Paşinyanın Şuşanın Azərbaycan şəhəri olması ilə bağlı açıqlaması Ermənistan cəmiyyətində narazılıq doğurub. Parlament qarşısına toplaşan ermənilər Paşinyanın bu ifadəsinin Ermənistanın maraqlarına zidd olduğunu vurğulayıb və baş nazirə öz etirazlarını bildiriblər.
Ermənistan cəmiyyətinin Paşinyanın bəyanatına verdiyi bu reaksiya erməni toplumunun bu gün də tarixi həqiqəti və mövcud reallığı qəbul etməkdə çətinlik çəkməsinin göstəricisi sayıla bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov, erməni cəmiyyətində psixoloji baxımdan təhlükəli siondromların mövcud olduğunu vurğuladı:
“Erməni cəmiyyətində təhlükəli sindrom var. Psixiatriya sahəsinə aid neqativizm deyilən termin var. Neqativizm özü-özlüyündə bədgümanlıqdır. Bu cərəyanın arxasında həmişə sindromlu vəziyyət dayanır. Bu da hər zaman hər şeydən narazı, hər şeydən gileylənən insanlara xasdır. Paradoks da ondan ibarətdir ki, bu narazı insanlar adətən günahı özlərinbdə deyil, başqalarında görürlər. Bu baxımdan erməni cəmiyyətində bu sindromun kütləvi şəkildə mövcudluğunu müşahidə edirik. Bu özü-özündə nadir göstəricidir. Ermənilər həmişə narazı və iddialı olublar. Onların bütün kin və nifrətinin hədəfində türk xalqları olub. Bu gün də erməni cəmiyyətində məhz bu sindrom müşahidə edilir. Hansı ki, bu vəziyyət erməni cəmiyyətinin gələcəyinə yaxşı heç nə vəd etmir”.
Seymur ƏLİYEV