Rafiq Hüseynovun müsahibəsi Moderator.az-da
Oxunub: 6426
19 Dec 2013 | 13:44
Rafiq Hüseynovun müsahibəsi Moderator.az-da
Moderator.az saytı bu günlər Türkiyədə müalicə kursu keçən görkəmli sənətkarımız, xalq artisti, professor Rafiq Hüseynovun hələ 3 il öncə-2010-cu ilin noyabrında “Mona Mente” jurnalına verdiyi müsahibəni təkrar təqdim edir. Düşünürük ki, ağır xəstəlikdən ”“ağ ciyər xərçəngindən-əziyyət çəkən sənətkarımızı bir daha xatırlatmaq və Allahdan şəfa dilənilməsinə səbəb olmaq da savabdır. Kim bilir, bəlkə bu müsahibəni oxuyacaq hansısa soydaşımızın duaları Allah Dərgahında qəbul olunacaq və Rafiq Hüseynov  hələ uzun illər millətimizə xidmətini davam etdirəcək. Allah şəfa versin!

İnsanın sahib ola biləcəyi ən yüksək mənəvi keyfiyyətləri özündə cəmləyən, həyat prinsiplərinə həmişə sadiq qalan bu insan hər bir gəncə nümunə ola biləcək mənalı ömür yolu keçib. İlk baxışdan ciddi, ağır təbiətli, əzmli görünən müsahibimizin necə kövrək qəlbə sahib olduğunu onun 9 yaşlı qızı Leyli barədə danışmağa başladığı zaman hiss etdik. Beləliklə, xüsusi təqdimata ehtiyacı olmayan görkəmli diktor, professor, Respublikanın xalq artisti Rafiq Hüseynli ilə söhbətimizi sizə təqdim edirik.  
Rafiq müəllim, necə oldu ki, ömrünüzün böyük hissəsini həsr etdiyiniz televiziyada işləməyə başladınız? 
Mən 189 nömrəli orta məktəbi bitirmişəm. Arzum şərqşünas olmaq idi. Məktəbi qurtarıb sənədlərimi universitetə verəndə mənə dedilər ki, bu il şərqşünaslıq fakültəsinə rus dilində qəbul yoxdur. Mən isə orta təhsilimi rus dilində almışdım. Sözün düzü, Azərbaycan dilini o qədər də yaxşı bilmirdim. Odur ki, kor-peşman geri qayıdıb, bir il gözləməyi qərara aldım.  Həmin vaxt ailəmizin maddi vəziyyəti ağır idi. Atamı çox erkən itirmişdim. Buna görə həmin bir ili haradasa işləməyi düşünürdüm.  Bir gün evdə oturub iş tapmaq barədə düşünürdüm. Anamla bacım da yanımda idi. Televiziyaya baxdığım yerdə birdən ağlıma gəldi ki, elə gedib orada işləyim. Qayıdıb onlara televiziyada işləyəcəyəmi söylədim. Anam gülüb dedi ki, səni kim televiziyada işə götürəcək? Mən isə arxayın şəkildə cavab verdim ki, özüm orada işə düzələcəyəm.  Səhəri gün birbaşa yollandım AzTV-nin kadrlar şöbəsinə. İçəri daxil olub mənə iş vermələrini xahiş etdim. Onlar da başladılar məni sorğu-sual etməyə - atan kimdir, anan kimdir?.. İsrarla bildirdim ki, bunların məsələyə dəxli yoxdur, nə desəniz edəcəyəm. Sonda məni işıqçı kimi işə götürmək qərarına gəldilər. O zaman televiziya cəmi on il idi ki, fəaliyyət göstərirdi. Televiziyada işə qəbul olunmaq o qədər ciddi idi ki, sədr Teymur Əliyev məzuniyyətdə olduğundan düz bir ay mənim əmrimi vermədilər. Qayıtdıqdan sonra sədr məni qəbul etdi. İndiyədək yadımdadır, həyatımda ilk yalanımı onda danışdım. Teymur Əliyev soruşanda niyə məhz televiziyada işləmək istədiyimi soruşanda dedim ki, bu sahəyə böyük həvəsim var. Əslində fikrim növbəti qəbul imtahanlarınadək bir işləyib ailəmə kömək etmək, sonra bu sahədən uzaqlaşmaq idi. Amma deyir sən saydığını say, gör fələk nə sayır. Sirli-sehirli televiziya məni ağuşuna elə aldı ki, bu möcüzələr aləmində həmişəlik qalmaq qərarına gəldim. Düz iki il işıqçı işlədikdən sonra məni müsabiqəyə dəvət etdilər. Görünür, boy-buxunlu, yaraşıqlı olmağım onların diqqətini çəkmişdi. Azərbaycan dilini bilmədiyim üçün birinci müsabiqədən keçmədim. Öz üzərimdə çalışdıqdan sonra ikinci müsabiqədən işə qəbul olundum. Bir müddət təcrübəçi kimi çalışıb sonra diktor oldum. Beləcə, şərqşünas olmaq arzusu məni tərk etdi. İşləyə-işləyə İncəsənət Universitetinə daxil olub ali təhsil aldım.  
İlk efirə çıxdığınız günü necə xatırlayırsınız? 

İlk efirə çıxmağım biabırçılıq idi (gülür). Rus dilində xəbərlər oxumalı idim. Birinci çıxışım çox uğursuz alındı. Canlı efir olduğu üçün özümü itirmişdim. Hətta Mərkəzi Komitədən zəng vurub demişdilər ki, onu televiziyadan uzaqlaşdırın, ondan diktor çıxmaz.  Sonra düz yeddi ay öz üzərimdə işlədim. Tədricən çıxışlarım düzəlməyə başladı. Artıq efirdə özümü sərbəst hiss edirdim.  

O zaman yeganə kanal olan AzTV-də bircə dəfə efirə çıxmaq kifayət idi ki, səni bütün xalq tanısın. Həmişə üzdə olmaq, diqqət mərkəzində qalmaq gündəlik həyatda sizə maneçilik törətmirdi ki?  
Bilirsiniz indiki fanatlar əslində o dövrdə də olub. Bizim də çıxışlarımızı izləyən, məktub yazan, zəng vuran çoxlu sayda pərəstişkarlarımız var idi. Hətta saatlarla qapıda dayanıb çıxmağımı gözləyənlər də olub (gülür). Düzdür, bütün bunlar insana xoş təsir bağışlayır. Xalqın sevgisini qazanmaq hər insana nəsib olan xoşbəxtlik deyil. Digər tərəfdən isə belə populyarlıq həyatda insana müəyyən çətinliklər yaradır. Özünü sərbəst hiss edə, məclislərdə dostlarınla ürəyin istəyən kimi əylənə bilmirsən. Hər addımında, hər sözündə böyük məsuliyyət hiss edirsən. Odur ki, populyarlıq müəyyən mənada mənə mane olub.  

Televiziya sahəsində işləyənlərin məşhur insanlarla bağlı həmişə maraqlı xatirələri olur...  
Televiziya məni bütün xalqa tanıtdırdı. Buna görə ona minnətdaram. Əgər bu gün məni redaksiyanıza dəvət edib müsahibə alırsınızsa, deməli, həyatda nəyəsə nail olmuşam. Digər tərəfdən, televiziyanın sayəsində Azərbaycanın məhşur şəxsləri, elm və incəsənət xadimləri ilə yaxından tanış olub, bəziləri ilə dostluq etmişəm. Xüsusilə də müəllif proqramlarında belə dahi insanlarla ünsiyyətdən zövq alırdım. O vaxt dostlarım mənə deyirdilər ki, bu qədər verilişlər aparırsan, müxtəlif insanlarla görüşürsən, amma özündə heç bir qeyd aparmırsan. Mən də deyirdim ki, qeydə ehtiyac yoxdur, hamısını yaddaşıma həkk edirəm. Amma indi yaşa dolduqca dərk edirəm ki, gərək özümdə qeydlər aparardım. Hər şeyi, xüsusilə də tarixləri, verilişlərin adlarını yadda saxlamaq mümkün deyil. Buna görə də indi yadıma heç bir xatirə düşmür.  

İndiki televiziya jurnalistlərinin aparıcılıq qabiliyyətindən razısınızmı? Sizi qane etməyən tərəflər hansılardır?  

Mən televiziya jurnalistlərini iki yerə bölərdim. Onların bir qismi sovet dövrünün diktorluq məktəbindən tamamilə imtina edib, yeni istiqamət yaratdıqlarını söyləyənlərdirlər. Digərləri isə o bazadan bəhrələnərək, öz biliklərini artıranlardırlar. Mənə elə gəlir ki, ikinci daha düzgün yoldur. Düzdür, indi diktorluq sənətinin olmadığını deyənlər də var. Amma mən qətiyyən bu fikirlə razı deyiləm. Çünki aparıcılar efirə çıxarkən istər-istəməz diktorluq edirlər. Sadəcə olaraq, onlar özləri pis diktordurlar. Belələri nə yaxşı aparıcı ola bilirlər, nə də ki, yaxşı diktor. Bununla bağlı mənim də öz iradlarım var. Amma onları sadalamaq istəməzdim. Bildiyiniz kimi, hazırda Azərbaycan Dövlət Televiziyasında aparıcıların bədii rəhbəri vəzifəsində çalışıram. Ona görə də bu gün onları tənqid etməyim bir qədər etikadan kənar olar. Digər tərəfdən, düşünürəm ki, mənim onları tənqid etməyimə ehtiyac yoxdur. Çünki həmin nöqsanları bir tamaşaçı kimi siz özünüz də kənardan görürsünüz.  

Televiziya aparıcısından tələb olunan əsas keyfiyyətlər hansılardır?  

Onlardan tələb olunan əsas keyfiyyət səs və diksiyadır. Bu siyahıya xarici görünüş, zövq, savad, dünyagörüşü də daxildir. Sözün düzü, gənclərimizin ümumi dünyagörüşü səviyyəsi məni tam qane etmir. Düzdür, ali təhsil aldığın universitet sənə müəyyən biliklər verir, amma insan özü də üzərində çalışmalı, dünyagörüşünü zənginləşdirməlidir. İnformasiyalı cəmiyyətdə yaşadığımız müasir dövrdə bu, o qədər də çətin məsələ deyil. Jurnalist dünyada baş verən bütün hadisələrdən agah olmalıdır. Çünki o, hər zaman diqqət mərkəzində olan bir insandır. Adi insanlar onlardan həmişə nəyisə öyrənməyə çalışırlar. O vaxtlar bir məclisə gedən kimi hamı ətrafıma toplaşar, mənə siyasətdən, mədəniyyətdən, elmdən suallar verərdilər. Onda tamaşaçı elə başa düşürdü ki, əgər sən efirə çıxırsansa, deməli, hər şeyi bilirsən. Hətta bir dəfə məclisdə olarkən bir kişi yaxınlaşıb mənə demişdi: “Oğlum ağır xəstədir, onun müalicəsi isə yalnız İspaniyada mümkündür. Siz İspaniyanın prezidentinə zəng vurub deyə bilərsiniz ki, o, bizi qəbul etsin?” Bax, o zaman televiziya diktorlarını bu qədər önəmli insan hesab edirdilər. Fikrimcə, aparıcı yalnız öz biliyi, savadı sayəsində yaddaqalan ola bilər. Jurnalist tamaşaçının gözündə şəxsiyyətə çevrilməlidir.  

Rafiq müəllim, həyatınızın bir parçası olan televiziyadan uzaqlaşmağı necə bacardınız?  

O zaman məni bu addımı atmağa məcbur edən səbəblər var idi. Qazandığım tamaşaçı etibarını, sevgisini itirməmək üçün televiziyadan getməli idim. Mənim üçün nə qədər ağır olsa da, bu addımı atmaq məcburiyyətində qaldım. Düz 15 ilə yaxın efirdə olmadım. Amma bir müddət əvvəl Azərbaycan Dövlət Televiziyasından aldığım təklif əsasında uzun fasilədən sonra yenidən öz işimə qayıtdım. İndi AzTV-də aparıcıların bədii rəhbəriyəm. Yeni kadrları hazırlamaqdan, öz bildiklərimi onlara öyrətməkdən zövq alıram. 

Son illərdə vaxtilə əmək fəaliyyətinə dövlət televiziyasında başlamış sevimli diktorlarımızı tez-tez başqa kanalların efirlərində görürük. Maraqlıdır, televiziyadan uzaq düşdüyünüz dövrdə sizə belə təkliflər gəlirdimi?  

Əlbəttə ki, olurdu. Amma bu cür təkliflərdən həmişə imtina edirəm. Bilirsiniz, niyə? Mən hesab edirəm ki, aparıcı tamaşaçının gözü önündə qocalmalı, alnında qırışlar əmələ gəlməli, saçı ağarmalıdır. Sən tamaşaçı ilə bərabər yaşa dolmalısan. Amma uzun fasilədən sonra birdən-birə efirə çıxanda onlar səni yad insan kimi qəbul edirlər. Bəlkə də yaşlı və orta nəsil səni qəbul edər, amma gənc nəsl fikirləşəcək ki, bu yaşında sənə vacibdir efirə çıxırsan? İstisna hallarda müəyyən təklifləri qəbul edirəm. Bu yaxınlarda Müslüm Maqomayevin ölüm gününə həsr olunmuş bir proqramı apardım. Əvvəla, bu, mənim yaşıma uyğun, ruhuma yaxın bir veriliş idi. Digər tərəfdən, Müslüm mənim üçün doğma insan olub.  

Rafiq Hüseynli bu gün yerli televiziya kanallarında hansı verilişləri izləyir? 

Düzünü desəm, televiziyaya baxmağa vaxtım olmur. İşimlə əlaqədar yalnız AzTV-də müəyyən proqramları izləyirəm. Çünki yetirmələrimin çıxışlarını həmişə nəzarətdə saxlamalıyam. Digər kanallara isə demək olar ki, baxmıram. Ona görə də hansısa verilişin daimi tamaşaçısı olduğumu deyə bilmərəm. Ümumiyyətlə, hər telekanalın öz istiqaməti var. Hansısa kanalda xəbərlərə, hansındasa şou-proqramlara baxmaq olar. Yəni seçim var. Sadəcə olaraq, mənim buna vaxtım yoxdur. 

Övladınızın gələcəkdə sizin yolunuzu davam etdirməsini istərdinizmi? 

Övladımın 9 yaşı var. 55 yaşında Tanrının mənə bəxş etdiyi körpə balamın adı Leylidir. Leyli nənəmin adıdır. Nənəm Şuşadan olub. Onu Şuşada gözəl qadınlardan biri hesab edirdilər. Ümumiyyətlə, Şuşada qızlar gözəl olur. Bu ad qızıma da çox yaraşır. Leyli istedadlı qızdır, beş yaşında filmə çəkilib. “Hökmdarın taleyi” filmində İbrahimxəlil xanın kiçik qızını oynayıb. Bu, bir təsadüf nəticəsində alındı. Dostlardan birinin yubileyində idim. Qızım Leylini də özümlə aparmışdım. Məclisdə həmin filmin ssenari müəllifi, prodüsser və rejissorları da iştirak edirdilər. Onlar Leylini görəndə dedilər ki, biz nə vaxtdır, filmə çəkməyə uşaq axtarırıq. Beləcə, o, “Hökmdarın taleyi” filmində oynadı. Bununla yanaşı, Leylinin rəsmə də böyük marağı var. Bu sahədə o, müəyyən uğurları da əldə edib. Rəssam olsa, onu dəstəkləyərəm. Amma sənət aləminə, televiziyaya qoşulmasını istəməzdim. Nə bilmək olar, Leyli böyüyənə kimi hələ 10-15 telekanal da açılacaq, aparıcılara ehtiyac olacaq. Yaşayarıq, görərik... 
Oxşar xəbərlər
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:42
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:42
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO