Bir neçə gün öncə Təhsil Nazirliyinin yoxlaması Azərbaycan Müəllimlər İnstitutu Gəncə Filialının direktoru Ramiz Məmmədovun işdən kənarlaşması və toplanmış materialların baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməsiylə nəticələndi. Bəzi iddialara görə, Ramiz Məmmədovun durumu heç də ürəkaçan deyil və onu həbs təhükəsi gözlədiyi də iddialar arasındadır...
Bu arada Gəncədəki mənbələrimizdən Ramiz Məmmədovla bağlı bir ilginc məlumat əldə etmişik. Sən demə, keçən tədris ilinin qış sesiyasında AMİ Gəncə filialında AMI rektoru, deputat Aqiyə Naxçıvanlının əmri ilə yoxlama aparılıbmış. İnstitutun tərbiyə işləri üzrə prorektoru Resad Sadıqov , Həmkarlar təşkilatının sədri Rövşən Hacıyev, metodist Nazir Məmmədovdan ibarət komissiya üzvləri Gəncə filialında ciddi qanun pozuntuları aşkarlayıblar. Mənbəmiz iddia edir ki, komissiya uzvləri yoxlama zamanı filialda tədrisin təşkilində, dekanlıq və kafedraların işində ciddi nöqsanlarla yanaşı sessiya imtahanlarında tələbə qəbulu komissiyasının qəbul əmri ilə təsdiqlənmiş tələbələrdən əlavə çoxlu sayda tələbə aşkarlayır. Komissya üzvləri tərəfindən tərtib olunmuş arayışda bu nöqsanlar oz əksini tapır. O zaman baza institutunda və Gəncə filialında hər kəs yoxlamanın nəticələrini maraqla izləyirmiş və rektor Aqiyə Naxçıvanlının direktor Ramiz Məmmədovu yalnız işdən çıxaracağı ilə kifayətlənəcəyini, yoxsa yoxlamanın nəticələrinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərəcəyini muzakirə edirmiş. Amma hər zaman kollektivə surprizlər etməyi xoşlayan rektor yoxlamaya göndərdiyi əməkdaşlarını xoşagəlməz durumda buraxaraq nəinki Ramiz Məmmədovu cəzalandırmır, arayışı hec ortaya da çıxarmağı lazım bilmir. Nəticədə gözləntilərin əksinə olaraq Ramiz Məmmədov deyil, filialda bəzi şöbə mudirləri cəzalandırmalı olur.
Mənbə iddia edir ki, AMİ Ağcabədi filialının sabiq direktoru professor Xəqani Məmmədov Aqiyə Naxçıvanlının dəvət etdiyi audit yoxlamasının nəticəsi ilə işdən kənarlaşdırılıb. Halbuki Xəqani Məmmədov filial direktorları arasında ən az maliyyə nöqsanlarına yol verməsiylə seçilirmiş. Mənbənin iddiasına görə, o zaman audit Gəncə və Mingəçevir filialının da maliyyə sənədlərini yoxlayaraq rektora təqdim etsə də Xəqani Məmmədovdan basqa cəzalanan olmur. Ağcabədi İcra Hakimiyyəti başçısının tələbi ilə institutun maliyyə hesabından şəhərin yaşıllaşdırılması məqsədilə ağacların əkilməsinə vəsait sərf edən direktoru buna görə cəzalandıran rektor nədənsə o zaman çoxsaylı maliyyə pozuntularına yol verən Mingəçevir və bu günlərdə Təhsil Nazirliyinin yoxlamaları nəticəsində ciddi qanun pozuntuları aşkarlanaraq materialları Baş Prokurorluğa göndərilən Gəncə filialının direktorunu cəzalandırmır. Gəncə filialının kollektivini təəcubləndirən bir məqamsa bu gunlərdə öz prorektorunu kollektivə direktor əvəzi kimi təqdim edən Aqiyə Naxçıvanlının təqdimat zamanı səsləndirdi fikir olub. Baş verənlərə görə kollektivi suçlayan rektor Ramiz Məmmədovu ittiham edir ki, vaxtında onun dediklərini nəzərə alıb kollektivin bəzi yarıtmaz üzvlərini işdən azad etməyib.
Sonda qeyd edək ki, Moderator.az-ın sonuncu yazısında adı hallanan AMİ prorektoru Adilxan Xəlilovla bağlı maraqlı məlumat əldə edib. Sən demə, son günlər instituta gəlməyən AMİ-nin təsərrüfat işləri uzrə prorektoru Adilxan Xəlilov Hesablama Palatasının gözlənilən yoxlaması qabağı bəzi MMC-lərin filiallarda apardığı tikinti işlərinin sənədləşməsini qaydaya salmağa çalışır...