"Heydər Əliyev Fondunun yeni layihəsi Böyük Qayıdışı daha da yaxınlaşdırır"
Cəmiyyət
Oxunub: 1176
22 Jan 2021 | 16:57
«İkinci Qarabağ müharibəsi nəticəsində yeni reallıqlar yaradan Azərbaycan nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Azərbaycan tarixi torpaqlarını işğaldan azad etməklə, XXI əsrin müharibə salnaməsinə yeni parlaq səhifələr yazdı. 

İşğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklər, dağıntılar bir daha Azərbaycanın 30 ildə necə dağıdıcı erməni faşizmi ilə üz-üzə qaldığını bütün dünyaya nümayiş etdirdi. Tarixi və dini abidələrimizi yerlə-yeksan etməklə bütün izləri itirməyə çalışan erməni vandalları unutdular ki, bu torpaqların sahibi var və Qarabağ gec-tez öz sahibinə qayıdacaq, yenidən cənnət məkana çevriləcək. Ən əsası yağı düşmən tarixi nə qədər saxtalaşdırmağa, bu ərazilərin Azərbaycana məxsus olduğunu nə qədər inkar etməyə çalışsa da, tarix saxtakarlığı sevmədiyindən həqiqətin qalib gələcəyi, beynəlxalq hüququn bərpa ediləcəyi heç kimdə şübhə doğurmurdu. Çünki dövlətimizin başçısı İlham Əliyev nəyi nə zaman edəcəyini yaxşı bilirdi. Zaman gəldi və Azərbaycan gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı, Azərbaycan əsgərinə “İrəli!” əmri verildi və 44 gün həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. Artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalıb, əzəli Azərbaycan torpaqları hazırda quruculuq və bərpa dövrünü yaşayır. İşğal olunmuş ərazilərdə 70 məscidi dağıdan, islami dəyərlərə, müsəlmanlara qarşı vandalizm siyasəti yürüdən ermənilər vəhşiliklərini gizlətməyə çalışsalar da, artıq özləri də bunun mümkünsüzlüyünün şahididirlər. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, erməni silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar bir daha Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalizmin şahidi olduqlarını etiraf edirlər.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Möhtərəm Prezidentimiz İlham Əliyevin tarixi və dini abidələrimizin bərpası ilə bağlı göstərişlər verdiyini, bu məsələdə Heydər Əliyev Fondunun fəal rol oynayacağını xüsusi vurğuladığını önə çəkən V.Rəhimzadə bildirib ki, Fond fəaliyyətə başladığı gündən ölkəmizdə müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir: «Fondun tarixi, dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan tarixi, dini abidələrimizin, o cümlədən məscidlərimizin bərpası layihəsinin həyata keçirilməsinə başlaması Böyük Qayıdışa misilsiz dəstəkdir. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəsmi “İnstagram” səhifəsindəki paylaşımında da bildirilir ki, bu günlər hər kəs Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayır. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşlar. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Paylaşımda bu əminlik ifadə edilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb yaradacaqlar.»

V.Rəhimzadə diqqəti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İkinci Qarabağ müharibəsi dövründə özünün rəsmi “Twitter”, “İnstagram” səhifələrində etdiyi paylaşımlara yönəldərək bildirib ki, bu arzu hər zaman ifadə edilirdi ki, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin. Bu istəyimizin gerçəkləşməsi üçün isə belə bir çağırış edilirdi ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.

Baş redaktor dəmir yumruğun Qələbəmizin rəmzi seçilməsinin təsadüfi olmadığını da bildirərək vurğulayıb ki, bu yumruq həm gücümüz, həm də birliyimizdir: «Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımıza səfərləri, hər anın videogörüntülərinin çəkilməsi və Mehriban xanım Əliyevanın paylaşımlar etməsi Qələbə sevincinin doğurduğu qürurun aydın mənzərəsini yaradır. Möhtərəm Prezidentimizin ailə üzvləri ilə birlikdə Qarabağın tacı Şuşamıza səfəri, Cıdır düzündə cay süfrəsi arxasından ünvanladığı mesajlar da bu qürurun təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev Vətən müharibəsi dövründə müsahibələrində “Şuşasız bizim işimiz yarımçıq olar” fikrini təsadüfən söyləməmişdir. Şuşaya səfəri zamanı isə bu fikirlərin davamı olaraq “Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil” fikrini bildirdi. Bu çağırışlar özlüyündə öz tarixi sahibinə qayıdan torpaqlarımızın bərpası işinin necə yüksək səviyyədə təşkil olunacağının, «Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» reallığının daim qorunub saxlanılacağının təsdiqidir.»

