Vahid Əhmədov Azərbaycanın strateji seçiminə dair məqalə yazdı
Oxunub: 5088
27 Nov 2013 | 14:33

Vahid Əhmədov Azərbaycanın strateji seçiminə dair məqalə yazdı
Millət vəkili Vahid Əhmədov Azərbaycan Avropa və Rusiya arasında edəcəyi strateji seçimə dair məqalə yazıb. Moderator.az məqaləni təqdim  edir.
Azərbaycanın strateji seçim qarşısında olduğu danılmazdır. Azərbaycan “nüvəsi Rusiya olan Gömrük İttifaqı, Avrasiya İqtisadi Şurasına, yaxud Avropa Birliyinə inteqrasiya xətti ilə Şərq Tərəfdaşlığı çərçivəsində Assosiativ birlik və Azad Ticarət Zonasınana üstünlük verəcək” sualı ilə üz- üzədir. Bu iki güc mərkəzini ona görə xüsusilə qeyd etdik ki, Azərbaycana təklif olunan başqa alternativ yoxdur. Ona görə də Azərbaycan özünün gələcək strateji inkişaf və təhlükəsizliyini nəzərə alaraq bu güc mərkəzlərindən birinə ciddi mənada inteqrasiya etməlidir. Bu isə Azərbaycan üçün taleyüklü məsələ olduğundan güc mərkəzləri ilə əməkdaşlıq bütün parametrlər üzrə ciddi təhlil olunmalı və risk faktorları nəzərə alınmaqla qərar verilməlidir.

Rusiya, yoxsa, Avropa Birliyi?

Rusiyanın dirçəliş dövrü təxminən 2001-ci ilə təsadüf edir. Bunadək Rusiyada daxili münaqişələr, dövlət hakimiyyətində boşluq və s. kimi məsələlər baş alıb gedirdi. Rusiyada Putin erasının başlanması ilə qısa müddət ərzində daxili stabilliyi və dövlət hakimiyyətini möhkəmlətmək mümkün oldu. Regionda və dünyada itirilməkdə olan nüfuzunu, təsirini qaytarmağa start verdi.

Bu o vaxta təsadüf edirdi ki, Qərb, xüsusilə də ABŞ böyük sürətli Rusiyanın ənənəvi təsir dairəsində olan regionlara böyük ölçüdə nüfuz edə bilmişdi. Təbii ki, belə bir vəziyyət heç bir halda Rusiyanı razı sala bilməzdi. Təəssüf ki, düşmüş olduğu situasiyadan çıxmaq və öz nüfuzunu qaytarmaq naminə Rusiya müasir dünyanın qəbul etdiyi metodlardan deyil, özünün ənənəvi yanaşmalarına üstünlük verməyə başladı. Bunlar Qərbə inteqrasiya xətti götürən region ölkələrinə müxtəlif təzyiqlər, iqtisadi - tranzit və enerji layihələrinə maneçilik törətmək və s. ibarət idi. Ancaq müasir dünyada demokratik dünya birliyinin üzvü kimi onunla eyni hüquqa malik dövlətlərə, öz inkişaf yolunu sərbəst seçmək haqqına sahib olan xalqlara bu və ya digər formada təzyiq etmək yolverilməzdir. Adətən bu cür metodlar əks effekt verir.

