YAP-ın Gəncə Şəhər Təşkilatı Qərargahında dekabrın 21-də mütəmadi olaraq maraqlı tədbir proqramları, konsertlərin təşkili ilə məşğul olan Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri tərəfindən konsert təşkil olunub. Bu barədə Moderator.az-ı Gəncədəki mənbə məlumatlandırıb. Məlumata görə, konsertdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Təşkilatın İdarə Heyəti və Şura üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayevin çıxışı ilə başlayan konsert məktəbin istedadlı şagirdlərinin maraqlı ifaları ilə davam edib.
Qeyd edək ki, keçirilən konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbindən 10 nəfər müəllim və 17 nəfər şagird iştirak ediblər.
Şamil