Moderator.az xarici mətbuata istinadən bildirir ki, Türkiyədə “Nurçu” adıyla tanınan dini sektanın önəmli adamlarından Hüseyn Gülərcə “NewYork Times” qəzetinə verdiyi açıqlamada AKP hökumətilə aralarında yaranan soyuq münasibətlərin səbəblərinə aydınlıq gətirib. Gülərcə əsasən iki səbəb üzərində dayanıb. Səbəblərdən biri Ərdoğanın getdikcə avtoritar liderə çevrilməsi, digəri isə xarici siyasət kursunda tutduğu mövqe ilə bağlıdır.
Gülərcəyə görə, münasibətlərdə ilk qopma
hadisəsi “Mavi Marmara” gəmisinin İsrail basqınına məruz qaldığı an AKP
hakimiyyətinin göstərdiyi reaksiyadan sonra baş verib: “Hörmətli Gülənin bu məsələdə
mövqeyi tamamilə aydındır. O, Türkiyənin xarici siyasətdə macərapərəst
olmamasını, Qərbyönümlü siyasət xətti tutulmasını, problemlərin dialoqla həllini
arzulayı