Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün konfrans keçirildi
Oxunub: 1143
22 Jan 2021 | 17:34
Milli Məclisdə
Yanvarın 22-də "Ali təhsil haqqında" Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.
Videokonfransı giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova, konfrans iştirakçılarını salamlayaraq, 2020-ci ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticələri və gələcək planlar barədə danışıb. Spiker xatırladıb ki, yanvarın 6-da dövlət başçısının sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədə Prezident ötən ilin yekunlarını geniş və konseptual şəkildə təhlil edərək qarşıda duran vəzifələri müəyyənləşdirib. 
Sahibə Qafarova deyib ki, ötən ilin ən ümdə hadisəsi Vətən müharibəsində əldə olunmuş tarixi zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası olmuşdur. Bu münasibətlə konfrans iştirakçılarına təbriklərini çatdıran spiker Sahibə Qafarova qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharəti, yüksək liderlik qabiliyyəti və Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın əldə etdiyi bu qələbə tariximizdə əbədi olaraq qalacaqdır. 
Geridə qalan 2020-ci ildə koronavirus pandemiyasının bütün dünya dövlətləri üçün yaratdığı problemlər fonunda Azərbaycanın bir çox ölkələrlə müqayisədə bu sınaqdan daha az itkilərlə çıxdığını vurğulayan Milli Məclisin Sədri deyib ki, ötən il ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bir çox sahələrində inkişaf meylləri qeydə alınıb, siyasi islahatların, o cümlədən struktur və kadr islahatlarının həyata keçirilməsi ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub.
2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində Milli Məclisin yeni tərkibinin formalaşdığını xatırladan Sahibə Qafarova bildirib ki, parlament Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və praqmatik daxili və xarici siyasətini Milli Məclis səviyyəsində dəstəkləyərək bu istiqamətdə zəruri işlər görüb. Vətən müharibəsində parlament diplomatiyasının bütün imkanları ölkəmizin haqq işi barədə dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub. Qanunverici orqanın fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün məqsədyönlü addımlar atılıb. 
Videokonfransda parlamentin Sədri Sahibə Qafarova deyib ki, qlobal pandemiyanın yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, təhsil sahəsində də məqsədyönlü işlər görülüb, istər tədrisin təşkili, istərsə də qəbul imtahanlarının keçirilməsində qarşıya qoyulan məqsədlərə nail olunub. Bu, həm dövlətimiz tərəfindən bu sahəyə yüksək diqqət və qayğının göstərilməsi, həm də təhsil sistemində işlərin peşəkarlıqla təşkil edilməsinin nəticəsidir.
Təhsil sahəsinin hər bir dövlətin, cəmiyyətin inkişafında mühüm rola malik olduğunu qeyd edən Sahibə Qafarova bildirib ki, haqlı olaraq, təhsil, bilik inkişafın, tərəqqinin özəyi kimi dəyərləndirilir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycanda təhsilin inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət və ardıcıl tədbirlər nəticəsində böyük nailiyyətlər əldə olunmuşdur. Möhtərəm Prezident İlham Əliyev təhsil sahəsinin inkişafını, ölkəmizdə müasir dünyagörüşlü və vətənpərvər gənc nəslin yetişməsini dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edib, bu istiqamətdə ardıcıl addımlar atılıb. Eyni zamanda, təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, son 15 ildə minlərlə orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu da təhsildə infrastruktur məsələlərinin yüksək səviyyədə həllini təmin edib. 
Sədr bildirib ki, ölkəmizdə təhsildə inteqrasiyanı sürətləndirmək, peşəkar, savadlı kadrların hazırlanması məqsədilə də müxtəlif proqramlar icra olunub. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşıb. Spiker xüsusi vurğulayıb ki, bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm işlər görüb, bir çox təşəbbüslər irəli sürüb və reallaşdırıb.
Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatların qanunvericilik əsaslarının yaradılması və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində də uğurlu addımlar atılıb. Bu istiqamətdə Milli Məclis tərəfindən bir sıra qanunlar hazırlanıb və qəbul olunub. 
