdə xüsusilə aktuallıq kəsb edirlər. Bu kimi əxlaqi keyfiyyətlərdən də biri – insanın ətrafında olan digər insanlarla xoş, ehtiramlı davranışı və bunun əksi, əxlaqi rəzilətlərdən biri olan – yaltaqlıqdır.

 

Ayırd etmək üçün meyarlar lazım

Gündəlik həyatda və belə görsənir ki, tarixən də bəşərin rast gəldiyi, nifrət olunası eybəcər xüsusiyyətlərdən biri – yaltaqlıqdır. Həm ağıl bu xüsusiyyəti pisləyir, həm də ümumiyyətlə insanın fitrətinə uyğun deyil. Amma, bəzən bu sual meydana çıxır ki, ehtiramlı davranmaqla yaltaqlıq arasında nə fərqlər var?

Yəni, bir tərəfdən dinimiz bizləri təşviq edir ki, xoş davranaq, ehtiramlı, gözəl, qayğılı davranaq, digər tərəfdən də dinimiz, inancımız bizə yaltaqlıqdan uzaq durmağı tövsiyə edir. Düşünmək olar ki, dəqiq meyarlar olmasa, burada düzgün rəftar etmək asan olmayacaq. İnsan ya quru, rəsmi rəftarlara üstünlük verəcək, ya da ki, yeri gəldi-gəlmədi yumşaqlıq göstərəcək.

 

Amma əslində insan özü də yaxşı hiss edir ki, nə vaxt necə rəftar qurur. Biz gündəlik həyatda, müxtəlif vəziyyətlərdə ehtiramlı davranışla yaltaqlığa uyğun davranışı ayıra bilirikmi? Əslində bəli. Hətta bu barədə çətinlik çəkəndə də, insan bəlli meyarlarla bunları fərqləndirə bilər. İnsan bu meyraları bilsə, tanısa – birmənalı biləcək ki, zahirən oxşar mövzuların hansı biri səmimidir, hansı isə süni, qəlp.

 

Ehtiramlı davranışla yaltaqlıq arasında zahirən də fərq var

Müxtəlif hallara, nümunələrə diqqət etməklə, bizlər yaltaqlıq ilə ehtiramlı davranış arasında sərhədləri zahirən görə bilərik. Misal üçün, bir insandır, onun evinə qonaq gəlib. Həmin kəs ədəb göstərir, qonağa ehtiram edir, qarşılamağa çıxır, qapını açır, xoş gəldin deyir, qonağa yer göstərir, lazımi şəkildə xidmətində durur və s. Bunlar hamısı dinimizin bəyəndiyi məsələlərdir. Ehtiram göstərmək, ədəb göstərmək dinimizdə çox bəyənilən məsələdir.

 

Bundan başqa, insanların nəqliyyata minən zaman bir-birlərinə ehtiram göstərməsi, nəqliyyatdan düşən zaman bir-birinə ehtiramlı davranması, növbədə olan zaman, iş yerində, müxtəlif istirahət yerlərində, digər ictimai situasiyalarda mədəni davranışı ancaq təqdir oluna bilər.

O cümlədən də, ailənin öz içərisində valideyn və uşaqların, eləcə də kişinin xanımına münasibətdə, xanımın kişiyə münasibətdə ehtiramlı davranması dinimizdə yalnız təqdir edilir.

Amma, zahirən bu cür oxşar davranış nə zaman yaltaqlığa çevrilir? Nə zaman bu ehtiramlı görünən münasibət eybəcər hala düşmüş olur?

 

Yaltaqlıq nədir?

Dilimizlə bağlı olan izahlı lüğətlərə diqqət edəndə görürük ki, yaltaqlıqla əlaqəli müxtəlif cür izahlar verilir. Bəli, bəzən biz görürük ki, hansısa əxlaqi rəziləti və ya fəziləti müzakirə edirik, məlum olur ki, dilimizdə o sözün başqa çalarları da olur, insanlar dildə istifadə olunana diqqət edir. Amma yaltaqlıqla bağlı elə deyil. İzahlı lüğətdə bu cür gəlir ki, insanın öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmək, riyakarcasına onu tərifləmək – yaltaqlıq hesab olunur.

 

Yaltaqlıq – insanı alçaldan hərəkətdir. Bəli, bizim izahlı lüğətdə göstərilən tərif, prinsip etibarı ilə dinimizin pislədiyi yaltaqlıq rəziləti ilə çox hissədə uyğundur. Bəs biz ehtiramlı davranışla yaltaqlıq arasında fərqləndirici sərhədlərini necə müəyyənləşdirə bilərik? Təqribən mühüm doqquz nöqtədir ki, əgər insan onlara diqqət etməsə, bunlar arasında sərhədləri tapmaqda çətinlik çəkə bilər.

 

Ehtiramlı davranış bütün insanlara münasibətdə olur

Ehtiramlı davranış bütün insanlara münasibətdə özünü göstərir. Yəni, ehtiramlı davranış bütün insanlara münasibətdə təqribi eyni müsbət bünövrə üzərində olur. Burada seçimlilik yoxdur. Əgər seçimli olarsa, əgər fərqlənərsə, bəzi halda ehtiramlı davranış meydana gələr, bəzi halda gəlməzsə, bu fərqlənmənin meyarı təqva yox, hansısa mənəvi kateqoriyalar yox, güc sahibi olmaq, maddi səbəblər olarsa, dünya ilə bağlı olarsa – bu zaman bu cür davranış ehtiramlı rəftar kateqoriyasından çıxar və yaltaqlıq hesab olunar.

 

Əgər insan ehtiramlı davranırsa – bütün insanlarla ehtiramlı davranır. İmkana görə, statusa görə, məqama görə, vəzifəyə görə fərq qoymadan bütün insanlarla ehtiramlı davranan insan, sözsüz ki, Allahın bəyəndiyi bir işi icra edir. Əgər biriləri ilə ehtiramla davranmırsa, buna görə də tutarlı səbəbi olmalıdır. Deməli, ehtiramlı davranış ümumidir. Amma bir insan fayda əldə etmək üçün, müəyyən bonuslar qazanmaq üçün ehtiram göstərirsə, bu, yaltaqlıqdır.

 

Ehtiramlı davranışda münasibət gerçəkliyə uyğundur

Ehtiramlı davranışda davranma gerçəkliyə uyğundur. Bir insanı layiq olduğundan artıq tərifləmək – yaltaqlıqdır. İnsanın layiq olduğundan aşağı dəyərləndirmək – ya sözün acizliyidir, ya da paxıllıqdır. Layiq olduğundan artıq – yaltaqlıqdır, layiq olduğundan aşağı isə ya söz acizliyi var, özünü ifadə edə bilmir, ya da ki, paxıldır.

 

Ehtiramlı davranışın ikinci mühüm xüsusiyyəti budur ki, reallığı əks etdirir, gerçəkdir. Ehtiramlı davranış gerçəkliyə söykənir, şişirtmə deyil, mübaliğə deyil, nə varsa – odur. Amma, bunun əksində, yaltaqlıqda həddi aşma var, gerçəklikdən artıq bir adama ehtiram etmək, tərif demək var.

 

Yaltaqlıq ehtiyaca söykənir

Ehtiramlı davranış hansısa maddi ehtiyacdan irəli gəlmir. Birinin qonağı gəlir durub qarşılayır, heç bir keçəcəyi olmur. Küçədə bir yaşlını görür, onun yüklərinə kömək edir, bununla heç bir keçəcəyi olmur. Tanıdığı adama da, tanımadığı adama da eynilə bu ehtiramı göstərir, hansısa maddi keçəcəyi olmur.

Amma yaltıqlıq insanın ehtiyacının təmini və gözləntisinə görədir. İnsan o cür davranır ona görə ki, hansısa gözləntisi var, hansısa ehtiyacı var, bu cür davranmaqla həmin gözləntilərin qarşılanacağını gözləyir.

 

Ehtiramlı davranış mənəvi islahat üçün platforma yaradır

Ehtiramlı davranış içdən gəlir və səmimidir. Yaltaqlıq zahirdədir və yalançıdır, imitasiya xarakterlidir, içdən gəlmir, səmimi deyil.

 

Ehtiramlı davranışla yaltaqlığın beşinci mühüm fərqi budur ki, ehtiramlı davranış pozitiv yüklüdür və qurucudur. Yaltaqlıq dağıdıcıdır və qeyri-konstruktivdir. Ehtiramlı davranış fəzada mənəvi yükü artırar, yaltaqlıq isə fəzada mənəvi yükü aradan aparar, o mühitdə quruculuq aradan gedər.

 

Ehtiramlı davranış mənəvi islahat üçün bir platforma yaradır. İnsan ehtiramlı davrananda onun mənəvi islahatı üçün bir tofiqat əmələ gəlir. Yaltaqlıq isə insanın mənəvi paklanmasına mane olur. Əksinə, bu şəxsin paklanmaq tofiqatı sıradan çıxır.

 

Ehtiramlı davranışda insanın özünə güvəni, inamı artır və Allaha təvəkkülü yaranır. İnsan özündən asılı olanı edir və qalanında Allaha təvəkkül edir. Yaltaqlıq isə insanın özünə güvənini zəiflədir və Allaha təvəkkülü zəiflədir, başqasına bağlanır.

 

Ehtiramlı davranış insanları yaxınlaşdırır, insanların qəlblərini bir-birinə yaxın edir, insanın səmimi münasibətlərini gücləndirir. Yaltaqlıqda isə insanların fərqlənməsi meydana çıxır. Yaltaqlıqda elə bir vəziyyət meydana çıxır ki, biri ehtiyaclı, biri ehtiyacını təmin edənə çevrilir, insanlar fərqlənir.

 

Ehtiramlı davranış dəyər yüklüdür, dəyər yükünə malikdir. Hər bir ağıllı kəs ehtiramlı davranışı dəyərləndirir. Amma, yaltaqlıq heç bir dəyər yükünə malik deyil. Çox zaman ona qarşı yaltaqlıq olunan insan belə, bu yaltaqlığı rəzilət kimi görür, onu dəyərləndirmir.

 

Yaltaqlıq imandan uzaqdır

Həzrət Əli (ə) buyurur: “Yaltaqlıqdan çəkin. Belə ki, yaltaqlıq imanın xislətlərindən deyil”. Yaltaqlıq imanın təzahürlərindən hesab olunmur. Yaltaqlığın imanla heç bir əlaqəsi yoxdur. Belə isə, imanlı bir şəxsin yaltaqlığa meyillənməsi mümkünsüzdür.

 

Həzrət Əmirəlmöminin (ə) buyurur: “Yaltaqlıq peyğəmbərlərin (ə) əxlaqından deyil”. Allahın peyğəmbərləri (ə) yaltaq olmayıblar. Onlar (ə) Allahın tapşırığını həyata keçirən zaman yaltaqlıq onların əxlaqında olmayıb. Onlar bu rəzil sifəti daşımayıblar və inkar ediblər.

 

Həzrət Əli (ə) digər bir yerdə buyurur: “Layiq olduğundan artıq bir kəsi tərifləmək – yaltaqlıqdır, layiq olduğundan az bir kəsi tərifləmək – dilin acizliyidir və ya paxıllıqdır”. Ya, bir insanın dili acizdir ki, layiq olan insana xoş söz demir, ya da ona qarşı müəyyən paxıllığı var.

 

Bəndələrə yaltaqlıq insanı Allaha sitayişdən uzaqlaşdırar

Bu sadalananlar insanın bütün münasibətlərinə aiddir. Ailədə, ictimai həyatda, iqtisadi həyatda, dini həyatda, insanlararası münasibətlərdə, möminlərarası münasibətlərdə, bütün müstəvilərdə biz bu dəyərləndirməni apara bilərik. Biz diqqət edəndə görürük ki, Peyğəmbərimizin (s) yanında gəlib bir sözlər danışmaq istəyəndə, Peyğəmbərimiz (s) onlara tövsiyə edir ki, dillərini nəzarətdə saxlasınlar. Eyni zamanda, İmamlarımızın (ə) da həyatına baxanda görürük ki, yersiz tərifə, ehtirama qarşı çıxıblar. Əməl sahibi olan alimlərimiz, üləmalarımız da bu yolla gedirlər.

 

İmam Əli (ə) haqqında deyirlər ki, başqasına həddən artıq sitayiş edən birinə Həzrət (ə) buyurur: “Bu işdən çəkin ki, çox yaltaqlanmaq öz ardınca bədgümanlıq gətirər. Əgər mömin qardaşın sənin etimadına layiq olubdursa, ona yaltaqlanmaqdan çəkin və hüsni-niyyət göstər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sitayiş edən yaltağın üzünə torpaq tökün”.

İmam Sadiq (ə) buyurur: “Allah bəndəsi bəndəliyin kamalına çatmaz, məgər o halda ki, başqalarının mədhi və tənqidi sənin üçün eyni olsun. Çünki nə başqalarının mədhi insanı Allah yanında yuxarı qaldırar, nə də məzəmmətləri qədrini azaldar. Ona görə də, ey Allah bəndəsi! Başqalarını sitayiş etməkdən sevinmə”.

 

İmam Əli (ə) bizləri xəbərdar edir ki, çox tərifləmək və insanın özünü buna alışdırması ardınca yaltaqlıq gətirə bilər. Həzrət (ə) buyurur: “Çox tərifləmək yaltaqlıqdır ki, qürur və təkəbbür gətirər”.

 

İmam Əli (ə) buyurur: “Yaltaqlıq və həsəd, möminin əxlaqından deyildir, məgər elm təhsilində”. İnsan yalnız elm və təhsilin hərisi ola bilər. Və ya mömin birindən elm və təhsil almaq üçün, ondan nəsə öyrənə bilmək üçün ona xüsusi ehtiram göstərə bilər. Başqa hallarda, birinə səbəbsiz yerə həddindən artıq ehtiram göstərmək yolverilməzdir.

 

Bizlər həyatımızda nə qədər bacarırıqsa, ehtiramlı davranmalıyıq. Amma, bunu bütün insanlara qarşı, heç bir fərq qoymadan həyata keçirməliyik. Bizlər ağılla davranmalı, mötədil olmalı, bütün məsələlərimizdə qızıl orta həddi tapmalı və ona uyğun həyat yaşamalıyıq.

 

Allahım, bizlərə hər zaman ehtiramlı davranmağı nəsib et!

Allahım, bizləri yaltaqlıq və bütün bu kimi mənfi rəzilətlərdən uzaq et!

Allahım, bizlərə bütün məsələlərimizdə orta həddi tanımağı və ona uyğun həyat yaşamağı nəsib et! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

"Dəyərlər"
Oxşar xəbərlər
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
GÜNLÜK
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 13:58
Fransa və Yunanıstanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 13:58
Fransa və Yunanıstanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO