Vətən müharibəsi və onun əhəmiyyəti, habelə bu müharibədə böyük igidliklərə, fədakarlıqlara imza atan qəhrəmanlarımızın təbliği, onların cəmiyyətə tanıdılması qarşıdakı mühüm vəzifələrdən biridir. Hansı ki, bu məsələdə böyük maarifləndirici rola malik kitabların nəşri mühüm əhəmiyyət kəsb edir. Bəs hər zaman qəhrəmnanlarımızla bağlı məsələləri diqqətdə saxlayan, onların təbliğinə xüsusi diqqət yetirən “Qanun” nəştlər evi yaxın gələcəkdə Vətən Müharibəsi ilə bağlı hansısa kitabın nəşrinə hazırlaşırmı?
Moderator.az-a açıqlama verən“Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Şəhidilər” ktabının nəşrinə hazırlıq getdiyini bildirib:
“Biz bu vaxta qədər İlqar Mirzəyev və Polad Həimovla bağlı nəşriyyat hesabına kitablar nəşr etmişik, onları pulsuz paylamışıq. Eyni zamanda, “Şəhidlər” kitabı çapa hazırlanır. “Şəhidlər” kitabında Vətən Müharibəsində şəhid olan bütün şəhidlərin haqqında məlumatlar toplanır. Bu məlumatlar kitab halına salınıb nəşr olunacaq. Orada hər bir şəhid haqında məlumat tapmaq mümkün olacaq. “Şəhidlər” kitabı böyük bir ensiklopediya kimi nəşr olunacaq. Hazırda bu kitab üzərində işləyirik. Yəqin ki, bu il ərzində onun nəşrinə nail olacağıq”.
Seymur ƏLİYEV