Xəbər lenti
28/11/2020 [15:13]:
“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib- FOTOLAR
28/11/2020 [15:11]:
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib
28/11/2020 [15:05]:
Füzulidə əhaliyə təhlükə yaradan COVID-19 xəstəsinə cinayət işi açılıb
28/11/2020 [15:04]:
Polkovnik Şair Ramaldanov: “Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun!”
28/11/2020 [15:03]:
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir
28/11/2020 [15:02]:
Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"
28/11/2020 [14:53]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Xəyal Şəkərovdan yazdı...
28/11/2020 [14:50]:
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Fəaliyyət Planı...
28/11/2020 [14:44]:
ABŞ-da cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edilib
28/11/2020 [14:44]:
İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDEO
28/11/2020 [14:36]:
Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər...
28/11/2020 [13:53]:
Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib
28/11/2020 [13:52]:
Azərbaycanda məhkəmə hakimi vəfat etdi
28/11/2020 [13:48]:
Ermənistan vəziyyətdən bu cür çıxmaq istəyir – 12 bənd
28/11/2020 [13:45]:
Həsən Ruhani iranlı alimin qətlini cavabsız qoymayacaqlarını bildirib
28/11/2020 [13:43]:
Aqil Abbas Ağdamı ziyarət etdi
28/11/2020 [13:41]:
"Tərtərə 16 277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
28/11/2020 [13:13]:
Hikmət Hacıyev: “Bütün bunlar Ermənistanın mülki əhalini atəşə tutmasının işarəsidir” - FOTO
28/11/2020 [13:12]:
Azərbaycanda evi tərk edən COVID-19 xəstələri saxlanıldı - FOTO
28/11/2020 [13:09]:
DİN-dən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı AÇIQLAMA
28/11/2020 [12:51]:
“Nə oldu ə, arzuların ürəyində qaldı?” - Xalq artistindən Paşinyana...
28/11/2020 [12:24]:
"Zaur Rzayevlə Cıdır düzündə deyişmişik, o yerlərdə çoxlu konsertlər vermişik..."
28/11/2020 [12:16]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [12:07]:
Ermənistan prezidenti Rusiyadadır
28/11/2020 [12:05]:
Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - FOTOLAR
28/11/2020 [12:01]:
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub”
28/11/2020 [11:58]:
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
28/11/2020 [11:58]:
BTQ-nin yükdaşıma, gömrük işlərini həll edən mərkəzin tikintisi yekunlaşır
28/11/2020 [11:56]:
“Qələbə dövrünün şeirlərində daha da böyük təntənə, qürur, əzəmət, mənlik hiss olunur...”
28/11/2020 [11:53]:
Türkiyə Rusiyaya görə ABŞ-la yaxınlaşır - Blumberq
28/11/2020 [11:53]:
Diplomatik korpusun nümayəndələri Tərtərdədir
28/11/2020 [11:53]:
Ermənistanda son sutkada COVID-19-a 1 248 yoluxma qeydə alınıb, 31 nəfər ölüb
28/11/2020 [11:50]:
Evi tərk edən COVID-19 xəstələri saxlanıldı...
28/11/2020 [11:46]:
Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
28/11/2020 [11:44]:
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO
28/11/2020 [11:39]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [11:19]:
Fuad Poladov: "Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq edib"
28/11/2020 [11:18]:
Donbasdakı son durum açıqlandı
28/11/2020 [11:13]:
Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər - VİDEO
28/11/2020 [11:07]:
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
28/11/2020 [11:07]:
Tanınmış təhsil eksperti dünyasını dəyişdi
28/11/2020 [11:07]:
“Qələbə münasibəti ilə ilin sonunda həm əfv, həm də amnistiya gözlənilir” - Hüquq müdafiəçilərindən müjdə
28/11/2020 [11:05]:
Musa Quliyev: “SMS icazə sisteminə qayıtmalı, qaydaları sərtləşdirməliyik”
28/11/2020 [11:01]:
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
28/11/2020 [11:00]:
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
28/11/2020 [10:58]:
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
28/11/2020 [10:58]:
Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [10:57]:
Naxçıvana dəmir və avtomobil yolu projesi: qarşı duran güclərin mübarizəsi nə vəd edir?
28/11/2020 [10:53]:
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
28/11/2020 [10:46]:
M.Ə.Rəsulzadə: “Türkiyənin dostları” - Nəsiman Yaqublunun təqdimatında
28/11/2020 [10:41]:
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
28/11/2020 [10:37]:
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [09:32]:
“Hazırda Ukraynanın, ya da Moldovanın Rusiyanı qarşısına alacağı real deyil”
28/11/2020 [09:26]:
Zaqatalada yeniyetmə dəm qazından zəhərlənərək ölüb
28/11/2020 [09:25]:
Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı
28/11/2020 [09:25]:
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
28/11/2020 [09:22]:
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO
28/11/2020 [07:56]:
Erməni uşaqlar Xankəndində məktəbə Putinin portreti  və separatçı "bayraq"la getdi...-FOTO
28/11/2020 [07:12]:
Vandalizm və ermənizm...
28/11/2020 [01:24]:
Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb
28/11/2020 [01:22]:
Moskvada son sutkada koronavirusdan 76 nəfər ölüb
28/11/2020 [01:00]:
Makron: Zorakılıq edən polislərimiz bizi biabır edir
28/11/2020 [00:58]:
Maradonanın karyerası ərzində qazancı məlum oldu
28/11/2020 [00:37]:
"Dağ kəndindəki qoca erməni də anlayır ki, xəyanətin bir gün bir bədəli olur..."
28/11/2020 [00:31]:
Ağdam yolu minalardan təmizlənir - FOTO
28/11/2020 [00:22]:
Avropada quş qripinə yoluxma aşkarlandı
28/11/2020 [00:05]:
Restoran, bərbərxana və gözəllik salonları şənbə və bazar günləri işləməyəcək
28/11/2020 [00:04]:
Bu gündən noyabrın 30-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
28/11/2020 [00:00]:
Bakı-Quba yolunda sürücü idarəetməni itirərək qəza törətdi - FOTO
27/11/2020 [23:51]:
Azərbaycanlı əsgər rusiyalı sülhməramlılarına dilimizi öyrədir - VİDEO
27/11/2020 [23:25]:
Tərtər çayı daşaraq sahibkarlara "divan tutdu", rəsmilərsə əcaib cavabla kifayətləndi - VİDEO
27/11/2020 [23:09]:
Biləsuvarda şəhid dəfn edilib
27/11/2020 [23:04]:
İcevana gedən qatar yola düşür...
27/11/2020 [22:55]:
Bakıda “təcili yardım” BÖHRANI – 103 cavab vermir, xəstələr ölümə məhkumdur...
27/11/2020 [22:52]:
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
27/11/2020 [22:50]:
Ermənilərin Qarabağda törətdikləri ekoloji terror ərəb mətbuatında gündəmə gətirilib
27/11/2020 [22:44]:
Ermənistan Rusiyanı günahlandırmaqda haqlıdır...
27/11/2020 [22:40]:
"Çin infeksiyanı bilə-bilə bütün dünyaya yaydı, amma bu gün Çində yoluxma yoxdur, çünki..."
27/11/2020 [22:18]:
Bu həkimlər də yanvaradək əlavə maaş alacaqlar
27/11/2020 [22:01]:
Su krantlarından "odlu su" axdı - VİDEO
Bütün arxiv bir sırada
15/12/2013 [16:37] - Ədəbiyyat - ( 6097 dəfə baxılıb)

"Mən Atılmış yetiməm"-İlkin Xaliq

Dünya mənim evim deyil, mən belə ev saxlamazdım!


Moderator.az saytı çoxsaylı müraciətləri nəzərə alaraq bir müddət öncə "Ədəbiyyat" səhifəsi yaradıb oxucuların ixtiyarına verdi. Bu vaxta qədər bir sıra gənc və təcrübəli şairlərin əsərlərini dərc etdik. Bu günkü qonağımız da istedadlı gənc şair İlkin Xaliqdır.

Əliyev İlkin Xaliq oğlu ( İlkin Xaliq):1981-ci il dekabr ayının 24-ü Sumqayıt şəhərində şair Xaliq Oğuzun ailəsində dünyaya gəlmişdir. Hələ 11 yaşında ikən atası Xaliq Oğuzun qəfil vəfatı balaca İlkini həyatın bütün amansızlıqları və bir çox məhrumiyyətləri ilə üz-üzə qoymuşdur. 1997-ci ildə orta təhsili bitirib,2000-ci ildə  “ Xüsusi texnalogiyalar” ixtisası üzrə  texniki təhsilini, 2007-ci ildə ali təhsilini bitirmişdir. Bədii yaradıcılığın şeir növü ilə 1993-dən məşğuldur. Orta məktəb illərindən indiyədək dövri mətbuatın müxtəlif qəzet  və jurnallarında şeirləri çap olunur. “ Gənc Şairlər Birliyinin” üzvüdür.

Evlidir. Bir qızı var.


Mən atılmış yetiməm.....

 

Bu həyat nağıl deyil, nağıla bənzəsə də.

Bu dünya noğul deyil,

           bir az yumru olub, noğula bənzəsə də

Atanı var dünyanın,

Satanı var dünyanın.

Ya atılan olarsan,

     ya da atan olarsan.

Ya satılan olarsan,

     ya da satan olarsan.

Mən də atılmışlardanam,

Mən də satılmışlardanam.

Səbəbini bilmirəm, niyə atıblar məni?!

Dünyaya gəldiyim gün bəlkə də

              seviniblər, göyə atıblar məni.

Bəlkə də əllərindən külək alıb aparıb,

Bəlkə qurbanlıq bilib fələk alıb aparıb.

Məni övlad bilənlər,

           övladların içinə qatmağı unudublar.

Məni göyə atanlar tutmağı unudublar.

                        Mən atılmış yetiməm !!!

 

Mən atılmış yetiməm...

Hələ körpə yaşından bu həyatın qoynuna,

Sarılıb dərdlərimin, həsrətimin boynuna

Zindan adlı həyatın zindanında

              döyülüb əqidəsin bərkidən,

Ömrünü sürə-sürə bu dünyanı tərk edən,

Bir sahibsiz, kimsəsiz,

  ömrü nazsız, qəmzəsiz,

Bu dünyanın dərdinə, dərd adlı namərdinə,

Bir suyun qiymətinə,

   Bir qoyun qiymətinə

Satılmış bir yetiməm.

                    Atılmış bir yetiməm.

 

Gah hansısa düzlüyün, həqiqətin yetimi,

Gah sonrası puç olmuş məhəbbətin yetimi.

İntizarın, həsrətin, acı qəmin yetimi,

Həm o dəmin yetimi, həm bu dəmin yetimi.

Bu aləmin yetimi,

                    Bu aləmin yetimi!!!

 

Ünvanım yetimxana, içim dərdlər adası.

Dünyanın taxtasında qurbanlıq piyadası...

Həyat çökdürüb məni, dizim sürtülüb çıxıb,

Göz yaşımı silməkdən gözüm sürtülüb çıxıb.

Mən dərdi həmdəm seçib, tənhalıqla danışan,

Göz yaşları sulara, torpaqlara qarışan,

Dərdimin manqalında,

Bəxtimin tonqalında çatılmış bir yetiməm.

                                Atılmış bir yetiməm....

 

 Talehinə əzəldən kimsəsizlik yazılan,

Qəbri sağkən qazılan,

Soğan kimi soyulub, soyanları ağladan,

Məzarına qoyulub, qoyanları ağladan,

Bir işğalçı dovlətin əsiri tək, qulu tək,

Hər uduzan ağanın uduzduğu pulu tək

Dünyanın qumarına qatılmış bir yetiməm.

                                Atılmış bir yetiməm...

 

Mənim ən böyük suçum, mənim yetimliyimdir.

Ömrümə, talehimə qənim yetimliyimdir.

Tuşlayıblar bu sözü üstümə silah kimi,

Gəzdirmişəm bu adı üstümdə günah kimi.

Boğazlarda ilişən tikə olubdur bu ad,

Mənə həyatım boyu ləkə olubdur bu ad.

Can yığışıb boğaza, qulaqlarım doyubdur,

Mən yetim olmamışam,

        məndən uzaqlaşanlar məni yetim qoyubdur...

Əlimdən tutmayıblar, əlim gödək olubdur,

Söz deyə bilməmişəm, dilim gödək olubdur.

Kim günah işləyibsə, mən olmuşam “səbəbkar”

Mən hamımın gözündə günahkaram,

                                               Günahkar !!!

Üstündə yetimliyi tutulmuş  bir yetiməm.

                        Atılmış bir yetiməm !!!

 

 

Dünya mənim evim deyil...

 

 Dünya mənim evim deyil,

 Evim olsa ağlamazdım.

 Dünya mənim evim deyil,

 Mən belə ev saxlamazdım!

 

 Dünya mənim evim deyil.

 Mən bir dərviş, mən bir qərib,

 Məni bu gidi dünyaya

 Səni göndərən göndərib.

 

 Dünya mənim evim deyil.

 Evim olsa yaşayardım,

Evim olsa mən köçəndə

 " Veş-vüşümü" daşıyardım!!!

 

Dünya mənim evim deyil,

...Təməl tökmək istəyirəm.

Mən burdakı qazancımla

Bir ev tikmək istəyirəm.

 

 Dünya mənim evim deyil,

 Mən deyiləm bura yiyə.

 Bu dünyanın öz yiyəsi

 Ã–zü burda qalmır, niyə?!

 

 

HAVAYI BİR ŞEYDİR.....

 

 Havayı bir şeydir, havayı bir şey

 Hər şey mənasızdır, eləcə boşdur.

 Kiməsə xoş gəlir pis bildiyimiz,

 Kimsə pis bildiyi bizlərə xoşdur.

 

 Havayı bir şeydir dünyada var da,

 Heç nəyin əsaslı təməli yoxdur.

 Sən özün yoxsansa bir gün dünyada,

 Bu gün var bildiyin deməli yoxdur.

 

 Havayı bir şeydir, havayı bir şey

 Üst-üstə arzular ucaltmağın da.

 Kiminsə yolunda ömür sərf edib,

 Ã–zünü boş yerə qocaltmağın da.

 

 Havayı bir şeydir, havayı bir şey

 Sevgi də, nifrət də, qəzəb də, kin də.

 Həqiqət Allahdır, həqiqət isə

 Tapmaz öz əksini hansısa dində!

 

 Axı nə fərqi var ağasan, qulsan,

 Cahilsən, abidsən, kafirsən, bütsən?..

 Havayı bir şeydir, havayı bir şey,

 Onsuz da torpağın altında lütsən!

 

 Havayı bir şeydir ölüb gedərkən

 Sənin ağlayanın oldu, olmadı -

 Kimsə yoxluğunu bildi, bilmədi,

 Adın bu dünyada qaldı, qalmadı.

 

 

 Baxıram,..

      baxıram görə bilmirəm

 Havayı şeylərdən savayı bir şey.

 Bu dünya, o dünya, o biri dünya...

 Havayı bir şeydir, havayı bir şey !!!

 

 

loading...
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər...
Araşdırma
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
Cəmiyyət
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
Araşdırma
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Ermənilər Laçın şəhərinin onların idarəçiliyində qalacağını iddia etdi...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247