Rusiyanın ABŞ və Avropa ilə rəqabət aparmaq, özünün ənənəvi nüfuz dairəsində olan regionlarda onların təsirini azaltmaq və eyni zamanda öz nüfuzunu artırmaq məqsədi ilə son dövrlər daha da aktivləşdiyinin şahidi oluruq. Rusiyanın Avropa İttifaqına alternativ olaraq Avrasiya Birliyi və MDB çərçivəsində Gömrük İttifaqı kimi birliklər yaratması da bunun bariz nümunəsi hesab oluna bilər. Əslində bu ideya Rusiyanın ayaqda durmasını təmin etmək və gələcəyə daşımaq xarakteri daşıyır. Təbii ki, çevrə ölkələrin hesabına. Amma MDB dövlətləri də bu gerçəyi bildiklərindən Gömrük İttifaqına qoşulmağa o qədər də həvəsli görünmürlər. Bunun isə obyektiv və subyektiv səbəbləri var. Bu addımlar bir daha Rusiyanın özünü dünyanın sıradan bir dövləti kimi deyil, fövqəldövlət qismində gördüyünü, eyni zamanda imperiya ambisiyalarından əl çəkmədiyini göstərir. Lakin burada diqqəti çəkən bir məqam var. Maraqlıdır ki, MDB-yə daxil olan bir çox ölkələrin Avropa Birliyinə daxil olmaqdan ötrü ortaya böyük cəhdlər qoyduğu halda Rusiyanın öndərliyində yaradılan Avrasiya Birliyi, Gömrük İttifaqı kimi qurumlara üzv olmaqda tərəddüd edilir... Təbii ki, bu da səbbəsiz deyil. Çünki Avropa İttifaqına daxil olan dövlətlər iqtisadi cəhətdən xeyli üstünlüklər əldə etmiş olurlar. Düzdür, Avropa İttifaqına daxil olmaq üçün çoxsaylı kriteriyalar da vardır ki, üzv olmaq istəyən dövlətlər bunları qəbul etmək məcburiyyətindədirlər. Ancaq bu kriteriyalar da nəticə etibarilə ölkələrin strateji inkişaf xəttinə müsbət təsir edəcəyi üçün onları reallaşdırmağa canla, başla razılıq verirlər. Lakin Gömrük İttifaqı və Avrasiya Birliyinə könüllü daxil olmaq istəyən dövlətlərin sayı çox deyil. Müqayisələr göstərir ki, iqtisadi potensial baxımından Gömrük İttifaqının Avropa İttifaqı ilə rəqabət aparması reallıqdan uzaqdır. Hesablamalara görə, əgər MDB üzvü olan bütün ölkələr bu ittifaqa qoşulsa o zaman Gömrük İttifaqı dünya üzrə Umumi Daxili Məhsulun cəmi 4 fazini təşkil edəcək. Avropa İttifaqında isə bu göstərici 26 fazidir. Üstəlik, Avropa İttifaqı vahid bazar prinsipi əsasında fəaliyyət göstərdiyi halda, Gömrük İttifaqında bunu tətbiq etmək mümkün deyil. İttifaqa üzv ölkələrin heç də hamısı Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, onların ticari qaydaları uyğunlaşdırılmayıb.


Azərbaycana idxal olunan məhsulların yalnız 15 faizi MDB ölkələrinin payına düşür

Reallıq ondan ibarətdir ki, Azərbaycanın Qərb ölkələri ilə iqtisadi münasibətləri üstünlük təşkil edir. Əgər Azərbaycana idxal olunan məhsulların yalnız 15 faizi MDB ölkələrinin payına düşürsə, qalan 85 faizi Qərb və Asiya ölkələrinə aiddir. İxrac olunan məhsullarda da vəziyyət eynidir. İxracımızı isə əsasən neft təşkil edir ki, burda onların payı 90 fazidən yuxarıdır. Təbii ki, bunun da bazarı MDB deyil. Bizim ixracın strukturunda da MDB ölkələrinin payı cəmi 6-7 faizdir.

Başqa bir gerçək də var ki, o da Rusiyanın ənənəvi siyasəti, davranışı ilə bağlıdır. Rusiya Azərbaycanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Şurasına üzv etməklə heç də onunla bərabərhüquqlu tərəfdaş kimi davranmaq fikrində deyil. Rusiyanın indiyədək bu geosiyasi məkanda yürütdüyü siyasət, xüsusilə də soydaşımız Orxan Zeynalova və bu xüsusda miqrantlara olan münasibət və davranışlar bir daha göstərdi ki, Şimal qonşumuz hələ də dünya gücü olmaq və yenidən imperiya siyasəti yürütmək sevdasından vaz keçməyib. Və hələ də Rusiya postsovet məkanı olan ölkələrə arxa boğçası kimi baxır və bu ölkələrlə təzyiq və şantaj diliylə danışır. Təhlillər göstərir ki, ortada dəyişən bir Rusiya yoxdur. Rusiyanın bir olmaq istədiyi ölkələrə əvvəl münasibəti necə idisə, bu gün də elədir. Əslində isə bu ölkələr Şimal qonşumuza Qərbin Rusiyanı mühasirəyə almaq siyasətindən qorunmaq üçün lazımdır. Gömrük İttifaqını yaratmaqla bir növ Avropa Birliyinə alternativ görüntüsü yaratmaq istəsə də, bunu ciddi qəbul etmək mümkün deyil. Çünki bu qurumun yaranması baş tutsa belə bütün parametrlər üzrə öz potensialı baxımından Avropa Birliyinə alternativ ola bilmə imkanı yoxdur.

MDB məkanındakı münaqişələr və Gömrük İttifaqı

Olsa-olsa, nüvəsi Rusiya olan bu qurumda üzv olacaq ölkələr yalnız onun təhlükəsizliyi üçün bufer zonası olmağa yarayacaq. Belə bir missiya isə getdikcə güclənən Azərbaycan üçün uyğun və yetərli deyil. Həmçinin Avropa İttifaqından fərqli olaraq MDB məkanındakı münaqişələr üzv ölkələrin Gömrük İttifaqı daxilində inteqrasiyasına imkan verməməsi də göz ardı edilə bilməz. Digər tərəfdən təhlillər göstərir ki, dəyər baxımından da Gömrük İttifaqı üzv ölkələrin ixrac imkanlarının artmasına səbəb olmayacaq. O baxımdan bu ittifaq ən yaxşı halda regional qurum kimi iqtisadi deyil, daha çox siyasi vasitə olacaq. Bütün bu deyilənlərin fonunda Gömrük İttifaqı ilə bağlı Azərbaycan Prezidentinin Rusiya televiziyasına açıqlamasını bir daha xatırlatmaq istəyirəm: “Biz Gömrük İttifaqı və Vahid İqtisadi Məkana qoşulmağımızda hələlik elə bir xeyir görmürük. Bizim kifayət qədər valyuta və zəngin təbii ehtiyatlarımız var. Əgər biz bunun real perspektivlərini görsək, onda əlbəttə ki, hər hansı birliyə daxil olarıq. Bu planda bizim üçün heç bir qadağa, tabu yoxdur”. Bu fikirlərlə Azərbaycan Prezidenti bəzi diqqətlərə dolayı şəkildə Gömrük İttifaqı və Avrasiya Birliyi ideyasının indiki halda Azərbaycana xeyir gətirməyəcəyini çatdırdı. Bu fikrin davamı prezident seçkilərindən sonra dövlət başçısının andiçmə mərasimindəki çıxışında da özünü göstərdi. Prezident Azərbaycanın həm bölgədə, həm də qlobal səviyyədə müstəqil siyasət yürütdüyünü xüsusi vurğulamaqla bu siyasətin strateji seçim olduğunu, heç bir vəhclə xarici təzyiqlərin işə yaramayacağını bir daha təsdiqlədi. Bu təzyiqlərdən sığortalanma yolarının cavabı isə Prezidentə “Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimində gəldi. Prezident cəmiyyətə şox önəmli mesajlar verdi. Dövlət başçısı bütün problemlərin ölkə daxilində həll olunmasını vurğuladı. Bu isə cəmiyyətin kon salidasiyası anlamına gəlir ki, onun da nəticəsi ölkədə sabitliyin təminatı ola bilər. Prezidentin Azərbaycanın inkişaf perspektivi haqda bütün qüvvələrin eyni dünücədə olması haqda fikirləri isə bir daha Azərbaycanın Qərbə inteqrasiya xəttindən vaz keçməyəcəyini ortaya qoydu. Başqa tərəfdən, Azərbaycan prinsipial olaraq Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olmayanadək Ermənistanla bir qurumda olmayacağını elan edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmamağımız da məhz bu prinsipial mövqəyə əsaslanır. Bütün bunlara rəğmən, Azərbaycan bu qurumlara üzv olsa belə, Qarabağ probleminin ədalətli həll olacağını düşünmək sadəlöhvlük olardı. Çünki region uğrunda rəqabət güc mərkəzlərindən birinin xeyrinə nəticələnməyənə qədər Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ, Abxaziya və Osetiya kimi münaqişələr Rusiyanın əlində Azərbaycan, Gürcüstan və Ermənistana təzyiq mexanizmləri kimi qalmaqda davam edəcək.


Müstəqilliyimiz ən böyük dəyərimizdir və bunu itirmək olmaz

Bir başqa məsələ qurumlara üzvlüklə bağlıdır. Bu bir gerçəkdir ki, hər hansı ittifaqa üzv olan ölkə öz müstəqilliyinin bir hissəsindən vaz keçmək məcburiyyətindədir. Ancaq söhbət Rusiyadan gedəndə vəziyyət tamamilə dəyişir. Avropa dəyərlərindən fərqli olaraq Rusiya dəyərləri özünün nüvəsini təşkil etmədiyi heç bir ittifaqı qəbul etmir. Onun patronajlığı altındakı ittifaqlar da ətrafda fırlanan orbit, bir növ müstəmləkə xarakteri daşıyır. Qanı bahasına qazanılmış Azərbaycanın müstəqilliyi isə dövlətimizin ən böyük dəyəridir və bunu heç bir vəchlə itirmək olmaz.

Avropa İttifaqının Assosiativ sazişinə Gömrük İttifaqı kontekstində baxış Assosiativ razılaşma çərçivəsində Aİ indiyə kimi bir çox mallara tətbiq etdiyi bir sıra idxal rüsumları ləğv edəcək. Assosiativ müqaviləni imzalayan ölkə də eyni addımı Avropa malları üçün atacaq. Bu ölkə istehsalçıları üçün ixracın böyük perspektividir və daxili bazarda böyük rəqabət yaranacaq. Ən çox udan isə ölkə istehlakçısı olacaq. Belə ki, istehlakçı aşağı qiymətlərlə ən keyfiyyətli malları gözləyə bilər. Avropa İttifaqı Gömrük İttifaqı ölkələri ilə müqayisədə yeddi dəfə çox mal idxal edir. AB-də əmək haqları isə 3,5 dəfə Gömrük Şurası ölkələrindən yüksəkdir. Buna görə də potensial olaraq AB ilə azad ticarətdən götürüləcək xeyir daha çoxdur. Təbii ki, Azərbaycan istehsalçılarına Avropa bazarını fəth etmək üçün çox çalışmaq lazım olacaq. Başqa tərəfdən, Azərbaycana Gömrük İttifqaı ölkləri ilə ikitərəfli münasibətlər çərçivəsində ticarət siyasətini keçirməyə heç nə maneə olmur. Avropa İttifqında alınacaq ən böyük xeyir ölkənin korrupsiyaya qarşı mübarizə ilə öhdəlikləri ola bilər. Bundan başqa dövlət idarəçiliyində islahatları tənzimləyən əlavə sənəd AB ilə razılaşmanın bir hissəsidir. Qərarların qəbul olunma mexanizmində də fərqlilik var. Gömrük Şurası Avrasiya iqtisadi cəmiyyəti çərçivəsində iki fövqəlmilli orqanın fəaliyyətini nəzərdə tutur: Gömrük Şurasının Komissiyası (KTS) və Avrasiya İqtisadi Komissiyası (YEEK). Hər iki komissiya ölkələrin daxili və xarici iqtisadi siyasətinin nizamlanmasında geniş səlahiyyətləri alır. Gömrük siyasəti KTS ilə müəyyənləşdirilir və Rusiyasız qərar qəbul etmək mümkün deyil. Amma başqa üzv ölkələrin iştirakı olmadan isə qərarlar qəbul oluna bilər. Gömrük Şurası çərçivəsindəki müqavilələrdən fərqli olaraq Avropa Birliyi ilə assosiativ razılaşma hansısa fövqəlmilli orqanın yaradılmasını nəzərdə tutmur. Avropa İttifaqı ilə assosiativ razılaşma Gömrük Şurasıyla razılaşmasından fərqli olaraq eynihüquqlu münasibətlər nəzərdə tutur və heç bir tərəf öz iradəsini ortaya qoymaq imkanlarına malik deyil.

Türkiyənin də 5 ildən sonra bu anlaşmaya daxil olması gözlənilir

Avropa İttifaqından fərqli olaraq MDB məkanındakı münaqişələr üzv ölkələrin Gömrük İttifaqı daxilində inteqrasiyasına imkan vermir. Bu ittifaq ən yaxşı halda regional qurum kimi iqtisadi deyil, daha çox siyasi vasitə olacaq. Avropa İttifaqında münasibətlər şaquli deyil, üfüqidir. Bu təşkilatda diktə edən tərəf yoxdur, konsensus var. Ən nəhayət, gözardı edilməyəcək qədər daha bir əhəmiyyətli məqam: ABŞ-ın təşəbbüsü ilə Avropa ölkələriylə aralarındakı ticarəti sərbəstləşdirəcək Transatlantik Ticarət və Yatırım ortaqlığı anlaşması yönündə müzakirələr gedir. Türkiyənin də 5 ildən sonra bu anlaşmaya daxil olması gözlənilir. Amerika Latın Amerikasından Avropayadək dünya iqtisadiyyatının 75 faizini tək bir bazarda və tək bir standartta birləşdirmək istəyir. Və bütün yatırım mənbələrini də bir nöqtəyə götürür. Bu bölgənin xaricində qalanlar itirənlər olacaq. Çünki dünyanın istehsalının standartını dəyişdirəcəklər. ABŞ qloballaşmanı yenidən şəkilləndirir. Yəni qloballaşma yerini bu dəfə bölgələşməyə verir. Bu bazara girə bilmək üçün çarə birdir. Avropa Birliyi ilə əlaqələrə sürət verməliyik və tez bir zamanda assosiativ sazişə imza atmalıyıq. Əks təqdirdə Avropa Birliyi ilə iqtisadi və siyasi məkanda bir yerdə olmayanlar bu bazarın kənarında qalacaqlar.
Oxşar xəbərlər
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:00
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
26 Apr 2024 | 09:37
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:00
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
26 Apr 2024 | 09:37
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO