Tacikistanda bu gün keçirilən
prezident seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb. ANS PRESS-in
məlumatına görə, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin
80,3%-i və ya 3 milyon 380 min 68 seçici iştirak edib. Hazırda Komissiya
səslərin yoxlanmasını həyata keçirir.
Seçkilərlə bağlı 27 ölkədə 61 məntəqə açılıb. Onlardan 24-ü Rusiya
ərazisindədir. Məlumatda bildirilir ki, 4,35 seçici bülleteni hazırlanıb.
Namizədlik uğrunda 6 nəfər mübarizə aparıb. Bunlar Xalq Demokratik
partiyasından olan İmaməli Rahmon, parlamentin deputatı Kommunist partiyasının
üzvü İsmoil Talbakov, Aqrar partiyadan Tolibbek Buxoriev, İqtisadi Islahatlar
partiyasından Olimdcon Boboyev, Sosialist partiyasının nümayəndəsi Abdulxalim
Qafarov olub.