“Bizim Yol”a «Amnesty İnternational»dan məlumat daxil olub.
Müraciətdə qeyd edilir ki, Səbail Rayon Məhkəməsində P. Həşimlinin saxlanma yerinin dəyişdirilərək MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi, istintaq tərəfdinən təzyiqə və qeyri insani davranışa məruz qalması ilə bağlı iddiaya baxılarkən jurnalistin hüquqları pozulub. İstintaq təcridxanasında onun qeydləri qanunsuz olaraq iəlindən alınıb. Qeyidlərin jurnalistə qaytarılmasını vəkil tələb etsə də, bu tələb yerinə yetirilməyib və etiraz olaraq vəkil məhkəmə prosesini tərk edib. Eyni zamanda P.Həşimli başqa bir otaqa aparılaraq özünün və vəkilinin iştirakı olmadan məhkəməsi keçirilərək, iddiası da rədd edilib. «Amnesty İnternational» jurnalistin istintaq tərəfindən təzyiqə məruz qalması və həyatına təhdidlə də bağlı məlumatı xüsusi narahatçılıqla qeyd edir və yuxarıda adı çəkilən şəxslərin məsələyə həssas yanaşmasına çağırış edir.