Vüqar Rəhimzadə bildirib ki, Heydər Əliyev Fondu daim Azərbaycanın mədəni irsinin təbliğinə böyük töhfələr verib: «Mehriban xanım Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri seçilməsi Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyət, əlamətdar hadisələr kimi dəyərləndirilib. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açılması demək idi. Muğam və aşıq sənətlərinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sıyahısına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdəndir. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin UNESCO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil olmasında da Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Mehriban xanımın fəaliyyəti təkcə milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. 2019-cu ildə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər sırasında özəlliyi ilə diqqət çəkən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsində də Azərbaycanın Birinci vitse-prezidentinin rolu misilsizdir. Mehriban xanım Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi müsəlman dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. O, həmçinin müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən, tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən Azərbaycanın bu mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində də davamlı addımları ilə diqqət çəkir. Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam dünyası arasında önəmli, etibarlı körpü rolu oynamasında, sivilizasiyalar və mədəniyyətlərarası dialoq sahəsində bir çox ölkələrə nümunə olması haqqında dünya ictimaiyyətinin müsbət təsəvvürünün formalaşmasında dövlətimizin başçısı İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın da böyük xidmətləri vardır.

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, münaqişənin həllində əhəmiyyətli rol oynayan informasiya müharibəsinə Heydər Əliyev Fondunun töhfələri böyükdür: «Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müxtəlif dillərdə kitablar nəşr olunub. Bu vəsaitlərdə Qarabağın tarixi, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Ermənistanın işğalçı, terrorçu dövlət olması, Xocalıda XX əsrin ən dəhşətli soyqırımını törətməsi, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türklərə qarşı vəhşilikləri barədə geniş məlumatlar öz əksini tapır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi «Xocalıya ədalət!» beynəlxalq kampaniyası çərçivəsində dünya ermənilərin əsl simasını görməklə yanaşı, bir sıra ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıdı.

«Atılan hər bir addım bugünkü Qələbəmizi şərtləndirdi» söyləyən V.Rəhimzadə bildirib ki, Azərbaycanın diplomatik mübarizədə əldə etdiyi uğurlar 44 günlük müharibədə Zəfərinə, eyni zamanda, 10 noyabr üçtərəfli razılaşmasına yol açdı. Xalqımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Böyük Qayıdış proqramının qısa zamanda gerçəkləşəcəyinə, cənnət Qarabağımızda tarixi və dini abidələrimizin bərpa olunacağına, Vaqif Poeziya Günlərinin, “Xarı bülbül” festivalının bərpa ediləcəyinə əmindir.
Oxşar xəbərlər
09:34, Bu gün
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
09:29, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
09:25, Bu gün
Cəfəri və şüyüd xərçəngə qarşı- Yeni kəşf
09:19, Bu gün
Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi...-RƏSMİ
09:15, Bu gün
Cəbrayılda minalar aşkarlanıb
09:11, Bu gün
Bu BÜRCLƏR ciddi sağlamlıq problemləri ilə üzləşəcək
08:58, Bu gün
İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
08:49, Bu gün
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?
08:39, Bu gün
İran İsrailə raket atdı, öz şəhərini vurdu
08:29, Bu gün
Yaşıl bananın faydaları nələrdir?
08:20, Bu gün
Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
08:17, Bu gün
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYANDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
07:32, Bu gün
Bu ölkə Tehrandakı konsulluğunu bağladı
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:22, Bu gün
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
07:03, Bu gün
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
06:48, Bu gün
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
15 Apr 2024 | 23:33
DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var  
15 Apr 2024 | 23:31
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:22
ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 22:25
Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
15 Apr 2024 | 22:23
Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
15 Apr 2024 | 22:23
“Şuşa sadəcə elmi və tarixi deyil, həm də dini mədəniyyətimizin ən parlaq nümunəsidir”
15 Apr 2024 | 22:20
Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib
15 Apr 2024 | 22:15
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi
15 Apr 2024 | 22:12
Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb
15 Apr 2024 | 22:03
2024-cü ilin ən dəbli şalvar modeli
15 Apr 2024 | 22:02
Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb
15 Apr 2024 | 21:55
100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - VİDEO
15 Apr 2024 | 21:48
Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır
15 Apr 2024 | 21:43
Bakıda məşhur həkim telefon nömrəsini şok qiymətə SATIR – FOTO
15 Apr 2024 | 21:42
“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı
15 Apr 2024 | 21:33
Polşa Avropanın raketdən müdafiə sisteminə qoşulmağı planlaşdırır
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 21:20
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
15 Apr 2024 | 21:17
Fahriye və Burakın oğlunun 5 yaşı tamam oldu - FOTO
15 Apr 2024 | 21:16
Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur - VİDEO
15 Apr 2024 | 21:15
Türkiyənin İQ-sü ən yüksək şəhərləri - SİYAHI
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:11
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
15 Apr 2024 | 21:09
Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
15 Apr 2024 | 20:56
39 yaşlı azərbaycanlı müğənninin toyudur: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - VİDEO
15 Apr 2024 | 20:47
Seneqalda bir tondan çox kokain ələ keçirilib
15 Apr 2024 | 20:45
Ayın sonu ilə bağlı MÜJDƏ - Bu bürc sahibləri çoxlu pul qazanacaq
15 Apr 2024 | 20:39
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 20:13
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
15 Apr 2024 | 20:09
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
15 Apr 2024 | 20:03
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
15 Apr 2024 | 20:01
Şakiradan tamaşaçılarına xoş xəbər
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 19:50
İsrail Rəfaha hərbi hücumunu təxirə saldı
15 Apr 2024 | 19:42
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:31
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15 Apr 2024 | 19:29
Çexiya İran səfirini XİN-ə çağırıb
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 19:08
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
15 Apr 2024 | 19:06
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15 Apr 2024 | 19:03
Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb
15 Apr 2024 | 18:57
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır
15 Apr 2024 | 18:41
Pəhriz sağlamlığa necə zərər verə bilər? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
15 Apr 2024 | 18:38
Bakıətrafının görünməyən tərəfləri: Zibilli yol - VİDEO
15 Apr 2024 | 18:35
İKT sektorunda orta aylıq əməkhaqqı 17 %-dən çox artıb
15 Apr 2024 | 18:01
Böyük Zəfərdən sonra keçirilən mitinqlər nəyə xidmət edir?- Millət vəkili AÇIQLADI  
15 Apr 2024 | 18:00
Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib
15 Apr 2024 | 17:56
Payızda istilik qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
15 Apr 2024 | 17:52
Müstəmləkə dövrünün xiffəti: Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH + FOTO
15 Apr 2024 | 17:48
Bakıda Çingiz Aytmatovun abidəsi qoyulub - FOTO
15 Apr 2024 | 17:45
Siqaretin qiyməti bahalaşacaq? - AÇIQLAMA
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
GÜNLÜK
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 09:47
Niyə Qərb İran raketlərini vurmaqda İsrailə kömək edir, amma Ukraynaya?..- Sabiq baş diplomat cavab verdi
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 10:27
Ölü dənizə düşmüş “ölüvay” İran raketi belə çıxarıldı...-FOTOLAR+VİDEO
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB
HƏFTƏLİK
09 Apr 2024 | 10:44
ƏDV çekləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
AYLIQ
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 09:47
Niyə Qərb İran raketlərini vurmaqda İsrailə kömək edir, amma Ukraynaya?..- Sabiq baş diplomat cavab verdi
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 10:27
Ölü dənizə düşmüş “ölüvay” İran raketi belə çıxarıldı...-FOTOLAR+VİDEO
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB