Akademik Nizami Süleymanovla şok müsahibə...
Müsahibə
Oxunub: 38164
14 Nov 2013 | 10:18
Akademik Nizami Süleymanovla şok müsahibə...

Akademik Nizami Süleymanov Moderator.az saytına çox geniş və maraqlı müsahibə verib, onu təqdim edirik:

-Həmkarınız Ramiz Qurbanovun ADNA-dan getməsindən xəbər tutdunuzmu?

-Həmkarım, AMEA-nın müxbi üzvü Ramiz Qurbanovla əlaqə saxladım, məsələnin mahiyyətini öyrəndim. O səksən yaşının içində olan hörmətli alimimizdir və ADNA-da kafedra müdiri işləyirmiş. Ramiz müəllim bu il Həcc ziyarətinə getmək üçün öncədən hazırlıq görüb, getmək üçün pul da köçürüb. Mənə dedi ki, 22 gün qabaq ərizə verdim ki, öz hesabıma məzuniyyət verilsin. Rektor da ərizənin üstünü prorektora yazdı. Prorektor da dedi ki, rektorla məsləhətləşib cavab verərik. Uzun müddət gözləsəm də heç bir cavab olmadı. Deyir getməyə 5 gün qalmış təkrar bir də müraciət elədim. Gördüm ki, alınmır, ona görə də könüllü şəkildə kafedra müdirliyindən çıxmağım haqqında ərizə yazdım və təmin etdilər. Təbii ki, bu addımı atmaq Ramiz müəllimin öz hüququ olduğu kimi işdən də kimisə çıxarıb çıxarmamaq rektorun hüququdur. Hər ikisinə də bir alim kimi hörmətim var. Amma məsələnin mahiyyətinə gəldikdə digər tərəfdən biz bir şeyi bilməliyik ki, mərhum prezidentimiz Heydər Əliyev hələ hakimiyyətinin ilk illərində Səudiyyə Ərəbistanına səfəri zamanı müqəddəs yerlərin hamısını ziyarət etmişdi, bütün rituallara da bir müsəlman kimi əməl etmişdi. Dövlət xadimlərimizdən də Məkkədə ziyarətdə olanlar olub. Mən araşdırdım, ali məktəb rektorlarımız içərisində də Ümrə ziyarətində olanlar çox olub. Yəni imkan düşən kimi- Səudiyyə Ərəbistanında elmi konfranslarda, digər başqa dövlət tədbirlərinə dəvət olunanda onlar imkan tapıb Ümrə ziyarətini həyata keçiriblər. Yəni savadımızdan, təhsilimizdən asılı olmayaraq bir müsəlman kimi hər birimizin o cür müqəddəs yerləri ziyarət etmək arzusudur. Mənim də belə arzum var və qismət olan kimi onu reallaşdıracam. Qoy oxucular gülüşlə qarşılamasın, mənim də yuxuma girib və özümü Ümrə ziyarətində görmüşəm. Ramiz müəllim də deyir ki, bir il qabaq yuxumda gördüm ki, Həcc ziyarətindəyəm. Deyir fikirləşdim ki, yəqin ömrümün sonu yaxınlaşdığından Allah mənə həmin ziyarəti məsləhət görüb. Ona görə də sonsuz bir arzum idi ki, bunu da yerinə yetirdim.

-Sizcə Allahın qanunu daha kəsərlidir, yoxsa cəmiyyətin?

-(gülərək) O suala cavab vermək ona görə bir qədər çətindir ki, bu heç müqayisəyə gələn deyil. Burda o qədər böyük məsafə var ki, onu sözlə ifadə etmək çətindir. Təbii ki, Allahın qanunları cəmiyyətin qanunlarından qat-qat güclü və kəsərlidir. Dünya üzrə elmin korifeyi sayılan və 21-ci əsrin Eynşteyni hesab olunan Lütfüzadənin bir sözü var. O deyir ki, elmi daha dərindən, fundamental şəkildə  bilmək istəyirsinizsə, Allahın yaratdığı təbiətə müraciət edin. Onda elmin incəliklərini daha asanlıqla aça bilər, elmlə bəşəriyyətə daha çox fayda verə, daha böyük kəşflər edə bilərsiniz.  Axı biz alimlər kimik ki, Allahın qarşısında? Allahın yaratdığı elm bir okeandırsa biz alimlər onun hətta bir damlası deyilik. Mən hətta bəzi rektorlarla bununla bağlı söhbət elədim, tanıdığım rektorların demək olar ki, hamısı bildiyimə görə nəinki Həcc ziyarətinə gedənlərə mane olublar, hətta gedənlərə bacardıqları qədər kömək ediblər.

