Rusiyada yaşayan soydaşımız Moderator.az-ın poçtuna məktub göndərərək üzləşdikləri faciənin işıqlandırılmasını xahiş edib. Ruhiyyə Süleymanova məktubunda qeyd edir ki, həyat yoldaşı Elşən Süleymanov dekabrın 15-də Moskvada qətlə yetirilsə də Rusiya hüquq-mühafizə orqanları cinayətkarın tapılması istiqamətində heç bir iş aparmır. Hadisənin parlament dostluq qrupumuzun Moskvadan qayıtmasından cəmisi 2 gün sonraya (deputatlarımız dekabrın 10-13-ü arası Moskvada olublar) təsadüf etməsi və azərbaycanlılara qarşı münsibətin heç də iddia olunduğu kimi müsbətə doğru dəyişməməsi olduqca diqqətçəkəndir. Biz Daxili İşlər Naziriliyinə də müraciət edib baş verənlərlə bağlı onların hansı tədbiri gördükləriylə maraqlanacağıq.
Moderator.az-a açıqlama verən Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin sözlərinə görə, hadisə başqa bir dövlətin ərazisində baş verdiyindən, onların cinayətlə bağlı hər hansısa araşdırma aparmaq hüququ yoxdur:
“Biz Rusiyada baÅŸ vermiÅŸ bu cinayÉ™t haqda mÉ™lumatlıyıq. CinayÉ™t baÅŸqa bir ölkÉ™ É™razisindÉ™ baÅŸ verib vÉ™ mÉ™sÉ™lÉ™ni Rusiya hüquq-mühafizÉ™ orqanları araÅŸdırmalıdır. Ãœmid edirik ki, hadisÉ™ obyektiv ÅŸÉ™kildÉ™ araÅŸdırılacaq vÉ™ soydaşımızı qÉ™tlÉ™ yetirÉ™n ÅŸÉ™xs vÉ™ ya ÅŸÉ™xslÉ™r layiqli cazasını alacaq.â€
XÉ™yal Æzizov