Moderator.az xəbər verir ki, bir neçə gün öncə bəzi bədxahları xalqımızın ünlü sənətçisi, millət vəkili Zeynəb xanımın səhhətində problemlərin yaranması ilə bağlı qəsən şaiyələri dövriyyəyə buraxmağa uçuz cəhdlər edirdilər.
Lakin bu gün "Gün.Az" saytının və "525"-in parlament
müxbiri Kamil Həmzəoğlu (Həmidov) Zeynəb xanımla Milli Məclisdə, millət vəkilinin
parlamentin köhnə korpusunun 8-ci mərtəbədə yerləşən otağında görüşüblər.
Xatırladaq ki, bütün sıravi millət vəkilləri Milli Məclisin təzə korpusunda
otursalar da, ünlü sənətçi yerini-otağını dəyişməyib, yenə də əvvəllər olduğu
kimi, parlamentin köhnə korpusundakı otağında oturur. K. Həmzəoğlunun blidirdiyinə görə, Zeynəb
xanım hər zaman olduğu kimi , bu dəfə də şux və gümrah idi : "Onun səhhətində
də heç bir problem-filan yox idi.
Bu, görünür, kimlərinsə, bəzi nadanların
və məkrli bədxahların uydurduğu söz-söhbətlərdir. Onlar bununla heç nəyə nail
ola bilməyəcəklər. Yel qayadan nə aparar ki?!
Zeynəb xanımla 10-15 dəqiqə çəkən görüşümüzdə onun yenə çox şux, sağlam,
gümrah olduğunu, gördüm və buna çox sevindim. Əsrarəngiz, təkrarolunmaz, bənzərsiz,
füsunkar, ecazkar Sənətkar, mükəmməl, möhtəşəm İnsan və Bütöv Şəxsiyyət-Millətinin
Vəkili Zeynəb xanım! O, Allah-təalanın bizim millətə lütfüdür, Böyük Yaradanın
bizlərə göndərdiyi və bəxş etdiyi ərmağanıdır... Uca Rəbbim Onu bizlərə-Türk
Dünyasına çox görməsin, ömrünə sağlıqlı ömür qatsın. Amin!"