-Siyavuş Qarayev istisna olmaqla...

-Onu deyə bilmərəm. Çünki dəqiq məlumatım yoxdur ki, o kömək edir, ya yox. Mənim bütün alimlərə hörmətim var. Əgər biri alimdirsə ona hörmət qoymaq lazımdır. Peyğəmbər Salavatullahın hətta belə bir fikri vardı ki, alimin üzünə baxmaq belə savabdır. Yaxud bir saat elm öyrənmək 60 il ibadətdən üstündür. O deyirdi ki, elm Çİndə də olarsa onun arxasınca gedin. Və yaxud qiyamət günü şəhidin qanıyla alimin mürəkkəbi bir tərəziyə qoyular, alimin mürəkkəbi şəhidin qanından ağır gələr və sair.

-Ramiz müəllim ona çoxsaylı təkliflərin gəldiyini də dedi. Siz onu dəvət etmədiniz ki?

-Ramiz müəllim artıq təklifləri dəyərləndirib və elmi tədqiqat institutunda işləyir. Bu institut ADNA-nın binasında yerləşsə də birbaşa Təhsil Nazirliyinə tabedir. Əvvəllər Ramiz müəllim orda yarımşatat işləyirdi, indi isə tam ştatla işləyir. O mənə də dedi ki, bir çox institutlardan iş təklifi alıb. Bir çox rektorlar ona kafedra müdiri, professor işləməyi təklif ediblər. Deməyim odur ki, Ramiz müəllimə çox böyük mənəvi dəstək var. Siyavuş müəllim də alim həmkarımızdır, bu fikirlərimlə onu qətiyyən aşağılamaq niyyətində deyiləm. Qərar vermək  rektorun işidir və o öz səlahiyyətindən istifadə edib. Amma mən çox istərdim ki, Heydər Əliyevi bütün dövlət orqanlarının rəhbərləri özlərinə nümunə götürsünlər. Mən dəqiq bilirəm ki, bu gün Respublika Prokurorluğunda da, Ədliyyə Nazirliyində də Prezident Administrasiyasında da Həccə, Məşhədə, Kərbəlaya gedən insanlar var. Hətta AMEA-da elə akademiklərimiz, müxbir üzvlərimiz var ki, Həccə də gediblər, Məşhədə də, Kərbəlaya da. Azərbaycanda pirlərə də gedirlər. Yəni insan Allahını unutmamalıdır. Allahını başının üstündə göməlidir. Allahı başının üstündə görən insan heç vaxt vicdanını da itirməz, namusunu, qeyrətini də itirməz, vətənini də unutmaz, hər şeydə də ədalətli olar. Yalnız Allahını unudan insanlar ədalətsiz olurlar.

-Bu sualı Ramiz müəllimə də vermişdim, ancaq cavab verməkdə çətinlik çəkdiyini deyib boyun qaçırmışdı. Azərbaycan elmini ateizm məngənəsindən necə xilas etməyi təklif edirsiniz?

-Əksinə, mən hesab edirəm ki, dərin elmə sahib olmaq istəyən alim əgər onun mənəviyyatı və şəxsiyyəti varsa, həqiqi alimdirsə, İslam dinini dərindən öyrənməlidir. Çünki elmə bəzi mollalar xurafat donu geydiriblər, ona görə də vaxtilə insanları cəhalətə aparıblar. Əslində dinlə alimlər məşğul olmalıdır. Təməl elm sahəsində məşğöul olan alimlərimiz, hətta rus qadını Proxorova islam dininə nə qədər yüksək dəyər verir. Səhv etmirəsmsə Lev Tolstoy da deyib  ki, dünyaya yenidən gəlmiş olsaydım, tərəddüd etmədən islam dinini seçərdim. Təbii ki, bütün dinlərə hörmətlə yanaşırıq və “Qurani Kərim”də də başqa səmavi dinlər və peyğmbərlər hörmətlə anılır. Amma elm kitabı olaraq “Qurani-Kərim” qədər güclü ikinci bir səmavi kitab yoxdur.

-Alim həmkarınız Rafiq Əliyevdən eşitmişəm ki,  vaxtilə dünya şöhrətli fizik Nİls Bor sovetlərin kəsakəs vaxtı Moskvaya gələndə  bir maraqlı etirafda bulunub ki, SSRİ-də elm çox inkişaf edib, ancaq bu elmin Allahı çatmır, yəni allahsızlıq hökm sürür...

-Mən sovet dövründə ali məktəbi Azərbaycanda bitirdim, amma o dövrdə SSRİ-nin ən güclü, bir nömrəli ali texniki məktəbi Bauman adına Ali Texniki  Məktəb idi. İndi həmin təhsil ocağı Moskva Dövlət Texniki Universiteti adlanır, həmin universitetin tərkibində hələ 12 elmi-tədqiqat institutu var idi. Sergey Korolyov da orda yetişmişdi və adı yadımdan çıxsa da deyim ki, kosmonavtların biri orda rektor da oldu. Yəni mən elə bir ali məktəbdə təhsil aldım. Allah mənə elə bir xoşbəxtlik qismət elədi ki, dünya şöhrətli alimlərin yanında yetişə bildim. Onların hər birinin dilində isə “Boq” sözünü hər gün eşidirdim, Yəni o qədər basqı olmasına baxmayaraq mən orda ateist alim görmədim.  Bəlkə də bu fikrim mübahisə yaradacaq, ancaq sovet dönəmində insanlar arasında dinə olan inam indikindən çox idi. İndi o qədər fırıldaqçı dindar əmələ gəlib ki. Bu yaxınlarda Lənkəranda bir məhkəmə olub. Rayonun Osaküçə kənd sakini Kazımov Mirzəşah Kazım oğlu oturub bala-bala pul qazanırmış. Bu adam özünü seyid övladı kimi qələmə verib guya qurd ağzı bağlayırmış. İnsanların mal-qarası çöldə qalanda gəlib deyirmişlər ki, qurd ağzı bağla, bu da canavarın ağzın bağlayıb öz ağzın açırmış. O işin üstü açıldı və həmin adamı həbs elədilər. Məhkəmədə deyib ki, bunlar necə insandırlar, əgər canavar o heyvanları yesəydi polis həmin canavarı tutub mənim kimi “reşotka” arxasında oturda bilərdimi? Canavar yeməyib, mən yemişəm, mən də seyid, peyğəmbər övladıyam. Mənim yediyim nəzir-niyazdı, məni niyə tutursunuz? İnsanların heyvanlarını canavar yesə yaxşıdı, yoxsa seyid övladı? Bilirsinizmi, dediyim odur ki, din adıyla dünənin lotu-potusu, narkomanı və ya alkaşı, evyıxanı, mərdiməzarı, donosyazanı bu gün dini don geyinən insanlar da az deyil. Mən də hər zaman onları ələ salmışam, xalqı da həmişə ayıltmağa çalışmışam ki, həqiqi möminlə fırıldaqçı mömin arasında fərq qoysunlar. Mirzə Ələkbər də deyirdi ki, vallah, mən də müsləlmanam, a şirvanlılar, amma mən sizlərə bənzəməm. Görürsünüz o şerlərində də fırıldaqçıları kəskin tənqid edir- Molla Nüma, həm də qumarbaz kişi.Yaxud şəhvət quluyuz, nəfsdən imdad alırız biz, dindarlarız gündə bir avrad alırız biz. Cəlil Məmmədquluzadə də məhşur “Ölülər” əsərini yazdı və fırıldaqçı din xadimlərini rüsvay elədi. Bir sözlə, bütün zamanlarda sanballı ədiblərimiz dindən öz şəxsi məqsədləri üçün istifadə edənləri qamçılayıblar. Qeyri-təvazökarlıq çıxmasın, mən də 69 yaşlı bir elm adamı kimi istərdim ki, bütün alimlərimiz həm məşğul olduqları elm sahəsini dərindən öyrənsinlər, həm də hər bir sahədə Allahın yaratdığı təbiətin qanunlarına istinad etsinlər.

-Allah arzusunda ovduğunuzu Həcc ziyarətinizi də Sizə nəsib eləsin. Yəqin siz də Ramiz müəllim kimi səksəni haqlayandan sonra Həcc  ziyarətinə getməyi düşünürsünüz?

-Yox, o vaxta qədər gözləməyəcəm. Allahın qismətini  gözləyirəm. Fikrim var ki, yaxın bir-iki ilin içərisində hökmən ziyarətə getməliyəm. Həcc ziyarəti də olmasa Ümrə ziyarətinə hökmən gedəcəm. Bunu nəyə görə deyirəm? İşlədiyim elmi-tədqiqata işlərində çox vaxt müxtəlif kimyəvi maddələrdən istifadə edirik. Bəzilərinin tərkibində spirt olur, əlimiz- ayağımız dəyir. İçkini də çoxdan atmışam və içki də içmirəm. Amma bəzən laboratoriyada spirtli maddələrdən çox istifadə olunur. Ona görə də demirəm ki, bir müsəlman kimi bütün rituallara əməl edirəm, amma  hər gün səhərlərimi də Allah Kəlamı ilə açıram, yatanda da kəlmeyi-şəhadətimi çevirib yatıram.

-Bu gün Aşura günüdür, məscidlərə gedirsinizmi belə matəm günlərində?

-Mən həmişə Aşura günü məscidlərə gedirəm və Kərbəla şəhidlərimizə yas tuturam. Bir dostumla hər dəfə yaşadığım yerə yaxın olan Bibiheybət məscidinə gedirik.

-Ümumiyyətlə ziyarətgahlara gedirsinizmi?

-Gənc yaşlarımdan Mirmövsüm ağa pirinə getmişəm həmişə.  Hacı Nizam təmir etdirməmişdən qabaq ziyarətə gedəndə orada dilənçilərin nəzir yığması və Mirmövsüm ağanın bir qəbirindən başqa heç nə yox idi. Çox narahatlıq keçirirdik ki, axı bu cür müqəddəs bir insanın qəbiri bu şəkildə baxımsız olmamalıdır. Hacı Nizam və oranı təmir etdirib ləyaqətli şəkildə qoruyan hər kəs sağ olsun, bu gün inanclı insanlarımız böyük coşqu ilə gedib həmin piri ziyarət edirlər. Doğrudur, bəzən deyirlər ki, pirlərə getmək düzgün deyil. Mən bu fikirlərlə razı deyiləm. Çünki ora ziyarətə gedən hər insan əlini qaldırıb Allaha dua edir.Digər tərəfdən, mən alim kimi sizə bir söz də deyim. Məsələn, yaponlar adi suyu götürüb ona xoş sözlər deyib sonra onu dondurub elektron mikroskopla analiz ediblər, onun struktur quruluşuna baxıblar. O xoş sözlərin təsirindən o kristalların strukturunun o qədər nizamla düzülüşünü müəyyən edirblər ki. Suya acıqlı sözlər deyərək dondurub baxanda da orda atomların xaotik düzülüşünü görürlər. Mən də hesab ediəm ki, hər kəs xoş məramla, xoş niyyətlə, əlini Allaha uzadaraq dualar edirsə, o məkanlara müsbət aura ilə girib-çıxırlarsa həmin pirin daşları-divarları da  hətta xoş aura ilə zənginləşir. Həqiqətən də mən özüm müşahidə etmişəm ki, hər dəfə pirə gedib çıxanda orda izaholunmaz bir yüngüllük də hiss edirəm. Bunun fizika və biofizika nöqteyi-nəzərindən bir izahı da var. Yəni orda hər tərəfdəki pozitiv aura hər kəsə rahatlıq gətirir.

-Dediniz ki, yaponlar suyu dondurub maraqlı kəşf ediblər. Deyəsən Siz də artıq siyasi fəaliyyətinizi dondurub ancaq elmlə məşğul olursunz. Amma bir zamanların ən populyar ictimai-siyasi personasıydınız, partiya sədri, prezidentliyə namizəd idiniz...

-Mənim 60 yaşım tamam olandan sonra siyasətdən getdim. Çünki heab etdim ki, bu yaşdan sonra ancaq öz peşəmlə məşğul olmalıyam. Bilirsiniz ki, siyasət çox vaxt aparan bir işdi və bu yaşdan sonra elmlə siyasəti bir arada aparmaq insana çox cəfadı.Sinəyə döyməklə deyil ki, bu yaşdan sonra insanın fiziki durumu da ona iki işdə səmərəli işləməyə imkan vermir. Baxmayaraq ki, çoxları bunu qəbul etmək istəmir, ancaq belədir. Yadınızdadırsa mən Rüstəm İbrahimbəyovun siyasətə gəlməsinə də tənqidi mövqe tutmuşdum. Çünki 75 yaşı olan insanın, həyatı boyu heç vaxt siyasətlə məşğul olmayan bir adamın birdən-birə böyük siyasətə can atmasını mən təqdirəlayiq hal saymadım. O tamam başqa məsələ ki, Heydər Əliyev lap gənc yaşlarından dövlət qulluğunda olub, məmur olub və bu iş onun peşəsi olub. O cür şəxsiyyətlər lap 80 yaşında da fiziki durumları icazə versə siyasətlə məşğul ola, hakimiyyət başında işləyə bilərlər. Çünki peşəsidir. Mən metallar fizikası, materialşünaslıq üzrə mütəxəssisəm və son nəfəsimədək bu işdə işləməkdə qərarlıyam və Allah möhlət versə işləyəcəm. Çünki bu mənim peşəmdi. Mən hər gün səhərlər işə tezdən 9-da gəlib gecə 11-12-dən sonra gedirəm. Doğrudur, mənim burda arada kiçik istirahət etmək imkanım da var. Bura mənim həm mülkümdür, həm də özümə məxsus olan laboratoriyam da burdadır.

-Son zamanlar jurnalistləin qarşılarına çıxan alimlərdən həvəslə soruşduqları bir sual var-nə zamansa Azərbaycanın Nobel mükafatçısı olacamı? Ən azı bizim nəsil  onları görəcəyikmi?

-Mən yüz faiz əminəm ki, olacaq və biz onları görəcəyik. Çünki Azərbaycanın çox istedadlı alimləri var. Üstəlik də bu gün gənclərimiz dünyanın ən nüfuzlu universitetlərinə gedib təhsil alırlar. Mən bir müddət öncə mətbuatda bu barədə dedim. Bir gəncimiz var. Bu adam 14 yaşında gedib Avropada universitetə daxil olub, 22 yaşında artıq o elmlər doktoru olub, 24 yaşında professor da oldu. Avropanın 6 ölkəsinə 4 dildə mühazirələrə dəvət alır. Hətta arada altı aylıq Sinqapura da dəvət almışdı. Doğudur, o hüquqşünasdır, amma başqa sahələrdə də bu gün Avopada, Amerikadakı məhşur universitetlərə gedib istər fundamental elm sahələrində, yaxud da humanitar sahədə gərgin işləyirlər. Əminəm ki, bizim çox istedadlı gənclik yetişir. Öz tələbələrim içərisində elmlər namizədi, elmlər doktoru olanlar da var. Hətta fəxr edirəm ki, bir tələbəm 34 yaşında elmlər doktoru oldu. Vaxtilə metallurgiyada alimlər arasında belə bir söz vardı ki, ən azı 40-45 yaşından tez müdafiə etmək mümkün deyil, çünki çox ağır elm sahəsidir. Amma çalışdıq, zəhmət çəkdik, bu gün çox gənc yaşlarında elmlər namizədi və elmlər doktoru olan alimlər yetişdirə bilmişik. Bİz bacardığımız qədər öz milli kadrlarımızı öyrətməyə çalışmışıq. Allah ömür verərsə bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.

-Siz Rüstəm İbrahimbəyova tutduğunuz iradı, tövsiyyəni Cəmil Həsənliyə də bildirərdinizmi?

-Bəli, ona da bildirərdim, çünki yaşı 60-ı keçib. Çünki onda şəkər xəsətliyi də var. Ona verilən sənədi də mən dəqiqiliyi ilə oxudum. Sənəddə yazılmışdı ki, Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya İnstitutunda gözü müayinə olunub. Bir gözü diabetdən tamamailə görmə qabiliyyətini itirib, yəni korreksiya 4 faizdən aşağıdır. Korreksiya 4 faizdən aşağı olduqda isə o göz itirilmiş hesab olunur. Allah eləməsin, biz bir qiymətli alimizi itirə biləik, çünki o biri gözü də 80 faiz görür.

-Dövləti idarə etmək üçün iki gözə sahib olmaq şərtmi?

-Kor gözlə də dövləti idarə etmək olardı, amma həyatı boyu heç vaxt siyasətin içində olmayan, bir məmur kimi pillə-pillə qalxmayan adam birdən-birə bu boyda yükü çəkə bilməz. Azərbaycan kimi hər tərəfdən üzərinə tətik çəkilmiş çox çətin bir ölkəyə rəhbər gəlmək istəyən adamın çox böyük dövlətçilik təcrübəsi olmalıdır. Azərbaycan əgər Avropanın oturuşmuş dövlətlərindən olmuş olsaydı, deyərdim ki, lap universitet müəllimi də gedib asanlıqla dövləti idarə edə bilər. Ancaq Azəbaycanın geosiyasi vəziyyəti, əhatəmizdə baş verənlər- bütün bunları nəzərə alsaq  hesab etdim ki, İlham Əliyevin hakimiyyətdə qalması millət və dövlət üçün daha məqsədəuyğundur, nəinki heç vaxt dövlət qulluğunda işləməmiş Cəmil Həsənlinin. Əlbəttə, qiymətli alimimizdir, öz peşəsində millətimiz üçün çox qiymətli, dəyərli işlər görüb. Ancaq ondan qətiyyən prezident olmazdı və bu Azərbaycan üçün fəlakət olardı, ona görə də  yaxşı ki, olmadı. Əlbəttə, Siz və oxucularınız bu fikilərimlə razılaşmaya bilər. Amma mən siyasətdə olmuşam və iki dəfə də prezidentliyə namizəd olmuşam, rəsmi rəqəmlərə  görə də birində 33, o birində 8 faiz səs almışam.

 

-

Oxşar xəbərlər
21:09, Bu gün
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
21:06, Bu gün
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
21:05, Bu gün
May ayında pul içində üzəcək 3 bürc
21:02, Bu gün
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
21:00, Bu gün
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
20:58, Bu gün
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
20:52, Bu gün
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
20:47, Bu gün
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
20:33, Bu gün
Fransada uşaqları küçədə bıçaqladılar
20:25, Bu gün
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
20:17, Bu gün
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
20:14, Bu gün
Ailənizdə problem yaradacaq 5 SƏHV
20:13, Bu gün
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
20:09, Bu gün
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
20:01, Bu gün
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
19:55, Bu gün
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
19:42, Bu gün
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
19:41, Bu gün
Tokatda 5,6 maqnitudada zəlzələ olub
19:26, Bu gün
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
19:19, Bu gün
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
19:03, Bu gün
Həddindən artıq duz olan QİDALAR
19:01, Bu gün
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:55, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18:53, Bu gün
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18:35, Bu gün
Mediasiyanın imkanları...
18:15, Bu gün
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
GÜNLÜK
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...