“Karvan” Ticarət Mərkəzinin rəhbəri, mərkəzi bazarın sahibi Ağamirzə Əhədova qarşı bəzi keçmiş işçiləri məhkəmə iddiası qaldıra bilər. Bu barədə Moderator.az-ı özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, A.Əhədov bəzi sahibkarların qanunla onlara çatan haqqını qəsb etmək istəyir: “Karvan” Ticarət Mərkəzi və mərkəzi bazarda pay sahibi olan bəzi sahibkarlar yanğından sonra onlara məxsus olan mağaza və dükan yerlərinə sahib çıxmaq istəsələr də A.Əhədov onların bu iddiasını rədd edib. Tərəflər arasında aparılan danışıqlar heç bir effekt vermədiyi üçün artıq bəzi sahibkarlar mövcud problemi məhkəmə vasitəsi ilə həll etməyə hazırlaşır. Xırda və orta sahibkarlar iddia edir ki, onların əlində öz iddialarını əsaslandırmaq üçün kifayət qədər rəsmi sənəd var. Sahibkarlar lazım gələrsə prosesin daha da ictimaiyyiləşməsi üçün səylərini artıracaqlarını qeyd edib”.