Moderator.az xəbər verir ki, dekabrın 20 də Hannoverdə Güney Azərbaycan Liberal Demokrat
Partiyasının təşəbbüsü ilə “21 Azər” hərəkatına həsr olunan tədbir keçirilib. Tədbirdə
Güneyli, Quzeyli Azərbaycanın Avropada fəaliyyət göstərən ictimai-siyasi fəalları,
Türkiyə diasporasının nümayəndələri ilə yanaşı Aşağı Saksoniyalı partiya sədrləri
, habelə millət vəkilləri Dr.Gero Hocker, Dr. Isa Huelsz də İranda insan
haqları , Güney Azərbaycan xalqının haqlı mübarizəsi barədə çıxışlar ediblər.
Tədbirə Azərbaycandan dəvət olunan Ümid Partiyasının xaricdə
yaşayan həmvətənlərimizlə iş üzrə sədr müavini Rüfət Muradlı Hannoverdən əməkdaşımıza
bunları deyib: "Ümid Partiyasının təmsilçisi
olaraq tədbirdəki məruzəmdə “21 Azər” hərəkatının tariximizdəki yeri və Güneydəki
hazırkı siyasi proseslərə təsiri, Güneydə soydaşlarımızın durumu, bir partiya
olaraq Güney Azərbaycan məsələsinə münasibətimizi açıqlamaqla yanaşı, Ümid
partiyasının sədri, millət vəkili Iqbal Agazadənin salamlarını da Almaniyadakı
soydaşlarımıza çatdırdım. Alman siyasiləri üçün bu kimi tədbirlərin keçirilməsi
Güney həqiqətlərinin çatdırırlmasında çox önəmlidir. Sabah səhər də Aşağı
Saksoniya parlamentində Güney Azərbaycan məsələsi ilə bağlı görüşümüz olacaq.
Axşam isə Berlindəki Alperen Ocaklarının təşkil etdiyi "Güney Azərbaycanın
sosial ve kültürel gəlişməsi adlı" konfransa qatılacağam".
Qeyd edək ki,
Hannoverdəki tədbirdə çıxışlarla yanaşı “21 Azər” hərəkatı və Azərbaycan Milli hökuməti
haqqında filmlərdə nümayiş etdirilib, şeirlər oxunub.