Bir soydaşımız Moderator.az-ın poçtuna məktub göndərərək üzləşdikləri
faciənin işıqlandırılmasını xahiş edib. Ruhiyyə Süleymanova məktubunda qeyd edir
ki, həyat yoldaşı Elşən Süleymanov dekabrın 15-də Moskvada qətlə yetirilsə də
Rusiya hüquq-mühafizə orqanları cinayətkarın tapılması istiqamətində heç bir iş
aparmır. Hadisənin parlament dostluq qrupumuzun Moskvadan qayıtmasından cəmisi
2 gün sonraya (deputatlarımız dekabrın 10-13-ü arası Moskvada olublar) təsadüf
etməsi və azərbaycanlılara qarşı münsibətin heç də iddia olunduğu kimi müsbətə
doğru dəyişməməsi olduqca diqqətçəkəndir. Biz Daxili İşlər Naziriliyinə də
müraciət edib baş verənlərlə bağlı onların hansı tədbiri gördükləriylə
maraqlanacağıq. Bizi izləyin. İndi isə həmin məktubu təqdim edirik:
Çox xahiş edirəm hadisənin obyektiv araşdırılması üçün
moderator.az olaraq köməyinizi əsirgəməyin (imkanlarınızdan istifadə edin)
mümkün qədər işıqlandırınn. Bu gün səhər saatlarında mərhumun cənazəsi Bakıya gətirələcək.
Süleymanov Moskvada öz ailəsi ilə yaşayırdı və 2 qız övlad atası idi.