Qardaş Türkiyədə həqiqət anı yetişib. Xalqın iradəsi ilə formalaşan iqtidarı qeyri-xalq iradəsi ilə dəyişmək üçün, türklər demişkən, “son kozlar” oynanmaqdadır. CHP və MHP yə yaxın media qurumlarının sorğularında belə AKP-nin 2014 seçkilərində 60% səs alacağı deyilir. Günü-gündən inkişaf edən Türküyəni görmək istəməyən qüvvələr üçün bu çox qorxunc bir röyadır. Əslində Türkiyədə baş verənlər iqtidarın korrupsiyaya qarşı apardığı mübarizədir.
Qardaş ölkədə baş verən həbslər 14 ay bundan öncə planlaşdırılıb. Bu vaxt ərzində şübhəlilərin telefonları dinlənilib, gizlli çəklişlər aparılıb. Gülən camaatının kurslarını bağlanmaq haqda göstəriş isə 1 aydan bir az çox müddətdir ki, verilib.
Türkiyədə baş verən həbsləri Gülən
tərəfdarlarının Ərdoğana qarşı revanşı adlandıran kütləni başa düşmək olmur. Bu
iddiadan belə çıxır ki, Gülən 14 ay öncə polis daxilində olan tərəfdarlarına
indi həbs olunan şəxsləri izləmək və kompramat tomlamaq əmri verib??? İnandırıcı deyil!!!
Ümumiyyətlə Türk polisi hər zaman öz üzərinə düşəni edib. Gəzi olayları zamanı polisi söyənlər indi polisə qəhraman deyir. Gəzi olayları zamanı polisə "Ərdoğanın itləri" deyənlər polisə indi aslan deyir. Gəzi olayları demişkən... Bu hadisədən sonra AKP daha da güclənədi.
Bərzanini Diyarbəkirə dəvət edilərək “Kürd sorunu”nu həll etmək üçün iri bir addım atıldı. Hal-hazırda isə istəkanda fırtına qoparmaq istəyənlər düşüblər ortalığa “Gülən-Ərdoğan savaşır” deyərək ictimai rəyi çaşdırmağa cəhd edirlər. Bu həmin şəxslər və qurumlardır ki, Gəzi olayları zamanı da eynən bu üslubu sərgiləyirdi. Məqsəd, niyyət birdir, sadəcə olaraq metod fərqlidir.