Spiker qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil sahəsində islahatların yeni mərhələsi olub. Bu strategiyaya uyğun olaraq müasir beynəlxalq təhsil standartlarına əsaslanaraq, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək məqsədilə davamlı islahatlar həyata keçirilməkdədir. O cümlədən, ali təhsil sahəsində də sistem xarakterli tədbirlər görülüb, islahatlar aparılıb, ali təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bununla belə, zaman sürətlə dəyişir, müasir çağırışlar meydana gəlir. Azərbaycanın sürətli və davamlı inkişafı bütün sahələrdə yeni reallıqlar yaradıb. Və təbii ki, bu yeni və müasir reallıqlar, həmçinin mövcud dünya təcrübəsinin təhlili ölkəmizdə ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsini və qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir. 
Bu baxımdan, möhtərəm Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəlmişdir. Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur. Ali təhsil müəssisələrinin müasir elmi - tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması təmin edilməlidir. 
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, "Təhsil haqqında" qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməmişdir. Ali təhsil haqqında məsələlər "Təhsil haqqında" Qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapmışdır. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki, bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda "Ali təhsil haqqında" qanun hazırlanır. Sədr qeyd edib ki, əvvəllər belə bir qanun olmayıb.
Spiker bildirib ki, 2021-ci il bizim üçün sadəcə yeni bir təqvim ili deyil. Biz Azərbaycan dövləti və xalqımız üçün yeni bir mərhələyə qədəm qoymuşuq. Bu da onunla bağlıdır ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfər, torpaqlarımızın işğaldan azad olunması ölkəmizin qarşısında yeni perspektivlər yaradıb, yeni vəzifələr müəyyənləşdirib. Bu, quruculuq dövrüdür və bu mərhələdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr sözügedən müşavirədə cənab Prezident tərəfindən aydın şəkildə ifadə edildi. Mən inanıram ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına kömək edəcəkdir. O, əminliyini ifadə edib ki, ölkəmizin təhsil ictimaiyyəti də yeni quruculuq dövründə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetərəcək və Azərbaycanın davamlı inkişafına töhfələr verəcəkdir.
Sədr çıxışının sonunda bugünkü konfransda həm təhsil sahəsində əldə olunan nailiyyətlər və digər məsələlər, həm də "Ali təhsil haqqında" qanunun hazırlanması və qəbul olunması ətrafında  müzakirələr aparılacağına, dəyərli təkliflər səslənəcəyinə inamını ifadə edib.
Sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, işçi qrupun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, bu, işçi qrupunun ilk iclasıdır. Bugünkü iclasın məqsədi təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərini dinləmək, mövcud vəziyyəti təhlil etmək və onların əsasında "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanmasıdır. Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək. Qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək. Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq.
Sonra videokonfransda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan mühüm məsələ olan “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır. 
Sonra nazir  hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə məlumat verib. Təhsil naziri təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb.
Sonra çıxış edən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul, tələbə qəbulu prosesinin ümumi qaydaları haqqında təkliflərini səsləndirib. DİM sədri beynəlxalq imtahanlar haqqında, ali təhsilin beynəlmiləlləşməsi haqqında, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi, qəbul imtahanlarında keçid ballarının aşağı salınması, qəbul planının artırılması və digər məsələlər barədə fikirlərini bildirib.  Məleykə Abbaszadə hazırlanacaq qanun layihəsində bir sıra anlayışların açıqlanmasının vacibliyindən danışıb, tələbə qəbulu sahəsində statistik məlumatları diqqətə çatdırıb.
Onlayn videokonfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri - İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Kamilə Əliyeva, Şahin Seyidzadə, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov hazırlanacaq qanun layihəsi barədə qeyd və təkliflərini səsləndiriblər. Çıxış edənlər distant təhsil, elmi kadrların hazırlanması, təhsildə milli-mənəvi dəyərlər, bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər.
Onlayn videokonfransa yekun vuran Milli Məclisin Elm və təhsil komitəsinin sədri və işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, iclasda cəmiyyəti narahat edən məsələlər ətrafında çox maraqlı və  səmərəli müzakirələr aparılıb. Bu gün səslənən təkliflər əsasında  “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanacaq və işçi qrupunun növbəti iclasında geniş müzakirə olunacaqdır.
Bununla da "Ali təhsil haqqında" Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun onlayn videokonfransı başa çatıb.

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi
Oxşar xəbərlər
23:37, Bu gün
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
23:35, Bu gün
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
23:32, Bu gün
Bakıda bu evlər bahalaşdı
23:26, Bu gün
Gəncədə yaşayış binasın dam örtüyü yanır
23:20, Bu gün
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
22:55, Bu gün
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi