Vaqif Şirinovun siyasi mühacirətə getməsindən sonra boş qalmış ADP Ali Məclis sədri postuna namizəd tapılıb. Daha doğrusu, Moderator.az-ın əldə etdiyi məlumata gərə, partiya sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev Ali Məclis sədri postuna gətiriləcək. Daha doğrusu, gələn ilin əvvələrində keçiriləcək Ali Məclisin sessiyasında əsas namizədlərdən biri Taliyət Əliyev olacaq və onun əksər Ali Məclis üzvlərinin səsini qazanacağı kimsədə şübhə doğurmur.
Əldə
etdiyimiz informasiya ilə bağlı adı hallanan Taliyət Əliyevlə əlaqə saxladıq.
Moderator.az-a açıqlamasında sədr müavini bildirdi ki, hələlik bu barədə qəti qərara
gəlməsə də ola bilsin ki, seçkilərdə öz namizədliyini sınasın. T. Əliyev
dolayısı ilə etiraf etdi ki, Ali Məclis sədri olmaq üçün indidən tədbirlər
görür...
Göründyü
kimi ehtimallarımız və əldə etdiyimiz məlumatlar heç də həqiqətdən uzaq deyil və
necə deyərlər, od yanmadan tüstü çıxmaz...